Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə28/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   24   25   26   27   28   29   30   31   ...   154

83 

 

Platon  dövləti  eynilə  üçhissəli  insan  bədəni  kimi  təsəvvür  edir. 



Bədənin  başı,  sinəsi,  qarnı  olduğu  kimi,  dövlətin  də  idarəediciləri, 

köməkçiləri, əməkçiləri (məsələn fermerlər) var. Burada Platon yunan 

tibbindən model kimi istifadə edir. 

Sağlam və ahəngdar insan kimi şərəfli bir dövlət də ümumi mənzərədə 

hərənin öz yerini bilməsilə xarakterizə olunur. 

Platon fəlsəfəsinin digər aspektləri kimi, onun siyasət fəlsəfəsinə də 

rasionalizm  xasdı.  Yaxşı  dövlət  qurmaq  zəkayla  idarə  olunmaqdan 

asılıdı.  Baş  bədəni  idarə  etdiyi  kimi,  filosoflar  da  cəmiyyəti  idarə 

etməlidirlər. 

Gəl  insanın  və  dövlətin  üç  hissəsi  arasındakı  əlaqəni  sadə  şəkildə 

təsvir edək. 

Bədən Ruh Şərəf Dövlət 

Baş təfəkkür müdriklik idarəedicilər 

sinə iradə cəsarət köməkçilər 

qarın nəfs nəfsə nəzarət əməkçilər 

Platonun  ideal  dövləti  bir  az  hər  kəsin  ümuminin  xeyrinə  xüsusi 

funksiya  daşıdığı  qədim  hind  kasta  sisteminə  bənzəyir.  Platon 

zamanından xeyli əvvəl hind kasta sistemi eyni üçölçülü bölgüyə malik 

olub, köməkçi, döyüşçü, əməkçi kastalar. Günümüzdə Platonun dövləti 

bəlkə  də  totalitar  görünür.  Amma  diqqətəlayiqdi  ki,  Platona  görə, 

dövləti  qadınlar  da  kişilər  kimi  effektiv  idarə  edə  bilərlər,  təkcə  ona 

görə  ki,  onlar  dövləti  öz  təfəkkürlərinin  fəzilətilə  idarə  edəcəklər.  O, 

bəyan edirdi ki, əgər eyni təhsil alsalar, uşaq saxlamaq və evdarlıqdan 

azad  edilsələr,  qadınların  və  kişilərin  zəkası  tamamilə  eynigüclüdü. 

Platonun ideal dövlətində idarəçilərə və döyüşçülərə ailə həyatı, şəxsi 

təsərrüfat  işlərilə  məşğul  olmağa  icazə  verilmir.  Uşaq  böyütmək 

insanların  öz  ixtiyarına  verilməməli,  dövlət  məsuliyyəti  olmalıdı. 

(Platon  ilk  filosof  idi  ki,  dövlətin  təşkil  etdiyi  uşaq  bağçaları  və  tam 

günlük təhsili müdafiə edirdi.) 

Bir neçə siyasi uğursuzluqdan sonra Platon “Qanunlar”! yazdı, orada 

konstitusiya dövlətini daha bir ən yaxşı dövlət 

modeli kimi təsvir edirdi. Bu əsərində o, həm şəxsi mülkiyyət, həm də 

downloaded from KitabYurdu.org



84 

 

ailə  bağlarına  dair  məsələlərə  yenidən  baxır.  Qadın  azadlığı 



məhdudlaşdırılır.  Buna  baxmayaraq,  o  bildirirdi  ki,  qadına  təhsil 

verməyən dövlət yalnız sağ qolunu məşq etdirən kişiyə bənzəyir. 

Bütövlükdə, yaşadığı dövrü nəzərə alsaq, Platonun qadınlar haqda 

pozitiv  təsəvvürlərə  malik  olduğunu  söyləyə  bilərik.  “Simpozium” 

dialoqunda o, əfsanəvi qadın kahin Dayotimanı Sokrata fəlsəfi dərrakə 

qabiliyyətini bəxş etmək şərəfi olan qadın kimi təsvir edir. 

Platon haqda bu qədər, Sofi. Onun heyrətamiz nəzəriyyələri iki min 

ildən çox müzakirə olunub. Bunu edən ilk adam onun Akademiyadakı 

şagirdlərindən biri olan Aristotel idi. Aristotel Afinadan olan üçüncü 

böyük filosofdu. 

Hələlik”. 

Sofi  Platon  haqda  oxuyan  vaxt  günəş  şərqdə,  meşənin  üzərinə 

qalxmışdı. Üfüq elə parlaq, elə rəngarəng idi ki, Sofi 

indicə oxuduğu - dırmaşıb mağaradan çıxan, işıqdan gözləri qamaşan 

adamı xatırladı. 

Sanki Sofi özü də dərin mağaradan çıxmışdı. Platon haqda oxuyanda 

təbiəti tamamilə başqa tərəfdən gördüyünü anladı. Bu, daha çox rəng 

korluğu kimiydi. O, indiyədək kölgələri görmüş, amma parlaq ideyaları 

görə bilməmişdi. 

Platonun  əbədi  nümunələr  haqda  dediyi  hər  şeydə  haqlı  olduğuna 

əmin  deyildi,  lakin  bütün  canlı  şeylərin  ideyalar  aləmindəki  əbədi 

formaların  qeyri-mükəmməl  surətləri  olması  yaxşı  fikir  idi.  Məgər 

doğru  deyil  ki,  bütün  güllər,  ağaclar,  insanlar,  heyvanlar  “qeyri-

mükəmməldi”? 

Sofinin ətrafında gördüyü hər şey elə gözəl, elə canlı idi ki, bu fikrə 

ürəkdən  inanmaq  üçün  gözlərini  ovuşdurmalı  oldu.  Lakin  onun  indi 

gördüyü  heç  bir  şey  davam  etməyəcək,  daim  olmayacaq.  Buna 

baxmayaraq, burada yüz illərlə eyni güllər və ağaclar yetişəcək. Hətta 

hər  bir  gül  və  hər  bir  heyvan  ölüb  unudulsa  da,  bütün  bunların  necə 

göründüyünü “xatırlayan” nə isə olacaq. 

Sofi  ətraf  aləmə  göz  gəzdirdi.  Birdən  şam  ağacının  başından  bir 

sincab  tullandı.  Ağacın  gövdəsinə  bir  neçə  dəfə  dövrə  vurdu  və 

downloaded from KitabYurdu.org



85 

 

budaqların arasında yox oldu. “Mən səni əvvəllər də görmüşəm”, - Sofi 



düşündü.  Başa  düşdü  ki,  bəlkə  də  əvvəl  gördüyü  bu  sincab  deyildi, 

lakin  o,  eyni  “forma”m  görüb.  Platon  bəlkə  də  haqlı  olub.  Bəlkə  o, 

əvvəllər  -  ruhu  insan  bədənində  məskunlaşmazdan  əvvəl  ideyalar 

aləmində əbədi “sincab”ı görüb. 

Doğrudanmı,  o,  daha  əvvəl  yaşayıb?  Doğrudanmı,  ruhu  bədəninə 

girməzdən  əvvəl  mövcud  olub?  Doğrudanmı,  onun  içində  kiçik  bir 

cəvahirat var ki, o cövhəri zaman xarab edə bilməyib, - bu, ruhdu və nə 

vaxtsa onun bədəni qocalıb öləndən sonra da bu ruh yaşamağa davam 

edəcək? 

MAYORUN EVİ 

...güzgüdəki qız hər iki gözünü birdən qırpdı... 

Hələ  səkkizə  on  beş  dəqiqə  işləyirdi.  Evə  tələsmək  lazım  deyildi. 

Axı bazar günləri anası onu çox sıxmırdı, hələ iki saat da yata bilərdi. 

Bəlkə  meşəliyin  bir  az  da  dərinliyinə  gedib  Alberto  Knoksu 

axtarsın? Görəsən, it ona niyə elə acıqla hürdü? 

Sofi  qalxıb  Hermesin  qaçdığı  yola  çıxdı.  Qəhvəyi  zərflə  Platon 

haqda vərəqlər əlində idi. Yolayrıcına çatanda enli yola keçdi. Quşlar 

hər  yerdə  -  ağaclarda,  səmada  oxuyurdular.  Hərgünkü  səhər  işlərilə 

məşğul  idilər.  Onlar  üçün  həftənin  adi  günlərilə  bazar  günü  arasında 

fərq yoxdu. Bunu onlara kim öyrədib? Bəlkə onların hər birinin içində 

kiçik bir kompüter var və məlum şeyləri etmələrini proqramlaşdırır? 

Cığır  kiçik  bir  təpəciyə  gətirib  çıxardı,  ondan  sonra  hündür  şam 

ağaclarının arasına dik eniş vardı. Bu vaxtlar  meşədə  ağaclar elə  sıx 

olurdu  ki,  o,  ağacların  arasıyla  yolun  cəmi  bir  neçə  addımlığı 

görünürdü. 

Qəfildən ağac gövdələrinin arasından gözünə parlaq bir şey dəydi. 

Bu,  balaca  bir  gölə  oxşayırdı.  Cığır  başqa  bir  yola  açılırdı,  lakin  o, 

ağacların  arasına  girməyi  seçdi.  Niyə  belə  etdiyini  özü  də  bilmirdi, 

sadəcə, ayaqları onu aparırdı. 

Göl  təxminən  futbol  meydançası  boydaydı.  O  biri  sahildə 

ağcaqayınların arasından qırmızı rəngli bir ev görünürdü. Bacasından 

seyrək tüstü qalxırdı. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   24   25   26   27   28   29   30   31   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə