Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə23/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   19   20   21   22   23   24   25   26   ...   154

68 

 

parçalarından  birinin  üstündə  oturdu.  Kameraya  baxaraq  dedi:  “Biz 



Afinadakı qədim aqorada oturmuşuq. Acınacaqlı mənzərədi, yox? Bu 

gün  belə  olsa  da,  bir  vaxtlar  o,  mükəmməl  məbədlər,  ədalət 

məhkəmələri və digər ictimai idarələr, mağazalar, konsert zalları, hətta 

geniş gimnastika binalarıyla əhatə olunmuşdu. Hər şey genişlik, açıqlıq 

olan bu meydanın ətrafında yerləşirdi... Bütün Avropa sivilizasiyasının 

əsası bu sadə görünüşlü ərazidə qoyulub. 

Politika  və  demokratiya,  ekonomika  və  tarix,  bilogiya  və  fizika, 

riyaziyyat  və  psixologiya,  teoriya  və  metod,  ideya  və  sistem  kimi 

sözlərin  kökü  gündəlik  həyatı  bu  meydanın  ətrafında  cərəyan  edən 

azsaylı  xalqa  gedib  çıxır.  Sokrat  vaxtının  çoxunu  insanlarla  söhbət 

edərək  burada  keçirirdi.  O,  qabda  zeytun  yağı  daşıyan  bir  qulun 

yaxasından yapışa və yazıqdan fəlsəfi sual soruşa bilərdi, çünki Sokrat 

inanırdı ki, qul ilə mötəbər vəzifəsi olan bir adamın əqli mühakiməsi 

eynidi. 


Bəlkə  o,  vətəndaşların  birilə  qızğın  mübahisə  edir,  bəlkə  də  gənc 

şagirdi Platonla hərbə-zorbaya girişirdi. Bu haqda düşünmək fövqəladə 

bir  hissdi.  Biz  hələ  də  Sokratın  və  ya  Platonun  fəlsəfəsi  haqda 

düşünürük, Platon və ya Sokrat olmaq isə tamam ayrı aləmdi”. 

Sofinin  də  fikrincə,  bu  haqda  düşünmək  fövqəladə  bir  hiss  idi. 

Amma  o,  filosofun  qəfildən  qeyri-adi  itdən  onun  bağdakı  guşəsinə 

göndərdiyi  video  vasitəsilə  danışmasını  da  eyni  dərəcədə  fövqəladə 

məsələ sayırdı. 

Filosof  mərmərin  üstündən  qalxdı  və  sakitcə  dedi:  “Bunu  ora 

qoymağı çox istəyirdim, Sofi. İstəyirdim ki, sən Akropolu və Afinadakı 

qədim  Aqoranın  qalıqlarını  görəsən,  buraların  bir  vaxtlar  necə 

möhtəşəm yerlər olduğunu biləsən. Bir az qəribə çıxır, bilirəm..., amma 

mən əminəm ki, bu bizim aramızda qalacaq. Nə isə, hər halda kiçik bir 

işartı bəsimizdi. 

O,  başqa  heç  nə  demədən,  uzun  müddət  kameraya  baxaraq  orada 

durdu.  Bu  arada  xarabalıqlardan  bir  neçə  bina  ucaldı.  Sanki 

sehrlənmişdi,  bütün  qədimi  binalar  yenidən  ucalırdılar.  Üfüqün 

üzərində Sofi hələ də Akropolu görə bilirdi

downloaded from KitabYurdu.org



69 

 

amma indi o və meydandakı bütün binalar yepyeni idi. Qızılla örtülmüş 



və gözəgəlimli boyalarla rənglənmişdilər. Rəngarəng geyimli adamlar 

meydanda  gəzirdilər.  Bəziləri  qılınc  taxmış,  bəziləri  başlarında  kuzə 

daşıyırdılar, onlardan birininsə qoltuğunda papirus rulonu vardı. 

Sofi öz fəlsəfə müəllimini tanıdı. Onun başında hələ də mavi beret, 

amma əynində yanından keçənlərin geyindiyi tərzdə uzun sarı köynək 

vardı. O, Sofiyə tərəf gəldi, kameraya baxaraq dedi: 

“Belə daha yaxşıdı. İndi biz antik Afinadayıq. Gördüyün kimi, bura 

şəxsən gəlməyini istədim. Biz e.ə. 402-ci ildəyik, Sokratın ölümündən 

cəmi 

üç 


il 

qabaqda. 

Ümid 

edirəm, 


bu  xüsusi  görüşü 

qiymətləndirəcəksən, çünki videokamera kirələmək çətin oldu...” 

Sofinin başı fırlandı. Bu əcaib adam qəfildən necə oldu ki, 2400 il 

qabaqkı  Afinaya  düşdü?  Sofi  tamamilə  başqa  bir  dövrün  videosunu 

necə olurdu ki, görə bilirdi? Antik dövrdə video olmayıb axı... bu, film 

ola bilərmi? 

Amma bütün bu mərmər binalar əsl binalar kimi görünürdülər. Əgər 

Afinadakı  bu  qədim  meydanı  film  çəkmək  üçün  dekorasiya  şəklində 

yenidən  qurublarsa,  çox  baha  başa  gəlmiş  olmalıydı.  Hər  halda  bu, 

sadəcə  Sofiyə  Afinanı  öyrətməkdən  ötrü  həddən  artıq  böyük  məbləğ 

olan puldu. 

Beretli adam yenidən ona baxdı. 

Oraya, sütunların altına bax, o iki adamı görürsən? 

Sofi  qırışıq  köynək  geyinmiş  yaşlı  bir  adam  gördü.  Onun  uzun 

dağınıq saqqalı, yastı burnu, kəskin baxışlı gözləri, ətli yanaqları vardı. 

Yanında yaraşıqlı bir cavan kişi durmuşdu. 

Bu, Sokrat və onun gənc şagirdi Platondu. Onlarla indi şəxsən tanış 

olacaqsan. 

Filosof  həmin  iki  adama  tərəf  getdi,  başından  beretini  çıxardı  və 

Sofinin anlamadığı bir söz dedi. Yəqin yunanca idi. Sonra kameranın 

içinə  baxdı:  “Onlara  dedim  ki,  sən  onlarla  tanış  olmağı  çox  istəyən 

norveçli bir qızsan. Odur ki, indi Platon sənə düşünmək üçün bir neçə 

sual verəcək. Amma nə qədər ki, gözətçilər bizi görməyiblər, işimizi 

cəld görməliyik”. 

downloaded from KitabYurdu.org



70 

 

Cavan  adam  irəli  çıxıb  kameraya  baxanda  Sofi  hiss  etdi  ki,  qan 



gicgahlarına vurdu. 

Afinaya  xoş  gəlmisən,  Sofi,  -  o,  nəzakətli  səslə  dedi.  Ləh-  cəylə 

danışırdı. 

Mənim  adm  Platondu  və  mən  indi  sənə  dörd  tapşırıq  verəcəyəm. 

Birincisi, çörəkçi necə olur ki, əlli ədəd tamamilə bir-birinin eyni olan 

adamşəkilli peçenye bişirə bilir, bax, bunun üzərində düşün. Sonra niyə 

bütün  atların  eyni  olduğunu  fikirləşib  tapmalısan.  Sonra  tap  görək, 

insanın  ölməz  ruhu  varmı?  Nəhayət,  qadınların  və  kişilərin  eyni 

dərəcədə həssas olub-olmadıqlarını deməlisən. Uğurlar! 

Sonra  televizordakı  görüntü  yoxa  çıxdı.  Sofi  lenti  bir  daha  başa 

fırladıb  baxdı  və  gördüklərini  təkrar  izlədi.  Fikirlərini  cəmləməyə 

çalışdı. Amma bir şey düşünən kimi, fikrini sona çatdırmamış başqa bir 

fikir özünü yetirirdi. 

Sofi  bilirdi  ki,  onun  fəlsəfə  müəllimi  qəribə  adamdı.  Amma 

öyrətmək üçün təbiət qanunlarına meydan oxuyan metodlardan istifadə 

etməyə  başlayanda  Sofi  fikirləşdi  ki,  o,  ağını  çıxarıb.  Doğrudanmı, 

televizorda Platonu və Sokratı 

görmüşdü?  Əlbəttə,  bu  mümkün  deyildi.  Amma  bu  cizgi  filmi  də 

deyildi axı?.. 

Sofi  kaseti  maqnitofondan  çıxardı,  otağına  qaçdı.  Onu  leqo 

konstruktorlarının  yanına  -  şkafın  yuxarı  gözünə  qoydu.  Sonra 

çarpayısına çökdü, yorğun düşüb yuxuya getdi. 

Bir neçə saatdan sonra anası otağa girdi. Sofini ehmalca silkələyib 

dedi: 


Nə olub, Sofi? 

Mmm... 


Pal-paltarlı yatmısan! 

Sofi yuxulu-yuxulu gözlərini araladı. 

Afinada idim, - dodaqucu yalnız bunu dedi, böyrü üstə çevrildi və 

yenidən yuxuya getdi. 

PLATON 

...ruhun əsl mənbəyi üçün həsrət... 



downloaded from KitabYurdu.org


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə