77
yenidən onları qarşına qoyub at düzəltməlisən. Sənin bunu edə
bilməyinə səbəb fikrində atın necə olmasını sənə göstərən rəsmin
olmasıdı. Leqo at - atdan ata dəyişməz qalan at modelindən yaradılır.
Sən əlli eyni adamşəkilli peçenyeni necə bişirərdin? Gəl fərz edək
ki, sən yad planetdən gəlmisən və əvvəllər heç vaxt çörəkçi, şirniyyatçı
görməmisən. Qəşəng bir çörəkçi mətbəxinə düşürsən, orada gözünə əlli
eyni cür, adam formasında bişmiş peçenye sataşır. Təsəvvür edirəm,
onların necə də bir-birinə oxşaması səni təəccübləndirir. Ola bilər ki,
bu adamcıqlardan birinin qolu yoxdu, birinin başından bir az qopub,
üçüncüsünün qarnında gülməli bir yumru var. Amma yaxşıca
fikirləşəndən
sonra sən hər halda nəticə çıxaracaqsan ki, bütün bu adamcıqlara bir
ümumi cəhət xasdı. Onlar mükəmməl olmasa da, sən şübhələnəcəksən
ki, onların ümumi bir mənşəyi var. Başa düşəcəksən ki, bütün bunlar
eyni bir qəlibdə hazırlanıb. Maraqlısı isə odur ki, Sofi, sən indi o qəlibi
görmək fikrinə düşəcəksən. Çünki aydındı ki, qəlibin özü qüsursuzdu
və müəyyən mənada, bu qüsurlu surətlərə nisbətdə daha gözəldi.
Özün üçün bu problemi həll etdinsə, demək, sən də eynilə Platon
kimi fəlsəfi çözümə gəlib çatdın.
Eynilə “yad planetdən gəlmiş” bir çox filosoflar kimi. (O, dovşanın
xəzində tüklərdən birinin lap ucuna gəlib dayanmışdı.) Bütün təbii
fenomenlərin necə də bənzər olduqlarından heyrətə düşmüşdü və belə
bir yekun çıxarmışdı ki, ətrafımızda gördüyümüz hər şeyin arxasında
məhdud sayda formalar mövcuddu. Platon bu formaları “ideyalar”
adlandırmışdı. Hər bir atın, donuzun, yaxud insanın arxasında “ideya
at”, “ideya donuz” və “ideya insan” var. (Haqqında danışdığıız
şirniyyatçının da beləcə, donuz, at şəklində peçenyelər düzəltmək üçün
qəlibi var. Axı hər bir özünə hörmət edən
şirniyyatçının birdən artıq qəlibi olur. Lakin bir qəlib bir növdən olan
çoxlu peçenyeni çıxarmaq üçün kifayətdir.)
Platon bu qərara gəlmişdi ki, maddi aləmin arxasında bir gerçəklik
olmalıdı. O, bu gerçəkliyi “ideyalar aləmi” adlandırdı; təbiətdə
qarşımıza çıxan müxtəlif fenomenlərin arxasında - o aləmdə əbədi və
downloaded from KitabYurdu.org
78
dəyişməz “nümunələr” var. Bu diqqətəlayiq baxış Platonun “ideyalar
aləmi” kimi tanınır.
Həqiqi bilik
Əminəm ki, oxuyursan, Sofi, əzizim. Amma ola bilsin, sən Platon
ciddimi deyirdi - deyə, maraqla düşünürsən. Doğrudanmı, o, belə
formaların tamamilə ayrı gerçəklikdə yerləşdiyinə inanırdı?
Yəqin ki, o, buna eynilə bu cür hərfi mənada bütün həyatı boyu
inanmayıb, amma onun bəzi dialoqlarında məhz, belə də yazır. Gəl,
onun fikir qatarını izləyək.
Gördüyümüz kimi, filosoflar əbədi və dəyişməz olan şeyləri
anlamağa çalışırlar. Məsələn, hər hansı sabunun köpüyü haqda fəlsəfi
traktat yazmaq nəyə lazım ola bilərdi ki? Həm
ona görə ki, partlamadan kiminsə onu dərinliyilə öyrənməyə çətin vaxtı
ola, həm də ona görə ki, heç kəsin hələ görmədiyi və beş anlıq mövcud
olan bir şey haqda fəlsəfi traktat üçün bazar tapmaq kifayət qədər çətin
ola bilər.
Platon inanırdı ki, hisslər aləmindəki şeylər daimi olmadığından,
ətrafımızda gördüyümüz təbiətdəki bütün madiyyat sabun köpüyü
kimidi. Biz bilirik ki, gec-tez hər bir insan və heyvan ölüb çürüyəcək.
Hətta mərmər parçası da dəyişir və tədricən parçalara ayrılır, ovulur.
(Akropol xarabalığa çevrilib, Sofi! Bu, böyük hadisədi, lakin təbiidi.)
Platonun mövqeyi bu idi ki, biz daimi dəyişiklik vəziyyətində olan heç
nəyin haqqında həqiqi biliyə malik ola bilmərik. Biz hislər aləminə
məxsus olan maddi şeylər haqda yalnız rəyə malik ola bilərik. Həqiqi
biliyi isə yalnız ağlımızla əldə edə bilərik.
Qoy bu məsələni daha aydın izah edim, Sofi: adamşəkilli peçenye
bişdiyi sobanın içində elə əyri-üyrü vəziyyətlərə düşə bilər ki, onun
bişib qurtarandan sonra nəyə çevriləcəyini ehtimal etmək çətin olar.
Amma yaxşı və pis bişmiş bu peçenyelərdən çox görəndən sonra mən
tamamilə əmin ola
bilərəm ki, peçenyenin qəlibi necədi. O qəlibi görməsəm də, onu
təsəvvürümə gətirə bliərəm. Hətta heç qəlibi öz gözümüzlə görmək
gərək də deyil, zatən bunda bir üstünlük yoxdu, axı öz hiss üzvlərimizin
downloaded from KitabYurdu.org
79
şahidliyinə həmişə etibar etmirik. Görmə qabiliyyəti insandan insana
fərqlənə bilir. Ağlımızın dediyinə isə etibar edə bilərik, çünki o, hamı
üçün eynidi.
Əgər sən otuz başqa şagirdlə birgə bir sinif otağında oturmusansa və
müəllim göy qurşağının hansı rənginin daha gözəl olduğunu soruşursa,
o, çox güman ki, müxtəlif cavablar alacaq. Amma o, səkkiz dəfə üçün
neçə etdiyini soruşsa, bütün sinif eyni cavabı verəcək. Çünki bu halda
məntiq danışır, bu isə “məncə”lərin və hisslərin tam əksi deməkdi. Biz
zəkanın əbədi və universal olduğunu məhz ona görə deyə bilərik ki, o,
yalnız əbədi və universal halları ifadə edir.
Platon riyaziyyatı çox cəlbedici sayırdı, çünki riyazi ifadələr heç
vaxt dəyişmir. Riyazi ifadələr haqda biz həqiqi biliyə malik ola bilərik.
Lakin burada bir misal gətirməyə ehtiyac var.
Fərz elə ki, meşədə yumru bir qoza tapmısan. Sən “düşünürsən” ki,
o, tam yumrudu, Coanna isə israr edir ki, yox,
bir tərəfi əzikdi. (Başlayırsız bu barədə mübahisə etməyə.) Amma axı
gözlərinlə qavradığın bir şey haqda həqiqi biliyə malik ola bilməzsən.
Digər tərəfdən, sən tam əminliklə deyə bilərsən ki, çevrə 360 dərəcədi.
Bu halda siz fiziki aləmdə ideal çevrənin olmaması, onu yalnız
təsəvvürdə canlandırmağın mümkünlüyü haqda danışa bilərsiniz. (Yəni
sən mətbəx masasındakı ayrıca peçenye ilə deyil, gizli adamşəkilli
peçenye qəlibilə iş görürsən.)
Qısası, biz hiss üzvlərimizlə qavradığımız şeylər haqda yalnız qeyri-
dəqiq anlayışa malik ola bilərik. Həqiqi biliyə isə ağlımızla başa
düşdüyümüz şeylərdə nail ola bilərik.
Üçbucağın bucaqlarının cəmi həmişə 180 dərəcə olacaq.
Eləcə də, hisslər aləmindəki bütün atların bir ayağı sınsa da, “ideya” at
- dörd ayağı üstə gəzəcək.
Ölməz ruh
İzah etdiyim kimi, Platon gerçəkliyin iki aləmə bölündüyünə
inanırdı.
Bir tərəf hisslər aləmidi ki, biz beş (natamam) hiss üzvümüz
vasitəsilə bu aləmə dair təxmini, yaxud natamam bilik alırıq. Bu hislər
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |