Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə37/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   33   34   35   36   37   38   39   40   ...   154

110 

 

Özünü içəri atdı və otağına tullandı. Hildeyə gələn birinci məktubu 



qırmızı şarfın altında tapdı. Hə! 15 iyunda 

imzalanmışdı poçtda. Sofinin ad günü və yay tətilinin başlamasından 

bir gün əvvəl. 

Supermarketin yanına Coannayla görüşmək üçün qaçanda fikirləri 

ondan bərk qaçırdı. 

Hilde kimdir? Onun atasına niyə elə gəlir ki, Sofi onu tapa bilər. Hər 

halda məktubu qızına deyil, Sofiyə göndərməsi mənasız hərəkətdi. Bu, 

qızının ünvanını bilmədiyinə görə ola bilməzdi. Bəlkə zarafatdı? Bəlkə 

o, tamamilə yad bir adamı detektiv, yaxud poçtalyon kimi oynatmaqla 

qızına  ad  günü  sürprizi  edir?  Bəlkə  buna  görə  onu  ayın  birincisi 

seçiblər? Və bu adam ondan vasitəçi kimi istifadə edir ki, onu qızına 

yeni rəfiqə kimi ad günü hədiyyəsi etsin? O, ömürlük rəfiqə ola biləcək 

bir hədiyyədirmi? 

Əgər bu coker Livandadırsa, Sofinin ünvanını necə tapıb? Sofiylə 

Hildenin ən az iki ortaq cəhəti var. Hildenin ad günü 15 iyundursa, ikisi 

də eyni gündə doğulublar. Onların ikisinin də atası Yer kürəsinin o biri 

tərəfindədir. 

Sofi qeyri-adi bir aləmə cəlb olunduğunu hiss etdi. Bəlkə də bütün 

bunlardan sonra taleyə inanmaq o qədər də böyük 

axmaqlıq  deyil.  Hər  halda  o,  belə  tez  nəticə  çıxarmamalıydı;  bütün 

bunların  tam  təbii  izahı  olmalıydı.  Bəs  Hilde  Lillesandda  yaşayırsa, 

pulqabısı  Albert  Knoksda  nə  gəzir?  Lillesand  buradan  kilometlərlə 

uzaqdır.  Bəs  niyə  Sofi  bu  məktubu  səkidə  tapdı?  Bəlkə  poçtalyon 

Sofinin  poçt  qutusuna  tərəf  gedəndə  çantasından  düşürüb?  Əgər 

elədirsə, niyə məhz bu açıqca düşməliydi? 

Xəstəsən?  -  Sofi  nəhayət  supermarketə  çatanda  Coanna  özündən 

çıxdı. 

Bağışla. 



Coanna məktəb müəllimləri kimi qaşlarını çatdı. 

Yaxşı olar ki, izah edəsən. 

BMT ilə bağlıdır. Livandakı düşmən bölmələri məni saxlamışdılar. 

Başa düşürəm, aşiq olmusan! 

downloaded from KitabYurdu.org



111 

 

Ayaqları onları qaçıra bildiyi qədər sürətlə məktəbə qaçdılar. Sofinin 



hazırlaşa bilmədiyi dinşünaslıq imtahanı artıq çoxdan başlamışdı. 

İmtahan sualları vərəqində yazılmışdı: 

Həyat və təhəmmül fəlsəfəsi 

Yalnız  bilə  bildiyimiz  və  bir  də  yalnız  inana  biləcəyimiz  şeylərin 

siyahısını tut. 

İnsanın həyat fəlsəfəsinə təsir edən amillərdən bir neçəsini sadala. 

Vicdan nə deməkdir? Səncə, o, hamı üçün birdir? 

Dəyərlərin üstünlüyü deyəndə nə nəzərdə tutulur? 

Sofi  yazmağa  başlamazdan  əvvəl  xeyli  fikrə  getdi.  Alberto 

Knoksdan  öyrəndiyi  fikirlərdən  istifadə  edə  bilərdimi?  O,  bunu 

etməliydi,  çünki  Dinşünaslıq  kitabının  üzünü  günlərlə  açmamışdı. 

Yazmağa  başlayan  kimi  sözlər  elə  bil,  onun  qələmindən  axmağa 

başladılar. 

Yazdı ki, Ayın yaşıl pendir olmadığını, onda kraterlərin olduğunu, 

Sokrat  və  İsanın  ölümə  məhkum  edildiklərini,  hamının  gec-tez 

öləcəyini,  Akropoldakı  böyük  məbədlərin  eramızdan  əvvəl  beşinci 

yüzildə  İranla  müharibədən  sonra  tikildiyini,  ən  məşhur  tanrılar 

məbədinin Delfidə olduğunu bilə bilərik. 

Yalnız  inana  biləcəyimiz  şeylərə  nümunə  kimi  isə  bunları  yazdı: 

başqa planetlərdə həyat varmı, yoxmu, Tanrı varmı, yoxmu, ölümdən 

sonra həyat varmı, İsa Tanrının oğludurmu, ya sadəcə olaraq, müdrik 

bir  adamdır?!  Siyahının  sonunda  isə  yazdı:  “Biz  dünyanın  necə 

yarandığını  dəqiq  bilmirik.  Kainat  bir  sehrbazın  silindr  şlyapasından 

çıxardığı  böyük  dovşanla  müqayisə  edilə  bilər.  Filosoflar  dovşanın 

tükünün uclarına doğru dırmaşmağa çalışırlar ki, böyük sehrbazın düz 

gözlərinin içinə  baxsınlar. Onların buna  nail olub-olmayacaqları açıq 

sualdır. Əgər hər bir filosof o birinin belinə dırmansa, onlar tüklərin lap 

yuxarısına dırmaşa bilərlər, elədə bir gün nə isə edə biləcəklərinə imkan 

var. 

Əlavə:  İncildə  dovşanın  gözəl  tükü  sayıla  biləcək  bir  şey  var.  Bu 



tükün  adı  Babil  qülləsidir.  O  dağıdıldı,  çünki  böyük  sehrbaz  balaca 

insan  həşəratların  onun  yaratdığı  ağ  dovşanın  yuxarısına  çıxmalarını 

downloaded from KitabYurdu.org



112 

 

istəmədi”. 



Növbəti  sual  belə  idi:  “İnsanın  həyat  fəlsəfəsinə  təsir  edən 

amillərdən  bir  neçəsini  sadala".  Sofi  yazdı:  Tərbiyə  və  ətraf  mühit 

vacibdir. Platonun vaxtında yaşayan insanlarla bugünkü 

insanların  həyat  fəlsəfəsi  fərqlidir,  çünki  onlar  fərqli  zamanlarda  və 

mühitlərdə  yaşayıblar.  Başqa  bir  amil  insanların  öz  qazandıqları 

təcrübədir.  İnsanda  sərbəst  mühakimə  qabiliyyəti  olur,  bu  sağlam 

mühakiməni ona ətrafındakılar diktə etmir. Hamıda ondan olur. Ətraf 

mühit  və  sosial  situasiyanı  Platonun  mağarasının  dərinliklərilə 

müqayisə  etmək  olar.  Ağıllarını  işlətməklə  insanlar  özlərini 

qaranlıqdan çıxara bilərlər. Lakin belə səyahət cəsarət də istəyir. Sokrat 

özünü  dövrünün  ətrafda  hökm  sürən  baxışlarından  azad  edən  insana 

yaxşı bir nümunədir. Axırda isə yazdı: “Günümüzdə bir çox ölkələrin 

və  mədəniyyətlərin  insanları  bir-birinə  qarışıblar.  Xristianlar, 

müsəlmanlar, buddistlər eyni binada yaşayırlar. Bu halda niyə hamının 

eyni şeyə inanmadığını soruşmaqdansa hər bir adamın inancını qəbul 

etmək daha vacibdir”. 

Sofi fikirləşdi ki, yazısı pis alınmadı. Əlbəttə ki, əsas zəmini fəlsəfə 

müəllimindən  öyrəndiklərindən  götürmüşdü.  Yazını  öz  sərbəst 

mühakiməsinin cizgilərilə və başqa yerdə oxuyub eşitdiklərilə də təchiz 

etmişdi. 

Üçüncü  sualı  oxudu:  “Vicdan  nə  deməkdir?  Səncə,  o,  hamı  üçün 

eynidir?”  Bu,  onlarn  sinifdə  çox  müzakirə  etdikləri  məsələ  idi.  Sofi 

yazdı:  “Vicdan  insanların  doğruya  və  yanlışa  cavab  vermək 

qabiliyyətidir. Şəxsən  mən belə fikirləşirəm  ki, hamıda bu qabiliyyət 

var, başqa sözlə, vicdan anadangəlmədir. Sokrat da bu fikirdəydi. Lakin 

vicdanın nə dediyi insandan insana dəyişə bilir. Kimsə deyə bilər ki, 

bu, sofistlərin fikridir. Onlar düşünürdülər ki, doğru və yanlışı əsasən 

fərdlərin içində böyüdükləri mühit müəyyən eləyir. Sokrat isə inanırdı 

ki, vicdan hamı üçün eynidir. Bəlkə də hər iki mövqe haqlıdır. Tutalım, 

birisi özünü çılpaq göstərdiyinə görə günahkar hiss etmir, bir çoxları 

isə əksinə. Ona görə də vicdanın olması ilə onu işlətmək eyni şey deyil. 

Bəzi insanlar sanki özlərinə hesabat vemədən yaşayırlar, mən inanıram 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   33   34   35   36   37   38   39   40   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə