Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə75/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   71   72   73   74   75   76   77   78   ...   154

226 

 

Bəli,  Sofi.  Səncə,  sən  öz  həyatını  kosmik  kontekstdə  görə 



bilərsənmi? Bunun üçün sən çalışıb buradakı və indiki özünü 

təsəvvür etməlisən... 

Hm... asan deyil. 

Özünü təbiət aləminin kiçik canlı bir zərrəciyi kimi təsəvvür elə. Sən 

nəhəng bir bütövün bir parçasısan. 

Deyəsən, nə demək istədiyini başa düşürəm. 

Hiss də edə bilirsən? Bütün təbiəti - kainatı bir dəfəyə, bir baxışda 

qavraya bilərsənmi? 

Buna şübhə edirəm. Bunun üçün bir neçə linzaya ehtiyacım ola bilər. 

Mən  təkcə  məkanın  sonsuzluğunu  deyil,  həm  də  zamanın 

sonsuzluğunu nəzərdə tuturam. Bir dəfə otuz min il bundan əvvəl Reyn 

vadisində  balaca  bir  oğlan  yaşayırmış.  O,  təbiətin  kiçicik  parçası, 

dənizin bir ləpəsiydi. Sənin kimi, Sofi, sən də təbiətin həyatında kiçicik 

parçasan. O oğlanla sənin aranda heç bir fərq yoxdu. 

Amma mən indi sağam, o isə yox. 

Hə, eynilə bunu təsəvvür etməyini istəyirdim. Otuz min ildən sonra 

sən kim olacaqsan? 

Bidət budu? 

Yox, qətiyyən... Spinoza təkcə hər şeyin təbiət olduğunu deməyib. 

O,  habelə  təbiəti  Tanrı  ilə  eyniləşdirirdi.  O  deyirdi  ki,  hər  şey 

Tanrıdadı, Tanrı hər şeydi. 

Deməli, Spinoza panteist olub. 

Doğrudur. Spinozaya görə, Tanrı təbiəti özü kənarda durmaq üçün 

yaratmayıb.  Bəzən  Spinoza  bunu  fərqli  ifadə  edir.  Bildirir  ki,  dünya 

Tanrıdadı.  Bununla  o,  Müqəddəs  Pavelin  Areopaqos  təpəsində 

afinalılar  qarşısındakı  çıxışından  iqtibas  edib:  “Biz  onda  yaşayır, 

hərəkət edirik, varlığımız ondadı”. Amma gəl yayınmayaq, Spinozanın 

öz  düşüncələrini  izləyək.  Onun  əsas  əsəri  “Həndəsi  üsulla  inkişaf 

etdirilmiş etika”dı. 

Həndəsi üsul və etika? 

Bizim  üçün  bir  az  qəribə  səslənə  bilər.  Fəlsəfədə  etika  yaxşı 

yaşamaq üçün öyrənilməli olan mənəvi davranışdı. Məsələn, Sokrat və 

downloaded from KitabYurdu.org



227 

 

ya Aristotel etikası deyəndə bu başa düşülür. Yalnız bizim vaxtımızda 



etikanın  mənası  məhdudlaşdırılıb,  başqalarının  ayağını  tapdamamaq 

üçün qaydalar toplusuna çevrilib. 

Yalnız öz xoşbəxtliyini düşünənə eqoist deyirlər. 

Hə,  elə  bir  şey.  Spinoza  isə  etika  sözü  altında  həm  yaşamaq 

incəsənətini, həm də mənəvi davranışı nəzərdə tutur. 

Lap tutaq ki, belədi, yenə də həndəsənin bura nə dəxli 

var? 

Həndəsi  üsul  Spinozanın  dilinə,  ifadə  tərzinə  xasdı.  Fəlsəfi 



dərketmədə riyazi metoddan istifadə etmək istəyən Dekart yadındadı. 

Bununla o, tamamilə ciddi əqli nəticələrə əsaslanan fəlsəfi dərketməni 

nəzərdə  tuturdu.  Spinoza  da  həmin  rasionalist  ənənənin  davamçısıdı. 

O,  istəyirdi  ki,  onun  etikası  insan  həyatının  universal  təbiət 

qanunlarının  subyekti  olduğunu  göstərsin.  Buna  görə  də  özümüzü 

hislərimizdən və ehtiraslarımızdan azad etməliyik. İnsanın yalnız onda 

rahatlanıb xoşbəxtlik tapacağına inanırdı. 

Amma bizi yalnız təbiət qanunlarının idarə etdiyini demirdi ki? 

Bəlkə də. Spinoza asan başa düşülən filosof deyil. Gəl, onu bir-bir 

xırdalayaq.  Yadındadısa,  Dekart  gerçəkliyin  iki  tamamilə  ayrı 

substansiyadan, materiya və fikirdən ibarət olduğuna inanırdı. Hər şey 

ya fikir, ya da maddədi. Spinoza isə 

bu  bölgünü  inkar  edirdi.  Yalnız  bir  substansiya  olduğuna  inanırdı. 

Mövcud olan hər şey bir gerçəkliyə varana qədər azaldıla bilər, buna 

sadəcə  substansiya  deyirdi.  Bəzənsə  onu  Tanrı,  yaxud  təbiət 

adlandırırdı. Beləliklə, Spinoza Dekartdan fərqli olaraq, dualist deyil. 

O,  monistdi.  Bu  o  deməkdir  ki,  o,  təbiəti,  mövcud  olan  hər  şeyin 

mənşəyini yeganə bir substansiyaya bağlayır. 

Aralarında böyük fərq var. 

Əslində Dekart və Spinoza arasında fərq təsəvvür olunduğu qədər 

böyük deyil. Dekart da bildirir ki, Tanrı yeganə varlıqdı ki, heç nədən 

asılı olmadan mövcuddu. Spinozanın həm Dekart, həm də Yəhudi və 

Xristian  doktrinalarından  fərqli  tərəfi  Tanrıyla  təbiəti,  başqa  sözlə, 

Tanrı və onun yaratdıqlarını eyniləşdirməsidi. 

downloaded from KitabYurdu.org



228 

 

Deməli, təbiət Tanrıdı, bu qədər! 



Lakin Spinoza “təbiət” deyəndə yalnız maddi təbiəti nəzərdə tutmur. 

Onun substansiya, Tanrı və ya təbiət anlayışı ruhi şeyləri də ehtiva edir. 

Yəni həm “fikir”, həm də “maddə”. 

Əla dedin! Spinozaya görə, biz insanlar Tanrının iki keyfiyyəti və 

ya  təzahürünü  tanıyırıq.  Spinoza  bu  keyfiyyətləri  Tanrının  atributları 

adlandırır,  bu  iki  atribut  Dekartın  “maddə”  və  “fikir”  dediyi  şeylərə 

uyğun  gəlir.  Tanrı  və  ya  təbiət  gah  fikirdə,  gah  da  maddədə  təzahür 

edir. Ola bilsin ki, Tanrının maddə və fikirdən başqa atributları çoxdu, 

lakin onlardan bu ikisi biz insanlara məlumdu. 

Ola bilər. Amma bunu nə mürəkkəb yolla deyib. 

Bəli, Spinozanın dilindən baş açmaqdan ötrü adama lap oraq, çəkic 

lazımdı. Amma fikirləri qazıyıb axırda büllur kimi tərtəmiz bir brilyant 

- fikir çıxarırsan ki, bu da sənin zəhmət haqqındı. 

Səbrim çatsa, gözləyirəm! 

Beləliklə, Spinozaya görə, təbiətdə hər şey ya maddədi, ya da fikir. 

Gündəlik  həyatımızda  rast  gəldiyimiz  cürbəcür  hadisələr,  məsələn, 

güllər,  yaxud  bir  şairin  şeiri  -  fikrin  və  yaxud  maddənin  xüsusi 

tərzləridi.  Substansiya,  Tanrı,  yaxud  təbiətin  müəyyən  bir  andakı 

vəziyyətidi.  Hər  hansı  gül  maddə  atributunun  bir  qəlibidi,  həmin  gül 

haqda yazılmış hər hansı 

şeir  isə  fikir  atributunun  qəlibi.  Amma  hər  ikisi  əsas  etibarilə, 

Substansiya, Tanrı və ya təbiətin ifadələridi. 

Zarafat edirsən? 

Deyəndə mürəkkəb çıxır, amma əslində bir o qədər mürəkkəb deyil. 

Onun bu qarışıq sözlərinin altında gündəlik danışıq dilinin belə, izah 

etməkdə çətinlik çəkəcəyi qədər sadəlik dayanır. 

Əgər səninçün fərqi yoxdusa, mən gündəlik dili üstün tuturam. 

Mən  də  razı.  Onda  yaxşı  olar  ki,  sənin  özündən  başlayım.  Əgər 

qarnında ağrı varsa, ağrıyan kimdi? 

İndicə özün dedin. Mənəm ağrıyan. 

Düz deyirsən. Bəs sonra sən bayaq qarnının ağrıdığını yada salanda 

bunu düşünən kimdi? 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   71   72   73   74   75   76   77   78   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə