Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə20/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   16   17   18   19   20   21   22   23   ...   154

59 

 

əslində də o sözləri dediyini, yoxsa Matvey və Lukanın həmin sözləri 



onun  dilindən  qələmə  verdiklərini  bilə  bilmirik.  Eləcə  də  “tarixi” 

Sokratın əslində dedikləri - daim sirlərlə örtülü qalacaq. 

Mənə  qalsa,  “əsl”  Sokratın  kim  olması  vacib  də  deyil.  2500  ilə 

yaxındır  ki,  məhz  Platonun  cızdığı  Sokrat  portreti  Qərb 

mütəfəkkirlərinə ilham verir. 

Müzakirə incəsənəti 

Sokrat  sənətinin  əsas  cəhəti  budur  ki,  o,  insanları  öyrətmək 

istəmirdi.  Əksinə,  onunla  danışanlardan  nə  isə  öyrənmək  istəyən  bir 

insan təəssüratı yaradırdı. Ənənəvi məktəb müəllimləri kimi mühazirə 

oxumaqdansa, müzakirə aparırdı! 

Aydın  məsələdir  ki,  Sokratın  işi  yalnız  başqalarını  dinləməklə 

məhdudlaşsaydı, o, məşhur filosof olmazdı. Elə olsaydı, heç onu ölümə 

də məhkum etməzdilər. O, söhbətə başlamaq üçün ortaya sadəlövh bir 

sual atırdı. Rəqibi cavab verirdi. Sokrat onun cavabına növbəti sualla 

qarşılıq  verirdi.  Rəqiblərini  arqumentlərinin  zəifliyini  etiraf  etməyə 

vadar  edən  bu  növbəti  suallar  onları  küncə  dirəyirdi,  axırda  başa 

düşürdülər ki, nə doğru, nə isə yanlışdır. 

Sokratın anası mamaça olub. Sokrat özü haqqında deyirmiş ki, onun 

da  sənəti  mamaçalıq  kimidir.  Mamaça  özü  uşaq  doğmur,  uşağın 

doğulmasına kömək edir. Sokrat öz işini insanların düzgün dərketməni 

“doğmasına”  kömək  etməkdə  görürdü.  Zira,  əsl  dərketmə  daxildən 

gəlir. Onu başqası adama 

pay  verə  bilməz.  Və  yalnız  daxildən  gələn  anlama  əsl  dərketməyə 

aparıb çıxara bilər. 

İcazə  ver,  bunu  bir  qədər  də  aydınlaşdırım.  Doğmaq  təbii 

xüsusiyyətdir. Fəlsəfi həqiqətləri qavramaq da təbiidir, bunu hamı edə 

bilər,  sadəcə  öz  daxili  mühakimələrini  işlətməlidirlər.  Daxili 

mühakimədən  istifadə  etmək  öz  daxilinə  əl  uzatmaq,  orada  mövcud 

olanlardan yararlanmaq deməkdir. 

Cahil  rolunu  oynamaqla  Sokrat  tanış  olduğu  insanları  öz  daxili 

mühakimələrini  işə  salmağa  vadar  edirdi.  Özünü  olduğu  kimi  deyil, 

axmaq kimi büruzə verirdi. Biz buna Sokrat kinayəsi deyirik. Bu ona 

downloaded from KitabYurdu.org



60 

 

insanların  düşüncəsindəki  zəiflikləri  aşkarlamağa  imkan  verirdi.  O, 



bunu şəhər meydanının ortasındaca etməkdən çəkinməzdi. Beləcə, sən 

Sokratla görüşsəydin, camaatın içində axmaq yerində qalıb meydandan 

çıxardın. 

Ona görə də  təəccüblü deyil ki, zaman keçdikcə insanlar, xüsusən 

cəmiyyətdə statusu olan mötəbərlər Sokrata qarşı getdikcə dözümsüz 

oldular. Sokratın belə bir cümləsi məşhurdur: “Afina tənbəl at kimidir 

və mən onu iynələməklə 

silkələyib  həyata  qaytarmaq  istəyən  atmilçəyi”.  (Biz  insanlar 

milçəklərlə necə rəftar edirik, Sofi?) 

İlahi səs 

Sokratın  onları  iynələməsi  onun  özü  kimi  insanlara  amansız 

olmasından, onlara əzab vermək istəyindən irəli gəlmirdi. Daxilindəki 

səs ona başqa seçim qoymurdu. Sokrat həmişə deyirdi ki, onun içində 

"ilahi səs” var. 

Sokrat  etiraz  edirdi,  məsələn,  insanların  ölüm  hökmünə  məhkum 

edilməsinə  qarşı  çıxırdı.  Siyasi  düşmənlərinə  çuğulçuluq  eləmirdi. 

Nəticədə bu, ona həyatı bahasına başa gəldi. 

E.ə.  399-cu  ildə  o,  “yeni  tanrılar  gətirməkdə  və  gəncliyi  başdan 

çıxarmaqda”,  həmçinin  qəbul  edilən  tanrılara  inanmamaqda  ittiham 

edildi. Beş yüz nəfərlik məhkəmə heyəti onu təqsirli bildi. 

Çox  güman  ki,  o,  qərarın  yumşaldılması  üçün  ağız  açdı.  Nəhayət, 

Afinanı tərk etməklə razılaşaraq həyatını xilas edə 

bildi.  Lakin  o  bunu  etsəydi,  Sokrat  olmazdı.  O  öz  vicdanını,  -  və 

həqiqəti  həyatından  üstün  tutdu.  Məhkəmə  heyətini  əmin  etdi  ki,  o, 

yalnız  dövlətin  ən  yüksək  maraqları  naminə  hərəkət  edib.  Buna 

baxmayaraq, zəhər içməyə məcbur oldu. 

Niyə, Sofi? Sokrat niyə ölməli idi? 2400 ildir ki, insanlar bu sualı 

özlərinə  verirlər.  O,  tarixdə  həyatı  belə  acınacaqlı  sonluqla  bitən, 

baxışlarına görə ölməli olan yeganə insan deyildi. 

Artıq  İsanın  adını  çəkmişəm.  Onların  arasında  bir  neçə  ciddi 

bənzərlik olub. İsa da, Sokrat da öz çağdaşlarının gözündə əsrarəngiz 

şəxsiyyətlər idi. Heç biri öz təlimlərini qələmə  almayıb, odur ki, biz 

downloaded from KitabYurdu.org



61 

 

onların  şagirdlərinin,  həvarilərinin  cızdıqları  portretlərə  əsaslanmaq 



məcburiyyətindəyik. 

Amma ona əminik ki, onların hər ikisi müzakirə incəsənətinə vaqif 

olublar. Hər ikisində özünə əminlik olub; bu xüsusiyyət həm insanları 

ovsunlaya, həm də qıcıqlandıra bilərdi. Sokrat da, İsa da inanıblar ki, 

özləri üçün deyil, daha qüdrətli bir şey naminə danışırlar. Ədalətsizlik 

və  korrupsiyanın  bütün  formalarını  tənqid  etməklə  cəmiyyəti  idarə 

edənlərə 

meydan  oxuyublar.  Və  sonda,  bu  fəaliyyət  onlara  həyatları  bahasına 

başa gəlib. 

İsanın  və  Sokratın  məhkəmələri  arasında  da  aydın  paralellər 

aparmaq  olar.  Onlar  əfv  diləyərək  öz  canlarını  xilas  edə  bilərdilər, 

amma hiss etdilər ki, missiyaları var və sona qədər öz inamlarına sadiq 

qalmasalar,  o  missiyaya  xəyanət  etmiş  olacaqlar.  Öz  ölümlərini 

cəsarətlə qarşılamaqla ölümlərindən sonra da, çoxsaylı ardıcıllarına yol 

göstəriblər. 

Mən  demirəm  ki,  İsa  da,  Sokrat  da  bir-birinə  bənzəyiblər.  Mən 

yalnız belə bir fakta diqqətini çəkirəm ki, onların ikisinin də deməyə 

sözü var idi və bu sözün onların şəxsi cəsarətlərilə ayrılmaz əlaqəsi var. 

Afinada Coker 

Sokrat!  Sofi,  onun  haqqında  sözümüz  hələ  bitməyib.  Biz  onun 

metodu haqda söz açdıq. Bəs onun fəlsəfi layihəsi nə idi? 

Sokrat sofistlərlə eyni vaxtda yaşayırdı. Onlar kimi Sokrat da təbiət 

qüvvələrindən çox insan və onun cəmiyyətdəki  yeri ilə  maraqlanırdı. 

Romalı filosof Siseron bir neçə yüz il sonra Sokrat haqda bunları deyib: 

“O, fəlsəfəni göydən yerə endirdi, onu şəhərlərdə yerləşdirdi, evlərlə 

tanışdırdı, həyatı, əxlaqı, yaxşını, pisi öyrənməyə vadar etdi”. 

Lakin  Sokratla  sofistlər  əhəmiyyətli  bir  məsələdə  bir-  birlərindən 

fərqlənirlər. Sokrat özünü “sofist” - oxumuş və ya müdrik adam hesab 

etmirdi.  Sofistlərdən  fərqli  olaraq,  pul  qarşılığında  bilik  öyrətmirdi, 

yox. Sokrat özünü sözün hərfi mənasında filosof adlandırırdı, ‘‘filosof’ 

sözünün mənası - “müdrikliyi sevən adam”dır. 

Yerin  rahatdırmı,  Sofi?  Çünki  sofist  və  filosof  arasındakı  fərqi 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   16   17   18   19   20   21   22   23   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə