Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə33/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   29   30   31   32   33   34   35   36   ...   154

98 

 

görə  də  cücənin  forması  deyərkən  onun  növünün  özünəməxsus 



xüsusiyyətlərini, başqa sözlə, nə etdiyini nəzərdə tuturuq. Cücə öləndən 

sonra qaqqıldamır, 

çünki onun forması öz mövcudluğunu itirir. Yerdə qalan yeganə şey - 

toyuğun məzmunu, maddəsi olur (çox kədərlidir, Sofi), ona görə də o, 

daha toyuq deyil. 

Daha əvvəl dediyim kimi, Aristotel təbiətdəki dəyişikliklərlə məşğul 

idi.  Onun  fikrincə,  “maddə”  hər  zaman  xüsusi  bir  “forma”  realizə 

etmək potensialına  malikdi.  Demək  olar ki, “maddə” həmişə öz  təbii 

potensialına  doğru  can  atır.  Təbiətdəki  hər  bir  dəyişiklik,  Aristotelin 

fikrincə, maddənin potensial haldan aktual hala çevrilməsidi. 

İndi nəyi nəzərdə tutduğumu izah edəcəyəm, Sofi. Gör, bu gülməli 

hekayə  sənə  kömək  edə  bilərmi?  Bir  heykəltəraş  böyük  bir  qranit 

parçası  üzərində  işləyir.  Hər  gün  bu  formasız  qraniti  yonur.  Bir  gün 

balaca  bir  oğlan  gəlib  deyir:  “Nə  axtarırsan?”  “Gözlə,  görərsən”,  - 

deyə, heykəltəraş cavab verir. Bir neçə gündən sonra bu balaca oğlan 

yenə gəlir. Görür ki, heykəltəraş qranitdən gözəl bir at yonub. Oğlan 

heyrət içində baxır, sonra dönüb heykəltəraşa deyir: “Haradan bilirdin 

ki, onun içində at var?” 

Doğrudan da, haradan? Bir baxımdan, heykəltəraş qranit parçasında 

at  formasını  görmüşdü,  çünki  həmin  qranit  parçasının  at  formasına 

salınmaq potensialı var idi. Beləcə, Aristotel də inanırdı ki, təbiətdəki 

hər  şeydə  xüsusi  bir  “forma”ya  çevrilmək,  yaxud  meydana  gətirmək 

potensialı var. 

Gəl, yumurta və cücəyə qayıdaq. Yumurtanın cücə olmaq potensialı 

var. Bu o demək deyil ki, bütün yumurtalar cücəyə çevrilir - onların bir 

çoxu mətbəx masasında soyutma yumurta, omlet, qayğanaq şəklində, - 

öz potensiallarını həyata keçirmədən məhv olur. Lakin eyni dərəcədə 

məlumdur  ki,  toyuq  yumurtası  heç  vaxt  ördək  verə  bilməz.  Toyuq 

yumurtası o imkana malik deyil. Şeyin “forma”sı onun hədləri haqda 

məlumat verdiyi kimi, potensialı haqda da nə isə deyir. 

Aristotel şeylərin “maddə”si və “forma”sı haqda danışarkən yalnız 

canlı orqanizmləri nəzərdə tutmurdu. Toyuğun “forma”sı qaqqıldamaq, 

downloaded from KitabYurdu.org



99 

 

qanaq çırpmaq və yumurta qoymaq olduğu kimi, daşın forması da yerə 



düşməkdi.  Toyuq  qaqqıldamadan  mövcud ola bilmədiyi kimi, daş da 

yerə düşmədən olmaz. Sən daşı qaldıra, havaya tullaya bilərsən, lakin 

daşın təbiətinə yerə 

düşmək xas olduğundan, onu Aya tullaya bilməzsən. (Bu eksperimenti 

etsən, ehtiyatlı ol, çünki daş qisas ala və yerə düşəndə ən qısa yolu seçə 

bilər!) 


Son səbəb 

Bütün canlı və cansız şeylərin potensial fəaliyyəti haqda məlumat 

verən  “formalar  mövzusunu  bağlayarkən  mən  Aristotelin  təbiətdəki 

səbəbiyyətlə bağlı diqqətəlayiq baxışları olduğunu əlavə etməliyəm. 

Bu  gün  biz  nəyinsə  “səbəbi”  haqda  danışarkən  onun  necə  baş 

verməsini nəzərdə tuturuq. Pəncərənin şüşəsi sınıb, ona görə ki, Piter 

ona daş atıb, ayaqqabı ona görə hazır oldu ki, pinəçi dəri parçalarını 

bir-birinə tikdi. Aristotel isə təbiətdə müxtəlif növ səbəblər olduğunu 

düşünürdü.  Ümumilikdə  o,  dörd  müxtəlif  səbəbin  adını  çəkib.  Əsas 

odur ki, onun “son səbəb” deyəndə nəyi nəzərdə tutduğunu başa düşək. 

Şüşənin  sınması  məsələsində  Piterin  daşı  niyə  atdığıyla 

maraqlanmaq  tamamilə  məntiqli  olardı.  Ona  görə  də  biz  Piterin 

məqsədini soruşuruq. Şübhəsiz ki, ayaqqabı misalında da 

məqsəd  rol  oynayıb.  Lakin  Aristotel  həmçinin  cansız  təbiət 

proseslərindən danışarkən də bənzər “məqsədi nəzərə alırdı. 

Bir misal: 

Yağış niyə yağır, Sofi? 

Yəqin  məktəbdə  deyiblər  ki,  yağışın  yağmasına  səbəb  buludların 

soyuması,  yağış  damcılarına  çevrilməsi,  ağırlıq  qüvvəsinə  görə  yerə 

düşməsidir.  Aristotel  bunu  eşitsə,  başını  tərpədər  və  deyərdi  ki,  hə, 

lakin sən səbəblərdən yalnız üçünü sadaladın. “Maddi səbəb” odur ki, 

rütubət  (buludlar)  hava  soyuyan  anda  orada  olub.  “Hərəkətverici 

səbəb” odur ki, rütubət soyuyur, “forma” səbəb odur ki, suyun forması, 

yaxud  təbiəti  yerə  düşməyə  meyllidir.  Burada  dayansaydın,  Aristotel 

əlavə  edərdi  ki,  yağış  ona  görə  yağır  ki,  bitkilərin,  heyvanların 

böyümək  üçün  suya  ehtiyacı  var.  Buna  isə  o,  “son  səbəb”  deyirdi. 

downloaded from KitabYurdu.org



100 

 

Aristotel yağış damlalarına həyati tapşırıq, başqa sözlə, məqsəd təhkim 



edirdi. 

Biz  bunu  baş-ayaq  çevirərək  belə  deyə  bilərik:  bitkilər  ona  görə 

böyüyür ki, özləri üçün nəmişlik tapırlar. Fərqi görürsən, deyilmi, Sofi? 

Aristotel inanırdı ki, təbiətdəki hər şeyin arxasında məqsəd var. Yağış 

yağır ki, bitkilər qidalansın, meyvələr yetişir ki, insan onları yesin. 

Günümüzdə elmi mühakimə bunu demir. Belə demək qəbul olunub 

ki, qida, su insan və heyvan həyatı üçün zəruri şərtlərdir. Bu şərtlərə 

malik olmasaq, mövcud ola bilmərik. Lakin bizi qidalandırmaq suyun 

və yaxud meyvənin məqsədi deyil. 

Ona görə də səbəbiyyət məsələsində Aristotelin yanıldığını demək 

olar. Lakin gəl çox da tələsməyək. Bu gün də bir çox insan inanır ki, 

Tanrı dünyanı bütün yaratdıqlarının onda yaşaya bilməsi üçün yaradıb. 

Bu  gözlə  baxılsa,  deyilə  bilər  ki,  bəli;  çaylarda  ona  görə  su  var  ki, 

heyvanların  və  insanların  yaşamaq  üçün  suya  ehtiyacı  var.  Lakin  bu 

zaman biz Tanrının məqsədi haqda danışmış oluruq. Yağış damlaları 

və çayın suyunun bizim rifahımızda marağı yoxdur. 

Məntiq 

Dünyadakı  şeylərdən  baş  çıxarmaq  üçün  Aristotelin  izahında 



“forma” və “maddə” arasındakı fərq vacib rol oynayır. 

Biz  şeyləri  ayırd  edərkən  onları  müxtəlif  qrup  və  kateqoriyalarda 

təsnif  edirik.  Əvvəl  mən  bir  at  görürəm,  sonra  başqa  bir  at  görürəm, 

sonra  bir  başqasını.  Atlar  tamamən  bənzər  deyillər,  lakin  onların 

ümumi cəhətləri var və bu ümumilik atın “forma”sıdır. Fərqləndirici, 

fərdi cəhətlər isə atın “maddə”sinə məxsusdur. 

Beləcə, biz hər şeyi təsnif edirik. İnəkləri inəklərin yanına tövləyə, 

atları axura, donuzları donuzxanaya, cücələri hinə qoyuruq. Eyni şeyi 

Sofi Amundsen otağını yığışdıranda da edir. Kitablarını kitab rəfinə, 

dərsliklərini  çantasına,  jurnalları  çəkməcəyə  qoyur,  paltarlarını 

qatlayaraq paltar dolabına, alt paltarlarını başqa bir dolaba, sviterlərini 

bir başqasına, corablarını isə yandakı çəkməcəyə yığır. Fikir ver, biz 

eyni şeyi düşüncəmizdə də edirik. Daşdan, yundan, rezindən 

düzəldilmiş  şeyləri  bir-birindən  ayırırıq.  Sağ  və  ya  ölü  olanları, 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə