Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə79/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   75   76   77   78   79   80   81   82   ...   154

238 

 

anlayışdı.  Biz  məsələn,  Tanrı,  əbədiyyət,  substansiya  kimi  sözlər 



işlədəndə  ağlımızı  korlayırıq,  çünki  heç  kəs  Tanrı,  əbədiyyət,  yaxud 

filosofların  substansiya  adlandırdıqları  şeyi  görməyib.  Ona  görə  də 

təsirli  görünən  fəlsəfi  sistemlər  əslində  xalis  fantaziyadı.  XVII  əsrin 

filosoflarından  bir  çox  belə  dissertasiyalar  qalmışdı  və  indi  onlara 

mikroskop  altında  baxmaq  lazım  idi.  İndi  onlar  bütün  içiboş 

anlayışlardan  təmizlənməliydi.  Biz  bunu  qızılın  tapılmasına  bənzədə 

bilərik.  Tapdıqlarının  çoxu  qum  və  gildi,  arada  yalnız  kiçik  bir  qızıl 

zərrəciyi görürsən. 

Və həmin qızıl zərrəciyi xalis təcrübədi? 

Və ya ən az təcrübəylə əlaqədar düşüncələr. Britaniya empiristləri 

üçün bütün insan anlayışlarını yaxşıca tədqiq etmək, onlar üçün faktiki 

təcrübədə əsas olub-olmadığını bilmək məqsəd oldu. Gəl, bu filosofları 

bir-bir nəzərdən keçirək. 

Gəl! 


- Birinci Britaniya empiristi 1632-1704-cü illərdə yaşamış Con Lokk 

idi. «İnsan dərketməsinə dair esse” adlı əsas kitabı 1690-cı ildə işıq üzü 

görmüşdü.  Lokk  bu  kitabında  iki  suala  cavab  tapmağa  çalışır: 

insanların  düşüncə  və  qavrayışlarının  necə  əmələ  gəlməsi  və 

duyğularımıza etibar edib- etməyəcəyimiz məsələsi. 

Yəni fəlsəfi layihəsi bu olub. 



- Bu  məsələləri  bir-bir  nəzərdən  keçirək.  Lokk  bütün  düşüncə  və 

qavrayışlarımızın görüb-eşitdiklərimizdən qaynaqlandığına inanır. Heç 

nə duymamış şüurumuz “tabula rasa”, yəni boş bir lövhədi. 

Latınca sözləri ötür keçsin! 



- Bir  şeyi  duymazdan  əvvəlki  şüurumuz  müəllim  sinfə  girməzdən 

əvvəlki yazısız, bomboş bir lövhəyə bənzəyir. Lokk 

şüuru  döşənməmiş bir otağa da bənzədir. Sonra duymağa başlayırıq. 

Ətrafımızdakı  dünyanı  görür,  qoxulayır,  dadır,  toxunur  və  eşidirik. 

Bunları  ən  yaxşı  edənlər  balaca  uşaqlardı.  Beləliklə,  Lokkun  “əsas 

duyğular”  dediyi  şeylər  əmələ  gəlir.  Lakin  şüur  bu  məlumatları  alıb 

dayanmır. Şüur bu əsas duyğuların verdiyi məlumatları alandan sonra 

düşünmək,  təhlil  etmək,  inanmaq  və  şübhə  etmək  süzgəclərindən 

downloaded from KitabYurdu.org



239 

 

keçirir.  Bununla  da  Lokk  duymağı  və  anlamağı  bir-birindən  ayırır. 



Şüurumuz yalnız passiv bir alıcı deyil, o, üzərinə axın-axın gələn duyğu 

məlumatlarını təsnif edir və üzərində düşünür. Məhz bu məsələdə ayıq 

olmaq lazımdı. 

Ayıq olmaq? 



- Lokk  qavradığımız  yeganə  şeyin  sadə  duyğular  olduğunu 

vurğulayır. Məsələn, bir alma yeyirəm, bu vaxt almanın hamısını bir 

baxışda duymuram. Almanın yaşıl olması, gözəl qoxusu, sulu olması 

kimi sadə duyğular əldə edirəm. Amma çoxlu alma yeyəndən sonra “bir 

alma”  yediyimi  düşünə  bilərəm.  Lokka  görə,  yalnız  o  zaman  “bir 

alma”nın nə olduğuna dair vahid bir qavrayışa çatmaq olur. Uşaq vaxtı 

ilk dəfə alma 

yeyəndə  hələ  belə  bir  qavrayışımız  yox  idi.  Yaşıl  olduğunu  görmüş, 

dadına baxanda yaxşı dad almışdıq. Vaxt keçdikcə bu cür duyğular bir 

yerə  toplanıb  “alma”,  “armud”  kimi  anlayışları  ortaya  çıxarır. 

Ətrafımızdakı  maddi  aləmlə  bağlı  bütün  biliklərimiz  əsasən 

duyğularımızdan qaynaqlanır. Əsas duyğularla formalaşmamış hər cür 

bilik yanlış bilikdi və silinib atılmalıdı. 

- Görüb  eşitdiklərimizin,  qoxulayıb  daddıqlarımızın  duyduğumuz 

kimi mövcud olduğunu deyə bilərik ən azı... 

- Həm hə, həm də yox. Lokkun cavablandırmağa çalışdığı ikinci sual 

da budu. Fikir və qavrayışlarımızın necə əmələ gəldiyini izah etdikdən 

sonra dünyanın əslində bizim duyduğumuz kimi olub-olmadığı haqda 

sual  üzərində  düşünür.  Çünki  bu  suala  birbaşa  cavab  vermək  olmur, 

Sofi!  Cavab  verərkən  tələsməməliyik.  Bir  filosofun  tələsməyə  haqqı 

yoxdu. 

- Ağzımı da açmıram. 



- Lokk  “birinci”  və  “ikinci”  dərəcəli  xüsusiyyətlər  arasında  fərq 

qoyur.  Və  bu  məsələdə  Dekart  kimi  özündən  əvvəlki  bəzi  filosofları 

xatırlayır. 

Necə? 



- Birinci  şeylərin  maddəsi,  çəkisi,  forması,  hərəkəti,  sayı  kimi 

xüsusiyyətlərdi.  Bu  xüsusiyyətlərdən  söhbət  gedirsə,  duyğularımızın 

downloaded from KitabYurdu.org



240 

 

bizə verdiyi məlumatlara etibar edə bilərik. Amma şeylərin dadı, rəngi, 



isti,  ya  soyuq  olması  kimi  ikinci  xüsusiyyətlər  var  ki,  bunları  da 

duyğularımızla qavrayırıq. 

Rəng,  qoxu,  dad,  səs  kimi  belə  xüsusiyyətlərə  dair  duyduqlarımız 

şeylərin özündəki həqiqi xüsusiyyətləri ifadə etmir. Onlar yalnız xarici 

gerçəkliyin duyğularımıza təsirini yenidən hasil edir. 

Zövqlər haqda mübahisə etməzlər! 



- Bəli!  Böyüklük  və  ya  ağırlıq  kimi  birinci  qrup  xüsusiyyətlər 

mövzusunda hamı həmfikir ola bilər, çünki bunlar şeylərin öz təbiətinə 

xas  xüsusiyyətlərdi.  Rəng  və  dad  kimi  ikinci  qrup  xüsusiyyətlər  isə 

canlının  qavrama  təbiətindəki  fərqlərə  uyğun  olaraq,  heyvandan 

heyvana, insandan insana dəyişir. 

- Coannanın portağal yeməsinə baxsan, elə bilərsən ki, limon yeyir. 

Portağalı dilimləyib yeyir. Yeyə-yeyə də üzünü 

turşudur, “turşdu” deyir. Amma eyni portağal mənə görə, çox dadlıdı, 

turş-zad deyil. 

-Və bu məsələdə nə sən haqlısan, nə də o. Sadəcə olaraq, portağalın 

sizdə oyatdığı duyğunu dilə gətirirsiniz. Rəngləri də bu cür duyuruq. 

Qırmızının bir çalarını sevmirsən. Coanna isə gedib qırmızının həmin 

çalarında bir paltar alıbsa, paltarın rəngi haqda fikrini özündə saxlasan 

yaxşıdı.  Sizin  bu  rəngi  qavramağınız  fərqlidi  və  paltar  buna  görə  nə 

gözəl sayılmalıdı, nə də çirkin. 

- Amma  portağalın  yumru  olması  başqa  məsələ,  onda  hamı 

həmfikirdi. 

- Bəli. Heç kim yumru portağalın üçbucaq şəklində olduğunu deməz. 

Dadının turş və ya şirin olduğunu “düşünə” bilərsən, amma çəkisi 200 

qram gəlirsə, heç kəs onun səkkiz kilo olduğunu düşünməz. Portağalın 

bir  kilo  olduğunu  zənn  edə  bilərsən,  amma  bu  o  deməkdi  ki,  sənin 

ehtimal gücün çox da güclü deyil. Hər hansı bir şeyin neçə kilo olduğu 

ehtimal edilsə, bir nəfərin ehtimalı həmişə həqiqətə başqalarından daha 

yaxın olacaq. Şeylərin sayı məsələsi də belədi. Güldanda ya 5 dənə 

gül var, ya da yoxdu. Hərəkət də belədi. Maşın ya hərəkətdədi, ya da 

sükunətdə. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə