Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə73/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   69   70   71   72   73   74   75   76   ...   154

220 

 

Akvinalı  artıq  bənzər  fikir  deyiblər,  belə  ki,  insanın  heyvanlar  kimi 



bədəni, mələklər kimi ruhu var. Dekarta görə, insan bədəni mükəmməl 

bir maşındı. Lakin insanın həm də bədəndən tamamilə müstəqil ruhu 

var. Bədən prosesləri belə azadlığa malik deyil, onlar öz qanunlarına 

tabedi. 


Ağlımızla  düşündüyümüz  bədəndə  baş  vermir  -  maddi  gerçəklikdən 

qətiyyən  asılı  olmayan  ruhumuzda  baş  verir.  Yeri  gəlmişkən, 

deməliyəm ki, Dekart heyvanların düşünə bilmə 

ehtimalını  rədd  etmir.  Əgər  onların  bu  bacarığı  olsa,  fikir  və  maddə 

arasındakı eyni dualizm onlara da tətbiq edilməlidi. 

Bu barədə artıq danışmışıq. Mən avtobusun dalınca qaçmaq qərarına 

gəlirəmsə,  bütün  “avtomat”  hərəkətə  keçir  və  əgər  avtobusa 

çatmıramsa, göz yaşlarım axmağa başlayır. 

Hətta Dekart belə, düşüncə ilə bədən arasında daimi qarşılıqlı əlaqə 

olduğunu inkar edə bilməyib. Düşüncə bədəndə olduğundan, o, inanırdı 

ki,  ruh  beyinlə  “beyin  epifizi”  adlandırdığı  xüsusi  beyin  orqanı  ilə 

əlaqələnir, orada “maddə” və “ruh” arasında daimi interaktiv əlaqə baş 

verir.  Ona  görə  də  düşüncə,  ruh  daim  bədən  ehtiyacları  ilə  əlaqədar 

istək  və  arzulardan  təsirlənir.  Lakin  düşüncə  özünü  belə  “baza” 

impulslarından ayıra və bədəndən azad fəaliyyət göstərə bilər. Məqsəd 

ağlın idarəçiliyi ələ keçirməsidi. Çünki hətta qarnım çox pis ağrıyırsa 

da, üçbucağın bucaqlarının cəmi 180 dərəcədi. Beləcə, insan ağlı bədən 

ehtiyaclarının  üzərinə  qalxmaq  və  rasional  davranmaq  qabiliyyətinə 

malik olur. Bu mənada ağıl bədəndən üstündü. Ayaqlarımız zəifləyib 

tutula, belimiz əyilə, dişlərimiz tökülə bilər, amma nə qədər ki, ağlımız 

yerindədi,  iki  dəfə  iki  dörd  edəcək.  Çünki  ağıl  yaşlanmır,  zəifləmir. 

Yaşlanan bədəndi. Dekarta görə, “ruh” elə ağıldı. Arzu, nifrət kimi əsas 

ehtiras  və  hisslər  bizim  bədən  funksiyalarımızla  sıx  bağlıdı,  deməli, 

maddi gerçəkliyin bir hissədi. 

Yenə  də  Dekartın  insan  bədənini  maşın,  yaxud  avtomat  yerinə 

qoyması faktı ilə barışa bilmirəm. 

Bu  bənzətmənin  arxasında  Dekartın  vaxtında  insanların  sanki  öz-

özünə  işləmək  bacarığı  olan  maşınlara,  saatlara  qarşı  heyranlığı 

downloaded from KitabYurdu.org



221 

 

dayanır. “Avtomat” sözü öz-özünə işləyən şey deməkdi. Məlumdu ki, 



onların öz-özünə işləməsi yalnız illüziya idi. Məsələn, mexaniki saat 

həm insan əlilə düzəldilir, həm də işə salınır. Dekart belə bir faktdan 

çıxış edirdi ki, bu kimi zəki ixtiralar əslində çox sadə, çoxlu sümüklər, 

əzələlər, vena və arteriyalardan düzəldilmiş insan və heyvan bədənilə 

müqayisədə  daha  azsaylı  hissələrdən  yığılıb.  Elə  isə  mexaniki 

qanunlarla işləyən insan və ya heyvan bədənini də niyə Tanrı yarada 

bilməsin ki?! 

Bu gün də “süni intellekt” haqda çoxlu söhbətlər gedir. 

Bəli,  bu  bizim  dövrün  avtomatıdı.  Biz  elə  maşınlar  yaratmışıq  ki, 

çox vaxt bizi özlərinin ağıllı olduqlarına inandırırlar. Bunları görsəydi, 

Dekart öz zəkasının gücündən heyrətə düşərdi. İnsan ağlının onun fərz 

etdiyi kimi azad olmasından şübhəyə düşərdi. Çünki elə filosoflar var 

ki, daha insanın ruhi həyatının bədən proseslərindən azad olmadığını 

düşünürlər. İnsan ruhu təbii ki, hər hansı kompüter proqramından daha 

azaddı,  lakin  bəziləri  düşünürlər  ki,  biz  də  prinsipcə  elə  kompüter 

proqramları qədər azadıq. Bax, Sofi, indi sənə bir şey göstərəcəyəm. 

Alberto  barmağını  otağın  o  biri  tərəfindəki  böyük  yazı  masasının 

üstündəki  balaca  kompüterə  tərəf  uzatdı.  Ayağa  durub  kompüterin 

yanına getdi, Sofi də arxasınca. 

Alberto  kompüteri  qoşdu  və  tezliklə  ekranın  yuxarısında  “C:” 

yazıldı. O, “Leyla” yazdı və izah etdi ki, bu, çox inkişaf etmiş bir söhbət 

proqramıdı. 

Tezliklə ekranın yuxarısında mətn peyda oldu. 

Salam. Mənim adım Leyladı. Yerin rahatdı? 

Hələ oturmasa və yeri rahat olmasa da, Sofi dörd hərf daxil etdi: 

Bəli. 


Alberto onun üçün stul gətirdi. 

Adın nədi? - ekranda yazıldı. 

Sofi  Amundsen,  -  Sofi  yazdı  və  kompüter  cavab  verdi:  Böyük 

Mülklər küçəsi, 3. Tanış olduğumuza görə, şadam, Sofi. On beş yaşın 

olacaq, hazırlıq necə gedir? 

Sofi dik atıldı. Alberto əlini onun çiyninə qoyub dedi: 

downloaded from KitabYurdu.org



222 

 

Ona sənin adını, ünvanını, doğum gününü vermişəm. Eynilə sən təzə 



tanış  olduğun  bir  adama  özünü  təqdim  etdiyin  kimi.  Fikirləşdim  ki, 

sənin haqqında əvvəlcədən bir az bilsə, yaxşı olar. 

Pis getmir, - Sofi yazdı. 

Pis? Əzizim Sofi, ümid edirəm, özünü pis hiss etmirsən. Mənə bütöv 

cümlələr yaz. 

Təşəkkür edirəm, pis deyiləm, əksinə, çox yaxşıyam. Səndən bir şey 

soruşa bilərəm? 

Şadam ki, yaxşısan. Əlbəttə, soruş. 

Sənin neçə yaşın var? - Sofi yazdı. 

Mən  1988-ci  ildə  avqustun  8-də  Atlantada  düzəldilmişəm,  amma 

Norveç  dilinə  1990-cı  ildə  martın  28-də  Norveç  Texniki 

Universitetində tərcümə olunmuşam. 

Uy da, ilahi! 

Dedim axı, bütöv cümlələrlə danış. 

Sadəcə dedim ki, “uy da, ilahi”! 

Mən  elə  sözləri  başa  düşmürəm.  Mənim  100.000  sözdən  ibarət 

lüğətim var, sənin dediyin sözə yaxın “İncil” sözünü tapa bilirəm. 

Bu, İsanın hekayəti deməkdir. 

Sən xristiansan, Sofi? 

Bilmirəm. 

Bir qayda olaraq, bilməmək yeni biliyə doğru bir addımdır. 

Yəqin Sokrat da eyni şeyi deyərdi. Elə Dekart da. 

Sokrat eramızdan əvvəl 470-ci ildən 299-cu ilədək yaşamış yunan 

filosofu  olub.  Onun  haqqında  daha  çox  bilmək  istəsən,  F7-ni  bas. 

Dekart 1596-cı ildən 1650-ci ilədək yaşamış fransız filosofudur. Onun 

haqqında daha çox bilmək istəsən, F8-İ bas. 

Çox sağ ol, bu qədər kifayətdir. Səndən bir şey də soruşa bilərəm? 

Şadam ki, kifayətdir. Əlbəttə, soruş! 

Alberto xımır-xımır gülürdü. Sofi yazdı: 

Hilde Moller Knaq kimdir? 

Hilde  Moller  Knaq  Lillesandda  yaşayan,  Sofi  Amundsenlə  eyni 

yaşda olan bir qızdır. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   69   70   71   72   73   74   75   76   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə