Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə21/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   17   18   19   20   21   22   23   24   ...   154

62 

 

dərindən  anlamaq  bu  kursun  qalanını  mənimsəmək  üçün  vacibdir. 



Sofistlər hər hansı məsələyə açıqlama verdiklərinə görə, pul alırdılar, 

belə  sofistlər  gəliblər,  yaşayıblar  və  yaddaşlardan  siliniblər.  Mən  az 

biliyə  qane  olan,  yaxud  kiçik  bir  anlayışı  olmayan  məsələlər  haqda 

lovğalıqla çox danışan bütün müəllimləri və özündənrazı biləyənləri də 

nəzərdə 

tuturam.  Yəqin  gənc  olsan  da,  belələrinə  öz  həyatında  rast  gəlmisən. 

Əsl filosof isə tamam ayrı cür olur, bunun tam əksi. Əsl filosof əslində 

çox  az  bildiyini  bilir.  Buna  görə  də  o,  daim  əsl  dərketməyə  can  atır. 

Sokrat belə nadir insanlardan idi. O, bilirdi ki, həyat və dünya haqda 

heç bir şey bilmir. Və əsas odur ki, az bilməsi ona əzab verirdi. 

Beləliklə, filosof anlamadığı çox şey olduğunu bilir və bu, ona əzab 

verir. Bu mənada Sokrat, - haqqında heç nə bilmədiyi şeylər haqdakı 

biliklərilə  öyünənlərin  hamısından  müdrikdir.  “Müdrik  o  adamdır  ki, 

bilmədiyini bilir”, - bunu artıq yazmışam. Sokrat özü deyirdi: “Təkcə 

onu bilirəm ki, heç nə bilmirəm”. 

Bu  ifadəni  yadda  saxla,  çünki  bu  etiraf  hətta  filosofların  özləri 

arasında da nadir cümlədir. Üstəlik, bunu ictimai şəkildə bəyan etmək 

insana  həyatı  bahasına  başa  gələ  bilər.  Ən  yıxıcı  insanlar  sual  verən 

insanlar sayılır. Cavab vermək bu qədər təhlükəli deyil. Hər hansı sual 

minlərlə cavabdan daha çox partlayıcı bomba təsiri verə bilər. 

Kralın təzə paltarı haqda hekayəni xatırlayırsanmı? Kral çılpaq olub, 

amma təbəələrindən heç kəs bunu deməyə 

cəsarət etməyib. Qəfildən bir uşaq qışqırıb: “Axı onun əynində heç nə 

yoxdur!” Bu, cəsur bir uşaq olub, Sofi. Sokrat kimi. O da biz insanlara 

nə  qədər  az  bildiyimizi  deməyə  cürət  edirdi.  Uşaqlarla  filosofların 

bənzərliyi haqda biz artıq danışmışıq. 

Dəqiq desək: Bəşəriyyət cavabını dəqiq bilmədiyimiz bir sıra çətin 

suallarla üzləşib. İndi iki mümkünat özünü göstərir: Biz ya özümüzü və 

qalan  dünyanı,  bilməli  nə  varsa  bildiyimizi  iddia  etməklə  aldada 

bilərik, ya da əsas məsələlərə gözlərimizi yuma, arxamızı çevirə bilərik. 

Bu mənada insanlıq iki yerə bölünür. İnsanlar ya tamamilə əminliklə 

danışırlar,  ya  da  tam  biganədirlər.  (Hər  iki  insan  qrupu  dovşanın 

downloaded from KitabYurdu.org



63 

 

tüklərinin dərinliklərindədir!) 



Bu bir dəstə  kartı  iki qrupa ayırmağa bənzəyir, Sofi.  Qara kartları 

bir,  qırmızı  kartları  o  biri  qrupa  qoyursan.  Amma  zaman-zaman 

ortalığa coker çıxır ki, o, nə ürək, nə daş, nə toxmaq, nə də ağacdır. 

Sokrat Afinanın belə bir cokeri idi. O, nə əmin idi, nə də biganə. Yalnız 

onu bilirdi ki, heç nə bilmir və bu onu incidirdi. Ona görə də filosof 

oldu, - təslim olmadı, yorulmadan həqiqət axtarışının dalınca düşdü. 

Bir  afinalı  Delfidə  kahinə  sual  verib  ki,  Afinada  ən  ağıllı  adam 

kimdir?  Kahin  cavab  verib:  Sokrat  dünyaya  gəlmiş-  getmiş  bütün 

insanların  ən  ağıllısıdır.  Sokrat  bunu  eşidəndə  yumşaq  desək, 

təəccüblənib. (Yəqin ki, gülüb də, Sofi.) 

Şəhərdə qarşısına çıxan, ağıllı olduğunu düşündüyü ilk insana, sonra 

başqa  birinə  yaxınlaşıb.  Amma  o,  Sokratın  suallarına  cavab  verə 

bilməyəndə Sokrat görüb ki, kahin haqlıdır. 

Sokratın  fikrincə,  biliyimiz  üçün  möhkəm  fundament  qurmaq 

zəruridir. O bu fundamentin insan zəkasında olduğuna inanırdı. İnsan 

zəkasına olan bu sarsılmaz inamı ilə şübhəsiz ki, o, rasionalist idi. 

Düzgün dərketmə düzgün əmələ aparır 

Qeyd  etdiyimiz  kimi,  Sokrat  onu  daxili  ilahi  səsin  idarə  etdiyini 

bəyan edirdi, bu - vicdan idi. Məhz vicdanı ona nəyin doğru olduğunu 

deyirdi. “Nəyin yaxşı olduğunu bilən adam yaxşılıq edəcək”, - deyirdi. 

Bununla  onu  nəzərdə  tuturdu  ki,  düzgün  dərketmə  düzgün  əmələ 

aparan yoldur. Və yalnız düzgün əməllər edən adam mükəmməl adam 

ola bilər. Biz ona görə nəyisə səhv edirik ki, doğrusunu bilmirik. Buna 

görə  də  öyrənmək  vacibdir.  Sokrat  yaxşı  və  pisin  aydın  və 

ümumqəbuledilən  (universal)  dəyərini  tapmaqda  maraqlı  idi. 

Sofistlərdən  fərqli  olaraq,  o,  inanırdı  ki,  doğrunu  yanlışdan  ayırmaq 

bacarığı cəmiyyətdə deyil, insanların zəkasındadır. 

Bu  sonuncu  hissə  sənə  həddən  artıq  dumanlı  görünə  bilər,  Sofi. 

Onda  qoy  belə  deyim:  vicdanlarının  əleyhinə  hərəkət  edən  insanlar 

xoşbəxt  ola  bilməzlər.  Xoşbəxtliyə  necə  nail  olmaq  olar  -  sualının 

cavabını  bilənlər  bildikləri  kimi  də  edəcəklər.  Buradan  belə  çıxır  ki, 

doğrunun nə olduğunu bilən adam doğrunu edəcək. Bilirsən, axı niyə 

downloaded from KitabYurdu.org



64 

 

də kimsə bədbəxt olmağı seçsin ki? 



Necə  düşünürsən,  Sofi?  Əgər  daim  ürəyinin  dərinliyində  yanlış 

olduğunu bildiyin şeylər edirsənsə, xoşbəxt həyat yaşaya bilərsənmi? 

Bir çox insanlar yalan danışır, başqalarının 

qeybətini qırır, kələkbazlıq edirlər. Səncə, onlar bunun düzgün, yaxşı 

iş olmadığını bilirlər? Səncə, bu insanlar xoşbəxtdirlər? Sokrata görə, 

deyillər”. 

Sofi  məktubu  oxuyub  qurtaran  kimi  onu  qaba  qoydu, sivişib  bağa 

çıxdı.  İstədi  içəri  girsin  ki,  anası  bazardan  qayıdanda  “haradaydın” 

suallarıyla üzləşməsin. Həm də axı söz vermişdi ki, qabları yuyacaq. 

Çanağı  suyla  təzəcə  doldurmuşdu  ki,  anası  iki  böyük  bazar 

çantasıyla səndələyə-səndələyə içəri girdi. Yəqin buna görə də dedi: 

- Sən bu günlər yaman fikirlisən, Sofi. 

Sofinin  ağzından  özündən  asılı  olmadan  bu  sözlər  çıxdı:  Sokrat  elə 

edirdi. 


Sokrat? - anasının gözləri bərəldi. 

Elə kədərlidi ki! Axırda o, ölüb, - Sofi fikirli-fikirli davam 

etdi. 

İlahi! Sofi! Bilmirəm, nə eləyim! 



Sokrat da bilməyib. O, təkcə onu bilirdi ki, heç nə bilmir. Bununla 

belə, o Afinada ən ağıllı adam olub. 

Anası deməyə söz tapmırdı. Amma axırda özünü toplayıb dedi: 

Bunları məktəbdə öyrənmisən? 

Sofi başını qürurla sağa-sola tərpətdi: 

Biz  orda  heç  nə  öyrənmirik.  Məktəb  müəllimlərilə  filosoflar 

arasındakı fərq odur ki, müəllimlər çox şey bildiklərini zənn edirlər və 

çalışırlar  ki,  onları  boğazımızdan  içəri  dürtsünlər.  Filosoflarsa 

məsələləri şagirdlərlə birlikdə çözüb anlamağa çalışırlar. 

Beləliklə, yenə qayıtdıq ağ dovşana! Bilirsən nə var? Sevgilinin kim 

olduğunu bilmək istəyirəm. Yoxsa elə biləcəm ki, onun başı işləmir. 

Sofi arxasını qablara çevirdi və qabyuyan sürtkəclə anasını göstərdi. 

Onun başı işləyir. O, istəyir ki, başqaları da başlarını işlətsinlər. 

Yetər! Hörmətsizliyə bax. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə