Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə140/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   136   137   138   139   140   141   142   143   ...   154

422 

 

- Elədi.  Sartr  XX  əsr  şəhərinin  sakinini  təsvir  edir.  Renessans 



humanistlərinin 

insanın 


azadlığı, 

müstəqilliyi 

məsələlərinə 

müzəffəranə  tərzdə  diqqət  çəkdikləri  yadındadı?  Sartr  bu  insan 

azadlığını lənət kimi qiymətləndirir. "İnsan azadlığa məhkum edilib” - 

deyən  Sartr  bunu  onunla  izah  edir  ki,  “insan  özü  özünü  yaratmayıb. 

Buna  görə  də  azad  ola  bilməz.  İnsan  öz  istəyi  olmadan,  dünyaya 

gətirilib və etdiyi hər şeyə görə, məsuliyyət daşıyır”. 

- Amma biz azad fərdlər kimi yaradılmağı xahiş etməmişik axı. 

- Sartrın əsas sözü də budur. Azad fərdlər olsaq da, bu azadlıq bizi 

həyatımız boyu seçim etməyə məhkum edir. Riayət etməli olduğumuz 

heç bir mütləq dəyər və ya norma yoxdu. 

Buna görə də seçimlərimiz daha mühümdü. Çünki etdiyimiz hər şeyə 

görə,  tam  məsuliyyət  daşıyırıq.  Sartr  insanın  hərəkətlərinə  görə 

məsuliyyət hissini heç vaxt itirməməli olduğunu vurğulayırdı. Biz işə 

get”məli” olduğumuzu, yaxud necə yaşayacağımıza dair orta sinfin bir 

sıra  qaydalarına  riayət  et”məli”  olduğumuzu  irəli  sürərək,  etdiyimiz 

seçimlərdə  üzərimizə  düşən  məsuliyyətdən  yayına  bilmərik.  Anonim 

kütlələrin arasında gizlənən belə insan şəxsiyyətsiz bir kütlə insanidi, 

özündən qaçıb həyatını yalan kimi yaşayır. Halbuki, bizim azadlığımız 

bizi özümüzə xas şeylər etməyə, “autentik” və ya əsl həyat yaşamağa 

vadar edir. 

Aydındı. 



- Bu,  əxlaqi  seçimlərimizə  də  aiddi.  Günahı  "insanın  təbiətinə”, 

“insan zəifliyinə" və ya hər hansı belə bir şeyin üstünə ata bilmərik. 

Bəzən  elə  olur  ki,  adamlar  nə  isə  pis  bir  hərəkət  edirlər  və  sonra  da 

günahı Adəmin üstünə atırlar. Halbuki, Adəm yoxdu. Ondan sadəcə öz 

əməlimizin məsuliyyətindən yayınmaq üçün istifadə edirik. 

Bu qədər də olmaz! 



- Sartr həyatın mənasız olduğunu desə də, nihilist olmayıb. 

Nihilist nə deməkdi? 



- Nihilist  heç  nəyin  mənası  olmadığına  və  hər  şeyi  edə  biləcəyinə 

inanan  adamdı.  Sartr  isə  inanırdı  ki,  həyatın  mənası  olmalıdı.  Bu, 

imperativdi.  Lakin  həyatımızda  məna  yaratmalı  olan  biz  özümüzük. 

downloaded from KitabYurdu.org




423 

 

Mövcud olmaq öz-özünü yaratmaqdı. 



Bunu bir az izah edə bilərsən? 

- Sartr  göstərməyə  çalışır  ki,  şüur  nəyisə  qavramadan  öncə  öz-

özlüyündə  heç  bir  dəyəri  yoxdu.  Çünki  şüur  həmişə  nəyisə  şüurlu 

anlamaqdı.  Və  bu  “nə  isə”  özümüz  tərəfindən  qavranıldığı  kimi, 

ətrafımızdakılar tərəfindən də qavranılır. Nəyi qavrayacağımıza bizim 

üçün nəyin əhəmiyyətli olduğunu seçərək qismən vasitəçi kimi qərar 

veririk. 

Məsələn, bir nümunə gətir. 



- Eyni  otaqda  olan  iki  insan  bu  məkanı  çox  fərqli  şəkildə  qavraya 

bilərlər.  Çünki  ətrafımızı  qavrayanda  ona  öz  fikirlərimizi,  öz 

maraqlarımızı  da  qatırıq.  Hamilə  qadın  hara  baxırsa,  orada  hamilə 

qadınları gördüyünü düşünə bilər. 

Şübhəsiz ki, əvvəllər də ətrafında hamilə qadınlar olurdu. Amma indi 

hamilədi və dünyaya bu gözlə baxır. Həbsxanadan qaçmış məhbus hər 

yerdə polis maşınları görə bilər... 

Aydındı. 



- Yəni bizim həyatımız otaqdakı şeyləri necə qavrayacağımıza təsir 

göstərir.  Mənim  üçün  hansısa  bir  şey  maraqsızdırsa,  onu  görmürəm. 

Beləliklə, bu gün niyə gec gəldiyimi izah etməyin vaxtı çatdı. 

Demişdin ki, bunu qəsdən etmisən. 



Əvvəlcə mənə kafeyə gələndə nə gördüyünü de. 

Gördüyüm ilk şey sənin burada olmamağın idi. 



Səncə olmayan bir şeyin nəzərinə çarpması qəribə deyil? 

Ola bilər, amma səni burada görəcəyimi gözləyirdim axı. 



- Sartr  da  bizim  üçün  əhəmiyyətsiz  olan  şeyləri  necə  “yox 

saydığımızı” göstərmək üçün bu kafe nümunəsindən istifadə edir. 

Elə bu nümunəni göstərməyə görə, gec gəldin? 



- Sartrın fəlsəfəsindəki bu vacib məqamı anlayasan deyə, bəli. Buna 

tapşırıq məşğələ kimi də baxa bilərsən. 

Sağ ol da! 



- Sən  kimisə  sevirsənsə,  sevgilindən  zəng  gözləyirsənsə,  bütün 

axşamı  yalnız  onun  zəng  etməməsini  eşidirsən.  Onunla  qatar 

downloaded from KitabYurdu.org



424 

 

stansiyasında görüşməlisən, platformada çoxlu insan gəzişir, lakin sən 



o qədər insanı görmürsən, sevgilin orada yoxdursa, heç o insanlara fikir 

vermirsən.  Olsa-olsa,  onlar  sənə  maneədi,  sənin  üçün  heç  bir 

əhəmiyyətləri yoxdu. Hətta sənə iyrənc görünə bilərlər. Boş-boşuna yer 

tuturlar. Qavradığın yeganə şey onun orada olmamasıdı. 

Necə də kədərlidi. 



- Simona  de  Bovuar  ekzistensializmi  feminizmə  tətbiq  etməyə 

çalışırdı.  Sartr  deyirdi  ki,  insanın  mütləq  təməl  “təbiəti”  yoxdu. 

Özümüzü özümüz yaradırıq. 

Eləmi? 



- Bu,  cinsləri  necə  qavramağımıza  da  aiddi.  Simona  de  Bovuara 

görə, mütləq bir “qadın təbiəti”, yaxud mütləq bir “kişi təbiəti” yoxdu. 

Lakin əvvəllər inanırdılar ki, kişilərin transendent təbiəti var, buna görə 

də  kişi  evdən  kənarda  məna  və  məqsəd  axtarır.  Qadının  isə  həyat 

fəlsəfəsi bunun əksidir. Qadın 

“immanentdi”,  bu  o  deməkdi  ki,  qadın  olduğu  yerdə  olmaq  istəyir. 

Qadın ailəsini, ətrafındakı mühiti, evə aid şeyləri qorumaq itəyir. Bu 

gün  qadınların  kişilərdən  daha  “yumşaq  dəyərlərə”  malik  olduğunu 

deyirik. 

Doğrudanmı, Simona de Bovuar da belə düşünürdü? 



- Yox.  Mənə  yaxşı  qulaq  asmamısan.  Simona  de  Bovuar  əslində 

“qadın  təbiəti”  və  “kişi  təbiəti”  olmadığına  inanırdı.  Əksinə,  o, 

qadınların  və  kişilərin  özlərini  belə  öncədən  verilən  hökmlərdən  və 

ideallardan qurtarmalı olduqlarına inanırdı. 

Razıyam. 



- Onun əsas əsəri olan “İkinci cins” 1949-cu ildə nəşr olunmuşdu. 

Bununla nəyi nəzərdə tuturdu? 



- Qadınları. Bizim mədəniyyətimizdə qadınla ikinci cins kimi rəftar 

olunur. Subyekt hesab olunan yalnız kişi idi. Qadınsa kişinin obyekti 

vəziyyətinə  gətirilmişdi.  Bununla  da  qadının  öz  həyatına  görə 

məsuliyyəti də onun əlindən alınmışdı. 

Sonra? 


- Qadın bu məsuliyyəti yenidən özünə qaytarmalı idi. Özünə yenidən 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   136   137   138   139   140   141   142   143   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə