Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə70/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   66   67   68   69   70   71   72   73   ...   154

211 

 

adlı bir kitab yazdı. Yazırdı ki, ayaq əzələləri gəzməyə xidmət etdiyi 



kimi,  beyin  əzələləri  də  düşünmək  üçündü.  Sonralar  fransız 

riyaziyyatçı Laplas belə bir 

fikirlə  ifrat  mexaniki  baxışı  ifadə  edib:  Əgər  bir  zəka  müəyyən  bir 

vaxtda maddənin bütün zərrəciklərinin olduğu mövqeləri bilsəydi, “heç 

nə naməlum olmaz, həm keçmiş, həm də gələcək gözlər qarşısına açıq 

sərilərdi”. Buradakı  əsas fikir gələcəkdə olacaq  hər şeyin  əvvəlcədən 

müəyyən olunmasıdı. Bu baxışa determinizm deyilir. 

Onda elə çıxır ki, dünyada azad iradə yoxdu. 

Elədi.  Hər  şey  mexaniki  proseslərin,  həmçinin  bizim  fikir  və 

arzularımızın  məhsuludu.  XIX  əsrdə  alman  materialistləri  bəyan 

edirdilər  ki,  fikrin  beyinlə  əlaqəsi  sidiyin  böyrəklə,  ödün  öd  kisəsilə 

münasibəti kimidi. 

Amma sidik və öd maddidi, əllə tutula bilər. Fikirlər isə yox. 

Məsələnin cövhərini tutdun. Bu barədə sənə bir əhvalat danışım. Bir 

rus  astronavtı  ilə  rus  beyin  cərrahı  dini  müzakirə  edirmişlər.  Beyin 

cərrahı  xristiandı,  dindardı,  astronavt  isə  yox.  Astronavt  deyir:  “Mən 

dəfələrlə  fəzada  olmuşam,  amma  orada  nə  Tanrı,  nə  də  mələklər 

görmüşəm”. Beyin cərrahı belə  cavab verir: “Mən də  dəfələrlə ağıllı 

beyinləri  əməliyyat  etmişəm,  amma  heç  vaxt  bir  dənə  də  fikir 

görməmişəm!” 

Amma bu o demək deyil ki, fikirlər mövcud deyil. 

Yox, amma bu misal fikirlərin üzərində əməliyyat aparılacaq, yaxud 

daha  kiçik  hissələrə  bölünə  biləcək  şeylər  olmadığını  göstərmək 

üçündü.  Dəlilik  əməliyyatla  düzəldiləcək  bir  şey  deyil,  bu, 

cərrahiyyədən  çox-çox  dərinlərdə  yatan  bir  məsələdi.  XVII  əsrin 

görkəmli filosofu Leybnisə görə, maddi və ruhi şeylər arasındakı fərq 

məhz ondadı ki, maddiyyat daha kiçik, xırda hissələrə bölünə bilər, ruh 

isə hətta iki yerə də bölünə bilməz. 

Bəli, hansı cərrah bıçağı bunu bacara bilər!? 

Alberto başını tərpətdi. Bir qədərdən sonra aralarındakı masaya işarə 

edərək dedi: 

XVII əsrin iki böyük filosofu Dekart və Spinoza idi. Onlar “ruh” və 

downloaded from KitabYurdu.org



212 

 

“bədən”  arasındakı  əlaqə  məsələsi  ilə  məşğul  olurdular  və  biz  indi 



onları daha yaxından öyrənəcəyik. 

Tez başlayaq. Çünki 7-yə qədər evdə olmalıyam. 

Dekart 

...o, bütün tör-töküntünü yerdən təmizləmək istəyirdi... 



Alberto divandan qalxdı, qırmızı plerinanı çiynindən götürüb stulun 

üstünə qoydu və yenidən oturdu. 

Rene  Dekart  1596-cı  ildə  dünyaya  gəlmiş  və  həyatının  müxtəlif 

dövrlərində cürbəcür Avropa ölkələrində yaşamışdı. Gənc yaşlarından 

insanın və kainatın təbiətinin mahiyyətinə varmaq üçün böyük istəyi 

vardı. Lakin fəlsəfə oxuduqdan sonra əslində heç nə bilmədiyini gördü. 

Sokrat kimi? 

Təxminən onun kimi, bəli. Bundan başqa, Sokrat kimi o da əmin idi 

ki,  səhih  biliyə  yalnız  ağıl  vasitəsilə  nail  olmaq  olar.  Kitablarda 

yazılanlara  kor-koranə  inanmamalıyıq.  Hisslərimizin  də  dediklərinə 

arxalanmaq olmaz. 

Platon da elə düşünüb. O da inanırdı ki, yalnız ağıl bizə səhih bilik 

verə bilər. 

Tamamilə  doğrudu.  Sokrat  və  Platondan  Müqəddəs  Avqustinə, 

Dekarta miras xətti uzanır. Onların hamısı rasionalist olub, ağlın biliyə 

gedən  yeganə  yol  olduğunu  düşünüblər.  Ətraflı  öyrənəndən  sonra 

Demokrit belə nəticəyə gəldi ki, orta əsrlərdən miras qalmış biliyin əsas 

hissəsi  heç  də  etibarlı  deyil.  Sən  onu  Afinanın  mərkəzi  meydanında 

hökm  sürən  ümumi  baxışlara  etibar  etməyən  Sokratla  müqayisə  edə 

bilərsən. Bəs deyə bilərsənmi, belə bir insan nə edir? 

Öz fəlsəfəsini işləyib hazırlamağa başlayır. 

Doğrudu!  Sokrat  həyatını  Afinada  insanlarla  söhbət  etməkdə 

keçirdiyi kimi, Dekart da Avropanı gəzmək qərarına gəlir. Öz sözlərilə 

desək,  həmin  vaxtdan  başlayaraq  özünü  ya  öz  daxilində,  ya  da 

“dünyanın böyük kitabında” tapacağına inandığı müdrikliyə həsr edir. 

Beləcə, orduya yazılıb müharibəyə gedir, bu, ona Mərkəzi Avropanın 

müxtəlif hissələrində yaşamaq imkanı verir. Sonralar bir neçə il Parisdə 

yaşayır, 1629-cu ildə Hollandiyaya yollanır, ömrünün son iyirmi 

downloaded from KitabYurdu.org



213 

 

ilə  yaxın  dövrünü  riyazi  və  fəlsəfi  əsərləri  üzərində  işləyərək  orada 



keçirir.  1649-cu  ildə  Kraliça  Kristina  onu  İsveçə  dəvət  edir.  Amma 

“ayılar,  buzlar,  qayalar  ölkəsi”  adlandırdığı  bu  ölkəyə  qısa  səfəri 

zamanı o, pnevmaniyaya yoluxur və 1650-ci ilin qışında vəfat edir. 

Deməli, öləndə 54 yaşı olub. 

Bəli,  amma  onun  fəlsəfəyə  ölümündən  sonra  da  çox  böyük  təsiri 

olub.  Şişirtmədən  demək  olar  ki,  Dekart  müasir  fəlsəfənin  atasıdı. 

Renessans  dövründə  insanın  və  təbiətin  inadkarlıqla  yenidən  kəşf 

olunmasından sonra o dövrün müasir düşüncələrinin ətraflı bir fəlsəfi 

sistemdə  toplanmasına  ehtiyac  yarandı.  İlk  böyük  sistem  yaradıcısı 

Dekart oldu, onun ardınca Spinoza və Leybnis, Lok və Berkli, Yum və 

Kant kimi filosoflar gəldi. 

Fəlsəfi sistem deyəndə nəyi nəzərdə tutursan? 

Sıfırdan  başlayaraq  qurulan  və  fəlsəfənin  bütün  əsas  suallarına 

cavab  tapmağa  çalışan  bir  fəlsəfəni  nəzərdə  tuturam.  Antik  dövrün 

Platon və Aristotel kimi böyük sistem yaradıcıları vardı. Orta əsrlərdə 

Foma Akvinalı Aristotel 

fəlsəfəsi ilə xristian teologiyası arasında körpü qurmağa çalışırdı. Sonra 

təbiət və elm, Tanrı və insana dair köhnə və yeni inancları qovuşduran 

Renessans  gəldi.  On  yeddinci  yüzilədək  yeni  ideyaları  aydın  fəlsəfi 

sistem  şəklində  toplamağa  cəhd  edən  filosof  olmamışdı  və  ilk  cəhdi 

Dekart etdi. Fəlsəfəni sonrakı illərdə ən çox məşğul edəcək layihəni o 

irəli  sürdü.  Onu  əsasən  bizim  nəyi  bilib,  nəyi  bilə  bilməyəcəyimiz, 

başqa sözlə, səhih bilik mövzusu narahat edirdi. Məşğul olduğu digər 

böyük məsələ bədən və ruh arasındakı əlaqə idi. Flər iki sual növbəti 

yüz əlli ilin fəlsəfi müzakirələrinə böyük təsir göstərdi. 

Görünür, öz zamanından xeyli irəli getmişdi. 

Elədi,  amma  məşğul  olduğu  məsələlər  zamanın  tipik  sualları  idi. 

Səhih  biliyə  çatmaq  məsələsində  şübhəçilik  (skeptisizm)  hakim  idi. 

Onlar hesab edirdilər ki, insan heç nə bilmədiyini qəbul etməli, bununla 

barışmalıdı.  Lakin  Dekart  bununla  barışmadı.  Elə  etsəydi,  zatən  əsl 

filosof olmazdı. Bu məsələdə Dekartla Sokrat arasında yenidən paralel 

apara bilərik, çünki Sokrat da sofistlərin skeptisizmini qəbul etmirdi. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   66   67   68   69   70   71   72   73   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə