Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə71/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   67   68   69   70   71   72   73   74   ...   154

214 

 

Üstəlik,  məhz  Dekartın  vaxtında  yeni  təbiət  elmləri  təbii  proseslərə 



müəyyən  dəqiq  açıqlama  verməkdən  ötrü  yeni  bir  metod  inkişaf 

etdirmişdilər. Bu, Dekartı fəlsəfi məsələlərdə də belə dəqiq metod olub-

olmadığı haqda özünə sual verməyə vadar etdi. 

Başadüşüləndi. 

Lakin  bu,  məsələnin  yalnız  bir  tərəfi  idi.  Yeni  fizika  maddənin 

təbiəti  haqda,  yəni  təbiətdəki  fiziki  prosesləri  nəyin  müəyyən  etməsi 

haqda  məsələ  qaldırmışdı.  Getdikcə  daha  çox  adam  təbiəti  mexaniki 

şəkildə  qavrayan  dünyagörüşünü  mənimsədi.  Fiziki  aləm  mexaniki 

qavranıldıqca  ruhla  bədən  arasındakı  əlaqənin  necəliyi  sualı 

kəskinləşirdi. XVII əsrədək ruh bütün canlı varlıqların bir növ “həyat 

nəfəsi” sayılırdı. “Ruh” sözünün mənası can, yaxud nəfəsdi. Bu, demək 

olar,  bütün  Avropa  dillərində  belədi.  Aristotelə  görə,  ruh  bütün 

orqanizmdə olan və onun “həyat prinsipi”ni əmələ gətirən bir şeydi və 

buna  görə  də  bədəndən  ayrı  tutula,  başa  düşülə  bilməz.  Beləcə,  o, 

heyvan ruhu və ya bitki ruhundan söz aça bilirdi. XVII əsrdə filosoflar 

ruh və bədən arasında kəskin fərq qoydu. Buna 

səbəb  odur  ki,  heyvanların  və  insanların  da  bədənləri  daxil  olmaqla, 

bütün maddi obyektlər mexaniki proseslər kimi izah olunurdu. Lakin 

insan ruhu bu bədən maşınlarının bir hissəsi ola bilməzdi, elə deyilmi? 

Onda  ruh  nədir?  Üstəlik,  ruhi  bir  şey  -  mexaniki  bir  prosesin 

başlamasına rəvac verə bilir. 

Əslində qəribə tikirdi. 

Nə? 

Mən  qolumu  qaldırmaq  qərarına  gəlirəm  və  oppaa,  qolum  özü 



qalxır.  Yaxud  avtobusa  qaçmaq  qərarına  gəlirəm  və  an  keçməmiş 

ayaqlaım qaçmağa başlayır. Yaxud kədərli bir şey haqda düşünürəm, 

qəfildən  gözlərimdən  yaş  axır.  Onda  bədənlə  şüur  arasında  gizli  bir 

əlaqə olmalıdı. 

Dekartı da elə bu məsələ düşünməyə vadar edirdi. Platon kimi o da 

“maddə”  və  “ruh”  arasında  kəskin  bölgü  olduğuna  inanırdı.  Amma 

Platon ruhun bədənə, yaxud bədənin ruha necə təsir göstərdiyinə dair 

heç bir izah vermirdi. 

downloaded from KitabYurdu.org



215 

 

Mən də bunu izah edə bilmirəm, amma görüm Dekart bunu necə izah 



edirdi. 

Gəl, onun düşüncə xəttini izləyək. 

Alberto masanın üstündəki kitaba işarə edərək dedi: 

“Metod haqqında müzakirə” adlı bu kitabında Dekart filosofun bir 

fəlsəfi  problemi  həll  etmək  üçün  istifadə  etməli  olduğu  metod  haqda 

məsələ qaldırır. Elmin artıq öz metodu var 

idi... 

Bunu bayaq demisən. 



Dekart o fikirdə idi ki, biz nəyisə açıq-aşkar qavramadan onun doğru 

olduğunu  deyə  bilmərik.  Buna  nail  olmaq  üçünsə  mürəkkəb  bir 

problemi  mümkün  qədər  tərkib  hissələri  olan  xırda  amillərə  ayırmaq 

lazımdı. Sonra bütün bunların ən sadəsindən tutub işə başlaya bilərik. 

“Ölçülə  biləni  ölç,  ölçülə  bilməyəni  ölçülən  et”  deyən  Qaliley  kimi, 

Dekartın  fikrincə,  hər  bir  fikir  ayrıca  çəkilə  və  ölçülə  bilər.  Dekart 

inanırdı  ki,  fəlsəfə  sadədən  mürəkkəbə  doğru  getməlidi.  Yalnız  o 

zaman yeni dərketməyə nail olmaq olar. Daimi hesablama və nəzarətlə 

heç  nəyin  nəzərdən  qaçmadığına  diqqət  etmək  lazımdı.  Yalnız  onda 

fəlsəfi nəticəyə gəlib çatmaq olar. 

Riyaziyyat məsələsi kimi. 

Bəli.  Dekart  riyaziyyatçı  idi;  analitik  həndəsənin  atası  sayılırdı  və 

cəbr  elminə  böyük  xidmətləri  olmuşdu.  Dekart  “riyazi  metod”dan 

filosofluqda  da  istifadə  etmək  istəyirdi.  Fəlsəfi  həqiqətləri  riyazi 

teoremin isbat olunması kimi dəqiq yollarla isbat etmək istəyirdi. Başqa 

sözlə,  fəlsəfi  mövzularda  da  eynilə  rəqəmlərlə  işləyərkən  istifadə 

etdiyimiz  alətlərdən,  yəni  ağıldan,  zəkadan  istifadə  etmək  istəyirdi. 

Çünki onun fikrincə, səhih biliyi yalnız ağlımız bizə verə bilər və bu 

biliyin səhihliyi hislərimizə əsaslanaraq qazandığımız səhihlikdən çox-

çox  etibarlıdı.  Biz  artıq  Dekartın  Platonla  yaxınlığını  qeyd  etmişik; 

Platon  da  o  fikirdə  idi  ki,  riyaziyyatın,  rəqəmli  tənasüblərin  verdiyi 

bilik hislərimizin bildiyindən çox və etibarlıdı. 

Doğrudanmı, fəlsəfi problemləri o yolla həll etmək mümkündü? 

Yaxşısı budu, Dekartın öz düşüncələrinə qayıdaq. Dediyimiz kimi, 

downloaded from KitabYurdu.org



216 

 

onun  məqsədi  varlığın  təbiətinə  dair  səhih  biliyə  nail  olmaq  idi  və 



insanın  buna  nail  olmaq  üçün  əvvəlcə  hər  şeyə  şübhə  etməsi  gərək 

olduğu fikrində idi. Yəni qum 

üzərində  ev  tikmək  yox,  bünövrənin  möhkəmliyinə  əmin  olmaq 

istəyirdi. 

Hə, çünki özül möhkəm olmasa, bütün ev dağılar. 

Dediyin  kimi,  mənim  balam.  Amma  Dekart  bununla  hər  şeydən 

şübhələnməyə məqsəd kimi baxmır, düşünürdü ki, prinsipcə hər şeydən 

şübhələnmək mümkündü. Bir tərəfdən, söz yox ki, yalnız Platon və ya 

Aristoteli  oxumaqla  fəlsəfi  axtarışlarımızda  irəlilədiyimizi  düşünsək, 

yanılarıq. Bu bizim dünya haqda deyil, tarixə dair biliyimizi artıra bilər. 

Dekart üçün öz fəlsəfi araşdırmalarına başlamazdan əvvəl bütün köhnə 

düşüncə mirasından qurtulmaq vacib idi. 

O,  yeni  ev  tikməyə  başlamazdan  əvvəl  bütün  tör-  töküntünü,  daş-

çınqılı yerdən təmizləmək istəyirdi... 

Bəli.  O,  öz  fikir  binasının  möhkəmliyinə  əmin  olmaq  üçün  yalnız 

təzə  materiallardan  istifadə  etmək  istəyirdi.  Lakin  Dekartın  şübhələri 

daha da dərinə getdi. Dedi ki, biz hisslərimizə etibar edə bilmərik, bəlkə 

də onlar bizi aldadır. 

Necə ki? 

Yuxuda  olanda  bizə  elə  gəlir  ki,  gerçəklikdəyik.  Oyaq  hislərimizi 

yuxudakı  hislərimizdən  ayırd  edə  bilərik?  Dekart  yazırdı:  “Bunu 

dərindən fikirləşəndən sonra, oyaq halımızla yuxunu ayıran bir dənə də 

cəhət  tapmıram”.  Və  belə  davam  edirdi:  “Bütün  həyatının  yuxu 

olmadığına necə əmin ola bilərsən?” 

Dağdakı Cep də baronun çarpayısında yatmağını yuxuda gördüyünü 

sanmışdı. 

Baronun  çarpayısında  uzananda  isə  kasıb  kəndli  həyatını  yuxuda 

görmüş olduğunu düşünürdü. Ona görə də Dekart tamamilə hər şeydən 

şübhələnirdi. Ondan əvvəlki bir çox filosoflar həmin nöqtədə öz fəlsəfə 

yollarının sonuna çatmışdılar. 

Yəni çox da uzağa getməmişdilər. 

Lakin Dekart bu sıfır nöqtəsindən irəlini tədqiq etməyə çalışdı. Hər 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   67   68   69   70   71   72   73   74   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə