Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə80/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   76   77   78   79   80   81   82   83   ...   154

241 

 

- Aydındı. 



- «Genişlədilmiş” reallıq mövzusunda da Lokk Dekart kimi insanın 

bir sıra xüsusiyyətləri yalnız ağlıyla qavraya biləcəyinə inanır. 

- Bu məsələylə razılaşmaq elə də çətin deyil. 

- Lokk  bir  sıra  sahələrdə  intuitiv  biliyin  varlığını  qəbul  edirdi. 

Məsələn,  bir  sıra  əxlaq  qaydalarının  hamıya  şamil  olduğunu  deyirdi. 

Başqa sözlə, təbii haqq ideyasına inanırdı və bu onun düşüncəsinə xas 

rasionalist xüsusiyyət idi. Buna bənzər başqa bir rasionalist xüsusiyyət 

isə onun Tanrının varlığının insan ağlına xas olduğunu düşünməsi idi. 

- Bəlkə də elədi. 

- Nə? 


- Tanrının varlığı. 

- Ola bilər, əlbəttə. Lakin Lokk buna inanc məsələsi kimi baxmırdı. 

Tanrı ideyasının insan ağlından qaynaqlandığını irəli sürürdü. Və bu, 

onun rasionalist tərəfi idi. Bunu da qeyd 

etməliyəm  ki,  o,  fikir  azadlığı  və  tolerantlıq  tərəfdarı  idi.  Həmçinin 

cinslərin  bərabər  olduğunu  müdafiə  edirdi.  Kişinin  qadından  üstün 

olduğu  fikrini  yaradan  insanın  özüdü,  dolayısıyla,  bu  fikri  dəyişdirə 

biləcək olan da insandı. 

Mən də bu fikirdəyəm. 



- Lokk  bizə  yaxın  dövrlərin  cinslərin  bərabərliyi  mövzusu  ilə 

maraqlanan  ilk  filosoflarındandı.  Qadın-kişi  bərabərliyi  mövzusunda 

mühüm  rol  oynayan  adaşı  Stüart  Millə  böyük  təsiri  olub.  Lokk, 

ümumiyyətlə, 18-ci əsr Fransız Maarifçiliyi dövründə çiçəklənmiş bir 

çox  fikirlərin  atası  olub.  Məsələn,  hakimiyyətin  bölüşdürülməsi 

prinsipindən ilk söz açan o olub... 

- Dövlət 

hakimiyyətinin 

müxtəlif 

qurumlar 

arasında 

bölüşdürülməsi? 

Bunların hansı qurumlar olduğunu bilirsən? 



- Qanunverici hakimiyyət, yaxud parlament. İdarəedici hakimiyyət, 

yəni hökumət. Bir də hüquq hakimiyyəti, yəni məhkəmə. 

- Hakimiyyətin  bu  şəkildə  üç  yerə  ayrılmasının  müəllifi  fransız 

maarifçi filosofu Monteskyödür. Lokk isə diktatorluğa 

downloaded from KitabYurdu.org



242 

 

yuvarlanmamaq üçün idarəedici və qanunverici orqanların bir- birindən 



ayrılmalı  olduğunu  dilə  gətirmişdi.  Lokk  bütün  hakimiyyətin  sahibi 

olan,  “Dövlət  mənəm!”  deyən  XIV  Luisin  dövründə  yaşayırdı.  Bu 

baxışa Mütləqiyyətçilik deyilir. Bu gün olsaydı, XIV Luisi qanunlara 

tabe olmayan, ixtiyari bir idarəçi adlandırardıq. Lokkun fikrincə, qanun 

dövləti qurmağın əsas yolu qanunları xalq təmsilçilərinin yaratmaları, 

bunları tətbiq edəninsə kral, yaxud hökumət olmasıdı. 

Yum 

...onda yaxın getsin... 



Alberto bir müddət gözlərini qəhvə masasına zilləyib oturdu. Sonra 

çevrilib pəncərədən bayıra baxdı. 

Hava tutulur, - Sofi dedi. 



Hə, cansıxıcı havadı. 

İndi Beklidən danışacaqsan? 



- Üç Britaniya empiristindən növbəsi çatan odur. Amma o, bir çox 

mənada  ayrıca  bir  mövzu  olduğundan,  onu  sona  saxlayıb  indi  Devid 

Yumdan  danışacağıq.  1711-1776-cı  illərdə  yaşamış  Yumun  fəlsəfəsi 

Empirizmin ən vacib nümunəsi sayılır. Yuma verilən bu qiymətin bir 

səbəbi  də  görkəmli  filosof  İmmanuel  Kantı  öz  fəlsəfəsini  yaratmaq 

üçün ilhamlandırmasıdı. 

- Desəm ki, əslində  Berklidən danışmağını istəyirəm, xeyri olmaz, 

hə? 


- Olmaz.  Yum  Şotlandiyada,  Edinburq  yaxınlığında  böyümüşdü. 

Ailəsi  əvvəlcə  onun  hüquqşünas  olmasını  istəyirdi,  lakin  “fəlsəfə  və 

elmdən  başqa  hər  şey  onda  ikrah  doğururdu”.  Maarifçilik  dövrünün 

ortalarında Volter və Russo kimi böyük fransız mütəfəkkirləri ilə eyni 

vaxtda yaşayıb. Ömrünün son illərini keçirdiyi Edinburqa qayıtmazdan 

əvvəl Yum bir çox şəhərləri gəzmişdi. Əsas əsəri olan “İnsan təbiətinə 

dair tədqiqafı 28 yaşında yazıb. Dediyinə görə, bu kitabı yazmaq fikrinə 

15 yaşında gəlib. 

Mən də hazırlaşım gərək! 



Sən artıq işə başlamısan. 

- Bir  gün  öz  fəlsəfəmi  yaratsam,  bu,  indiyə  qədər  mənə 

downloaded from KitabYurdu.org




243 

 

danışdıqlarının hamısından fərqli olacaq. 



- İndiyə qədər sənə danışdıqlarımda əskik hiss etdiyin nələrsə var? 

- Birincisi,  indiyə  qədərki  bütün  filosoflar  kişidi.  Deməli,  dünya 

kişilərin dünyasıdı. Mən daha çox real həyatla maraqlanardım: güllər, 

heyvanlar, uşaqlar... Sənin bu filosofların həmişə “insan”dan danışırlar. 

Bax, yenə “insan 

təbiətinə dair tədqiqat” yazıb Yum. Elə bil bu “insan” həmişə orta yaşlı 

bir  insandı.  Amma  axı  həyat  hamiləlik  və  doğuşla  başlanır.  Uşaq 

əskilərindən, uşaqların ağlamağından danışan olmayıb hələ ki! Sevgi 

və dostluqdan da danışan yoxdu. 

- Haqlısan. Amma Yum bir az fərqli düşünüb. Başqalarından fərqli 

olaraq, o, gündəlik həyata əsaslanır. Üstəlik, Yum uşaqların dünyaya 

necə baxdığını yaxşı bilir, məncə. 

Qulaq asım onda! 



- Yum öz vəzifəsini bütün bu kişi filosofların yaratdığı qarmaqarışıq 

anlayış  və  sistemlərində  təmizlik  işi  aparmaqda  görürdü.  Deyirdi  ki, 

hələ  də  Orta  əsrlər  düşüncəsindən  və  XVII  əsr  rasionalist 

düşüncəsindən qalıqlar danışır və yazırlar. O, insanın dünyanı vasitəsiz 

qavramağa  dönməsini  təklif  edirdi.  Heç  bir  fəlsəfə  “bizi  gündəlik 

təcrübələrimizdən  o  tərəfə  apara  və  ya  bizi  gündəlik  həyatımızdan 

qazandığımız müşahidələrlə çatdığımız davranış qaydalarından başqa 

qaydalar altında yaşamağa sövq edə bilməz”. 

- Bu  dediklərindən  məndə  belə  təsəvvür  yarandı  ki,  Yum  çox 

maraqlıdı! Bir misal çəkə bilərsən? 

- Yumun yaşadığı dövrdə mələklərə inanan insanlar çox idi. Mələk 

qanadlı insan şəklindədi. Sən heç belə bir məxluq görmüsən, Sofi? 

-Yox. 

- Amma insan görmüsən, hə? 



- Bu nə sualdı, əlbəttə ki. 

- Qanad da görmüsən, eləmi? 

- Təbii ki. Amma qanadlı insan görməmişəm. 

- Yuma  görə,  mələk  -  “düzəltmə  anlayış”dı.  Obyektiv  gerçəklikdə 

deyil,  insanın  təsəvvüründə,  xəyalında  iki  fərqli  qavrayışın 

downloaded from KitabYurdu.org




Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   76   77   78   79   80   81   82   83   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə