Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə81/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   77   78   79   80   81   82   83   84   ...   154

244 

 

birləşməsidi.  Başqa  sözlə,  bu  inancı  dərhal  silib  atmaq,  ona 



inanmaqdan vaz keçmək lazımdı. Bütün fikir və inanclarımızı beləcə 

bir-bir  nəzərdən  keçirməliyik.  Kitabları  da  həmçinin.  Yum  bunun 

səbəbini belə açıqlayır: “Əlimizdə tutduğumuz kitaba baxıb özümüzə 

sual  verməliyik:  bu  kitab  böyüklük,  say  kimi  konkret  bilik  ehtiva 

edirmi? Xeyr. Fakt və 

mövcudata  dair  təcrübi  bir  bilik  ehtiva  edirmi?  Xeyr.  Onda  onu 

yandırın, çünki belə kitab boş sözçülük və yanılmalardan ibarətdi!» 

Çox kəskin qoyub məsələni! 



- Amma  bütün  bunlardan  kənarda,  dünya  mövcud  olmağa  davam 

edir, Sofi. Həmişəkindən daha canlı, daha təravətli. 

Yum şüurda fikirlərin hələ əmələ gəlmədiyi vaxtlara, uşaqların dünyanı 

qavramaq  şəklinə  qayıtmaq  istəyir.  İndiyədək  nəzərdən  keçirdiyimiz 

filosofların  öz  dünyalarına  qapanaraq  yaşadıqlarını,  səni  isə  ən  çox 

gerçək dünyanın maraqlandırdığını demişdin, elə deyilmi? 

Bəli, təxminən elə demişdim. 



- Yum  da  eyni  şeyi  deyirdi.  Amma  gəl  onun  fikirlərinə  bir  az  da 

yaxından baxaq. 

Baxaq. 


- Yum insanın iki cür qavrama tərzinin olduğunu deyirdi: təəssüratlar 

və fikirlər. 

«Təəssürat» xarici gerçəkliyin ani qavranılmasıdı. «Fikir» isə belə 

bir təəssüratı yenidən anmaqdı. 

Bir neçə misal ver, zəhmət deyilsə. 



- Əgər isti sobaya əlini vurub yandırsan, o an səndə bir “təəssürat” 

yaranır. Qısa bir müddətdən sonra əlini yandırdığın yadına düşür. Yum 

buna  “fikir”  deyir.  “Təəssüratla  “fikir”  arasında  fərq  təəssüratın  onu 

xatırlayan fikirdən daha güclü, daha canlı olmasındadı. Hiss orijinal, 

fikir isə bunun inikası, yaxud xəfif təqlididi. Çünki “təəssürat” şüurdakı 

fikrin əsl səbəbidi. 

Aydındı. 



- Bundan  sonra  Yum  “təəssürat”  və  “fikrin”  həm  sadə,  həm  də 

mürəkkəb  ola  biləcəyini  deyir.  Lokkdan  danışanda  alma  misalı 

downloaded from KitabYurdu.org



245 

 

çəkmişdik.  Almanın  birbaşa  qavranılması  belə  bir  mürəkkəb 



təəssüratdı. Şüurdakı alma qavrayışı mürəkkəb fikirdi. 

Sözünü kəsirəm, amma bu vacibdir ki? 



- Vacib?  Necə  belə  sual  verə  bilərsən?  Əlbəttə,  vacibdi.  Filosoflar 

zaman-zaman bir çox psevdoproblemlərlə məşğul 

olmuş  ola  bilərlər,  amma  bu,  bizi  mühakimə  qurmaqdan 

çəkindirməməlidi.  Yum  Dekartla  fikir  prosesini  lap  başdan  qurmaq 

lazım olduğu məsələsində həmfikir idi. 

Yaxşı, sualımı geri götürürəm. 



- Oldu. Yumun vurğuladığı məsələ bəzən gerçəklikdə belə olmadığı 

halda  “fikirləri  ağlımızda  birləşdirə  bilməyimizdi;  yanlış  fikirlər, 

təbiətdə  mövcud  olmayan  şeylər  haqda  fikirlər  belə  yaranır.  Artıq 

mələklər  misalını  çəkmişik.  Yadındadırsa,  əvvəlki  söhbətlərimizdə 

«qoysah»dan da söz açmışdıq. Mifologiyadakı qanadlı at Peqasos da 

buna  misal  ola  bilər.  Bütün  bu  misallarda  şüurumuzun  onu  götürüb 

bununla,  bunu  götürüb  onunla,  qanadları  bir  təəssüratdan,  atı  başqa 

təəssüratdan  götürüb  bir-birilə  istədiyi  kimi  birləşdirdiyini  qəbul 

etməliyik.  Bütün  bu  parçalar  bir  vaxtlar  hiss  edilib  və  “təəssürat” 

şəklində  fikir  teatrına  daxil  edilib.  Şüur  isə  bunları  istədiyi  şəkildə 

götürüb birləşdirib, beləcə, saxta “fikirlər”, yaxud qavrayışlar yaradıb. 

- Başa düşdüm. Artıq bunun vacib olduğunu da başa düşürəm. 

- Əla!  Yəni  Yum  hər  bir  anlayışı  götürüb  gerçəklikdə  qarşılığının 

olub olmadığını araşdırırdı. «Bu fikir hansı təəssüratdan qaynaqlanır?”- 

deyə  soruşurdu.  Bu  zaman  hər  şeydən  əvvəl  mürəkkəb  bir  anlayışın 

hansı “bəsit fikirlərin birləşməsi” olduğunu tapmalı idi. Beləcə, insan 

qavrayışını  xırdalamaqdan  ötrü  bir  üsul  yaratmışdı.  Məqsədi 

fikirlərimizə, anlayışlarımıza bir nizam gətirmək idi. 

Yenə misal ver, zəhmət olmasa. 



- Yumun yaşadığı dövrdə “cənnət”, “Yeni Qüds” haqda fikirlər, bu 

fikirlərlə yaşayan insanlar çox idi. Yadındadırmı, Dekart “hər hansı bir 

şey insan ağlı üçün nə qədər aydındırsa, o şeyin gerçəklikdə mövcud 

olması ehtimalı da o qədər çoxdur”, - deyirdi. 

Dediyim kimi, yaddaşım pis deyil. 



downloaded from KitabYurdu.org


246 

 

- Bir  az  düşünsək,  görərik  ki,  “cənnət”  mürəkkəb  anlayışdı.  Yəni 



çoxlu sayda sadə fikirlərin birləşməsidi. “Cənnət” - “mirvari qapılar”, 

“qızıl yollar,” “mələklər” və sairlə doludu. Əslində “mirvari qapılar”, 

“qızıl  yollar”,  “mələklər”  də  mürəkkəb  anlayışlardı  və  tərkib 

hissələrinə ayrıla bilər. Cənnət 

anlayışımızı “mirvari”, “qızıl”, “küçə”, “qapı”, “ağ geyim”, 

“qanad”  kimi  sadə  anlayışlara  ayırandan  sonra  özümüzə  sual  verə 

bilərik ki, bu bəsit təəssüratları yaşamışıq, ya yox. 

- Və  buna  “bəli”  cavabı  verərik.  Amma  biz  bütün  bu  “sadə 

təəssüratları” götürüb xəyali bir şey yaradacaq qədər birləşdirmişik. 

- Haqlısan, bəli. Biz insanların ən yaxşı etdikləri işlərdən biri xəyal 

qurmaq  və  kəsib  yapışdırmaqdı!  Lakin  Yumun  xüsusi  vurğuladığı 

məqam  bütün  bu  xəyali  şeyləri  əmələ  gətirən  elementlərin  bu  və  ya 

digər  şəkildə  şüurumuza  “sadə  təəssüratlar”  şəklində  girməsidi. 

Ömründə “qızıl” görməmiş adam qızıl yollar xəyalı da qurmaz. 

- Yum çox ağıllı adam olub. Bəs Tanrının mövcudluğuna dair açıq-

aydın fikri olduğunu deyən Dekart necə olsun? 

- Yum  bu  məsələyə  də  münasibət  bildirib.  Tanrını  sonsuz  “ağıllı, 

müdrik  və  yaxşı  varlıq”  saydığımızı  əsas  götürsək,  Tanrının  bu  üç 

xüsusiyyətin birləşdiyi “mürəkkəb fikir” olduğunu deyə bilərik. Ağıl, 

müdriklik, yaxşılıq kimi xüsusiyyətləri heç vaxt yaşamasaydıq, belə bir 

Tanrı anlayışımız da olmazdı. 

Tanrını  “sərt,  amma  ədalətli  Ata”  kimi  görürük.  Bu  da  “sərtlik”, 

“ədalət” və “ata”dan əmələ gələn birləşmiş bir anlayışdı. Yumdan sonra 

yaşamış bir çox din tənqidçilərinin fikrincə, bu, uşaq vaxtı öz atamızı 

qavramağımıza bənzəyir. Ata fikrinin “cənnətdəki ata” fikrinə gətirib 

çıxardığı deyilib. 

- Ola bilsin ki, bu doğrudu. Amma mən Tanrının məhz insan olmalı 

olduğunu  qəbul  etmirəm.  Anam  bəzən  bərabərlik  naminə  Tanrıya, 

Tanrıça deyir. 

- Hər halda Yum hiss üzvlərilə müşahidəsi mümkün olmayan hər cür 

fikir  və  anlayışa  qarşı  çıxırdı.  Onun  məqsədi  “metafizik  düşüncəyə 

hakim olan, onu nüfuzdan salan bütün bu mənasız boşboğazlığı aradan 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   77   78   79   80   81   82   83   84   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə