Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə31/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   27   28   29   30   31   32   33   34   ...   154

92 

 

“Biz  anadangəlmə  ideyalarlamı  doğuluruq?”  Çətin  ki,  -  Sofi 



düşündü.  İdeyalarla  yaxşı  təchiz  olunmuş  yeni  doğulmuş  körpə 

təsəvvür etmək çətindi. Digər tərəfdən, heç kəs bunu bilə bilməz, axı 

uşağın danışa bilməməsi heç də o demək deyil ki, onun başında heç bir 

ideya  yoxdu.  Lakin  əlbəttə,  şeylər  haqda  nə  isə  bilməzdən  öncə  biz 

onları görməliyik. 

“Bitki,  heyvan  və  insan  arasındakı  fərq  nədir?"  Sofi  çox  aydın 

fərqlər görə bilirdi. Məsələn, bitkinin çox mürəkkəb emosional həyatı 

yoxdu. Məsələn, kim qəlbi ağrıyan bir zəngçiçəyi haqda eşidib? Bitki 

yetişir, qidalanır və çoxala bilmək üçün toxumlar verir. Adamın bitkilər 

haqda deyə biləcəyi təxminən bu qədərdi. Sofi belə nəticə çıxardı ki, 

bitkilərə  aid  edilən  şeylər  heyvanlara  və  insanlara  da  tətbiq  olunur. 

Amma heyvanların başqa xüsusiyyətləri də var. Məsələn, onlar hərəkət 

edə bilirlər. (Hansısa qızılgül marafon qaçışına çıxıbmı?) Heyvanlarla 

insanlar  arasındakı  fərqləri  göstərmək  isə  bir  az  çətin  idi.  İnsanlar 

düşünə bilir, amma məgər 

heyvanlar  bunu  etmir?  Sofi  əmin  idi  ki,  onun  pişiyi  Şerekan  düşünə 

bilir. Ən azı öz işini bilir. Lakin bu, fəlsəfi suallarda özünü göstərirmi? 

Pişik, bitki heyvan və insan arasındakı fərq haqda fikir yürüdə bilirmi? 

Çətin! Pişik ya məmnun olur, ya da əksinə; pişik özünə sual verirmi ki, 

Tanrı varmı, mənim ölməz ruhum varmı? Bunu demək olduqca çətindi. 

Eyni  sual  uşaq  və  anadangəlmə  ideyalar  haqda  da  ortaya  çıxır.  Belə 

məsələlər haqda ya pişiklə müzakirə açdın, ya körpəylə, - ikisi də birdi. 

“Yağış  niyə  yağır?”  Sofi  çiyinlərini  çəkdi.  Yəqin  ona  görə  ki, 

dənizlərin suyu buxarlanır və buludlar sıxılıb su damcılarına çevrilir. 

Bunu o, hələ üçüncü sinifdə öyrənib. Əlbəttə, kimsə deyə bilər ki, yağış 

bitkilərin  və  heyvanların  böyüməsi  üçün  yağır.  Amma  məgər  bu 

doğrudur? Hamamdakı duşun məgər nəsə xüsusi bir məqsədi olur? 

Sonuncu sualınsa məqsədlə nəsə bir əlaqəsi olmalıdı. “Yaxşı yaşamaq 

üçün nə gərəkir?” 

Filosof  bu  barədə  hələ  kursun  lap  əvvəlində  nə  isə  yazmışdı. 

Hamının  yeməyə,  istiliyə,  sevgiyə  və  şəfqətə  ehtiyacı  var.  Nə  olur 

olsun, bunlar yaxşı həyat üçün başlıca şərtlərdi. 

downloaded from KitabYurdu.org



93 

 

Sonra  o  qeyd  etmişdi  ki,  insanlar  həmçinin  müəyyən  fəlsəfi  suallara 



cavab tapmaq ehtiyacı duyurlar. İstədiyin işdə işləmək də çox güman 

ki, vacibdi. Maşın sürməkdən zəhlən gedirsə, taksi sürücüsü kimi çox 

da  xoşbəxt  ola  bilməzsən.  Yoxlama  yazı  işlərindən  zəhlən  gedirsə, 

müəllim işləmək heç yaxşı fikir deyil. Sofi heyvanları sevir və veterinar 

olmaq  istəyirdi.  Lakin  hər  halda  o,  yaxşı  yaşamaq  üçün  lotoreyada 

milyon kron udmağın vacib olduğu qənaətində deyildi. Əksinə. Belə 

bir deyim var: şeytan bekar əllər üçün iş tapır. 

Anası onu günorta yeməyinə çağırana qədər Sofi yuxarıda - otağında 

oturdu. Anası ət və kartof qızartmışdı. Desertə sarı moruq və qaymaq 

vardı. 


Onlar cürbəcür şeylərdən danışdılar. Anası ondan on beş yaşını necə 

qeyd etmək istədiyini soruşdu. Ad gününə cəmi bir neçə həftə qalırdı. 

Sofi çiyinlərini çəkdi. 

Kimisə dəvət etmək, yəni şənlik keçirmək istəmirsən? 

Ola bilər. 

Martam, Anna Mariyanı, Eleni çağıra bilərik və əlbəttə ki, Coannanı. 

Ceremi  də  ola  bilər.  Qərar  sənindi.  Mən  öz  on  beş  yaşımı  elə  aydın 

xatırlayıram  ki.  Elə  bil,  təzəlikcə  olub.  Özümü  artıq  böyümüş  hiss 

edirdim. Qəribədi, Sofi! O vaxtdan heç dəyişməmişəm elə bil. 

Dəyişməmisən. Heç nə dəyişmir. Sadəcə inkişaf eləmisən, daha da 

böyümüsən. 

Bilmirəm... özümü çox yetkin hiss edirdim. Hər şey elə sürətlə keçdi 

ki. 

ARİSTOTEL 



...insanların anlayışlarını səliqəyə salmaq istəyən təsnifatçı... 

Günorta anası mürgü vuranda Sofi həyətə düşüb öz xəlvəti yerinə 

çəkildi. Ona gəlmiş yeni məktub yox idi. Çəhrayı zərfə bir parça qənd 

qoydu, üstünə isə “Albertoya” yazdı. 

Çox  keçməmiş  Sofi  oturduğu  yerə  itin  yaxınlaşdığını  duydu. 

“Hermes”, - çağırdı, it ağzında iri qəhvəyi bir zərflə koğuşa girdi. Sofi 

qolunu morj kimi fısıldayan itin boynuna saldı: “Yaxşı oğlan!” İçində 

qənd  olan  çəhrayı  zərfi  götürüb  itin  ağzına  verdi.  İt  çəpərdən  sivişib 

downloaded from KitabYurdu.org



94 

 

yenidən meşəyə tərəf üz qoydu. 



Sofi çox ehtiyatla böyük zərfi açdı, fikrində ancaq bu idi ki, görəsən, 

orada qayıq və ev haqda bir şey yazılıbını. 

Orada həmişəki kimi  makinada yazılmış vərəqlər vardı, yuxarıdan 

sancaqla  bir-birinə  tikilmişdi.  Onlara  tikilməmiş  ayrıca  bir  vərəq  də 

vardı. Bu vərəqdə yazılmışdı: 

“Əziz Detektiv xanım, yaxud daha dəqiq desəm, Oğru xanım! 

Doğrudan deyirəm, qətiyyən inciməmişəm. Əgər sənin bu marağın 

fəlsəfi  müəmmalara  cavab  tapılmasında  olsaydı,  mən  deyərdim  ki, 

sənin  bu  macəran  çox  ümidverəndir.  Sadəcə  olaraq,  indi  köçməli 

olacağam və bu, bir az zəhlətökən işdir. Məncə, heç kəsi yox, özümü 

günahkar  bilməliyəm.  Bilməliydim  ki,  sən  şeylərin  kökünə  getməyi 

xoşlayan adamsan. 

Salamlar, 

Alberto”. 

Sofinin üstündən elə bil yük götürüldü. Deməli, bütün bu olanlardan 

sonra Alberto ona hirslənməyib. Bəs köçmək neyçün? 

Kağızları  götürüb  otağına  yüyürdü.  Anası  oyananda  evdə  olmaq 

tədbirli hərəkət olardı. Rahatca çarpayısına uzanıb 

Aristotel haqqında oxumağa başladı. 

Filosof və alim 

Əziz Sofi, 

Yəqin  ki,  Platonun  ideyalar  nəzəriyyəsindən  təsirlənmisən.  Sən 

ondan  təsirlənən  yeganə  insan  deyilsən!  Bilmirəm  başdan  ayağa 

hamısını  mənimsəmisənmi,  hər  hansı  tənqidi  qeydin  varmı,  yoxmu. 

Amma varındırsa, əmin ola bilərsən ki, həmin tənqid iyirmi ilə yaxın 

Akademiyada Platonun şagirdi olmuş Aristoteldə də yaranıb (e.ə.384-

322). 

Aristotel  əslən  afinalı  deyildi.  O,  Makedoniyada  doğulmuş, 



Platonun  altmış  bir  yaşı  olanda  onun  Akademiyasına  gəlmişdi. 

Aristotelin atası tanınmış həkim və alim idi. Onun keçmişi haqda bu 

məlumat artıq bizə onun fəlsəfi layihəsi haqda nə isə deyir. Aristoteli 

ən  çox  təbiət  fənləri  maraqlandırırdı.  O,  təkcə  böyük  yunan 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə