Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə38/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   34   35   36   37   38   39   40   41   ...   154

113 

 

ki,  onların  haradasa  dərində  müəyyən  vicdanları  var.  Ona  görə 



gözümüzə duyğusuz görünürlər ki, onlar o vicdandan istifadə etmirlər. 

Əlavə:  İnsanın  sərbəst,  sağlam  mühakiməsi  və  vicdanı  əzələlərlə 

müqayisə  oluna  bilər.  Əzələndən  istifadə  etməsən,  zəiflədikcə 

zəifləyir”. 

Cəmi bir sual qalmışdı: “Dəyərlərin üstünlüyü deyəndə nə nəzərdə 

tutulur?”  Onlar  sinifdə  bu  məsələni  də  çox  müzakirə  etmişdilər. 

Məsələn,  maşın  sürüb  bir  yerdən  başqa  yerə  sürətlə  hərəkət  etmək 

dəyər ola bilər. Əgər  maşın sürmək  ağacların  məhvinə, ətraf  mühitin 

çirklənməsinə  aparırsa,  sən  dəyərlərin  seçimi  arasında  qalırsan. 

Diqqətlə  fikirləşəndən  sonra  Sofi  qərara  gəldi  ki,  sağlam  meşələr  və 

təmiz ətraf mühit harasa sürətlə getməkdən daha dəyərlidir. O, daha bir 

neçə nümunə gətirdi. Axırda yazdı: “Şəxsən mən fikirləşirəm ki, fəlsəfə 

ingilis  dilinin  qrammatikasından  daha  vacibdir.  Ona  görə  də  həssas 

dəyər  üstünlüyü  -  dərs  cədvəlinə  fəlsəfənin  çox,  ingilis  dilininsə  az 

salınması ola bilər”. 

Sonuncu tənəffüsdə müəllim Sofini kənara çəkdi: 

Sənin  cavablarını  oxudum,  bu,  həqiqətən  də  çox  maraqlı  cavablar 

idi! 


Yəqin sizi düşündürüb. 

Elə  ona  görə  deyirəm.  Xeyli  yetkin  cavablar  idi.  Təəccübləndim. 

Həm  də  özünə  güvənən  cavablar  idi.  Bəs  ev  tapşırığını  necə, 

etmisənmi? 

Sofi duruxdu. 

Siz demişdiniz ki, şəxsi fikir vacibdir. 

Hə, demişəm... amma məhdudiyyət çərçivəsində. 

Sofi düz onun gözlərinin içinə baxdı və müəllimin tərifinin verdiyi 

cəsarətlə dedi: 

Mən  fəlsəfə  öyrənməyə  başlamışam.  Bu,  adama  şəxsi  fikrinin 

olması üçün yaxşı əsas verir. 

Amma  sənin  yazına  qiymət  yazmaq  üçün  bu  mənim  işimi 

asanlaşdırmır. Ya ”beş” almalısan, ya ”iki”. 

Niyə? Ona görə ki, mən ya doğru, ya da yanlışam? Bunu deyirsiniz? 

downloaded from KitabYurdu.org



114 

 

Yaxşı, olsun “beş”, - müəllim dedi, - amma gələn dəfə ev tapşırığını 



mütləq elə!” 

Günorta  Sofi  məktəbdən  evə  dönəndə  çantasını  kandara  atıb  öz 

xəlvəti  guşəsinə  getdi.  Qəhvəyi  məktub  əyri-üyrü  ağac  köklərinin 

üstündə  idi.  Kənarları  quru  idi,  deməli,  Hermes  onu  çoxdan  qoyub 

getmişdi. 

Məktubu götürüb evə girdi. Heyvanlarını yedirtdi və otağına çəkildi. 

Çarpayısına uzandı, Albertonun məktubunu açdı və başladı oxumağa: 

“Ellinizm. 

Xoş gördük, Sofi. Təbiət filosofları, Sokrat, Platon, Aristotel haqda 

oxuduğuna  görə,  sən  artıq  Avropa  fəlsəfəsinin  əsasları  ilə  tanışsan. 

Bundan  sonra  daha  ağ  zərfdə  giriş  sualları  göndərməyəcəyəm. 

Təsəvvür edirəm, yəqin məktəbdə çoxlu tapşırıqların və imtahanların 

olur. 

İndi  sənə  Aristoteldən,  miladdan  əvvəl  təxminən  IV  əsrdən  milad 



təqviminin  400-cü  ilinə,  erkən  Orta  əsrlərə  qədər  olan  uzun  bir  dövr 

haqda söz açacağam. Diqqət edirsənmi, biz indi “miladdan əvvəl” və 

“miladdan sonra” yazırıq, çünki Xristianlıq faktiki olaraq, dövrləşmədə 

ən önəmli, ən sirli amildir. 

Aristotel miladdan əvvəl 322-ci ildə, Afina öz hökmran rolunu itirən 

vaxt  vəfat  etdi.  Afinanın  hökmran  rolunu  itirməsinin  bir  səbəbi  də 

Makedoniyalı İsgəndərin (e.ə. 356-323) fəthlərindən irəli gələn siyasi 

çevrilişlər idi. 

Makedoniyalı  İsgəndər  Makedoniya  kralı  idi.  Aristotel  də 

Makedoniyadan  idi,  bir  müddət  o,  hətta  gənc  İsgəndərin  müəllimi 

olmuşdu. Məhz İsgəndər iranlılar üzərində son, həlledici zəfəri çaldı. 

Üstəlik,  Sofi,  onun  fəthləri  Misirdən  Hindistana,  oradan  isə  yunan 

sivilizasiyasına kimi böyük bir ərazini birləşdirirdi. 

Bu,  bəşəriyyət  tarixində  yeni  bir  dövrün  başlanğıcını  qoydu.  Bu 

sivilizasiyada  yunan  mədəniyyəti  və  dili  aparıcı  rol  oynayırdı. 

Təxminən 300 il sürən bu dövr Ellinizm adlanır. Ellinizm termini həm 

dövrə  və  həm  də  üç  ellin  krallığı  -  Makedoniya,  Suriya  və  Misirdə 

hökm sürən yunan üstünlüklü mədəniyyətə işarə edir. 

downloaded from KitabYurdu.org



115 

 

Təxminən e.ə. 50-ci ildən etibarən Roma hərbi və siyasi məsələlərə 



nəzarət edirdi. Yeni supergüc tədricən bütün ellin krallığını fəth etdi, o 

zamandan Roma mədəniyyəti və latın dili qərbdə İspaniyadan Asiyanın 

içərilərinə doğru hər yanda üstünlüyü ələ aldı. Bu, sonralar adına yetkin 

antik dövr adı verilən Roma dövrünün başlanğıcı idi. Amma xatırladım 

ki, romalılar Ellin dünyasını fəth etməzdən əvvəl Romanın özü 

yunan  mədəniyyətinin  əyaləti  idi.  Beləcə,  yunanların  siyasi  gücü 

keçmişdə qaldı, fəqət yunan mədəniyyəti və yunan fəlsəfəsi mühüm rol 

oynamağa başladı. 

Din, fəlsəfə və elm 

Ellinizmi səciyyələndirən əsas cəhət həmin dövrdə müxtəlif ölkələr 

və mədəniyyətlər arasındakı sərhədlərin aradan qalxmasıdır. Əvvəllər 

yunanlar, romalılar, misirlilər, babillilər, suriyalılar və iranlıların hərəsi 

öz  “milli  din”  sərhədlərində  öz  tanrılarına  ibadət  edirdilər.  İndi  isə 

müxtəlif  mədəniyyətlər  dini,  fəlsəfi  və  elmi  ideyaların  vahid  böyük 

qazanında qarışmışdı. 

Belə deyək, şəhər meydanı dünya arenası ilə əvəzlənmişdi. Qədim 

şəhər  meydanı  da  indi  bazara  müxtəlif  mallar  və  həm  də  fikirlər, 

ideyalar gətirən səslərlə qaynaşırdı. Şəhər meydanlarının dünyanın hər 

tərəfindən  mallar  və  ideyalarla  dolması  yeni  cəhət  idi.  Burada  ən 

müxtəlif dillərdə danışan insanlar vardı. 

Biz  artıq  dedik  ki,  yunanların  həyata  baxışı  indi  keçmiş  yunan 

mədəni  ərazilərində  olduğundan  daha  geniş  yayılmışdı.  Lakin  vaxt 

keçdikcə Aralıq dənizi ölkələrində Şərq tanrılarına da ibadət edirdilər. 

Bir çox qədim xalqların tanrılarını və inanclarını ehtiva edən yeni dini 

düzən ortaya çıxırdı. Buna sinkretizm və ya inanclar qarışığı deyilir. 

Həmin vaxta kimi insanlar öz xalqları, öz adət-ənənələri, öz şəhər-

dövlətləri  ilə  güclü  bağlarını  saxlayırdılar.  Sərhədlər  qalxan  kimi  bir 

çoxları öz həyat fəlsəfələrinə şübhəylə, tərəddüdlə baxmağa başladılar. 

Yetkin  antik  dövr  ümumən  dini  tərəddüdlər,  mədəni  qarışıqlar  və 

pessimizmlə  səciyyələnir.  O  vaxt  belə  bir  ifadə  məşhur  idi,  tez-tez 

deyirdilər: “Dünya qocalıb”. 

Ellinist  dövrdəki  bu  yeni  dinlərin  ümumi  cəhəti  onların 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   34   35   36   37   38   39   40   41   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə