Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə46/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   42   43   44   45   46   47   48   49   ...   154

138 

 

Tanrı  tarixə  müdaxilə  edir,  bu,  hər  üç  Qərb  dini  üçün  önəmli 



inancdır.  Tanrı  tarixin  gedişatına  müdaxilə  edir,  hətta  tarix  ona  görə 

mövcuddur ki, Tanrı öz iradəsini həyata keçirsin. Tanrı bir zamanlar 

İbrahimi vəd etdiyi ölkəyə aparıb çıxardığı 

kimi, bəşəriyyəti də tarixin içindən keçirərək addımbaaddım Qiyamət 

gününə aparacaq. O gün gələndə Tanrı dünyadakı bütün pislikləri yox 

edəcək. 


Tarixin  gedişində  Tanrının  böyük  rolu  olduğuna  inanan  semitlər 

minillərlə  tarixin  yazılmasıyla  məşğul  olublar.  Onların  müqəddəs 

kitablarının təməlini də bu tarixi köklər təşkil edir. 

Qüds şəhəri bu gün də yəhudilər, xristianlar və müsəlmanlar üçün 

eyni dərəcədə  əhəmiyyətli dini  mərkəzdir. Bu da bu üç dinin ümumi 

əsası olduğuna işarə edir. Qüdsdə sinaqoqlar, kilsələr və məscidlər var. 

Faciə  də  ondadır  ki,  bu  “əbədi  şəhər”  üzərində  hakimiyyətin  kimdə 

olması üstündə insanlar bir-birini öldürür. Kaş BMT bir gün Qüdsü üç 

dinin  görüşdüyü  müqəddəs  mərkəzə  çevirə  bilə.  (Hələlik  fəlsəfə 

kursumuzun bu praktik hissəsi üzərində çox dayanmayacağıq. Qoy bu 

işi  Hildenin  atası  üçün  saxlayaq.  Bildiyin  kimi,  o,  Livanda  işləyən 

BMT müşahidəçisidir. Sənə onun rütbəsinin mayor olduğunu da deyə 

bilərəm.  Bəlkə  də  mən  bunu  deyəndən  sonra  müəyyən  əlaqələr 

görməyə  başladın.  Elə  də  olmalıdır.  Amma  gəl  hadisələri 

qabaqlamayaq!) 

Bayaq dedik ki, Hind-Avropalılar üçün ən vacib duyğu görmə idi. 

Semit mədəniyyəti üçünsə eşitmə ən vacib duyğudur. Təsadüfi deyil ki, 

Yəhudi  kredosu  belə  başlayır:  “Dinlə,  ey  İsrail!”  Əhdi-Ətiqdə 

insanların  Tanrının  sözlərini  necə  “eşitdiklərini”  oxuyuruq.  Yəhudi 

peyğəmbərləri də adətən öz moizələrinə bu sözlərlə başlayırlar: “Yəhva 

(Tanrı)  dedi  ki”.  Tanrnın  sözlərini  “eşitmək”  Xristianlıqda  da 

vurğulanan  bir  məsələdir.  Xristianlığa,  İudaizmə  və  İslama  dini 

mərasimlərdə  ucadan  oxumaq  və  ya  “nağıl  etmək”,  “rəvayət  etmək” 

səciyyəvidir. 

Hind-Avropalıların 

həmişə 


öz 

tanrılarının 

rəsmlərini 

çəkdiklərindən,  heykəllərini  düzəltdiklərindən  danışmışdıq.  Semitlər 

downloaded from KitabYurdu.org



139 

 

isə bunu heç vaxt etməyiblər. Onlara Yaradanın və ya Allahın rəsm və 



heykəllərini yaratmaq icazəsi verilmir. Əhdi- Ətiq buyurur ki, insanlar 

Tanrının şəklini çəkməməlidirlər. Bu gün də bu qanun həm İudaizm, 

həm də İslam üçün keçərlidir. İslamda bundan əlavə, foto və incəsənətə 

ümumi  ikrah  var,  çünki  insanlar  “nə  isə”  yaratmaq  uğrunda  Allahla 

yarışa bilməzlər. 

Yəqin  fikirləşirsən  ki,  bəs  axı  xristian  kilsələri  İsanın  və  Tanrının 

rəsmlərilə doludur. Elədir, Sofi. Bu da sənə Xristianlığın Yunan-Roma 

dünyasından  necə  təsirləndiyinə  dair  bir  misal.  (Xristian  Ortodoks 

Kilsəsində, yəni, Yunanıstanda və Rusiyada İncil rəvayətlərini göstərən 

məzar  rəsmləri,  xaç  üzərində  İsanın  rəsminin  həkk  edilməsi  hələ  də 

qadağandır.) 

Böyük Şərq dinlərindən fərqli olaraq, üç Qərb dini Tanrı ilə Onun 

yaratdıqları  arasında  məsafə  olduğunu  vurğulayır.  Məqsəd  ruhun 

bədəndən  bədənə  köçməsindən  azad  olmaq  deyil,  günahlardan  uzaq 

durmaqdır.  Bu  dinləri  insanın  öz  daxilinə  çəkilməsi  və  meditasiya 

deyil, dua, moizə və dini kitabların öyrənilməsi xarakterizə edir. 

İsrail 

Sənin  dinşünaslıq  müəlliminlə  yarışa  girmək  fikrim  yoxdur,  Sofi, 



amma gəl, sadəcə Xristianlığın yəhudi keçmişinə ötəri nəzər salaq. 

Hər  şey  Tanrının  dünyanı  yaratmasıyla  başladı.  Dünyanın  necə 

yaradılmasını İncilin ilk səhifələrindən oxuya bilərsən. 

Sonra bəşəriyyət Tanrıya üsyan qaldırdı. Bu, yalnız Adəmlə Həvvanın 

Cənnətdən  qovulmalarına  deyil,  Yer  üzünə  Ölümün  gəlməsinə  də 

səbəb oldu. 

İnsanın  Tanrıya  itaətsizliyi  mövzusu  İncildən  qırmızı  xətlə  keçir. 

Əgər  biz  Yaradılış  Kitabını  oxusaq,  orada  qarşımıza  böyük  tufan  və 

Nuhun gəmisi çıxacaq. Orada daha sonra yazılıb ki, Tanrı İbrahim və 

onun  nəslindən  olanlarla  müqavilə  bağladı.  Bu  müqaviləyə  əsasən 

İbrahim  və  onun  nəslindən  olanlar  Tanrının  əmrlərinə  itaət  etməyə, 

Tanrı  isə  əvəzində  İbrahimin  bütün  övladlarını  qorumağa  söz  verib. 

E.ə.  1200-cü  ildə  Sina  dağında  Musaya  on  ilahi  əmr  verilməsilə  bu 

müqavilə  yenilənir.  Həmin  vaxtadək  ibranilər  uzun  illər  Misirdə  qul 

downloaded from KitabYurdu.org



140 

 

kimi yaşamışdılar, lakin Tanrının köməyilə öz torpaqları olan İsrailə 



dönə bildilər. 

Xristianlıqdan təxminən 1000 il əvvəl, hələ yunan fəlsəfəsi olmayan 

vaxtlarda,  İsraildə  üç  böyük  kral  yaşayırmış.  Birincisi  Saul,  ikincisi 

Davud,  üçüncüsü  Süleyman  idi.  Bütün  israillilər  bir  krallıqda 

birləşmişdilər, xüsusən Davudun hakimiyyəti 

dövründə siyasi, hərbi və mədəni çiçəklənmə dövrü yaşamışdılar. 

Krallar taxta çıxmazdan əvvəl xalq onları yağlayırdı. Beləcə, onlara 

“yağlanmış  adam”  mənası  verən  Məsih  deyirdilər.  Dini  mənada 

krallara  Tanrı  və  camaat  arasındakı  əlaqə  kimi  baxırdılar.  Krala 

“Tanrının oğlu”, ölkəyə isə “Tanrının Krallığı” deyilirdi. 

Lakin çox keçmədi ki, İsrail öz gücünü itirdi, Krallıq Şimali Krallığa 

(İsrail)  və  Cənubi  Krallığa  (İudea)  bölündü.  E.ə.  722-ci  ildə  Şimali 

İbrani  Krallığı  assuriyalılar  tərəfindən  fəth  edildi,  siyasi,  dini 

əhəmiyyətini itirdi. Cənubi Krallığın da aqibəti bundan yaxşı olmadı, 

belə  ki,  oranı  babillilər  e.ə.586-cı  ildə  ələ  keçirdilər.  İbadətgah 

dağıdıldı,  əhalinin  çoxu  Babilistana  qul  kimi  aparıldı.  Bu  “Babil 

əsarəti” e.ə. 539-cu ilədək davam etdi, israillilər yalnız həmin il Qüdsə 

dönüb yenidən ibadətgah tikə bildilər. Lakin İsanın anadan olduğu ilə 

qədər yəhudilər xarici hökmranlıqlar altında yaşamağa davam etdilər. 

Yəhudilər özlərinə daim belə bir sual verirdilər ki, axı niyə Davud 

Krallığı dağıldı, niyə onların başına fəlakət dalınca 

fəlakət gəldi. Axı Tanrı söz vermişdi ki, İsraili əlinin içində saxlayacaq. 

Amma  xalq  da  Tanrının  əmrlərinə  tabe  olacağına  söz  vermişdi. 

Getdikcə belə bir fikir yayıldı ki, Tanrı İsrailliləri onun əmrlərinə tabe 

olmadıqlarına görə cəzalandırıb. 

İsadan əvvəl 750-ci illərdən etibarən cürbəcür peyğəmbərlər ortalığa 

çıxaraq Tanrının İsraili ona itaət etmədiyinə görə cəzalandırdığını və 

daha betər cəzalandıracağını deməyə başladılar. Deyirdilər ki, bir gün 

Tanrı  İsraili  Qiyamət  günülə  üzbəüz  qoyacaq.  Belə  peyğəmbərlərə 

qiyamət peyğəmbərləri deyilir. 

Bununla  yanaşı,  elə  peyğəmbərlər  də  ortaya  çıxırdı  ki,  onlar 

Tanrının  öz  xalqının  bir  neçə  üzvünü  seçərək  onları  xilas  edəcəyini, 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   42   43   44   45   46   47   48   49   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə