Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə78/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   74   75   76   77   78   79   80   81   ...   154

235 

 



Başım dumanlandı. 

Acdım. Yemək var? 



Küftəni qızdırmaq olar. 

Sofi  bundan  sonra  düz  iki  həftə  Albertodan  heç  bir  xəbər  almadı. 

Hildeyə göndərilmiş daha bir ad günü açıqcası tapdı, amma öz ad günü 

lap yaxında olsa da, ona bir dənə açıqca da göndərən yox idi. 

Bir  gün  günortadan  sonra  Albertonun  evinə  getdi.  Qapını  döydü, 

açan olmadı. Deməli, evdə yoxdu. Amma qapıda bir kağız var idi: “Ad 

günün mübarək, Hilde! Böyük dönüş nöqtəsi 

yaxınlaşır.  Həqiqət  anı  gəlir,  balaca.  Hər  dəfə  yadıma  düşəndə 

gülməkdən az qalır, qarnım cırılsın. Təbii ki, hər şey Berkli ilə bağlıdır. 

Odur ki, papağını başında bərk saxla”. 

Sofi gedəndə Albertonun qapısından çıxardığı bu kağızı onun poçt 

qutusuna atdı. 

Ay Allah! Alberto yenə Afinaya getməyib inşallah. Bəlkə həmişəlik 

gedib? Onu bu qədər cavabsız sualla baş-başa qoyub necə gedə bilərdi 

axı! 


İyunun  14-də  məktəbdən  gələndə  Hermesi  bağçada  gördü.  Bir-

birlərinin üstünə yüyürdülər. 

Sanki  bütün  sualların  cavabı  ondaymış  kimi,  Hermesi  möhkəm 

qucaqladı.  Yenə  anası  üçün  bir  kağız  yazıb  qoydu.  Amma  bu  dəfə 

Albertonun  ünvanını  da  qoymağı  unutmadı.  Hermeslə  gedə-gedə 

sabahı düşünürdü. Xeyr, öz ad gününü yox! Onsuz da öz ad gününü 24 

iyundan tez qeyd etməyəcəkdi. Sabah Hildenin də ad günüdü. Sofi bu 

günün xüsusi bir gün olacağına əmin idi. Ən azından Livandan gələn 

açıqcaların axırı demək olacaqdı bu gün. 

Böyük meydandan keçmiş, şəhərin köhnə tərəfinə yaxınlaşanda bir 

uşaq bağçasının yanından keçirdilər. Hermes bağçadakı bir skamyanın 

yanına  gedib  orada  dayandı.  Sanki  Sofinin  bu  skamyada  oturmasını 

istəyirdi. 

Sofi  bu  istəyi  yerinə  yetirib  oturdu.  Gözlərini  Hermesin  gözlərinə 

dikərək, onun boynunu tumarlamağa başladı. İti birdən əsməcə tutdu. 

“İndi  hürəcək”  -  Sofi  fikirləşdi.  Amma  Hermes  nə  hürdü,  nə  də 

downloaded from KitabYurdu.org



236 

 

mırıldadı. Ağzını açıb: 



- Ad günün mübarək, Hilde! - dedi. 

Sofi  donub  qaldı.  İt  danışdı!  Ola  bilməz!  Bəlkə  də  Hildeni  çox 

fikirləşdiyinə görə, ona elə gəldi ki, it ağzını açıb Hilde dedi. Amma 

ürəyinin içində bu adı məhz Hermesin dediyinə əmin idi. Hermes qalın 

boğuq səslə danışmışdı! 

Bundan sonra hər şey öz məcrasına qayıtdı. Hermes sanki olanları 

unutdurmaqdan  ötrü  bir  neçə  dəfə  bərkdən  hürdü  və  sonra  getməyə 

davam etdi. Albertonun evinə gəlib binanın içinə girəndə Sofi başını 

qaldırıb göyə baxdı. Bütün 

günü gözəl keçən hava indi avazımış, göy üzünü qara buludlar örtməyə 

başlamışdı. 

Alberto qapını açan kimi Sofi: 

- Nəzakət göstərməyə ehtiyac yoxdu! Qoca bir sarsaqsan, özün də 

bunu yaxşı bilirsən! 

Yenə nə olub, mənim balam? 



- Nə olacaq, indi də Hermesə danışmaq öyrədib bizim mayor! 

-  Yaxşı e! Deməli, belə oyunlardan çıxa bilir! 

-  Həə, bilir! 

-  Yaxşı, bəs Hermes nə dedi? 

-Təsəvvürelə də! 

-  Yəqin “ad günün mübarək” kimi bir söz deyib. 

-  İşə bir bax. Düz tapdın! 

Alberto Sofini içəri keçirdi. Bu gün də əynində fərqli bir kostyum 

var  idi.  Əvvəlki  geyiminə  oxşayırdı,  amma  bu  dəfə  plerina,  lentlər, 

güpürlərlə bəzədilməmişdi. 

- Hələ bir sözüm də var. 

Nə? 


Poçt qutunda açıqcanı gördün? 

Hə, onu deyirsən? Tulladım getdi. 



- Mənim vecimə deyil ki, o hər dəfə Berklini yadına salanda gülür. 

Amma həmin filosofda konkret nə var ki? 

Səbr elə, növbəsi çatanda görəcəksən. 



downloaded from KitabYurdu.org


237 

 



Bu gün çatacaq növbəsi, hə? 

Hə, bu gün. 



Alberto divanda yerini rahatladı. Sonra dedi: 

- Sonuncu  dəfə  burada  oturanda  sənə  Dekart  və  Spinozadan 

danışmışdım.  Razılaşmışdıq  ki,  onların  hər  ikisinin  belə  bir  ümumi 

cəhəti var, ikisi də rasionalistdi. 

Və rasionalist - ağlın gücünə çox inananlara deyilir. 



- Düzdü. Rasionalist biliyin əsas mənbəyi kimi ağla inanır. Onların 

bəziləri  həmçinin  insanın  təcrübədən  əvvəl  təfəkküründə  müəyyən 

anadangəlmə ideyaların mövcudluğuna inanır. 

Dekartın 

Tanrının 

mövcudluğunu 

necə 

əsaslandırdığını 



xatırlayırsan.  Bu  cür  rasional  düşüncə  XVII  əsr  fəlsəfəsi  üçün 

xarakterikdi. Onun Orta əsrlərdə də kökləri var, Platonu və Sokratı da 

xatırlayırıq.  Lakin  XVIII  yüzildə  bu  baxış  getdikcə  daha  çox  tənqid 

olundu. Bir sıra filosoflar bildirirdilər ki, hisslərimizlə duymadığımız 

şeylər ağlımızda ola bilməz. Bu baxışa empirizm deyilir. 

Bu gün bu empiriklərdən danışacaqsan? 

Çalışacam, bəli. Ən vacib empiriklər və ya təcrübə filosofları Lokk, 

Berkli və Yum idi, üçü də Britaniyalı. XVII əsrin aparıcı rasionalistləri 

Dekart  fransız,  Spinoza  danimarkalı  və  Leybniz  almandı.  Odu  ki, 

Britaniya empirizmi ilə kontinental rasionalizm arasına fərq qoyuruq. 

Nə çətin sözlər! Empirizmin mənasını təkrarlaya bilərsən? 

Empirist  dünya  haqda  bütün  biliyi  hisslərin  bizə  dediklərindən 

çıxarır.  Empirik  yanaşmanın  klassik  formulası  Aristoteldən  gəlir.  O, 

deyirdi: “Birinci hisslərdə olmayan şey ağılda mövcud olmur”. O, bu 

ideya ilə insanın ideyalar 

aləmindən  anadangəlmə  ideyalarla  gəldiyi  haqda  fikir  yürüdən 

Platonun  tənqidinə  yönəlmişdi.  Lokk  Aristotelin  sözlərini  təkrarlayır 

və Aristotel Platonu nəzərdə tutaraq inkar etdiyi kimi, Lokk da Dekartı 

inkar edir. 

Əvvəlcə hisslərimizlə duyulmayan heç nə ağlımızda yoxdu? 

Bu dünyanı görməzdən əvvəl özümüzlə ona heç bir bilik gətirmirik. 

Hisslərimizlə duymadığımız faktlar haqda anlayışımız varsa, bu, yanlış 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   74   75   76   77   78   79   80   81   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə