Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə69/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   65   66   67   68   69   70   71   72   ...   154

208 

 

Hə,  amma  Barokko  dövrünün  teatrı  təkcə  bir  incəsənət  forması 



deyildi, həm də vacib bir rəmz idi. 

Nəyin rəmzi? 

Həyatın, Sofi. XVII əsrdə “Həyat - teatrdır” deyimi o qədər məşhur 

idi  ki!  Bu  sözləri  çox  tez-tez  deyirdilər.  Bugünkü  səhnə  tərtibatı  ilə 

müasir teatr da barokko dövrünün yadigarıdı. Teatr səhnəsində hərə bir 

illüziya yaradırdı - bununla da səhnə oyununun vur-tut illüziya olduğu 

göstərilirdi. Beləcə, teatr insan həyatının inikası olurdu. Teatr “lovğa 

insanın aqibətini”, “insan zəifliyinin amansız portretini” göstərə bilirdi. 

Şekspir də Barokko dövründə yaşayıb? 

Şekspir əsas pyeslərini 1600-cü illərdə yazıb, ona görə də bir ayağı 

Renessans, bir ayağı isə Barokko dövründədi. Şekspirin əsərlərində də 

həyatın  teatra  bənzəməsi  haqda  çoxlu  misralar  var.  İstəyirsənsə,  bir 

neçəsini deyim? 

İstəyirəm. 

“İstədiyiniz kimi” əsərində Şekspir deyir: 

“Dünya bir səhnədir

Bütün insanlar aktyor, 

Qadınlar və kişilər səhnəyə girib çıxırlar, 

Hərənin bir neçə rolu var, 

Yeri gələndə oynayar... 

“Maqbet” faciəsində isə deyir: 

“Həyat nədir axı? Gəzəri kölgə, səhnədə elə hey hay-küy qoparan, tez 

də unudulan, can evi viran, cəfəng söz yığını, boş bir nağıldır”. 

Necə də bədbindi. 

Onu həyatın qısalığı narahat edirdi. Yəqin ki, Şekspirin ən məşhur 

misrasını bilirsən. 

Ölüm, ya olum, sual budur, bu! 

Bəli, bu sözlər Hamletin dilindəndi. Bu gün burdayıq, sabah yoxuq. 

Təşəkkürlər, mənanı tutdum. 

Barokko  şairləri  həyatı  səhnəyə  bənzətməyəndə  yuxuya 

bənzədirdilər.  Şekspirdə  də  var,  deyir:  “Bizi  yuxuların  düzəldildiyi 

maddədən düzəldiblər və yuxuyla əhatələnib dörd tərəfimiz...” 

downloaded from KitabYurdu.org



209 

 

Çox poetikdi. 



1600-cü  ildə  doğulmuş  ispan  dramaturqu  Kalderon  de  la  Barsa 

“Həyat yuxudur” adlı pyes yazmışdı. Orada belə misralar var: “Nədir 

həyat? Axmaqlıq. Nədir həyat? Xəyal, kölgə, nağıl. Ən vacib şeyin də 

dəyəri yoxdur, həyat yuxudur...” 

Bəlkə də haqlı idi. Biz məktəbdə bir pyes oxumuşduq, adı “Dağdakı 

Cep” idi. 

Bəli,  onu  Ludviq  Holberq  yazıb.  O,  Skandinaviyada  hörmətli 

şəxsiyyət sayılır, Barokko dövründən Maarifçilik dövrünə keçid onun 

adıyla bağlıdı. 

Cep  bir  xəndəkdə  yuxuya  gedir...  və  oyananda  görür  ki,  baronun 

çarpayısındadı.  Ona  elə  gəlir  ki,  kasıb  bir  kəndli  olduğunu  yuxuda 

görüb.  Yenidən  yuxuya  gedəndə  onu  sürüyüb  xəndəyə  gətirirlər.  Bu 

dəfə oyananda ona elə gəlir ki, baron çarpayısında uzandığını yuxuda 

görüb”. 


Holberq bu motivi Kalderondan, Kalderon isə qədim ərəb nağılları 

olan “Min  bir gecə”dən götürüb. Həyatla yuxunun  müqayisəsinə  biz 

tarixin  uzaq,  dərin  qatlarında,  Çində,  Hindistanda  da  rast  gəlirik. 

Məsələn,  qədim  Çin  saqası  “Çuanq-tsf’da  deyilir:  “Bir  dəfə  yuxuda 

gördüm ki, kəpənəyəm. 

İndi isə yuxusunda kəpənək olduğunu görən Çuanq-tsı, yoxsa yuxuda 

Çuanq-tsı olduğunu görməkdə olan kəpənək olduğumu bilmirəm”. 

Maraqlıdır, bunlardan hansının doğru olduğunu necə biləsən?! 

Norveçin  xalis  Barokko  dövrünü  təmsil  edən  şairi  var,  adı  Peter 

Daşdır,  1647-ci  ildən  1707-ci  ilədək  ömür  sürüb.  Bir  tərəfdən  indi 

içində olduğumuz həyatı təsvir edirdi, digər tərəfdənsə yalnız Tanrının 

əbədi, mütləq olduğunu vurğulayırdı. 

“Bütün dünya dağılsa, 

Tanrı yenə Tanrıdır, bütün insanlar ölsə, 

Tanrı yenə Tanrıdır”. 

Lakin  eyni  ilahi  mədhiyyəsində  Şimalı  Norveçin  yerli  həyatını, 

növbənöv 

balıqlarını  da  təsvirədir.  Bu,  Barokkonun  tipik 

xüsusiyyətidir, eyni bir mətndə həm yeri, indi, buradakı həyatı, həm də 

downloaded from KitabYurdu.org




210 

 

səmavi, ilahi, ölümdən sonrakı həyatı təsvir 



edirlər. Bütün bunlar bizə Platonun konkret hisslər aləmi və dəyişməz 

ideyalar aləmi arasına fərq qoymasını xatırladır. 

Yaxşı  yadıma düşdü, Barokko dövründə  fəlsəfənin vəziyyəti necə 

idi? 


Fəlsəfəyə  də  bir-birinə  daban-dabana  zidd  olan  fikirlər  arasında 

güclü  mübarizə  xasdı.  Artıq  qeyd  etdiyim  kimi,  bəzi  filosoflar 

təbiətdəki hər şeyin ruhi əsası olduğuna inanırdılar. Bu dünyagörüşünə 

idealizm  deyilir.  Bunun  əksi  olan  nəzər  nöqtəsi  isə  materializmdi. 

Materializmə 

görə, 


ətrafımızdakı  hər  şey  konkret  maddi 

substansiyadan  qaynaqlanır.  Materializmin  də  XVII  əsrdə  bir  çox 

tərəfdarları vardı. Onların ən nüfuzlusu Tomas Hobs idi. O, inanırdı ki, 

insanlar  və  heyvanlar  da  daxil  olmaqla  hər  şey,  bütün  fenomenlər 

yalnız  və  yalnız  maddi  hissəciklərdən  ibarətdi.  Hətta  insan  şüuru, 

yaxud ruhu da beyindəki kiçik hissəciklərin hərəkətindən əmələ gəlir. 

Deməli, o, Demokritin iki min il əvvəl dedikləri ilə həmfikir idi? 

Həm  idealizm,  həm  də  materializm  fəlsəfə  tarixində  dəfələrlə 

qarşımıza çıxır. Amma bu iki düşüncənin eyni anda

yanaşı  mövcudluğu  Barokko  dövrünə  xasdı.  Materializm  yeni  təbiət 

elmləri  sayəsində  güclənirdi.  Nyuton  hərəkət  qanunlarının  bütün 

kainata  aid  olduğunu  bəyan  edir,  yerdə  və  göydə  baş  verən 

dəyişikliklər,  cisimlərin  hərəkətləri  ümumdünya  cazibə  qanunu 

prinsipləri  ilə  izah  olunurdu.  Beləcə,  hər  şeyin  eyni  sarsılmaz 

qanunlarla, eyni mexanizmlərə tabe olduğu bilindi. Ona görə də hər bir 

təbii dəyişikliyi prinsipcə riyazi dəqiqliklə hesablamaq mümkün oldu. 

Bununla da Nyuton indi bizim mexaniki dünyagörüşü adlandırdığımız 

baxışı tamamladı. 

O, dünyanı böyük bir maşın kimi təsəvvür edirdi? 

Elədi.  “Mexaniki”  sözü  yunan  sözü  olan  “mechane”dən  gəlir  ki, 

mənası  “maşın”  deməkdi.  Maraqlıdır  ki,  nə  Nyuton,  nə  də  Hobs 

mexaniki  dünya  mənzərəsi  ilə  Tanrıya  inam  arasında  ziddiyyət 

görmürdü.  Lakin  bu,  XVII-XVIII  əsr  materialistlərinin  hamısına  aid 

deyil. Fransız həkimi və filosofu La Metri XVIII əsrdə “İnsan-maşın” 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   65   66   67   68   69   70   71   72   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə