Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə44/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   40   41   42   43   44   45   46   47   ...   154

132 

 

Amma burda başqa bir sirr də var. 



Sofi  ayağa  qalxdı  və  əlindəki  şamdanı  divardakı  iki  portretin 

qarşısına tutdu. Coanna da şəkillərə yaxınlaşdı. 

Berkli və Bjerkli. Bu nə deməkdir? 

Bilmirəm. 

Şamın əriyib qurtarmasına az qalmışdı. 

Gedək, gedək! - Coanna dedi. 

Gedək, amma güzgünü özümüzlə aparmalıyıq. 

Sofi  dolabın  üstündə  asılmış  böyük  bürünc  güzgünü  yerindən 

çıxardı.  Coanna  nə  qədər  mane  olmağa  çalışdısa,  xeyri  olmadı,  Sofi 

fikrindən daşınmadı. 

Onlar bayıra çıxanda hava bir may gecəsi ola biləcək qədər qaranlıq 

idi;  ağacların  və  kolların  cizgiləri  güclə  görünürdü.  Kiçik  göl  sanki 

səmanın surəti idi. İki rəfiqə qayığa oturub o biri tərəfə doğru ağır-ağır 

avar çəkdilər. Çadıra qədər heç biri dinmədi, ikisi də bir-birinin bütün 

bu  gördükləri  haqda  düşündüyünü  bilirdi.  Göldən  çıxandan  sonra 

addımlarıyla  ara-  sıra  bir  quş  ürküdərək,  bəzən  də  bir  bayquş 

ulartısından özləri ürkərək yerlərinə tərəf getdilər. 

Çadıra  çatan  kimi  döşəklərinə  uzandılar.  Coanna  güzgünü  çadıra 

salmağa  qoymadı.  Yatmazdan  əvvəl  güzgünün  çadırdan  kənarda 

qoyulmasının da qorxulu olması haqda danışıb 

həmfikir oldular. Üstəlik, Sofi açıqcaları da özüylə götürmüşdü, onları 

bel çantasının cibinə qoymuşdu. 

Səhəri gün tezdən oyandılar. Döşəyindən birinci qalxan Sofi oldu. 

Ayaqqabılarını  cütləyib  geyindi,  çadırdan  çıxdı.  Böyük  güzgü 

qoyduqları kimi, çəmənliyin üstündə idi, üzərində şeh damlaları vardı. 

Sofi  sviteri  ilə  şeh  damcılarını  sildi  və  öz  surətinə  baxdı.  Elə  bil 

təpədən  dırnağa  özünü  yoxlayırdı.  Xoşbəxtlikdən  güzgünün  yanında 

Livandan gələn sübh məktubu-filan yox idi. 

Çadırın  arxasındakı  geniş  düzün  üzəri  pəmbə  səhər  buludlarıyla 

örtülüydü.  Kiçik  quşlar  ürəkdən  oxuyurdular,  kəkliklərdən  isə  əsər-

əlamət yox idi. 

Qızlar qalın sviter geyindilər və çadırın yanında oturub səhər yeməyi 

downloaded from KitabYurdu.org



133 

 

yedilər. Tezliklə onların söhbəti mayorun evinin və sehrli açıqcaların 



üstünə gəldi. 

Yeməkdən sonra çadırı yığdılar və evə getmək üçün yola düzəldilər. 

Sofi  böyük  güzgünü  qoltuğuna  vurdu.  Yorulub  güzgünü  yerə 

qoyduğundan, yolboyu dəfələrlə dayanıb 

dincəlməli olurdular, Coanna güzgüyə toxunmağa qorxduğundan ona 

kömək etmirdi. 

Evlərinə  yaxınlaşanda  adda-budda  güllə  səsləri  eşitdilər.  Sofi 

Hildenin  atasının  müharibə  içində  olan  Livanla  bağlı  cümlələrini 

xatırladı və sülh içində yaşayan bir ölkədə doğulduğuna görə, nə qədər 

xoşbəxt olduğunu anladı. Onların eşitdiyi “güllə səsləri” milli bayramı 

qeyd edənlərin məsum hava fişənglərinin səsiydi. 

Sofi Coannanı isti şokolad içməyə dəvət etdi. Anası güzgünü hardan 

tapdıqlarını soruşdu. Sofi bunu mayorun evinin yanından tapdıqlarını 

dedi. Anası yenə oranın uzun illərdir kimsəsiz olması haqda hekayəni 

danışdı. 

Coanna  gedəndən  sonra  Sofi  qırmızı  paltarını  geyindi.  Bayramın 

qalanı  adi  keçdi.  Axşam  televizorda  Norveç  BMT  batalyonunun  bu 

günü Livanda necə qeyd etdiklərini göstərdilər. Sofi gözlərini ekrandan 

çəkə  bilmirdi.  Çünki  onun  gördüyü  kişilərdən  biri  Hildenin  atası  ola 

bilərdi. 

17 mayda Sofinin etdiyi son iş böyük güzgünü otağının divarından 

asmaq oldu. Növbəti səhər Sofi öz xəlvəti 

guşəsində yenə qəhvəyi zərf tapdı. Onu dərhal cırıb açdı. 

“İki mədəniyyət 

...insan yalnız bu yolla boşluqda veyillənməkdən xilas ola bilər- 

İndi artıq görüşümüzə əvvəlki kimi çox qalmayıb, Sofi. Mayor evinə 

yenə  qayıdacağını  fikirləşərək,  Hildenin  atasından  gələn  bütün 

məktubları ora qoymuşdum. Yalnız bu yolla məktublar ona çata bilər. 

Qoy  onun  bu  məktubları  necə  alacağı  hələlik  səni  narahat  etməsin. 

İyunun 15-ə qədər çox sular durular! 

Ellinist  filosofların  əvvəlki  dövr  filosofların  ideyalarını  necə 

dəyərləndirdiklərini  gördük.  Bəziləri  hətta  öz  sələflərini  dini 

downloaded from KitabYurdu.org



134 

 

peyğəmbərlərə  çevirməyə  cəhd  edirdilər.  Plotin  az  qala  Platonu 



bəşəriyyətin xilaskarı elan etmişdi. 

Lakin bildiyimiz kimi, müzakirə etdiyimiz bu dövrdə Yunan- Roma 

dünyasından  kənarda  başqa  bir  xilaskar  meydana  çıxmaqda  idi.  Bu, 

Nazaretli İsa idi. Bu fəsildə biz Hildenin dünyası tədricən bizimkinə 

sızdığı  kimi,  Xristianlığın  da  Yunan-  Roma  dünyasına  tədricən  necə 

sızıb yayıldığını izləyəcəyik. 

İsa  yəhudi  idi.  Yəhudilər  Semit  mədəniyyətinə,  yunanlar  və 

romalılar  Hind-Avropa  mədəniyyətinə  məxsusdurlar.  Bu  iki 

mədəniyyət  Avropa  sivilizasiyasının  iki  bünövrəsidir.  Xristianlığın 

Yunan-Roma  mədəniyyətini  tədricən  öz  təsiri  altına  necə  salmasını 

nəzərdən keçirməzdən əvvəl biz bu iki bünövrə haqda söz açacağıq. 

Hind-Avropalılar 

Hind-Avropalı  sözü  altında  biz  Hind-Avropa  dillərinin  hər  hansı 

birində danışan bütün xalqları və mədəniyyətləri nəzərdə tuturuq. Bu 

dillər Fin-Macar dillərinin (lapon, fin, eston və macar) və Bask dilindən 

başqa, bütün Avropa dilləridir. Hind və İran dillərinin də çoxu Hind-

Avropa dilləri ailəsindəndir. 

Təxminən 4 min il əvvəl ilk Hind-Avropalılar Qara dəniz və Xəzər 

dənizi  arasındakı  ərazilərdə  yaşayırdılar.  Sonralar  bu  Hind-Avropa 

tayfaları  dalğa-dalğa  cənub-şərqə  doğru  İrana  və  Hindistana,  cənub-

qərbdə Yunanıstan, İtaliya və İspaniyaya, qərbdə Mərkəzi Avropanın 

içərilərilə Fransa və Britaniyaya, şimal-qərbdə Skandinaviya və şimal-

şərqdə  Şərqi  Avropaya,  Rusiyaya  yayıldılar.  Hind-Avropalılar  hara 

gedirdilərsə,  yerli  mədəniyyətə  qarışıb  assimilyasiya  olur,  Hind-

Avropa  dilləri  və  dini  isə  həmin  mədəniyyətlər  üzərində  hakim  rol 

oynamağa başlayırdı. 

Qədim  Hindistan  Veda  əlyazmaları,  yunan  fəlsəfəsi  və  Snorre 

Sturluson  mifologiyası  qohum  dillərdə  yazılıblar.  Lakin  qohum  olan 

təkcə dillər deyil. Qohum dillər qohum ideyalar meydana gətirir. Buna 

görə də biz Hind-Avropa “mədəniyyəti” terminindən istifadə edirik. 

Hind-Avropalıların  mədəniyyətinə  çoxtanrılıq  xas  idi.  Buna 

politeizm  deyirik.  Bu  tanrıların  adları,  dini  terminologiyanın 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   40   41   42   43   44   45   46   47   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə