Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə67/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   63   64   65   66   67   68   69   70   ...   154

202 

 

Telefonda dedin ki, daha şeylərindən yaxşı muğayat olursan. Buna 



şadam, çünki sən tanıdığım ən səliqəsiz insansan. Son söhbətimizdən 

sonra  cəmi  bir  dəfə  on  kron  itirdiyini  dedin.  Pulunu  tapmaq  üçün 

əlimdən gələni edəcəyəm. Uzaqda olmağıma baxmayaraq, orada mənə 

kömək etməyə 

hazır olan dost əli həmişə var. (Pulu tapsam, sənin ad günü hədiyyənin 

içinə qoyacağam.) 

Səni sevən, evə dönmək üzrə olan atan”. 

Sofi  açıqcanı  oxuyub  qurtaran  kimi  zəng  vuruldu,  sonuncu  dərs 

qurtardı. Fikirləri yenə həngamə qoparır, ağlından eyni anda yüzlərlə 

fikir keçirdi. 

Həmişə  kimi,  məktəbin  həyətində  Coanna  ilə  görüşdü.  Evə  tərəf 

gedəndə Sofi çantasını açıb açıqcanı çıxardı və Coannaya göstərdi. 

Nə vaxt möhürlənib? - Coanna soruşdu. 

Yəqin “15 iyun”da. 

Yox, bax, ... yazılıb: 5.30.90. 

Dünənki tarix... Yəni Livanda mayorun ölümündən bir gün sonra. 

İnanmıram ki, Livandan Norveçə bir günə  məktub çata, - Coanna 

dedi, - hələ bu xüsusi ünvana baxsaq: “Sofi Amundsen vasitəsilə Hilde 

Moller Knaqa, Furulia liseyi"... 

Səncə,  bu  poçtla  gəlib?  Müəllim  də  sadəcə  onu  sənin  dəftərinin 

arasına qoyub? 

Bilmirəm. Heç bilmirəm, soruşmağa cürətim çatarmı? 

Açıqca mövzusu beləcə bağlandı. 

24 iyunda bağçamızda böyük şənlik keçirəcəyəm, - Sofi dedi. 

Sinifdən oğlanları da çağıracaqsan? 

Sofi çiyinlərini çəkdi: 

Çox sarsaqları çağırmasaq da olar. 

Bəs Ceremini çağıracaqsan? 

İstəsən, hə. Yeri gəlmişkən, Alberto Knoksu da çağırmaq istəyirəm. 

Ağlını itirmisən! 

Bilirəm. 

Supermarketin yanında bu sözlərlə ayrıldılar... Sofi evə çatan kimi 

downloaded from KitabYurdu.org



203 

 

tez  bağa  baxdı  ki,  görsün  Hermes  oradadırmı.  Bəli,  orada  idi,  alma 



ağaclarının arasında gəzib ətrafı iyləyirdi. 

Hermes! 


İt bir anlıq hərəkətsiz dayandı. Sofi həmin an nə baş verdiyini dəqiq 

bilirdi: it Sofinin səsini eşitmiş, səsi tanımış və bunun doğrudan da Sofi 

olub-olmadığını  bilmək  üçün  səsin  gəldiyi  tərəfə  baxmaq  qərarına 

gəlmişdi.  Baxanda  haqlı  olduğunu  anlayıb  ona  tərəf  qaçmağa 

başlamışdı.  Nəhayət,  baraban  çubuqları  kimi  səs  çıxararaq,  sürətlə 

dördayaq qaçıb ona çatdı. Bir saniyədə nə çox şey ola bilir! 

O, iki ayağı üstündə qalxdı, quyruğunu möhkəm oynatdı və Sofinin 

üzünü yalamaq üçün tullandı. 

Hermes, ağıllı oğlan! Düş, düş... Ayy.. Məni yalama. Otur. Ay sağ 

ol, bax belə. 

Sofi özünü evə atdı. Həyətdəki yad heyvandan duyuq düşən Şerekan 

da kolların arasından çıxıb Sofiylə birlikdə evə girmişdi. Sofi pişiyinin 

qarşısına yemək, quşların qabına yem, tısbağa üçün kahı yarpağı, anası 

üçünsə  bir  kağız  yazıb  qoydu.  Kağızda  Hermesi  evlərinə  apardığını, 

axşam saat yeddiyə qədər evə gələcəyini yazmışdı. 

Onlar şəhərin bir ucundan o biri ucuna keçdilər. Sofi bu dəfə yanında 

pul götürmüşdü. Bir ara fikrindən Hermeslə 

avtobusa minib getmək keçdi, amma tez də fikrindən daşındı, əvvəl bu 

barədə Albertodan icazə almaq qərarına gəldi. 

Hermes qabaqda, o arxada gedərkən heyvanları düşündü. İtlə insan 

arasındakı  fərq  nədir?  Aristotelin  sözlərini  xatırladı.  O  deyirdi  ki, 

insanlarla  heyvanlar  arasında  bir  çox  ümumi  cəhətlər  var.  Lakin 

insanlar və heyvanlar arasında bir əsas fərq var ki, bu da insana xas olan 

ağıldır. Heyvanlarda ağıl olmadığını necə belə əminliklə deyə bilərdi? 

Demokritsə  heyvanlarla  insanların  çox  oxşar  olduğunu,  çünki  hər 

ikisinin  atomlardan  yaradıldığını  deyirdi.  Nə  heyvanların,  nə  də 

insanların ölməz ruhu var. Onun fikrincə, ruh da atomlardan əmələ gəlir 

və  bədən  öləndə  ruh  atomları  da  dağılıb  ətrafa  səpələnir.  O,  insan 

ruhunun beyinlə ayrılmaz surətdə bağlı olduğunu düşünürdü. 

Bəs ruh atomlardan necə yaradıla bilərdi? Ruh bədənin başqa yerləri 

downloaded from KitabYurdu.org



204 

 

kimi toxunula bilən bir şey deyil axı. Ağzımızda “ruh” deyirik. 



Onlaradıq  Baş  meydanı  keçmiş,  şəhərin  qədimi  hissəsinə 

yaxınlaşmışdılar. On kronu tapdığı səkiyə çatanda Sofi özündən asılı 

olmadan asfalta baxdı. Və orada, bir neçə gün 

əvvəl on kronu tapdığı o yerdə bu dəfə şəkilli tərəfi üstə düşmüş bir 

açıqca vardı. Şəkildə portağal və palma ağaclarıyla dolu bir bağ vardı. 

Sofi əyilib onu götürdü. Bu vaxt Hermes mırıldamağa başladı, sanki 

Sofinin açıqcanı götürməsindən xoşu gəlməmişdi. 

Açıqcada bu sözlər yazılmışdı: 

“Əziz Hilde, 

Həyat təsadüflərdən ibarət uzun bir zəncirdir. İtirdiyin on kron düz 

burada  rastına  çıxa  bilər.  Çünki  bəlkə  də  onu  Lillesanddan 

Kristiansanda gedən yaşlı bir qadın avtobus gözləyəndə tapıb. Bu qadın 

sonra Kristiansandda qatara minib, nəvələrini görməyə gəlib, on kronu 

da burada - Yeni meydanda itirib. Sonra ola bilsin ki, bu pulu evə gedə 

bilmək üçün on krona çox ehtiyacı olan bir qız tapıb. Bilinmir, bəlkə 

doğrudan da belə olub və əgər bütün bunlar ola bilirsə, adamın ağlına 

sual gəlir: bütün bunların arxasında Tanrı əli varmı? 

İmza: Səni sevən, gəmiyə minib evə - Lillesanda dönmək üzrə olan 

atan. 

Qeyd: On kronunu tapmaqda sənə kömək edəcəyimi demişdim axı”. 



Ünvan yerində isə yazılmışdı: “Yoldan keçən adam vasitəsilə Hilde 

Moller Knaqa”. Açıqca 15 iyun, 1990 tarixində möhürlənmişdi. 

Sofi Hermesin dalınca iri addımlarla pilləkən boyu qaçdı. Alberto 

qapını açan kimi Sofi dedi: 

Çəkil, poçtalyona yol ver. 

Qıcıqlanmaq  üçün  əsası  olduğunu  düşünürdü.  Alberto  Sofiyə  yol 

verdi ki, keçsin. Hermes ötən dəfəki kimi asılqanın alt gözündə özünə 

yer elədi. 

Məmin balam, deyəsən, yenə mayordan xəbər var, hə? 

Sofi başını qaldırıb Albertoya baxdı. Bu dəfə o, başqa bir kostyum 

geyinmişdi. Başına qıvrım parik qoymuş, çoxlu krujevalı, enli paltar 

geyinmişdi.  Boğazına  dəbdəbəli  ipək  lent  taxmış  və  kostyumun 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   63   64   65   66   67   68   69   70   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə