Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə62/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   58   59   60   61   62   63   64   65   ...   154

186 

 

olar.  O,  insanların  Günəşin  Yer  ətrafında  fırlanmasına  inanmalarını 



Yerin özünün də öz oxu ətrafında fırlanmasıyla izah edirdi. İnanırdı ki, 

səma  cisimləri  Günəş  ətrafında  dairəvi  hərəkət  edirlər.  Buna 

heliosentrik dünya mənzərəsi deyilir. 

Bu dünya mənzərəsi doğru idi? 

Tam  olaraq deyildi. Kopernik Günəşin kainatın  mərkəzi olduğunu 

da  iddia  edirdi.  Lakin  bu  gün  biz  bilirik  ki,  Günəş  sonsuz  sayda 

ulduzlardan  yalnız  biridir  və  həmin  sonsuz  saylı  ulduzlar  bizim 

ətrafımızda milyardlarla qalaktikalardan yalnız birini əmələ gətirirlər. 

Beləliklə, Kopernik inanırdı ki, Yer və digər planetlər Günəş ətrafında 

dairəvi dövrə vururlar. 

Elə deyil ki? 

Yox.  Onun  bu  dövri  hərəkət  fikrinin  arxasında  bu  fikri 

əsaslandırmaq  üçün  səma  cisimlərinin  girdə  olduğuna  və  “ilahi” 

olduqlarına görə, dairəvi hərəkət etdiklərinə dair antik inamdan başqa 

bir şey dayanmırdı. Kürə və çevrə Platonun vaxtından ən mükəmməl 

həndəsi  fiqurlar  sayılırdı.  Lakin  XVII  əsrin  əvvəllərində  alman 

astronomu  İohan  Kepler  ətraflı  müşahidələrinin  nəticələrini  təqdim 

etdi, göstərdi ki, planetlər mərkəzlərinin birində Günəşin olduğu ellips 

və ya yumurta şəkilli orbitlərdə hərəkət edirlər. O həmçinin göstərdi ki, 

planetin sürəti Günəşə lap yaxınlaşanda artır, planetin orbiti Günəşdən 

uzaqlaşdıqca  hərəkət  sürəti  də  azalır.  Yerin  başqa  planetlər  kimi  bir 

planet olduğunu da ilk dəfə Kepler dilə gətirib. 

Keplerin vurğuladığı başqa bir məsələ isə bu idi ki, bütün kainatda eyni 

fiziki qanunlar işləyir. 

Bunu necə bilə bilərdi axı? 

Çünki  o,  kor-koranə  qədim  xurafatlara  inanmaqdansa,  planetlərin 

hərəkətini öz qavrayışı ilə tədqiq edirdi. Keplerlə demək olar ki, çağdaş 

olan  Qalileo  Qaliley  də  səma  cisimlərini  müşahidə  etmək  üçün 

teleskopdan istifadə edirdi. O, Ayın kraterlərini öyrənirdi və Ayda da 

Yerdəki  kimi  dağlar  və  dərələrin  olduğunu  deyirdi.  Üstəlik,  o, 

Yupiterin  “dörd  Ayı”  olduğunu  kəşf  etmişdi.  Beləcə,  Yerdən  başqa 

planetlərin də peykləri olduğu bilindi. Qalileyin ən böyük xidməti isə 

downloaded from KitabYurdu.org



187 

 

ilk dəfə Ətalət qanununu formalaşdırması olub. 



Bu qanunda nə deyilir? 

Qaliley bunu belə formulə etmişdi: hər hansı bir kənar qüvvə onun 

vəziyyətinə təsir edənədək cisim olduğu vəziyyətdə, yaxud hərəkətdə 

qalır. 


Deyirsənsə, deməli, elədi. 

Bu,  çox  mühüm  müşahidə  idi.  Antik  dövrdən  bəri  Yerin  öz  oxu 

ətrafında fırlanmasını ona görə rədd edirdilər ki, buna 

qarşı  belə  bir  əks  arqumentləri  vardı:  Elə  olsaydı,  onda  Yer  sürətlə 

fırlandığından düz havaya atılan daş atıldığı nöqtədən metrlərlə uzaqda 

düşərdi. 

Bəs niyə elə olmur? 

Sən  qatarda  gedirsən  və  pəncərəsindən  yerə  alma  atırsansa,  qatar 

irəli gedir deyə, alma sənin arxana düşməz. O, düz aşağı düşəcək. Buna 

səbəb  ətalət  qanunudur.  Alma  sən  onu  atmazdan  əvvəlki  sürətini 

saxlayr. 

Deyəsən, başa düşdüm. 

Qalileyin  vaxtında  qatar  yox  idi.  Amma  sən  bir  topu  yerdə 

dığırlatsan, sonra əlini çəksən... 

...top dığırlanmağa davam edəcək. 

...çünki  top  sən  onu  dığırladandan  sonra  da  ilk  götürdüyü  sürətini 

saxlayır... 

...amma axırda dayanacaq. 

Çünki  başqa  qüvvələr  onun  sürətini  azaldır.  Birincisi,  döşəmə, 

xüsusən əgər o, kobud taxta döşəmədirsə. Sonra cazibə qüvvəsi gec-tez 

onu dayandırır. Dayan, sənə bir şey göstərəcəyəm. 

Alberto  Knoks  qalxdı  və  qədimi  masanın  yanına  getdi.  Masanın 

çəkməcəsindən nə isə götürdü, gətirib qəhvə masasının üstünə qoydu. 

Bu, bir tərəfi qalın, bir tərəfi isə nazik - bir neçə millimetr qalınlıqda 

taxta  lövhə  idi.  Az  qala,  bütün  qəhvə  masasını  örtən  taxtanın  yanına 

yaşıl mərmər kürəcik qoydu və dedi: 

Buna maili müstəvi deyirlər. Səncə, mən kürəciyi qalın tərəfə qoyub 

itələsəm, nə olacaq? 

downloaded from KitabYurdu.org



188 

 

Sofi sanki “bunu bilməyə nə var” deyər kimi baxdı: 



On krondan mərc gəlirəm ki, yuvarlanaraq masanın üstünə, oradansa 

döşəməyə düşəcək. 

Gəl baxaq. 

Alberto  kürəni  buraxdı.  Eynilə  Sofinin  dediyi  kimi  oldu.  Kürə 

masaya  dığırlandı,  masanın  üstüylə  sürüşüb  xəfif  səs  çıxararaq 

döşəməyə  düşdü  və  nəhayət,  döşəmədə  dığırlana-  dığırlana  divara 

dəyib dayandı. 

Maraqlıdır, - Sofi dedi. 

Hə, elə deyilmi? Qaliley bax belə eksperiment edirdi. Doğrudan belə 

axmaq idi? 

Səbr et! O, hər şeyi öz duyğularıyla tədqiq etmək istəyirdi. Özü də 

hələ  təzə  başlamışıq.  Əvvəlcə  mənə  de  görüm,  kürəcik  niyə  maili 

müstəviylə üzüaşağı dığırlandı? 

Ağır olduğuna görə, dığırlanmağa başladı. 

Yaxşı, bəs ağırlıq nədir, mənim balam? 

Bu axmaq sual deyil? 

Cavab  verə  bilmirsənsə,  bu  o  demək  deyil  ki,  sual  axmaq  sualdır. 

Kürəcik niyə döşəməyə dığırlandı? 

Cazibəyə görə. 

Bəli, doğrudur. Deməli, ağırlıq cazibəylə bağlı bir şeydir. Kürəciyi 

hərəkətə gətirən də bu qüvvədir. 

Alberto  artıq  kürəciyi  yerdən  götürmüşdü.  Yenidən  maili 

müstəvinin üzərinə əyildi. 

İndi  mən  kürəciyi  maili  səthlə  dığırlatmağa  çalışacam.  Onun 

hərəkətinə diqqətlə bax,- dedi. 

Əyilib kürəni müstəvini eninə keçəcək şəkildə hərəkət etdirdi. 

Nə oldu? - soruşdu. 

Taxta əyri olduğuna görə o da əyri dığırlandı. 

İndi  kürəni  mürəkkəblə  rəngləyək  və  sənin  əyri  deyəndə  nəyi 

nəzərdə tutduğunu dəqiq bilək. 

O, mürəkkəbqabını çıxardı və kürəni mürəkkəbə boyadı. Sonra onu 

yenidən  dığırlatdı.  İndi  Sofi  kürəciyin  müstəvinin  harasıyla 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   58   59   60   61   62   63   64   65   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə