Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə30/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   26   27   28   29   30   31   32   33   ...   154

89 

 

zərfi o biri kağızların yanına - şirniyyatqabına qoydu, yeni suallar olan 



zərfi isə corabının içinə saldı. 

Evə girəndə anası telefonla danışırdı. Sofini görəndə tez dəstəyi asdı. 

Hara yoxa çıxmışdın? 

Mən... gəzirdim... meşədə, - kəkələdi. 

Görürəm, görürəm. 

Sofi sakitcə dayanıb ətəyindən damcılayan suya baxırdı. 

Coannaya zəng eləmişdim... 

Coannaya... 

Anası  gedib  Sofiyə  quru  geyinəcək  gətirdi.  Sofi  paltarlarını 

dəyişəndə  filosofun  məktubunu  güclə  gizlədə  bildi.  Sonra  onlar 

mətbəxdə oturdular, anası kakao hazırladı. 

Onunlaydın? - bir az keçmiş anası dilləndi. 

Onunla? 

Sofinin ağlına yalnız fəlsəfə müəllimi gəldi. 

Hə, onunla... sənin dovşanın! 

Sofi başıyla təsdiqlədi. 

Birlikdə  olanda  neynirsiz,  Sofi?  Sən  niyə  belə  yaşsan?  Sofi  ciddi 

sifət  alıb  gözlərini  masaya  zilləmişdi.  Ürəyinin  dərinliyində  isə 

gülürdü. Yazıq ana, narahat olmağa səbəb tapdı. 

Yenidən başını tərpətdi. Üstünə yağış kimi suallar yağırdı. Düzünü 

bilmək  istəyirəm.  Bütün  gecəni  bayırda  olmusan?  Niyə  yatmağa 

paltarlı  uzanmışdın?  Mən  öz  otağıma  yatmağa  gedən  kimi  küçəyə 

çıxmısan?  Cəmi  on  dörd  yaşın  var,  Sofi.  Kiminlə  görüşdüyünü 

bilməliyəm! 

Birdən  Sofi  hönkürməyə  başladı.  Sonra  isə  dili  açıldı.  O,  hələ  də 

qorxu içindəydi, axı adam qorxanda adətən danışır. 

Səhər erkən oyandığını, meşəyə gəzməyə çıxdığını dedi. Ev, qayıq, 

sehrli güzgü haqda danışdı. Lakin gizli yazışma 

kursu  haqda  bir  kəlmə  də  demədi.  Yaşıl  pulqabı  haqda  da  susdu. 

Bilmədi niyə, amma Hildeni özü üçün saxladı. 

Anası Sofini qucaqladı. Sofi əmin idi, anası ona inanmışdı. 

Mənim  sevgilim  yoxdu,  -  Sofi  mızıldadı,  -  onda  belə  demişdim, 

downloaded from KitabYurdu.org



90 

 

çünki ağ dovşana görə narahat olmuşdun. 



Sən doğrudan mayorun evinə qədər o uzaq yolu getmisən? - anası 

fikirli-fikirli soruşdu. 

Mayorun evi? - Sofi gözlərini anasına zillədi. 

Həmin kiçik meşə evinə mayorun evi deyirlər, çünki bir neçə il əvvəl 

bir ordu mayoru müvəqqəti orada yaşayıb. Çox qəribə adam idi, bir az 

ağlı  çatmırdı,  məncə.  Amma  unut  getsin.  O  vaxtdan  orada  heç  kəs 

yaşamır. 

Yoox, orada indi filosof yaşayır. 

Yaxşı, yaxşı, yenə başlama fantaziya qurmağa! 

Sofi  bütün  bu  hadisələr  haqda  fikirləşmək  üçün  otağına  qapıldı. 

Başını  ağır  fillər,  təlxəklər,  cürətli  kəndirbazlar,  təlim  keçmiş 

meymunlarla kükrəyən sirk kimi hiss edirdi. Bir mənzərə isə getdikcə 

daha çox təkrarlanırdı. Bir avarı özündən 

bir az aralıda, gölün ortasında üzən balaca qayıq və evə qayıtmaq üçün 

qayığa ehtiyacı olan bir adam. 

Sofi əmin idi ki, fəlsəfə müəllimi onun pisliyini istəmir və bu evdə 

olduğunu bilsə, onu mütləq bağışlayar. Amma məsələ onda idi ki, Sofi 

razılaşmanı  pozmuşdu.  Bu  da  onun  fəlsəfə  təhsilinin  əvəzinə 

çoxsağolu. Sofi bu təqsirini necə yuya bilərdi, görəsən? 

Çəhrayı poçt vərəqi götürüb yazmağa başladı: 

“Əziz filosof, 

Bazar günü səhər sənin evə gələn mən idim. Səninlə görüşmək və 

bəzi fəlsəfi məsələləri müzakirə etmək istəyirdim. Elə çox istəyirdim 

ki. İndi mən Platon heyranıyam, amma başqa bir gerçəklikdə mövcud 

olan ideyalara və ya nümunələrə dair onun haqlı olduğuna çox da əmin 

deyiləm. Əlbəttə, o ideyalar bizim ruhumuzda mövcuddur, amma hər 

halda məncə, bu başqa şeydir. Onu da deməliyəm ki, ruhun ölməzliyi 

fikrilə  çox  da  razı  deyiləm.  Şəxsən  mən  əvvəlki  həyatımdan  heç  nə 

xatırlamıram. Əgər sən məni vəfat etmiş 

nənəmin ruhunun indi xoşbəxt olmasına inandıra bilsən, çox minnətdar 

olaram. 

Əslində indi bir qəndlə birlikdə çəhrayı zərfə qoyacağım bu məktubu 

downloaded from KitabYurdu.org



91 

 

fəlsəfi  səbəblərdən  yazmağa  başlamadım.  Sadəcə  olaraq,  sözündən 



çıxdığıma görə, üzrxahlıq etmək istəyirdim. Qayığı sahilə çıxarmağa 

çalışdım, amma gücüm tam çatmadı. Bəlkə də böyük bir dalğa gəlib 

qayığı yenidən suya çıxarıb. 

Ümid  edirəm,  ayaqların  yaş  olmadan  evə  yetişə  bilmişən.  Elə 

deyilsə,  onda  qoy  səni  mənim  də  yaş  olmağım  və  bəlkə  də 

soyuqlamağım sakitləşdirsin. Bu, mənim öz günahımdır. 

Evdə heç nəyə əl vurmadım, amma bağışla, deməliyəm ki, səbrimi 

basa bilmədim, masanın üstündəki zərfi götürdüm. 

Ona görə yox ki, nəsə oğurlamaq istədim, ona görə ki, üstündə adım 

var idi, çaşıb fikirləşdim ki, mənimdir. Dönə-dönə üzr istəyirəm, söz 

verirəm ki, səni bir daha məyus etməyəcəyəm. 

Əlavə  qeyd:  Bundan  sonra  yeni  suallar  haqda  dərindən 

düşünəcəyəm. 

Daha  bir  qeyd:  Ağ  dolabın  üstündəki  bürünc  çərçivəli  güzgü  adi, 

yoxsa sehrli güzgüdür? Ona görə soruşuram ki

əvvəllər  heç  vaxt  hər  iki  gözümü  yumanda  öz  əksimi  güzgüdə 

görməmişdim. 

Səmimi qəlbdən, diqqətli şagirdindən hörmətlə, Sofi”. 

Sofi zərfə qoymazdan əvvəl məktubu iki dəfə oxudu. Bu məktubun 

rəsmiyyəti əvvəlkindən az idi. Belə yaxşıdı. Mətbəxə düşüb bir parça 

qənd götürməzdən əvvəl günün suallarına nəzər saldı: 

“Hansı daha əvvəl yaranıb: cücə, yoxsa cücə “ideyası”?” 

Bu  sual  köhnə  “cücə  və  yumurta”  tapmacası  kimi  adamı  çaş-baş 

qoyurdu. Yumurtasız cücə, cücəsiz yumurta olmaz. Cücə, yoxsa cücə 

“ideya”sının birinci olmasından baş çıxarmaq da bu qədər dolaşıqdır? 

Sofi  Platonun  nəyi  nəzərdə  tutduğunu  başa  düşmüşdü.  Platon  onu 

nəzərdə  tuturdu  ki,  cücə  “ideya”sı  cücələr  hisslər  aləmində  mövcud 

olmazdan çox əvvəl ideyalar aləmində mövcud olub. Platona görə, ruh 

bədəndə yerləşməzdən əvvəl “ideya” cücəni ideyalar aləmində görüb. 

Sofinin Platonda razılaşmadığı məgər bu deyildi? Canlı bir cücə və ya 

cücə şəkli görməmiş bir adamın cücə haqda 

necə hər hansı bir “ideya”sı ola bilər? Bu onu növbəti suala gətirdi: 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə