Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə54/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   50   51   52   53   54   55   56   57   ...   154

162 

 

etmişdi. Xeyir və şərin mübarizəsi fəlsəfə tarixində çox 



deyilmişdi,  yeniliksə  bu  idi  ki,  Avqustin  üçün  bu  mübarizə  tarixən 

yaranıb inkişaf etmişdi. Avqustinin baxışlarının bu hissəsində Platon 

gözə  dəymir.  O,  daha  çox  Əhdi-Ətiqdə  gördüyümüz,  Tanrının  öz 

Krallığını  bərqərar  etməkdən  ötrü  tarixə  ehtiyacı  olmasına  dair  xətti 

tarixi baxışdan təsirlənmişdi. Tarix insanın aydınlanması və şərin məhv 

edilməsindən ötrü lazımdır. Yaxud Müqəddəs Avqustinin dediyi kimi, 

“İlahi  bəsirət uşaqlıqdan qocalığa doğru  yol gedən insan kimi, bəşər 

tarixini də Adəmdən başlayıb tarixin sonuna doğru istiqamətləndirir”. 

Sofi saata baxdı. “Saat səkkizdi, bir azdan getməliyəm”, - dedi. 

Amma  getməzdən  əvvəl  sənə  başqa bir  böyük  Orta  əsrlər  filosofu 

haqda danışmalıyam. Bir az bayırda oturaq? 

Alberto  ayağa  qalxdı.  Qollarını  sinəsində  çarpazlayıb  kilsənin 

ortasındakı  dəhlizlə  getməyə  başladı.  Tanrını,  yaxud  başqa  ruhani 

məsələləri  düşünürmüş  kimi  görünürdü.  Sofi  onun  dalınca  getməyə 

başladı. Onsuz da başqa yolu olmadığını hiss edirdi. 

Günəş hələ səhər buludlarını aralayıb özünü göstərməmişdi. Alberto 

kilsənin  qarşısındakı  skamyada  oturdu.  Bir  anlıq  Sofinin  fikrindən 

keçdi  ki,  görəsən  indi  kimsə  onu  burada  görsə,  nə  düşünəcək.  Səhər 

saat  8-də  kilsə  skamyasında,  bir  keşişin  yanında  oturmaq  qəribə 

mənzərə yaradırdı. Alberto sözə başladı: 

Saat səkkizdi. Müqəddəs Avqustindən dörd əsrə yaxın vaxt keçir və 

indi  uzun  bir  məktəb  günü  başlayır.  Saat  10-a  qədər  monastır 

məktəbləri təhsil üzərində inhisara malik olacaq. Saat 10-la 11 arasında 

ilk  böyük  kilsə  məktəblərinin  əsası  qoyulacaq,  saat  12-də  ilk 

universitetlər  qurulmağa  başlayacaq.  Böyük  qotik  kilsələr  də  həmin 

vaxt  tikiləcək.  Bu  oturduğumuz  kilsə  də  1200-cü  illərdə  tikilib.  Bu 

balaca şəhərdə böyük kilsə tikməyə imkanları çatmayıb. 

Böyük kilsə tikməyə ehtiyac da olmayıb, məncə. Mənim də böyük 

boş kilsələrdən zəhləm gedir. 

O  böyük  kilsələr  içlərinə  çoxlu  adam  sığsın,  geniş  toplantılar 

keçirilsin  deyə  tikilmirdi  ki,  Sofi.  Onlar  Tanrının  şərəfinə  tikilir,  elə 

sadəcə varlıqları ibadət sayılırdı. Həmin 

downloaded from KitabYurdu.org



163 

 

dövrdə biz filosofların diqqətini çəkən başqa bir məsələ də var 



idi. 

Aha, danış, danış! 

Alberto davam etdi: 

Bu  dövrdə  İspaniyadakı  ərəblərin  təsiri  hiss  olunmağa  başladı. 

Ərəblər  bütün  Orta  əsrlər  boyu  Aristotel  ənənəsini  yaşatmışdılar  və 

ərəb  alimləri  XII  əsrin  sonlarından  etibarən  əsilzadələrin  dəvətilə 

Şimali  İtaliyaya  gəlməyə  başladılar.  Beləliklə,  Aristotelin  bir  çox 

əsərləri yunan və ərəb dilindən latına çevrildi. Bu, təbiət elmlərinə yeni 

maraq  yaratdı.  Bundan  əlavə,  xristian  vəhyinin  yunan  fəlsəfəsilə 

əlaqəsinə dair yeni baxışların meydana gəlməsinə yol açdı. Aristoteli 

daha  elmi  məsələlərdə  gözardı  edə  bilmirdilər.  Amma  adam  hansı 

məsələlərdə  filosof  Aristotelin,  hansı  məsələlərdə  İncilin  ardınca 

getsin? Başa düşürsənmi, Sofi? 

Sofi başıyla təsdiqlədi və keşiş sözünə davam etdi: 

Bu dövrün ən böyük və mühüm filosofu 1225-ci ildə doğulub, 1274-

cü  ildə  vəfat  etmiş  Müqəddəs  Foma  Akvinalıdı.  O,  Roma  və  Neapol 

arasında yerləşən kiçik Akvina şəhərində 

yaşayır, Paris Universitetində müəllim işləyirdi. Ona filosof deyirəm, 

amma o, daha çox ilahiyyatçı idi. Lakin o zaman fəlsəfə ilə ilahiyyat 

arasında  böyük  fərq  yox  idi.  Qısaca  desək,  o,  Aristoteli  erkən  orta 

əsrlərdə  Müqəddəs  Avqustin  Platonu  xristianlaşdırdığı  kimi 

xristianlaşdırırdı. 

Xristianlıqdan yüzlərlə il əvvəl yaşamış filosofları xristianlaşdırmaq 

çox qəribədir, hə? 

Bəlkə  də  belə  deyə  bilərsən.  Lakin  bu  iki  yunan  filosofunun 

“xristianlaşdırılması”  deyəndə  biz  vur-tut  onların  xristian  ehkamları 

üçün təhlükə təşkil etməyəcək şəkildə şərh və izah olunmasını nəzərdə 

tuturuq. Akvinalı da Aristotelin fəlsəfəsini xristianlıqla uzlaşdırmağa 

çalışanlardan idi. Onun inamla bilik arasında böyük sintez yaratdığını 

deyə bilərik. O, bunun üçün Aristotelin fəlsəfəsinin dərinliyinə enirdi. 

Yəqin çox az yatdığıma görə, başım dumanlıdır, gərək daha aydın 

izah edəsən. 

downloaded from KitabYurdu.org



164 

 

Akvinalı  inanırdı  ki,  fəlsəfə  və  əqlin  bizə  öyrətdiklərilə  xristian 



vəhyinin və ya inamın bizə dedikləri arasında ziddiyyət olmamalıdır. 

Çünki xristianlıq və fəlsəfə eyni şeyi deyirlər. Ona 

görə  də  ağlımızla  fikir  yürüdərək,  İncildə  oxuduğumuz  həqiqətlərə 

özümüz də çata bliərik. 

Necə  ola  bilər?  Ağlımız  bizə  Tanrı  dünyanı  altı  günə  yaratdığını 

necə  deyə  bilər?  Yaxud  İsanın  Tanrının  oğlu  olduğunu  ağlımızla 

özümüz necə anlaya bilərik? 

Elədir, bu cür iman gerçəklərinə yalnız inamla və xristian vəhylərini 

oxumaq  vasitəsilə  çatmaq  olar.  Amma  Akvinalı  bir  sıra  “təbii  ilahi 

həqiqətlərin mövcudluğuna inanırdı. Bu həqiqətlərə həm xristian imanı 

və həm  də bizim  anadangəlmə, təbii ağlımızla vara bilərik.  Məsələn, 

Tanrının varlığı həqiqəti. Akvinalı inanırdı ki, Tanrıya iki yolla çatmaq 

olar. Bir yol inanc və xristianlığın verdiyi ilham, ikinci yol isə ağıl və 

duyğularımızdır. Bu iki yoldan ən etibarlısı inanc yoludur, çünki təkcə 

əqlə güvənən insan aza bilər. Yenə də Akvinalının fikrincə, Aristotel 

kimi  bir  filosofla  xristian  doktrinası  arasında  hər  hansı  ziddiyyət 

olmamalıır. 

Deməli, Aristoteli, ya İncili seçmək bizə qalıb? 

Heç  də  yox!  Xristianlığı  bilməyən  Aristotel  yolunu  sonadək  gedə 

bilməz, yalnız bir hissəsini qət edə bilər. Lakin yolun 

yarısını getmək və yanlış yoldan getmək eyni şey deyildir. Misal üçün, 

Afinanın  Avropada  yerləşən  şəhər  olduğunu  demək  yanlış  deyil. 

Amma  bu,  dəqiq  həqiqət  deyil.  Əgər  bir  kitab  sənə  yalnız  Afinanın 

Avropada olduğunu söyləyirsə, bir başqa kitaba da, məsələn, coğrafiya 

kitabına  baxmaq  ağıllı  hərəkət  olardı.  Orada  sən  tam  həqiqəti 

tapacaqsan:  Afina  Yunanıstanın  paytaxtıdır,  cənub-şərqi  Avropada 

kiçik bir ölkədir. Bəxtin gətirsə, kitabda Akropol haqda, hələ Sokrat, 

Platon və Aristotel haqda da məlumat tapa bilərsən. 

Amma Afina haqda olan ilk məlumat da doğru idi. 

Bəli!  Akvinalı  sübut  etmək  itəyirdi  ki,  yalnız  bir  həqiqət  var. 

Beləliklə,  Aristotelin  bizə  göstərdiyi,  bizim  də  ağlımız  vasitəsilə 

anladığımız şeylər xristian təlimilə ziddiyyət təşkil etmir. Biz həqiqətin 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   50   51   52   53   54   55   56   57   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə