Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə22/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   18   19   20   21   22   23   24   25   ...   154

65 

 

Sofi yenə qablara tərəf döndü: 



O, nə hörmətsizdi, nə də hörmətli. O, sadəcə əsl müdrikliyə çatmağa 

çalışır. Budur, coket kartı ilə digər kartlar arasındakı fərq. 

Nə dedin, coker? 

Sofi başıyla təsdiqlədi. 

Heç  fikirləşmisən  ki,  kartların  içində  həmişə  çoxlu  ürək,  kərpic, 

toxmaq, ağac, amma yalnız bir dənə coker var? 

Aman allah! İndi buna sənin cavabın nədi? 

Bəs sənin sualın necədi? 

Anası ərzaq dükanından aldığı bütün şeyləri kənara qoymalı oldu. 

Qəzeti götürüb qonaq otağına getdi. Qapını da həmişəkindən möhkəm 

örtdü, Sofi bunu hiss etdi. 

Sofi  qabları  yuyub  otağına  qalxdı.  Qırmızı  ipək  şarfı  leqo 

konstruktorları ilə birgə şkafın yuxarı gözünə qoymuşdu. Şarfı yenidən 

əlinə alıb o tərəf-bu tərəfinə baxdı. 

Hilde... 

AFİNA 


...xarabalıqlar arasından bir neçə hündür bina ucaldı... 

Axşamüstü Sofinin anası rəfiqəsigilə yollandı. O, evdən çıxan kimi 

Sofi bağa düşüb xəlvəti guşəsinə getdi. Orada şirniyyatqabının yanında 

bir bağlama gördü. Tez onun kağızını cırıb açdı. İçindən bir video-kaset 

çıxdı. 

Evə  yüyürdü.  Videomaqnitofon!  Filosof  haradan  bilə  bilərdi  ki, 



onlarda videomaqnitofon var? Görəsən, kasetdə nə var? 

Sofi  kaseti  taxdı.  Ekranda  aralıdan  çəkilmiş  və  getdikcə 

yaxınlaşdırılan  bir  şəhər  mənzərəsi  göründü.  Kamera  Akropolun 

üzərində  duraraq  onu  böyütdüyündən  Sofi  bu  şəhərin  Afina  ola 

biləcəyini başa düşdü. O, əvvəllər bu qədim xarabalıqların şəkillərini 

çox görmüşdü. 

Canlı  çəkiliş  idi.  Yay  geyimində  turistlər  əllərində  kameralarla 

xarabalıqların  arasında  gəzirdilər.  Biri  elə  bil  çiynində  səsucaldıcı 

daşıyırdı. Və birdən! A-a! Orada indicə “Hilde” deyilmədimi? 

Bir-iki dəqiqədən sonra orta yaşlı bir kişi ekrana yaxınlaşdı. Onun 

downloaded from KitabYurdu.org



66 

 

boyu  qısa  idi,  qara,  qəşəng  qırxılmış  saqqalı,  başında  isə  mavi  beret 



vardı. 

Afinaya xoş gəlmisən, Sofi. Düz tapmısan, mən Alberto Knoksam. 

Tanımadınsa,  qoy  yadına  salım.  Kainatın  silindr  şlyapasından 

çıxarılmış böyük dovşan. Biz indi Akropoldayıq. Söz “qala”, - yaxud 

dəqiq  desəm,  “təpə  üzərində  şəhər”  deməkdir.  Burada  insanlar  Daş 

dövründən etibarən məskunlaşıblar. Buna səbəb bu yerin unikal coğrafi 

mövqeyidi. Pilləli quruluş yağmaçılardan asan müdafiə olunmaq üçün 

əlverişli  idi.  Akropoldan  həmçinin  Aralıq  dənizindəki  ən  yaxşı 

limanlardan birinə əla mənzərə açılırdı. Erkən Afina bu yayladan aşağı 

düzənlikdə inkişaf etməyə başlayanda Akropol qala və müqəddəs türbə 

kimi  fəaliyyət  göstərirdi.  Eramızdan  əvvəl  beşinci  yüzilliyin  ilk 

yarısında İranla qanlı müharibə 

gedirdi və 480-ci ildə İran şahı Kserkses Afinanı yağmaladı, Akropolun 

bütün  taxta  tikililərini  yandırdı.  Bir  ildən  sonra  iranlılar  məğlub 

edildilər  və  bu,  Afinanın  Qızıl  dövrünün  başlanğıcı  oldu.  Akropol 

yenidən  tikildi,  əvvəlkindən  də  qürurlu  və  möhtəşəm  oldu,  bu  dəfə 

sadəcə müqəddəs məbədə çevrildi. 

Bu o dövr idi ki, Sokrat küçələri və meydanları gəzərək afi- nalılarla 

söhbət  edirdi.  O,  Akropolun  yenidən  dirçəlməsinə  də  şahid  oldu, 

ətrafda gördüyümüz qürurlu binaların tikintisini gördü. Necə binalar, 

necə  binalar!  Mənim  arxamda  Panteonu  görürsən.  Panteon  sözünün 

mənası  Məsumlar  məkanıdır.  Qoruyucu  mələk  Afinanın  şərəfinə 

tikilmişdi.  Bu  nəhəng  mərmər  binanın  bir  dənə  də  düz  xətti  yoxdur, 

dörd tərəfi xəfifcə mailidi, bu da binanın kobud görünməsinin qarşısını 

alır. Nəhəng ölçülərinə baxmayaraq, onu işıqlı göstərir. Başqa sözlə, 

optik illüziya effekti verir. Sütunlar içəriyə mailidi və əgər bu sütunlar 

türbənin  yuxarısına  doğru  ucalmağa  davam  etsəydi,  1500  metrlik 

piramida formalaşdırardı. Məbəddə on iki metrlik Afina heykəlindən 

başqa heç nə yoxdu. O zaman 

parlaq rənglərlə çəkilmiş ağ mərmərlər bura on altı kilometr uzaqdan 

gətirilmişdi”. 

Sofi  ürəyi  ağzında  oturmuşdu.  Doğrudanmı,  onunla  danışan 

downloaded from KitabYurdu.org



67 

 

filosofdu?  Sofi  onun  surətini  bircə  dəfə  qaranlıqda  görmüşdü.  İndi 



Afinada Akropolda dayanan həmin adam ola bilərmi? 

O, məbəd boyu addımlamağa başladı və kamera onu izlədi. Səkinin 

düz kənarıyla addımlayır və mənzərəni təsvir edirdi. Kamera Akropol 

yaylasından aşağıda yerləşən qədimi teatra tuşlandı. 

“Burada sən qədim Dionis Teatrını görə bilərsən, - beretli kişi davam 

etdi. - Ehtimallara görə, bu, Avropada ən qədim teatrdır. Esxil, Sofokl 

və Evripidin Sokrat zamanında böyük faciələrinin nümayiş olunduğu 

yerdi. Zavallı Kral Edipin adını artıq çəkmişəm. Sofoklun onun həyatı 

haqda  yazdığı  faciə  ilk  dəfə  burada  nümayiş  etdirilmişdi.  Onlar 

komediya da oynayırdılar. Aristofan tanınmış komediya yazarı idi, o, 

Sokrat haqda Afinanın təlxəyi kimi bəhs edən qara komediya yazmışdı. 

Düz arxamda daş divar görə bilərsən, aktyorlar 

ondan arxa pərdə kimi istifadə edirdilər. O, “skene” adlanırdı, bugünkü 

“scene” - səhnə sözünün əcdadı idi. Yeri gəlmişkən, “theater” (teatr) 

sözü də qədim yunan dilindəki “görmək” mənası verən sözdəndi. Gəl 

filosoflara qayıdaq, Sofi. Biz indi Panteon ətrafında gəzişirik və girişə 

doğru enirik”. 

Balaca  adam  nəhəng  məbədin  ətrafında  dövrə  vurdu  və  bir  neçə 

kiçik  məbədi  özündən  sağda  qoyub  keçdi.  Sonra  o,  bir  neçə  hündür 

sütunun arasıyla aşağıya doğru addımladı. Akropolun ətəyinə çatanda 

kiçik  bir  təpənin  üstünə  çıxdı  və  əli  ilə  Afina  tərəfi  göstərərək  dedi: 

“Üzərində durduğumuz təpə Areopaqos adlanır. Afina Ali Məhkəməsi 

məhz, bu yerdə qətl işlərilə bağlı qərarlar çıxarırdı. Bir neçə yüz il sonra 

müqəddəs Paul Apostol burada dayanaraq afinalılara İsa və Xristianlığa 

dair  moizə  oxumuşdu.  Biz  sonralar  yeri  gələndə  onun  nə  dediyinə 

qayıdacağıq.  Aşağı  sol  tərəfdə  sən  Afinanın  qədim  şəhər  meydanı 

Aqoranı görə bilərsən. Dəmir və mədən işçiləri tanrısı Hefastos adına 

geniş məbədi çıxmaq şərtilə, yalnız bir neçə mərmər parçası qalıb. Gəl, 

aşağı düşək...” 

Növbəti  an  o,  antik  xarabalıqların  ortasında  peyda  oldu.  Göyün 

ətəklərində,  -  Sofinin  ekranının  yuxarısında  -  Akropol  üzərində 

ucaldılmış  əzəmətli  Afina  məbədində.  Fəlsəfə  müəllimi  daş 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə