Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə40/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   36   37   38   39   40   41   42   43   ...   154

119 

 

106-43) idi. Məhz o, mərkəzdə insanın durduğu “humanizm” anlayışını 



formalaşdırmışdı. Ondan bir neçə il sonra stoik Seneka (e.ə.4 

-  e.65)  "insanlıq  müqəddəsdir”  deyə  bəyan  etdi  və  bu,  həmişəlik 

humanizmin şüarı oldu. 

Bundan  əlavə,  stoiklər  bildirirdilər  ki,  xəstəlik,  ölüm  kimi  bütün 

təbii proseslər təbiətin sarsılmaz qanunlarından irəli gəlir. Ona görə də 

insan  taleyi  ilə  barışmalıdır.  Heç  nə  təsadüfən  baş  vermir.  Hər  şey 

zərurətə tabedir, ona görə də tale qapını döyəndə şikayətlənməyin elə 

bir faydası yoxdur. Onların fikrincə, insan həyatın xoşbəxt hadisələrini 

də  eləcə  həyəcansız  qarşılamalıdır.  Bu  məsələdə  biz  stoiklərin  kənar 

hadisələrin 

əhəmiyyətsiz  olduğunu  bəyan  edən  kiniklərlə 

qohumluğunu görürük. Hətta bu gün hisslərinin qarşısını alan insanlar 

haqda “stoik sakitliyi” ifadəsi işlədilir. 

Epikürçülər 

Artıq  bildiyimiz  kimi,  Sokrat  insanın  necə  yaxşı  bir  həyat  yaşaya 

biləcəyini  araşdırmaqla  məşğul  olurdu.  Kiniklər  və  stoiklər  Sokratın 

fəlsəfəsini belə şərh edirdilər: insan özünü yüksək maddi rifahdan azad 

etməlidir. Lakin Sokratın Aristip 

adlı bir şagirdi də vardı. O, inanırdı ki, həyatın hədəfi mümkün olduğu 

qədər çox hissi zövq almaqdır. “Ən ali xeyir həzz almaq, ən böyük şər 

isə ağrımaqdır!” Ona görə də məqsədi hər cür ağrılardan yayınmaq olan 

həyat tərzini təbliğ etmək istəyirdi. 

Eramızdan əvvəl təxminən 300-cü ildə Epikür (341-270) Afinada öz 

fəlsəfə  məktəbinin  əsasını  qoydu.  Onun  tərəfdarları  epikürçülər 

adlanırdı. O, Aristipin həzz əxlaqını inkişaf etdirmiş və onu Demokritin 

atom nəzəriyyəsi ilə birləşdirmişdi. 

Deyilənə  görə,  epikürçülər  bir  bağda  yaşayırdılar.  Buna  görə  də 

onlar  “bağ  filosofları”  kimi  tanınırdılar.  Bağın  girişində  isə  belə  bir 

qeyd asılıbmış: “Ey yolçu, sən burada yaxşı yaşayacaqsan. Həzz burada 

ən yüksək dəyərdir”. 

Epikür həmişə hər hansı hərəkətin xoş nəticələrinin onun mümkün 

fəsadlarından  üstün  tutulmalı  olduğunu  vurğulayırdı.  Əgər  sən 

şokolada nə vaxtsa aludə olmusansa, nəyi nəzərdə tutduğumu bilərsən. 

downloaded from KitabYurdu.org




120 

 

Əgər  heç  vaxt  şokolada  aludəçiliyin  olmayıbsa,  belə  bir  məşq  elə: 



Daxılında yığıb saxladığın bütün pulları götür və gedib iki yüz kronluq 

şokolad al. (Bunu təklif 

edərkən  fərz  edirəm  ki,  sən  şokoladı  xoşlayırsan.)  Bir  oturuma  bu 

şokoladların hamısını ye. Saat yarımdan sonra, bütün şokolad yeyilib 

qurtarmış olacaq. Bax, onda Epikürün fəsadlar deyərkən nəyi nəzərdə 

tutduğunu başa düşəcəksən. 

Epikür inanırdı ki, uzun müddətdə daha böyük, daha intensiv, çox 

davam  edən  həzz  qısa  müddətdə  alınmış  həzdən  üstün  tutulmalıdır. 

(Bəlkə sən bir il özünü şokolad yeməkdən saxlayırsan ki, pul yığıb təzə 

velosiped  alasan  və  xaricə  bahalı  səyahətə  gedəsən.)  Heyvanlardan 

fərqli olaraq, biz öz həyatımızı planlaşdırmaq iqtidarındayıq. Biz “həzz 

hesablaması” aparmağa qabilik. Şokolad yaxşıdır, lakin təzə velosiped, 

yaxud İngiltərəyə səfər ondan da yaxşıdır. 

Epikür “həzzin heç də məsələn, şokolad yemək kimi bir hissi həzz 

olmadığını vurğulayırdı. Dostluq və incəsənətin qiymətləndirilməsi də 

insana həzz verir. Bundan başqa, həyatdan zövq almaq özünə nəzarət, 

səbir,  sakitlik  kimi  qədim  yunan  ideallarını  da  tələb  edir.  Arzu  bizi 

çulğayanda sakitlik də ağrıya qatlanmağa imkan verəcək. 

Tanrılardan  qorxu  bir  çox  insanları  Epikür  bağına  gətirirdi.  Bu 

mənada Demokritin atom nəzəriyyəsi dini xürafatı aşmaq üçün faydalı 

bir müalicə idi. Yaxşı həyat yaşamaqdan ötrü ölüm qorxusunu aşmaq 

da vacibdir. Bu fikrini əsaslandırmaqdan ötrü Epikür Demokritin “ruh 

atomları”  nəzəriyyəsindən  istifadə  edirdi.  Yəqin  xatırlayırsan, 

Demokrit inanırdı ki, ölümdən sonra həyat yoxdur, çünki insan öləndə 

onun “atomlardan ibarət ruhu” da ətrafa səpələnir. 

“Ölüm bizi narahat etməməlidir, çünki nə qədər ki, biz varıq, ölüm 

hələ yoxdur, ölüm gələndə isə biz getmiş olacağıq”. 

Epikür  bu  azadlıq  fəlsəfəsini  dörd  müalicəvi  tövsiyə  ilə 

yekunlaşdırırdı: 

Tanrılardan  qorxmaq  lazım  deyil.  Ölümə  görə,  narahat  olmağa 

dəyməz. Xeyirə nail olmaq asandır. Əndişələrə qatlanmağa nə var! 

Yunan  nöqteyi-nəzərindən  baxanda  burada  əvvəlki  tibb  elminin 

downloaded from KitabYurdu.org



121 

 

fəlsəfi layihələrilə müqayisədə yeni bir şey yox idi. Epikürün niyyəti 



sadəcə o idi ki, insan sadaladığım dörd 

komponenti özündə birləşdirən “fəlsəfi tibbi şərəflə təchiz etməlidir. 

Stoiklərin əksinə, epikürçülər siyasətə və cəmiyyətə yox dərəcəsində 

maraq göstərirdilər. “Hücrədə yaşamaq!” - Epikürun tövsiyəsi idi. Biz 

onun “bağı” ilə Avropada hazırda mövcud olan kommunaları müqayisə 

edə bilərik. Bizim zəmanəmizdə də bir çoxları cəmiyyətdən uzaqdakı 

“təhlükəsiz hücrə”lərinə üstünlük verirlər. 

Epikürdən sonra bir çox epikürçülər hedonist həyat tərzi fəlsəfəsini 

inkişaf etdirdilər. Onların “Anı yaşa!” kimi bir şüarı vardı. “Epikürçü” 

sözü bu gün yalnız öz kefi üçün yaşayan adamları təsvir etməkdən ötrü, 

mənfi mənada işlənir. 

Yeniplatonçuluq 

Gördüyün kimi, kiniklər, stoiklər və epikürçülər öz ideya əsaslarını 

Sokratın  təlimindən  götürmüşdülər.  Bu  üç  fəlsəfi  məktəb  həm  də 

Heraklit 

və 


Demokrit 

kimi 


Sokrataqədərki 

filosoflardan 

yararlanmışdılar. 

Lakin  Ellinizmin  yetkin  mərhələsində  ən  diqqətəlayiq  fəlsəfi 

tendensiya ilk növbədə Platonun fəlsəfəsindən ilham alırdı. 

Ona görə də bu tendensiyanı Yeniplatonçuluq adlandırırlar. 

Yeniplatonçuluğun  əsas  siması  Plotin  (205-270)  idi,  o,  fəlsəfəni 

İsgəndəriyyədə  öyrənmiş, sonradan  Romaya köçmüşdü. Onun yunan 

fəlsəfəsi  və  Şərq  mistisizminin  yüzillər  boyu  əsas  görüş  yeri  olmuş 

İsgəndəriyyədən  gəlməsi  diqqətəlayiq  faktdır.  Plotin  özüylə  Romaya 

xilas  doktrinasını  gətirmişdi  ki,  bu  ideya  da  zamanı  gələndə 

Xristianlıqla  yekunlaşdı.  Yeniplatonçuluq  xristian  ilahiyyatının  əsas 

axınına ciddi təsir göstərdi. 

Platonun ideyalar nəzəriyyəsini, onun ideyalar aləmilə hislər aləmini 

bir-birindən  necə  ayırdığını  yada  sal,  Sofi.  O,  ruh  və  bədən  arasında 

sərhəd  çəkirdi.  Beləcə,  insanı  ikili  varlıq  sayırdı:  bədənimiz  hisslər 

aləmindəki hər şey kimi torpaq və tozdan ibarətdir, lakin bizim ölməz 

ruhumuz  da  var.  Bu  inanc  Platondan  əvvəl  də  yunanlar  arasında 

yayılmışdı. Plotin Asiyadakı bənzər ideyalarla da tanış idi. 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   36   37   38   39   40   41   42   43   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə