Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə63/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   59   60   61   62   63   64   65   66   ...   154

189 

 

dığırlandığının görə bildi, çünki o, taxtada iz qoyurdu. 



Kürəciyin qoyduğu xətti görürsən? 

Yay kimidir. Yarım çevrəyə oxşayır. 

Əla. 

Sonra qaşlarını qaldıraraq: 



Amma tam da yarımçevrə deyil, bu fiqura parabola deyirlər. 

Başa düşdüm. 

Yaxşı, bəs kürəcik niyə məhz belə getdi? 

Sofi fikrə getdi və sonra dedi: 

Çünki  taxta  mailidir,  yersə  cazibə  qüvvəsinə  görə  kürəciyi  özünə 

çəkir. 


Bəli, bəli! Əsl sensasiyadı. On beş yaşlı bir qızı çardağıma gətirirəm 

və  Qalileyin  bir  eksperimentdən  sonra  gəldiyi  nəticəyə  eynilə  o  da 

gəlir! 

O, əl çaldı. Sofi bir anlıq onun dəli olduğunu sanıb qorxdu. Alberto 



danışmağa davam etdi: 

Sən  iki  qüvvənin  bir  cismə  eyni  zamanda  təsir  etdiyini  gördün. 

Qaliley eyni şeyin məsələn, top mərmisinə də aid oluğunu kəşf etmişdi. 

O, havaya atılır, fırlana-fırlana  qalxır, bir  müddət uçub  məlum  maili 

xətt üzrə yerə enir, yer onu özünə çəkir. Beləliklə, mərmi də havada bu 

kürəciyin  maili  müstəvidə  keçdiyi  cığıra  uyğun  trayektoriya  cızacaq. 

Bu, Qalileyin dövründə həqiqətən də yeni bir kəşf idi. Aristotel havaya 

atılan top gülləsinin əvvəl bir qədər əyri hərəkət edəcəyini, sonra isə 

şaquli şəkildə yerə düşəcəyini deyirdi. Bu, belə deyil, amma Qalileyin 

etdiyi  kimi,  nümayiş  etdirmədən  heç  kəs  Aristotelin  səhv  etdiyini 

bilmirdi. 

Məncə,  hava  çox  gözəldir.  Amma  bunun  nəyi  vacib  kəşfdir  ki? 

Bütün bunların nə mənası var? 

Mənası?  Əlbəttə  var!  Bunun  kosmik  əhəmiyyəti  var.  Bəşər 

tarixindəki bütün elmi kəşflərin ən vaciblərindən biridir. 

Onda niyəsini də de. 

Qalileydən sonra 1642-1727-ci illərdə yaşamış ingilis həkimi İsaak 

Nyuton Günəş sistemi və planetlərin hərəkətinin son təsvirini verən ilk 

downloaded from KitabYurdu.org



190 

 

adam  olub.  O,  yalnız  planetlərin  Günəş  ətrafında  necə  dövr  etdiyini 



deyil, onların niyə belə etdiklərini də açıqlaya bilmişdi. Bunu “Qaliley 

dinamikası” adlandırılan kəşfə əsasən etmişdi. 

Yəni planetlər maili müstəvidəki kürəcik kimi hərəkət edirlər? 

Elə bir şeydi, bəli. Amma bir az gözlə, Sofi. 

Baş üstə. 

Kepler  artıq  göstərmişdi  ki,  səma  cisimlərinin  bir-birini  cəlb 

etməsinə  təsir  edən  qüvvə  var.  Məsələn,  planetləri  hərəkət  etdikləri 

orbitlərində saxlayan Günəş qüvvəsi kimi bir şey var. Belə bir qüvvə 

planetlərin Günəşdən aralandıqca daha yavaş dövr etdiklərini də izah 

edə bilərdi. Kepler suyun qabarması və 

çəkilməsi,-  suyun  səviyyəsinin  artıb  azalmasının  da  Ay  qüvvəsinin 

nəticəsi olduğunu bildirirdi. 

Bu, doğrudur. 

Bəli.  Lakin  Qaliley  bu  baxışı  inkar  etmişdi.  O,  Ayın  dənizi  idarə 

etməsi ideyasını təsdiq etdiyinə görə, Kepleri ələ də salmışdı. Ona görə 

ki, Qaliley cazibə qüvvəsinin böyük məsafələr arasında, habelə səma 

cisimləri arasında ola biləcəyini inkar edirdi. 

Burda yanılırdı. 

Bəli.  Təkcə  bu  məqamda  yanılırdı.  Bu  qəribədir,  çünki  o,  Yerin 

cazibə qüvvəsi, cisimlərin düşməsi məsələləri ilə çox maraqlanırdı. O, 

hətta birdən artıq qüvvənin bir cismin hərəkətini necə idarə edəcəyinə 

diqqət çəkmişdi. 

Bayaq Nyutondan danışmağa başlamışdın. 

Hə,  Qalileydən  sonra  Nyuton  gəldi.  O,  ümumdünya  cazibə 

qanununu formalaşdırdı. Bu qanuna görə, hər bir cisim digər cismi cəzb 

edir və bu cazibə cisimlərin ölçüsünə düz, aralarındakı məsafəyə tərs 

mütənasibdir. 

Aydın oldu. Məsələn, iki fil arasındakı cazibə iki siçan arasındakı 

cazibədən, eyni zooparkdakı iki fil arasında olan cazibə Hindistandakı 

hind fili ilə Afrikadakı afrikalı fil arasındakı cazibədən böyükdü. 

Deməli, başa düşmüsən. İndi isə əsas məsələ gəlir. 

Nyuton bu cazibənin universal olduğunu bəyan etdi. Yəni bu cazibə hər 

downloaded from KitabYurdu.org



191 

 

yerdə, həmçinin fəzadakı səma cisimləri arasında da baş verir. Deyirlər, 



bu  ideya  onun  ağlına  alma  ağacının  altında  oturanda  gəlib.  Almanın 

ağacdan  düşdüyünü  görəndə  Ayı  Yerə  çəkən  və  beləliklə,  Ayın 

fasiləsiz yerin ətrafında fırlanmasını təmin edən qüvvənin almanı yerə 

çəkən qüvvəylə eyni şey olub-olmadığını soruşub özündən. 

Ağıllı fikirdi. Amma o qədər də yox. 

Niyə ki? 

Əgər Ayı Yerə almanı yerə çəkən qüvvə kimi bir qüvvə çəksəydi, 

Ay da Yerin ətrafında daim fırlanmaz, Yerə düşüb dağılardı. 

Deməli, Nyutonun planetar orbitlər haqda qanunundan danışmağın 

vaxtı çatdı. Yerin Ayı necə cəzb etməsi 

məsələsində  dediklərinin  əlli  faizi  düzgün,  əlli  faizi  səhvdi.  Ay  niyə 

Yerə düşmür, Sofi? Çünki doğrudan da  Yerin Ayı cəzbetmə qüvvəsi 

çox  böyükdü.  Dənizin  qabarması  üçün  lazım  olan  qüvvənin 

böyüklüyünü bir təsəvvür et! 

Deyəsən, başa düşmədim. 

Qalileyin maili müstəvisini yadına sal. Mən kürəciyi maili müstəvi 

üzərində dığırladanda nə olmuşdu? 

Aya da iki ayrı qüvvənin təsir etdiyini demək istəyirsən? 

Bəli. Nə vaxtsa Günəş sistemi əmələ gələndə Ay nəhəng bir qüvvə 

ilə Yerdən fəzaya atılıb. Bu qüvvə daim Ayın üzərində olacaq, çünki 

Ay  havasız  məkanda  -  vakuumda  hər  hansı  bir  müqavimətə  rast 

gəlmədən hərəkət etməkdədir. 

Lakin Yer də öz cazibə qüvvəsilə onu özünə çəkir, elə deyil? 

Bəli. Hər iki qüvvə sabitdi və hər iki qüvvə Aya eyni zamanda təsir 

göstərməkdədi. Ona görə də Ay Yerin orbitində dövr etməkdə davam 

edir. 


Doğrudan, bu qədər sadədi? 

Bəli, bu qədər sadədi və həmin bu sadəlik Nyutonun əsas məsələsidi. 

Bütün kainatda bir neçə təbiət qanunu qüvvədədi, vəssalam. Planetlərin 

hərəkətini də Qalileyin ondan əvvəl kəşf etdiyi iki qanunla izah edirdi. 

Bunlardan biri Ətalət qanunu idi ki, Nyuton onu belə ifadə edirdi: “Bir 

cisim hər hansı kənar qüvvənin təsiri olmayanda sükunətdə qalmağa və 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   59   60   61   62   63   64   65   66   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə