Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə48/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   44   45   46   47   48   49   50   51   ...   154

144 

 

adam olmadığı, “Tanrının oğlu” olması təsdiqlənmiş oldu. 



Demək  olar  ki,  Xristian  kilsəsi  bir  Pasxa  səhəri  İsanın  dirilməsi 

haqda  şayiələrin  yayılması  ilə  meydana  gəlib.  Bunu  hələ  o  zaman 

Pavelin dediyi sözlərdə görmək mümkündür: 

“Əgər İsa dirilməsəydi, bizim sözlərimiz və sizin inamınız əbəs olardı”. 

Artıq bütün bəşəriyyət onun dirilməsinə inana bilərdi

İsanın əzabı bizi xilas etməli idi. Lakin, əziz Sofi, yadına sal ki, yəhudi 

nöqteyi-nəzərindən baxanda “ruhun ölməzliyi” və ya hər hansı şəkildə 

“köçməsi”  kimi  bir  şey  yoxdur.  Bu,  yunan,  deməli,  Hind-Avropa 

düşüncəsidir. Xristianlığa əsasən insanın özünün ölməz olan heç nəyi, 

ölməz “ruh”u da yoxdur. Xristian Kilsəsi “bədənin yenidən dirilməsi 

və əbədi həyata” inanır və bunu insanın deyil, yalnız Tanrının kəraməti 

sayırdı, onun sayəsində biz ölümdən və “lənət”dən xilas oluruq. Bu, nə 

bizim öz fəzilətimizdir, nə də ki, hər hansı təbii, yaxud anadangəlmə 

qabiliyyətdir. 

Beləcə,  ilk  xristianlar  insanı  qurtuluşa  aparacaq  yolun  İsa  Məsihə 

inanmaqdan  keçməsi  haqda  “xoş  müjdə”ni  təbliğ  etməyə  başladılar. 

Onun  vasitəsilə  “Tanrı  Krallığı”nm  gerçəkliyə  çevrilməsinə  bir  şey 

qalmayıb.  İndi  bütün  dünya  xilas  ola  bilər.  İsa  Məsihin  sayəsində  - 

İsanın ölümündən bir neçə il sonra Pavel xristianlığı qəbul etdi. Yunan-

Roma dünyasına bir sıra 

missioner səyahətləri nəticəsində Xristianlığı dünyada geniş yayılmış 

bir  din  etdi.  Biz  bunu  “Həvarilərin  tarixi”  kitabında  oxuyuruq.  Bu 

haqda  məlumatları  Pavelin  ilk  xristianlara,  onların  toplantılarına 

yazdığı məktublardan da əldə edirik. 

Pavelin missioner səfərlərinin növbəsi Afinaya da çatır. 

Düz  fəlsəfə  paytaxtının  baş  meydanına  gedir.  Deyirlər,  “şəhərin 

büsbütün  bütpərəst  olduğunu  görəndə  qanı  qaralıbmış”.  Afinadakı 

yəhudi sinaqoquna girib və epikürçü, stoik filosoflarla müzakirə açıb. 

Onlar onu Areopaqos təpəsinə çıxararaq soruşublar: “Danışdıqların çox 

qəribədir. Necə bir təlimdir bu? Danış, ətraflı bilmək istəyirik”. 

Təsəvvür  edə  bilirsənmi,  Sofi?  Afina  meydanında  bir  yəhudi 

qəfildən  peyda  olur  və  çarmıxa  çəkilmiş  xilaskardan,  onun  öləndən 

downloaded from KitabYurdu.org



145 

 

sonra qəbirdən qalxmasından danışmağa başlayır. Pavelin Afinaya bu 



səfərini  nəzərdən  keçirərkən  biz  yunan  fəlsəfəsi  və  xristianlığın 

qurtuluş doktrinası arasında kəskin fikir ayrılığı görürük. Lakin Pavel 

afinalıların onu dinləməsinə nail olur. Areopaqosda, yəni Akropoldakı 

əzəmətli məbədlərin aşağısında dayanaraq bu sözləri deyir: 

“Ey  Afina  igidləri,  görürəm,  tamamilə  batil  inanclısınız.  Çünki 

müqəddəs yerlərinizi gəzəndə “Naməlum tanrıya” yazılmış belə bir daş 

tapdım. İndi isə budur, tanımadığınız tanrını sizə tanıdıram. Dünyanı 

və dünyadakı hər şeyi yaradan, yerin və göyün sahibi olan Tanrı əllə 

düzəldilmiş türbələrdə yaşamır. O, bütün bu gördüyümüz həyata nəfəs 

verib, insan əlilə düzəldilmiş bütlərə ibadət etməyinizə ehtiyacı yoxdur. 

Bütün  millətləri  eyni  qandan  yaradan,  onların  vaxtını,  yaşayış 

yerinin  sərhədlərini  müəyyənləşdirən  Odur.  Bütün  millətləri  eyni 

qandan yaradıb ki, onlar Tanrını arasınlar, hiss edə bilsinlər. Əslində 

O, heç birimizdən uzaq deyil. Onda yaşayırıq, Yer üzü onundur və biz 

də ona məxsusuq. Biz Tanrıdan əmələ gəldiyimizə görə, onun başının 

insan əlilə düzəldilmiş qızıl, gümüş oyma taxtalarda, daşlarda olduğunu 

düşünməməliyik. Tanrı bu cəhalət vaxtlarımıza səbirlə yanaşıb, amma 

indi  harada  yaşamalarından  asılı  olmayaraq,  bütün  insanların 

peşmanlıq duyma zamanıdır. 

Çünki  O,  bir  gün  təyin  edib  ki,  həmin  gün  dünyanı  haqq-  ədalət 

məhkəməsinə çəkəcək, təqdir etdiyi ölünü 

mükafatlandıraraq dirildəcək”. 

Afinada  Pavel  bax,  bu  sözləri  söylədi,  Sofi!  Xristianlıq  Yunan-

Roma  dünyasına  epikürçülükdən,  stoiklərdən,  yeniplatonçuluq 

fəlsəfəsindən tamamilə fərqli bir şey kimi daxil olmağa başladı. Lakin 

Pavel bu mədəniyyətdə öz mədəniyyətilə ümumi olan cəhətlər də tapır. 

Tanrı  axtarışının  bütün  insanlara  xas  bir  istək  olduğuna  işarə  edir. 

Yunanlar üçün də bu, yeni deyildi. Pavelin danışdıqlarında yeni olan 

şey o idi ki, Tanrı artıq özünü insanlara göstərir, özü də onlara üz tutub. 

O, nə insanların düşünərək çatmağa çalışdıqları “fəlsəfi Tanrı”, nə də 

Akropolda və ya böyük meydanda çox olan qızıl, gümüş, daş əsərlər 

deyilmiş. O, “insan əlilə düzəldilmiş türbələrdə yaşamır”mış. O, tarixə 

downloaded from KitabYurdu.org



146 

 

qarışaraq insanlar arasında yaşayıb, özünü insanlıq naminə fəda edərək 



çarmıxa çəkilən şəxs - Tanrı imiş. 

“Həvarilərin  tarixi”ndə  yazılıb  ki,  Pavel  Areopaqosda  İsanın 

öləndən sonra dirildiyini bəyan edən bu çıxışı edəndən sonra onu ələ 

salanlar oldu. Amma “Bu mövzuda sənə yenə də qulaq asmaq istəyirik” 

deyənlər də az olmadı. Pavelin arxasınca 

gedənlər,  Xristianlığa  tapınanlar  oldu.  Onlardan  biri,  Damaris  adlı 

qadın  olub.  Bu,  başqa  qadınların  da  Xristianlığı  qəbul  etmələrində 

örnək  olduğu  üçün  mühüm  nöqtədir.  Qadınlar  xristianlığın  ən  qızğın 

tərəfdarlarından oldular. 

Beləcə,  Pavel  öz  missioner  fəaliyyətini  davam  etdirdi.  İsanın 

ölümündən  otuz-qırx  il  sonra  Afina,  Roma,  İsgəndəriyyə,  Efes  və 

Korinf  kimi  bir  sıra  Yunan-Roma  şəhərlərində  Xristianlıq  öz 

mövqeyini möhkəmləndirmişdi. Beləliklə, bütün Ellin dünyası xristian 

oldu. 


İman 

Pavelin  Xristianlıqdakı  rolu  təkcə  missioner  fəaliyyətilə 

yekunlaşmır.  Onun  həmçinin  mənəvi  rəhbər  kimi  xristian  camaatına 

böyük təsiri olub. 

İsanın  ölümündən  sonrakı  ilk  illərdə  müzakirə  edilən  əsas 

məsələlərdən biri bu idi ki, yəhudi olmayanlar xristian olmazdan əvvəl 

yəhudi olmalıdırlarmı? Məsələn, bir yunan “10 əmr” qanununa riayət 

etmədimi? Pavelin fikrincə, buna gərək 

yoxdur. Çünki Xristianlıq Yəhudiliyin bir qolu olmaqdan daha böyük 

şeydir. Xristianlıq bütün insanlara universal xilas müjdəsilə üz tuturdu. 

Tanrı  və  İsrail  arasındakı  ilk  müqavilə  olan  Əhdi-Ətiq  yeni  -  Əhdi-

Cədidlə əvəz olunurdu və bu, Tanrı ilə bir xalq arasında deyil, Tanrı ilə 

bəşəriyyət arasında imzalanırdı. 

O vaxtlar Xristianlıq ortalığa çıxan yeganə din deyildi. Ellinizmdə 

bir çox dinin mövcud olduğunu görmüşdük. Ona görə də xristianlıqla 

başqa  dinlər  arasında  məsafə  saxlamaq  və  bidətçiliyin  qarşısını 

almaqdan ötrü Kilsə xristian doktrinasının nə olduğunu yığcam şəkildə 

toplayıb bəyan etməli idi. Beləcə, əsas xristian ehkam və prinsiplərini 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   44   45   46   47   48   49   50   51   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə