Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə29/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   25   26   27   28   29   30   31   32   ...   154

86 

 

Sofi suyun kənarına endi. Buralar çox palçıqlı idi. Sonra bir qayıq 



gördü. Qayığın yarısı sudaydı. İçində bir cüt avar vardı. 

Sofi  ətrafa  nəzər  saldı.  Ayaqqabılarını  palçığa  bulamadan  o  biri 

sahilə  keçmək  mümkünsüz  idi.  Çəkinmədən  qayığa  yaxınlaşdı,  onu 

suya  itələdi.  Sonra  qayığa  oturdu,  avarları  taxdı,  gölə  çıxdı.  Tezliklə 

qayıq o biri sahilə dəyib dayandı. Sofi sahilə çıxdı və qayığı dalınca 

dartmağa çalışdı. Bu sahil üzbəüzdəkindən daha dikdi. 

Evə yanaşmazdan əvvəl cəmi bir dəfə başını çevirib arxaya baxdı. 

Cəsarəti özünü də təəccübləndirirdi. Bura gəlməyə necə cürət etmişdi? 

Bilmirdi. Sanki nə isə onu irəli itələyirdi. 

Sofi  qapını  döydü.  Bir  müddət  gözlədi,  amma  hay  verən  olmadı, 

dəstəkdən tutub ehtiyatla itələdi və qapı açıldı. 

Orada  kiminsə  yaşadığı  aydın  idi.  Qədimi  sobada  odun  qıcırtısı 

eşidildi. Kimsə təzəlikcə burada olmuşdu. 

Böyük nahar masasında makina, bir neçə kitab, iki qələm və çoxlu 

kağız vardı. Gölə baxan pəncərənin önündə isə bir kiçik masa və iki 

kətil gördü. Otaqda mebel çox az idi, divarlardan birində kitablarla dolu 

rəflər sıralanırdı. Ağ dolabın üstündən ağır bürünc çərçivəyə salınmış 

böyük dairəvi güzgü asılmışdı. Çox qədimi görünürdü. 

Divarların birindən iki rəsm asılmışdı. Birində yağlı boya ilə bəyaz 

ev  təsvir  olunmuşdu,  ev  kiçik  bir  körfəzin  sahilindəydi,  körfəzdə 

qayıqların  dayanması  üçün  qırmızı  rəngli  məntəqə  vardı.  Evlə  qayıq 

məntəqəsinin arasında geniş bir bağ, bağda alma ağacı, sıx kollar və bir 

neçə iri daş vardı. Sıx ağcaqayın 

cərgəsi bağı çələng kimi dövrəyə almışdı. Rəsmin adı “Bjerkeli” idi. 

O biri rəsmdə isə pəncərənin yanında kresloda əyləşmiş kişi təsvir 

olunmuşdu.  Dizinin  üstündə  bir  kitab  vardı.  Rəsmdə  arxa  tərəfində 

ağaclar və qaya parçaları olan kiçik körfəz vardı. Elə bil bir neçə yüz il 

əvvəl çəkilmişdi. Rəsmin adı “Berkli” idi. Rəssamın adı isə Smilbert 

idi. 

Berkli və Bjerkeli. Nə qəribə! 



Sofi  evi  iyləyib-çüyləməyə  davam  etdi.  Qonaq  otağından  balaca 

mətbəxə  qapı  açılırdı.  Kimsə  indicə  qab  yumuşdu.  Boşqablar  və 

downloaded from KitabYurdu.org



87 

 

stəkanlar çay dəsmalının üzərinə düzülmüşdü, bəzi qablarsa hələ suya 



çəkilməmiş, üzərlərində sabunlu su damcıları parıldayırdı. Döşəmənin 

üzərində  alüminium  tas,  tasın  içində  yemək  artıqları  vardı.  Burada 

yaşayan hər kim idisə, görünür, ya it, ya pişik saxlayır. 

Sofi qonaq otağına qayıtdı. Otaqdakı digər qapı kiçik yataq otağına 

açılırdı. Yataq otağının döşəməsində içində bir neçə nazik yorğan olan 

iri boxça vardı. Sofi onların üstündə 

sarı saç telləri də gördü. Bu da sübut! Sofi başa düşdü ki, evin sakinləri 

Albert Knoks və Hermesdi. 

Qonaq  otağına  qayıdıb  güzgünün  qarşısında  dayandı.  Güzgü  bir 

qədər tutqun idi və bəzi yerləri aşınmışdı. Sofi öz hamamlarında etdiyi 

kimi, güzgüdə özünə cürbəcür sifətlər sərgiləməyə başladı. Üzünü nə 

şəklə salırdısa, təbii ki, güzgüdəki əksi də eynisini eləyirdi. 

Lakin qəflətən qorxulu bir şey baş verdi. Yalnız bir dəfə - bir anın 

içində Sofi çox aydın şəkildə gördü ki, güzgüdəki qız hər iki gözünü 

qırpdı. Sofi diksinib daldalı çəkildi. Əgər o özü gözlərini yummuşdusa, 

güzgüdəki  qızın  gözlərini  yummasını  necə  görmüşdü?  Hələ  bu 

harasıdı,  qız  bunu  elə  elədi  ki,  sanki  “mən  səni  görürəm,  Sofi,  mən 

burdayam”, - dedi. 

Sofi  ürəyinin  möhkəm  çırpındığını  duydu  və  bu  vaxt  uzaqda  it 

hürdü.  Hermes!  Dərhal  aradan  çıxmalıyam,  -  Sofi  özünü  topladı. 

Birdən  dolabın  üstündə  -  güzgünün  altında  yaşıl  rəngli  bir  pulqabı 

gördü. İçində əlli və yüz kronluq banknotlar, məktəb vəsiqəsi, vəsiqədə 

gözəl  saçlı  bir  qızın  şəkli  vardı.  Şəklin  altında  qızın  adı  yazılmışdı: 

“Hilde Moller Knog”... 

Sofi  sarsıldı.  Yenidən  itin  səsi  eşidildi.  O,  qaçmalıydı  - 

yubanmadan! 

Masanı ötüb keçməyə tələsdiyi vaxt kitablarla vərəqlərin ortasında 

ağ zərf gördü. Orada bircə söz yazılmışdı: “SOFİ”. 

Nə  etdiyini  anlamadan  zərfi  oğurladı,  onu  qəhvəyi  zərfin  içinə, 

Platon  vərəqlərinin  yanına  dürtdü.  Qapıya  qaçdı  və  qapını  arxasınca 

örtdü. 

İt səsi getdikcə yaxınlaşırdı. Amma hər şeydən pis o idi ki, qayıq 



downloaded from KitabYurdu.org


88 

 

yox  idi.  Bir  an  keçməmiş  Sofi  qayığı  gördü,  amma  gölün  ortasında! 



Külək onu aparmışdı. Avarlardan biri suyun üzərində üzürdü. Ona görə 

ki,  Sofi  onu  torpağa  yaxşıca  batırmamışdı.  İt  səsi  artıq  çox  yaxından 

gəlirdi  və  gölün  o  biri  tərəfindəki  ağacların  arasında  tərpəniş 

duyulurdu. 

Sofi cəld evin arxasındakı kolluğa girdi. Ayaqlarından çox əllərinə 

güvənməliydi.  Bura  elə  palçıq  idi  ki,  batıb-çıxmalı  olurdu.  Amma 

getməliydi. Özünü birtəhər evə çatdırmalıydı. 

Beləcə, bir az gedəndən sonra Sofi azdı. Bu onun əvvəl keçdiyi cığır 

deyilmi? Ətəyinin suyunu sıxıb dayandı. Ağlamağa başladı. 

Axı o, necə belə axmaqlıq edə bilərdi? Hələ qayıq! Suyun ortasında 

yırğalanan qayıq, yanında avara-avara üzən avar, - Sofi bu mənzərəni 

fikrindən çıxara bilmirdi. Biabırçılıq idi... 

Yəqin fəlsəfə müəllimi indi gölə çatıb. Ona evə qayıtmaq üçün qayıq 

lazımdı. Özünü cinayətkar kimi hiss etdi. Di gəl, 

Sofi bunu qəsdən etməmişdi. 

Zərf! Yoox, qayıqdan da betər hadisə budu. Axı niyə zərfi götürdü?! 

Hə, əlbəttə, ona görə ki, üstündə adı vardı. Nə olsun ki? Özünü oğru 

kimi hiss edirdi. Üstəlik, qayığı götürənin, bu evə gələnin məhz Sofi 

olmasına dəlil qoymuşdu. 

Zərfin arxasına baxdı. Orada yazılmışdı: 

Hansı daha əvvəl yaranıb? Cücə, yoxsa cücə ideyası? 

Biz anadangəlmə “ideyalarlamı doğuluruq? 

Bitki, heyvan və insan arasındakı fərq nədi? 

Niyə yağış yağır? 

Yaxşı yaşamaq üçün nə gərəkir? 

Sofi indi bu suallar haqqında düşünmək iqtidarında deyildi, amma 

bu sualların növbəti filosofla bağlı olduğunu başa 

düşdü. Aristotelmi? 

Meşədə  xeyli  qaçandan  sonra  uzaqdan  öz  çəpərlərini  görəndə 

dənizdə  gəmisi  batandan  sonra  üzən  adamın  sahili  görməsi  kimi  bir 

duyğu keçirdi. Çəpər bayır tərəfdən əcəb məzəli görünürdü. 

Xəlvəti guşəsinə girib qol saatına baxdı. On otuzu göstərirdi. Böyük 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   25   26   27   28   29   30   31   32   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə