Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə34/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   30   31   32   33   34   35   36   37   ...   154

101 

 

tərəvəzi, heyvanları, insanları bir-birindən fərqləndiririk. 



Görürsənmi, Sofi? Aristotel təbiətin “otağ”ında beləcə təmizləmə işi 

aparmaq  istəyirdi.  O,  təbiətdəki  hər  şeyin  müxtəlif  kateqoriyalara  və 

qruplara  aid  olduğunu  göstərməyə  çalışırdı.  (Hermes  canlı  varlıqdır, 

daha da xüsusiləşdirsək - heyvandır, lap xüsusiləşdirsək - onurğalıdır, 

bir az da xüsusiləşdirsək - məməlidir, bir qədər də irəli getsək - itdir, 

bir az da o yana - labrador cinsindəndir, bir az xüsusiləşdirsək - erkək 

labradordur.) 

Otağına get, Sofi. Döşəmədən bir şey, başqa şey götür. Əlini nəyə 

vurursansa vur, görəcəksən ki, o şey daha böyük kateqoriyaya daxildir. 

Təsnif edə bilməyəcəyin bir şey görəndə heyrətlənirsən. Məsələn, əgər 

qəribə bir şeyə rast gəlmisənsə, bunun nə heyvan, nə meyvə-tərəvəz, nə 

də mineral olduğunu bilmirsənsə, ona əl vurmağa cürət edə biləcəyini 

sanmıram. 

Heyvan, meyvə, mineral deyərkən belə bir oyun yadıma düşür: bir 

nəfər otaqdan bayıra göndərilir, yenidən içəri girəndə başqalarının nə 

düşündüyünü tapmalıdır. O, bayırda olanda 

hamı  sözü  bir  yerə  qoyur  ki,  indi  qonşu  bağda  olan  pişik  -  Tüklücə 

haqda düşünsün. Adam içəri girir və tapmağa çalışır. Oyunçular onun 

cavablarına  ya  hə,  ya  da  yox  deməlidirlər.  Əgər  bu  adam  Aristoteli 

yaxşı bilirsə, soruşacaq: 

Konkret  bir  şeydir?  Hə.  Mineraldır?  Yox.  Tərəvəzdir?  Yox. 

Heyvandır? Hə. Quşdur? Yox. Məməlidir? Hə. Pişik? Hə. Tüklücə? Hə. 

Gülüşlər. 

Beləcə,  Aristotel  həmin  oyunu  kəşf  edib.  Platona  gizlənqaç 

oyununu,  Demokritəsə  leqo  konstruktorunu  kəşf  etdiyinə  görə, 

minnətdar olmalıyıq. 

Aristotel  anlayışlarımızı  aydınlaşdırmaq  üçün  qollarını  çırmamış 

səliqəli bir təsnifatçı idi. Faktiki olaraq, o, Məntiqin əsasını qoymuşdu. 

O, əqli nəticələrin doğruluğunu idarə edən bir sıra qanunlar vermişdi. 

Bir nümunə gətirək, kifayətdir. 

Əgər desəm ki, bütün canlılar öləridir (birinci hökm) 

Sonra desəm ki, Hermes canlı varlıqdır (ikinci hökm) Buradan çıxır ki, 

downloaded from KitabYurdu.org



102 

 

Hermes öləridir. 



Bu  nümunə  onu  göstərir  ki,  Aristotel  məntiqi  anlayışların 

bağlılığına, konkret olaraq, bu halda “canlı varlıq” və “öləri” 

anlayışlarının bağlılığına əsaslanır. Əgər yuxarıdakı əqli nəticə yüz faiz 

doğrudursa  belə,  deyə  bilərsən  ki,  bu,  bizə  yeni  heç  nə  demədi.  Axı 

artıq bilirdik ki, Hermes öləridir (Onsuz da bilirdik ki, Hermes itdir və 

bütün itlər canlı varlıqdır, onlar isə Everest zirvəsindən fərqli olaraq, 

öləridirlər.)  Əlbəttə,  biz  bunu  bilirdik,  Sofi.  Lakin  şeylərin  sinifləri 

arasındakı əlaqə heç də həmişə bu qədər açıq-aşkar, bu qədər məlum 

olmur. Biz zaman-zaman öz anlayışlarımıza aydınlıq gətirməli oluruq. 

Məsələn,  balaca  siçanlar  eynilə  quzular  və  donuzlar  kimi  südmü 

əmirlər? Siçanlar  əlbəttə,  yumurta qoymurlar.  (Axırıncı dəfə  nə  vaxt 

siçan yumurtası görmüşük?) Deməli, onlar balalayırlar, məməlidirlər, 

yəni  ana  südü  içirlər.  Çatdıq.  İçimizdə  cavab  vardı,  lakin  bir  qədər 

dərindən  düşünməli  olduq.  Bir  anlıq  siçanların  analarını  əmdiyini 

unutmuşduq.  Bəlkə  ona  görə  ki,  biz  heç  vaxt  anasını  əmən  siçan 

görməmişik,  sadəcə  ona  görə  ki,  siçan  balaları  analarını  əməndə 

insanlardan gizlənirlər. 

Təbiətin şkalası 

Aristotel həyatı sahmana salarkən hər şeydən əvvəl, təbiət aləmində 

hər şeyin iki əsas kateqoriyaya ayrıldığını göstərir. Bir tərəfdə, cansız 

şeylər  -  daşlar,  su  damlaları,  torpaq  parçası  və  s.  durur.  Bu  şeylərin 

dəyişmək potensialı yoxdur. Aristotelə görə, cansız şeylər yalnız xarici 

təsirlə dəyişilə bilər. Öz-özünə dəyişməksə canlı şeylərin potensialıdır. 

Aristotel  “canlı  şeyləri”  iki  kateqoriyaya  bölür.  Birinə  bitkilər, 

digərinə heyvanlar və insanlar daxildir. 

Gördüyün kimi, Aristotelin kateqoriyaları sadə və aydındır. Canlılar 

və  cansızlar  arasında  kəskin  fərq  var;  məsələn,  daş  və  qızılgül  çox 

fərqlidir, eynilə heyvan və bitki arasında da fərq var, məsələn, qızılgül 

və at. Deyə bilərsən ki, at və insan arasında da fərq var. Lakin sən mənə 

deyə bilərsənmi, bu fərq dəqiq nədən ibarətdir? 

Təəssüf ki, sənin cavab yazıb bir parça qəndlə birlikdə çəhrayı zərfə 

qoyub  göndərməyini  gözləməyə  vaxtım  yoxdur,  ona  görə  də  özüm 

downloaded from KitabYurdu.org



103 

 

cavab verəcəyəm. 



Aristotel  təbii  varlıqları  müxtəlif  kateqoriyalara  bölərkən  onun 

meyarı qismində obyektin səciyyəvi xüsusiyyətləri çıxış 

edir, başqa sözlə, həmin obyekt nə edə bilir və ya nə edir. 

Bütün canlılar (bitkilər, heyvanlar, insanlar) qidalanır, böyüyür və 

çoxalır. Canlılar (heyvanlar, insanlar) həmçinin ətraflarındakı dünyanı 

qavramaq  və  onda  hərəkət  etmək  imkanına  malikdirlər.  İnsanların 

düşünmək, başqa sözlə, qavrayışlarını müxtəlif kateqoriyalar və siniflər 

üzrə nizamlamaq qabiliyyəti var. 

Beləliklə,  təbiət  aləmində  kəskin  sərhədlər  yoxdur.  Biz  sadə 

rüşeymlərdən 

daha 

mürəkkəb 



bitkilərə, 

kiçik 


heyvanlardan 

mürəkkəblərə tədrici çevrilməni müşahidə edirik. Bu, şkalanın başında 

insan  dayanır-Arostotelə  görə,  insan  təbiətin  bütün  həyatını  yaşayır. 

İnsan bitkilər kimi qidalanır və böyüyür, heyvanlar kimi hissləri var və 

hərəkət edə bilir, həmçinin insana xas xüsusi bir cəhəti də var ki, bu da 

rasional düşünmək qabiliyyətidir. 

Deməli, insanda ilahi düşüncədən bir qığılcım var, Sofi. Bəli, ilahi 

dedim. Zaman-zaman Aristotel bizə təbiət aləmindəki bütün hərəkata 

təkan vermiş bir Tanrının varlığını xatırladır. Buna görə də Tanrı təbiət 

şkalasının lap başında durur. 

Aristotelin  təsəvvürlərinə  görə,  ulduzlar  və  planetlərin  hərəkəti 

Yerdəki bütün hərəkatı idarə edir. Lakin səma cisimlərini də hərəkətə 

gətirmiş  nə  isə  olmalıdır.  Aristotel  bunu  “ilk  təkançı”  və  ya  “Tanrı” 

adlandırırdı. İlk təkançının özü hərəkətsizdir, lakin səma cisimlərinin 

və deməli, bütün təbiətdəki hərəkatın “formal səbəbi”dir. 

Etika 


Gəl qayıdaq insanlara, Sofi. Aristotelə görə, insan “forma”sı candan 

ibarətdir ki, bu da bitkiyə bənzər hissədən, heyvani və rasional hissədən 

ibarətdir.  Aristotel  sual  verir:  Biz  necə  yaşamalıyıq?  Yaxşı  yaşamaq 

üçün nə tələb olunur? 

Onun  cavabı  belədir:  İnsan  xoşbəxtliyə  yalnız  bütün  qabiliyyət  və 

bacarıqlarından istifadə etməklə nail ola bilər. 

Aristotel  bu  fikirdəydi  ki,  xoşbəxtliyin  üç  forması  var.  Birinci 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   30   31   32   33   34   35   36   37   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə