Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə76/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   72   73   74   75   76   77   78   79   ...   154

229 

 

O da mənəm. 



Deməli, sən bir an qarnı ağrıyan, o biri an düşünən əhval- ruhiyyədə 

olan insansan. Eləcə də Spinoza hesab edirdi ki, bütün maddi şeylər və 

ətrafımızda  baş  verənlər  Tanrı  və  ya  təbiətin  bir  ifadəsidi.  Yəni 

düşündüyümüz bütün fikirlər həm də 

Tanrının və ya təbiətin fikirləridi. Çünki hər şey Birdi. Yalnız bir Tanrı, 

bir təbiət və ya bir Substansiya var. 

Amma, qulaq as,  mən nə isə düşünəndə düşünən  mənəm.  Hərəkət 

edəndə də bunu mən özüm edirəm. Sən Tanrını niyə bura qarışdırırsan? 

Xoşum  gəldi.  Yaxşı,  amma  sən  kimsən?  Sən  Sofi  Amundsensən, 

eyni zamanda özündən çox-çox böyük bir şeyin ifadəsisən. İstəsən deyə 

bilərsən ki, sən düşünürsən, sən hərəkət edirsən, amma sənin fikirlərini 

təbiətin düşündüyünü, sənin vasitənlə hərəkət edənin təbiət olduğunu 

inkar  edə  bilməzsən.  Hər  şey  məsələyə  baxmaq  üçün  hansı  linzanı 

götürməkdən asılıdı. 

Deyirsən ki, özüm qərar verə bilmərəm? 

Həm hə, həm də yox. Baş barmağını istədiyin cür tərpədə bilərsən. 

Lakin  barmağın  yalnız  öz  təbiətinə  uyğun  hərəkət  edəcək.  O,  sənin 

barmağından tullanıb otağın ortasında rəqs edə bliməz. Eynilə sənin də 

bütövün  içində  öz  yerin  var,  mənim  balam.  Sən  Sofisən,  lakin  eyni 

zamanda Tanrı bədənində barmaqsan. 

Deməli, elədiyim hər şey haqda Tanrı qərar qəbul edir? 

Yaxud təbiət, yaxud təbiət qanunları. Spinoza inanırdı ki, Tanrı - və 

ya təbiət qanunları - baş verən hər şeyin daxili səbəbidir. Tanrı yalnız 

və yalnız təbiət qanunları vasitəsilə danışdığından, o xarici səbəb deyil. 

Deyəsən, fərqi görə bilmirəm. 

Tanrı əlindəki kuklanın iplərini  çəkərək onu oynadan,  bununla da 

hər şeyi idarə edən biri deyil. Kuklaçı kuklaları kənardan idarə edir və 

buna  görə  də  kuklaların  hərəkətinin  xarici  səbəbidi.  Lakin  Tanrı 

dünyanı  bu  üsulla  idarə  etmir.  Tanrı  təbiəti  təbiət  qanunlarıyla  idarə 

edir. Deməli, Tanrı və ya təbiət baş verən hər şeyin “daxili səbəbidi”. 

Bu  o  deməkdi  ki,  maddi  aləmdə  hər  şey  zərurətdən  baş  verir. 

Spinozanın maddi və ya təbii aləmə dair determinist baxışı vardı. 

downloaded from KitabYurdu.org



230 

 

Deyəsən, belə bir şey demişdin. 



Stoikləri  xatırladın  yəqin.  Onlar  da  hər  şeyin  zərurətdən  baş 

verdiyini deyirdilər. Buna görə də hər bir vəziyyəti “stoik təmkini” ilə 

qarşılamaq vacib idi. İnsan öz hislərinin əsiri 

olmamalıdı. Qısaca, desək, Spinozanın etikası da bunu deyirdi. 

Aydın oldu, amma hələ də Spinozanın özümün özüm haqda qərar 

sahibi olmadığım haqda fikrini qəbul etmirəm. 

Yaxşı, gəl otuz min il əvvəl Daş dövründə yaşamış balaca oğlanın 

yanına  qayıdaq.  O,  böyüyəndə  vəhşi  heyvanlara  ox  atıb,  bir  qadını 

sevib,  o  qadın  uşaqlarının  anası  olub  və  böyük  ehtimal  ki,  qəbilə 

tanrılarına ibadət edib. Səncə, bütün bunlara o özü qərar verib? 

Bilmirəm. 

Afrikadakı  hər  hansı  şiri  təsəvvürünə  gətir.  Səncə,  yırtıcı  heyvan 

olmağı o özü seçib? Belə qərar verdiyi üçün axsaq antilopa hücum edir? 

Bunun əvəzinə fikirləşib vegeterian olmağı seçə bilərdimi? 

Yox, şir öz təbiətinə sadiqdi. 

Yəni, təbiət qanunlarına! Eləcə də sən, Sofi. Çünki sən də təbiətin 

bir parçasısan. Sən əlbəttə, etiraz edərək Dekartı müdafiə edə bilərsən 

ki, şir heyvandı, azad iradə qabiliyyəti olan insan başqa, o başqa. Lakin 

ağlayan, qışqıran bir körpəni 

təsəvvür elə. Ona süd vermirlərsə, barmağını sorur. Bu körpənin azad 

iradəsi var? 

Yox. 


Uşaq nə  vaxt azad  iradəyə  malik olur onda? İki  yaşında qaçmağa 

başlayır, gördüyü hər şeyə barmağını uzadır. Üç yaşında o qədər mız-

mız  edir  ki,  anasını  bezdirir.  Dörd  yaşında  qəfildən  qaranlıqdan 

qorxmağa başlayır. Azadlıq haradadı, Sofi? 

Bilmirəm. 

On  beş  yaşı  olanda  güzgünün  qarşısında  oturub  üz-  gözünü 

bəzəməyi məşq edir. Onun şəxsi qərarlar verdiyi, nə istəsə onu etdiyi 

yaş budurmu? 

Aydın oldu. 

Sonuncu sualım var. Böyük bir bağda iki eyni boyda ağac var, bunlar 

downloaded from KitabYurdu.org



231 

 

böyüməkdədi.  Biri  güntutardadı,  gübrəsi  və  suyu  boldu.  O  biri  ağac 



gübrəsiz  və  kölgədədi.  Səncə,  hansı  ağac  daha  böyük  olacaq?  Hansı 

daha çox meyvə verəcək? 

Əlbəttə ki, şəraiti yaxşı olan ağac. 

Spinozaya görə, bu ağac azaddı. Çünki anadangəlmə qabiliyyətlərini 

inkişaf etdirməkdən ötrü tam azadlığı var. Lakin bu, alma ağacıdısa, 

ərik  və  ya  gavalı  gətirməyəcək.  Eyni  şey  biz  insanlara  da  aiddi. 

Məsələn, siyasi şəraitimizə görə, inkişafdan qala bilərik. Kənar şərtlər 

bizi məhdudlaşdıra bilər. Yalnız daxili qabiliyyətlərimizi azad inkişaf 

etdirə biləndə azad varlıq ola bilərik. Lakin biz də Reyn vadisində daş 

dövründə  yaşamış  oğlan,  Afrikadakı  şir,  bağdakı  alma  ağacı  kimi 

daxilimizdəki potensiallar və xarici imkanlarımızla müəyyən olunuruq. 

Çox yaxşı, mən təslim oluram. 

Spinoza  vurğulayır  ki,  tamamilə  “öz-özünün  səbəbi”  olan,  sonsuz 

azadlıqla hərəkət edə bilən bir varlıq var. Yalnız Tanrı və ya təbiət belə 

bir  azad  və  “təsadüfdən  asılı  olmayan”  proseslərin  ifadəsi  ola  bilər. 

İnsan xarici təzyiqlərin altında qalmadan yaşamaq üçün azadlığa can 

atmalıdı,  lakin  o,  heç  zaman  “azad  iradə”  əldə  etməyəcək.  Biz 

maddənin atribut tərzi olan bədənimizdə baş verən heç nəyi idarə edə 

bilmərik.  Fikirlərimizi  də  özümüz  “seçmirik”.  Buna  görə  də  insanın 

“azad 


iradə”si yoxdu, sanki ruhumuz mexaniki bir bədənə pərçimlənib. 

Bunu başa düşmək çətindi. 

Spinoza deyirdi ki, ehtiraslarımız, ambisiyalarımız, şəhvətimiz bizi 

əsl  xoşbəxtlik  və  harmoniyaya  çatmağa  qoymur,  lakin  hər  şeyin 

zərurətdən  baş  verdiyini  dərk  etsəydik,  intuitiv  olaraq  təbiəti  bir  tam 

kimi qavrayardıq. O zaman hər şeyin bir-birilə bağlı olduğu, hər şeyin 

əslində  bir  olduğu  büllur  təmizliyilə  gözümüzə  görünərdi.  Başa 

düşməliyik ki, hər şey  əlaqəlidi, hər şey Birdi. Məqsəd hər şeyi tam 

şəkildə  qavraya  bilməkdi.  Yalnız  bu  yolla  biz  əsl  xoşbəxtliyə, 

məmnunluğa  çata  bilərik.  Buna  Spinoza  “sub  specie  aeternitatus” 

deyirdi. 

Yəni? 


downloaded from KitabYurdu.org


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   72   73   74   75   76   77   78   79   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə