Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə72/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   68   69   70   71   72   73   74   75   ...   154

217 

 

şeyə şübhə edirdi və bu, əmin olduğu yeganə şey idi. Lakin bu nöqtədə 



onun gözünə nə isə dəyirdi: hər şeyə rəğmən, əmin olduğu bir şey var, 

bu  da  şübhələndiyi  idi.  O,  şübhə  edəndə  düşünməli  olurdu  və 

düşündüyünə görə, onun 

düşünən varlıq olması dəqiq, səhih bir şey olmalıydı. Yaxud, özünün 

dediyi kimi: “Cogito, ergo sum”. 

Yəni? 


“Düşünürəmsə, deməli, mövcudam”. 

Burda nə var ki! 

Haqlısan. Amma buradakı fəhmi əminliyə diqqət et, bu əminliklə o 

qəfildən  özünü  düşünən  varlıq  kimi  qavrayır.  Platonun  sözlərini 

xatırlayırsanmı, deyirdi ki, hisslərimizlə qavradığımızdansa ağlımızla 

qavradıqlarımız  daha  realdı.  Dekart  da  bu  üsulla  işləyirdi.  O,  təkcə 

“düşünən mən” olduğunu qavramır, eyni zamanda bu “düşünən mən”in 

hisslərimizlə  qavradığımız  maddi  aləmdən  daha  real  olduğunu 

düşünürdü.  Və  davam  edirdi.  Heç  vəchlə  öz  fəlsəfi  axtarışını 

dayandırmırdı. 

Onda biz də davam edək. 

Sonra  Dekart  özünə  sual  verirdi  ki,  eyni  intuitiv-fəhmi  əminliklə 

qavraya  biləcəyi  daha  nə  var?  Belə  nəticəyə  gəldi  ki,  onun 

düşüncəsində aydın, aşkar mükəmməl varlıq ideyası var. Bu ideya onda 

həmişə olmuşdu və buna görə də Dekart bu 

əminliyin  onda  həmişə  olub-olmadığını  götür-qoy  edirdi.  Bu 

mükəmməl  varlıq  ideyası  özü  qeyri-mükəmməl  olan  insandan 

qaynaqlana bilməz, deyirdi. Deməli, mükəmməl varlıq ideyası özü də 

mükəmməl  olan  bir  varlıqdan,  başqa  sözlə,  Tanrıdan  qaynaqlanmış 

olmalıdı.  Buna  görə  də  Dekarta  Tanrının  mövcud  olması  insanın 

özünün düşünən varlıq kimi mövcud olması qədər aydın olur. 

Dərhal nəticəyə tullanır. Amma başlayanda daha ehtiyatlı gedirdi. 

Haqlısan.  Bir  çoxları  bunu  Dekartın  zəif  nöqtəsi  adlandırıb.  Sən 

“nəticə” dedin, əslində məsələ nəticədə deyil. Dekart demək istəyir ki, 

bizim hamımızın içində mükəmməl varlıq ideyası varsa, bu ideyadan 

bu  mükəmməl varlığın  mövcud olduğu faktı çıxır. Çünki  mükəmməl 

downloaded from KitabYurdu.org



218 

 

bir varlığın mükəmməl olması üçün əvvəlcə mövcud olması gərəkdi. 



Belə  bir  varlıq  olmasaydı,  biz  mükəmməl  varlıq  haqda  ideyaya  da 

malik  olmazdıq.  Biz  özümüz  qeyri-mükəmməl  olduğumuza  görə, 

bizdən mükəmməl varlıq ideyası qaynaqlana bilməz. Dekarta 

görə,  Tanrı  ideyası  anadangəlmədi,  “sənətkarın  öz  əsərinə  qoyduğu 

imza kimi”, bu da bizdə anadangəlmə olur. 

Amma axı sadəcə bizdə “qoysah” (qoyun və timsahın qarışığı - tərc.) 

haqda  ideya  var  deyə,  bu  o  demək  deyil  ki,  qoysah  doğrudan  da 

mövcuddu. 

Dekart  bu  yerdə  deyərdi  ki,  mövcud  olmaq  qoysah  anlayışının 

təbiətinə  xas  deyil.  Mükəmməl  varlıq  anlayışına  isə  belə  bir 

mükəmməliyin mövcudluğu xasdır. Dekarta görə, bu, çevrənin bütün 

nöqtələrinin  mərkəzindən  eyni  məsafədə  olmasının  çevrə  ideyasının 

özündə  olmasına  bənzəyir.  Bu  qanuna  tabe  olmayan  çevrə  tapa 

bilməzsən.  Eləcə  də “mükəmməl varlığın”  ən vacib xüsusiyyətindən, 

mövcud olmaqdan məhrum olduğunu düşünmək olmaz. 

Qəribə düşüncə tərzi olub. 

Bu, son dərəcə tipik bir rasionalist düşüncə tərzidi. Dekart da Sokrat 

və Platon kimi, əql və varlıq arasında əlaqə olduğuna inanırdı. Bir şey 

əqlə  nə  qədər  ayandırsa,  ağlabatandırsa,  onun  mövcud  olması  da  o 

qədər səhihdi. 

Deməli,  Dekart  o  nöqtəyə  gəlib  çıxdı  ki,  o,  düşünən  insandı  və 

mükəmməl varlıq mövcuddu. 

Bəli,  bunları  deyib  davam  edir.  Xarici  gerçəklikdəki  şeylərin, 

məsələn,  Günəş  və  Ayın  yalnız  fantaziya  olduğuna  dair  ehtimal  var. 

Lakin xarici gerçəklikdəki bu şeylər də ağlımızla dərk edə biləcəyimiz 

müəyyən xüsusiyyətlərə malikdir. Bunlar uzunluq, en, hündürlük kimi 

ölçülə  bilən  riyazi  xüsusiyyətlərdi.  Belə  “kəmiyyət”  göstəriciləri 

insanın düşünən varlıq olması qədər ağlabatan xüsusiyyətlərdi. Rəng, 

qoxu, dad kimi “keyfiyyət” göstəriciləri isə bizim hissi qavrayışımızla 

bağlıdı və əslində xarici gerçəkliyi ifadə etmir. 

Axır ki, təbiət xəyal, fantaziya deyil. 

Yox və bu mənada Dekart bir daha mükəmməl varlıq haqda ideyanı 

downloaded from KitabYurdu.org



219 

 

yada  salır.  Ağlımız  nəyisə,  məsələn,  xarici  gerçəkliyin  riyazi 



göstəricilərini qavrayırsa, deməli, bu gerçəklik var. Çünki mükəmməl 

olan  Tanrı  bizi  aldatmaz.  Dekart  iddia  edir  ki,  ağlımızla 

qavradıqlarımızın  gerçəkliyə  uyğun  gəlməsi,  gerçək  olması 

məsələsində “Tanrı təminatı” var. 

Yaxşı, deməli, Dekart düşünən varlıq olduğumuzu, 

Tanrının mövcud olduğunu və xarici gerçəkliyin olduğunu üzə çıxardı. 

Bəli,  amma  xarici  gerçəklik  düşüncə  gerçəkliyindən  tamamilə 

fərqlidi. Dekart belə fikrə gəlir ki, gerçəkliyin iki fərqli forması və ya 

iki “substansiya” var. Substansiyalardan biri düşüncə və ya ruh, digəri 

isə  materiyadı.  Düşüncə  xalis  şüur  məsələsidi,  fəzada  yer  tutmur  və 

buna  görə  də  özündən  kiçik  hissələrə  bölünə  bilməz.  Materiya  isə 

yertutandı, yer tutur və həmişə özündən kiçik və daha kiçik hissələrə 

bölünə  bilir,  lakin  onun  şüuru  yoxdu.  Dekart  hər  iki  substansiyanın 

Tanrıdan  qaynaqlandığı  qənaətindədi,  çünki  yalnız  Tanrı  başqa  heç 

nədən  asılı  olmadan  mövcuddu.  Lakin  həm  düşüncənin,  həm  də 

materiyanın  Tanrıdan  qaynaqlanmasına  baxmayaraq,  bu  iki 

substansiya  bir-birindən  ayrıdı.  Düşüncə  materiyadan  və  maddi 

proseslər düşüncədən tamamilə azad şəkildə mövcuddu. 

Beləcə, o, Tanrının yaratdıqlarını iki yerə bölürdü. 

Doğrudu.  Dekarta  dualist  deyilir,  bu  o  deməkdi  ki,  Dekart  maddi 

aləmlə düşüncə aləmi arasında kəskin sərhəd qoyur. 

Məsələn,  yalnız  insanın  düşüncəsi,  ruhu  var.  Heyvanlar  tamamilə 

yertutan  materiya  aləminə  məxsusdu.  Onların  yaşaması  və  hərəkəti 

mexaniki tənzimlənir. Dekart heyvanı bir növ mürəkkəb avtomat hesab 

edir.  Xarici  gerçəkliyə  gəlincə,  o,  başqa  materialistlər  kimi  xalis 

mexaniki baxışa sahibdi. 

Mən  Hermesin  maşın  və  ya  avtomat  olmasına  çox  şübhə  edirəm. 

Dekart  yəqin  heyvanları  çox  sevməyib.  Bəs  biz?  Biz  də  avtomat 

maşınıq? 

Həm  hə,  həm  də  yox.  Dekart  belə  nəticəyə  gəldi  ki,  insan  həm 

düşünən, həm də fəzada yer tutan ikili varlıqdı. Ona görə də insanın 

həm  düşüncəsi,  həm  də  bədəni  var.  Müqəddəs  Avqustin  və  Foma 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   68   69   70   71   72   73   74   75   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə