Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə77/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   73   74   75   76   77   78   79   80   ...   154

232 

 

Hər  şeyi  əbədiyyət  prizmasından  görmək.  Biz  də  mövzuya  elə  bu 



nöqtədən başlamışdıq, elə deyilmi? 

Elə burda da qurtarırıq. Evə getməliyəm. 

Alberto qalxdı və kitab rəfindən böyük bir meyvəqabı gətirdi. Onu 

qəhvə masasının üzərinə qoydu. 

Getməzdən əvvəl bir az meyvə ye. 

Sofi özünə bir banan, Alberto isə yaşıl alma götürdü. Sofi bananın 

yuxarısını qopardı və onu soymağa başladı. Qəfildən qışqırdı: 

Burada nəsə yazılıb. 

Harada? 

Burda, bananın qabığının içində. Deyəsən, mürəkkəblə yazılıb. 

Əyilib bananı Albertoya göstərdi: “Mən buradayam, Hilde. Mən hər 

yerdəyəm. Ad günün mübarək!” 

Çox məzəlidi, - Sofi dedi. 

Lap həyasızlaşır. 

Amma bu mümkün deyil axı! Sən bilmirsən, Livanda banan yetişir? 

Alberto başıyla yox dedi. 

Bunu yeyə bilmərəm. 

Onda qoy qalsın. Banan qabığının içinə qızı üçün ad günü təbriki 

yazan bir adam gərək ki, ruhi xəstədi. Amma ağlına söz ola bilməz. 

Hə, hər ikisi. 

Onda biz indi belə nəticə çıxara bilərikmi ki, Hildenin atası ağıllıdı? 

Elə bunu deyirdim. Yəqin ki, elə keçən dəfə mən burada olanda da 

o, səni mənə Hilde deməyə vadar edib. Bəlkə də sözləri ağzımıza qoyan 

odur. 


Bəli,  heç  nəyi  istisna  etməməliyik.  Amma  hər  şeyə  şübhə  ilə 

yanaşmalıyıq. 

Nə bilmək olar, hamımız yuxu görürük bəlkə də! 

Amma gəl tez nəticəyə hoppanmayaq. Bəlkə də daha sadə izahı var. 

Yaxşı, hər halda indi evə tələsməliyəm. Anam gözləyir. 

Alberto onu qapıyadək ötürdü. Sofi çıxanda isə dedi: 

Biz yenə görüşəcəyik, əziz Hilde, - və qapı Sofinin dalınca örtüldü. 

Lokk 


downloaded from KitabYurdu.org


233 

 

...müəllim gəlməzdən əvvəl yazı taxtası necə boş olursa, elə... 



Sofi  saat  doqquzun  yarısı  evə  çatdı.  Bu,  razılaşmadan  saat  yarım 

qırağa çıxmaqdı. Əslinə baxsan, heç bu, razılaşma da deyildi. O, sadəcə 

nahardan  qaçmış  və  anası  üçün  yazıb  qoymuşdu  ki,  yeddidən  tez 

gəlməyəcək. 

Bu biabırçılığın bir sonu olmalıdı! Mən informasiya şöbəsinə zəng 

edib onlarda Köhnə Şəhərdə yaşayan hansısa Alberto haqda məlumat 

varmı soruşmalı oldum. Onlar mənə güldülər. 

Çıxa bilmirdim. Az qalıb, biz böyük sirri açmaq üzrəyik. 

Bəsdi, cəfəngiyyat danışdın! 

Düz deyirəm! 

Dəvət elədin onu məclisə? 

Ay da, yox, yadımdan çıxdı. 

Yaxşı, indi mən onunla görüşməyi tələb edirəm. Günü sabah axşam! 

Gənc bir qızın yaşlı adamla görüşməsi yaxşı deyil. 

Sən Albertodan qorxmamalısan. Sən Hildenin atasından qorx. 

Hilde kimdi? 

Livandakı  adamın  qızı.  O,  doğrudan  pis  adamdı.  Bəlkə  də  bütün 

dünyanı idarə edə bilir. 

Məni Alberto ilə təcili tanış etməlisən. Heç olmasa, sir- sifətdən nəyə 

oxşadığını bilməsəm, sakitləşməyəcəm. 

Birdən Sofinin ağlına bir fikir gəldi. Qaça-qaça otağına getdi. 

Hara  gedirsən?  -  deyə  anası  onun  arxasından  səsləndi.  Çox 

keçməmiş Sofi qayıtdı. 

İndicə  onun  nəyə  oxşadığını  görəcəksən.  Ümid  eləyirəm,  ondan 

sonra məndən əl çəkəcəksən! 

Bunu deyə-deyə əlindəki video-kaseti yuxarı qaldırdı. Sonra kaseti 

videomaqnitofona taxdı. 

Sənə kasset də verib? 



Biz indi Afinadayıq.... 

Akropolun  mənzərələri  ekranda  bir-birini  əvəz  edirdi.  Və  budur, 

Alberto göründü. 

Sofiylə  danışmağa  başlayanda  anası  nəfəsini  içinə  çəkib  baxırdı. 

downloaded from KitabYurdu.org




234 

 

Birdən  Sofi  çoxdan  unutduğu  bir  şeyi  xatırladı.  Akropolda  cürbəcür 



insanlar gəzişirdi. Onların arasında bir plakat var idi. Plakatta “Hilde” 

yazılmışdı.  Alberto  Akropolu  gəzirdi.  İndi  də  giriş  qapısındakı 

pilləkənlərlə  aşağı  enərək,  Pavelin  afinalılara  müraciət  etdiyi 

Areopaqos  təpəsinə  gəldi.  Sonra  köhnə  meydanda  dayanıb  Sofiylə 

danışmağa  davam  etdi.  Anası  videonun  qarşısında  quruyub  qalmış, 

yarımçıq cümlələr deyirdi: 

Ola  bilməz...  budu  Alberto?  Yenə  bu  dovşan  söhbəti...  Aaa... 

doğrudan səninlə danışır! Pavelin Afinaya getdiyini bilmirdim... 

Kasetdə  köhnə  Afinanın  xarabalıqları  arasından  yeni  dirçəlmənin 

olduğu  hissə  yaxınlaşırdı.  Sofi  düyməni  basıb  lenti  saxladı.  Anasına 

Albertonu  göstərəcəyini  demişdi  və  budu,  göstərmişdi  də.  Platonu 

görməsə də olardı! 

Otaqda milçək uçsaydı, səsi eşidilərdi. 

- Pis adama oxşamır. Səncə də? - Sofi istehzalı bir səslə dedi. 

- Onu bilmirəm, amma hələ yaxşı tanımadığı bir qız üçün Afinada 

video çəkən adam çox qəribə bir adam olmalıdı ki, bunu etsin. Afinaya 

nə vaxt getmişdi? 

Bilmirəm. 



Məni bir şey də narahat edir... 

Nə? 


- Bir vaxtlar meşədəki o evdə yaşamış mayora oxşayır bu adam. 

Onda bəlkə də odu... 



Amma onu on beş ildi görən yoxdu! 

Bəlkə də başqa ölkəyə köçüb. Məsələn, Afinaya. 



Anası başını “yox” mənasında tərpətdi. 

- Mən  onu  1970-ci  illərdə  görəndə  Albertonun  indiki  yaşında  idi. 

Xarici familiyası var idi, səhv eləmirəmsə... 

Knoks? 



Ola bilər... Hə, deyəsən, Knoks idi. 

Bəlkə Knaq? 



Fikirlərim qarışdı. Knoks, Knaq - bu adamlar kimdi ki? 

Biri Alberto, biri də Hildenin atası. 



downloaded from KitabYurdu.org


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   73   74   75   76   77   78   79   80   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə