Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə68/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   64   65   66   67   68   69   70   71   ...   154

205 

 

üstündən çiyinlərinə qırmızı plerina atmışdı. Ayaqlarına ağ corablar və 



ucları maili laklı nazik 

dəridən  ayaqqabı  geyinmişdi.  Bu  kostyumu  ilə  Alberto  Sofiyə 

şəkillərdə gördüyü XIV Luis vaxtının adamlarını xatırlatdı. 

Ay səni, kloun! - deyib açıqcanı ona uzatdı. 

Hm...  Sən  doğrudan  on  kronu  onun  açıqcanı  qoyduğu  yerdə 

tapmışdın? 

Düz həmin yerdə. 

O, getdikcə ədəbsizləşir. Amma bəlkə də belə yaxşıdı. 

Niyə ki? 

Bu, onun maskasını çıxarmağı asanlaşdırır. Amma bu nömrəsi həm 

zövqsüzdü, həm də özündənrazılıqdı. Özü də bundan ucuz ətir iyi gəlir. 

Ətir? 


Zərif olmaq istəyir, amma saxta çıxır. Görmürsən, arsız- arsız bizi 

güdməyini Tanrının əli ilə necə müqayisə edir?! 

Alberto bunu deyərək açıqcanı cırıb, parça-parça elədi. Onun kefini 

daha  da  pozmamaq  üçün  Sofi  məktəbdə  tapşırıq  dəftərinin  arasından 

çıxmış açıqca haqda heç nə demədi. 

Gəl, içəridə oturaq. Saat neçə oldu? 

Dörd. 

Bu gün biz XVII əsrdən danışacağıq. 



Maili  tavanlı,  tavanı  pəncərəli,  gün  işığının  bol  olduğu  qonaq 

otağına girdilər. Sofi gördü ki, keçən dəfə gördüyü şeylərin yerlərinə 

Alberto  bu  dəfə  ayrı  şeylər  qoyub.  Qəhvə  masasının  üstündə  içində 

cürbəcür gözlük şüşələri olan əntiq mücrü vardı. Yanında açıq bir kitab 

qoyulmuşdu. Çox qədimi kitaba oxşayırdı. 

Bu nədi? - Sofi soruşdu. 

Bu, Dekartın 1637-ci ildə çıxmış fəlsəfi esselərinin ilk nəşridi, bu 

kitabda onun məşhur “Metod haqda diskurs” essesi ilk dəfə çıxmışdı. 

Bu kitab mənim ən qiymətli şeylərimdən biridi. 

Bəs mücrü? 

Burada  nadir  linzalar,  yəni  optik  şüşələr  kolleksiyası  var.  Bunları 

1600-cü  illərin  ortalarında  danimarkalı  filosof  Spinoza  cilalayıb. 

downloaded from KitabYurdu.org



206 

 

Bunlar da mənim xəzinələrimdəndi. 



Bu  Spinozanyla  Dekartın  kim  olduğunu  bilsəydim,  mən  də  bu 

şeylərin nə qədər dəyərli olduğunu başa düşərdim. 

Əlbəttə.  Amma  əvvəlcə  gəl,  onların  yaşadıqları  dövrlə  tanış  olaq. 

Əyləşək. 

Onlar  keçən  dəfəki  yerlərində  oturdular.  Sofi  böyük  kresloda, 

Alberto  Knokssa  divanda.  Aralarında  üzərində  kitab  və  mücrü  olan 

qəhvə masası vardı. Alberto parikini çıxardı və yazı masasının üzərinə 

qoydu. 


Biz XVII yüzildən danışmağa başlayırıq, bu dövrə Barokko dövrü 

deyilir. 

Barokko? Nə qəribə addı. 

“Barokko”  sözü  əvvəllər  qeyri-mütənasib  formalı  mirvarini 

adlandırmaq 

üçün 


işlədilirdi. 

Qeyri-mütənasiblik 

Barokko 

incəsənətinin  əsas  xüsusiyyətidi.  Harmonik  və  sadə  Renessans 

incəsənətindən fərqli olaraq, Barokko incəsənəti yüksək kontrastlı, bir-

birinə uyğun gəlməyən formalarla zəngin idi. Ümumiyyətlə, XVII əsr 

uyuşmaz  əksliklər  arasında  gərilmələrlə  xarakterizə  olunur.  Ona  bir 

tərəfdən Renessansın 

sonsuz  optimizmi,  digər  tərəfdənsə,  bu  dünyanın  zövq-  səfasından 

imtina edən dini inziva və tərki-dünya həyat xas idi. İnsan bir tərəfdən 

incəsənətdə və həyatda özünü təmtəraqlı və nəzərəçarpan şəkildə ifadə 

edir, digər tərəfdənsə dünyadan üz çevirir, rahib olurdu. 

Bir sözlə, həm möhtəşəm saraylar, həm də sadə monastırlar. 

Bəli, belə demək olar. Barokko dövrünün sevimli deyimlərindən biri 

latın ifadəsi olan “carpe diem” - “anı yaşa” idi. Geniş yayılmış başqa 

bir  latın  deyimi  isə  “memento  mori”  -  “unutma  ki,  öləcəksən”  idi. 

İncəsənətdə  bir  də  görürdün,  bir  rəsmdə  son  dərəcə  dəbdəbəli  həyat 

tərzi,  küncdə  isə  kiçik  bir  kəllə  təsviri  var  və  bu,  ölümü  xatırladırdı. 

Barokko  dövrü  əsasən  hədsiz  qürur  və  ədabazlıqla  səciyyələnirdi. 

Lakin eyni zamanda bir çox insanların fikri-zikri medalın o biri üzündə 

idi;  onları  şeylərin  fani  təbiəti  düşündürür,  bizi  əhatə  edən  bütün 

gözəlliklərin bir gün yox olacağını fikirləşirdilər. 

downloaded from KitabYurdu.org



207 

 

Doğrudu. Heç nəyin əbədi olmayacağı fikri adamı kədərləndirir. 



Deməli, sən də XVII əsrdəki bir çox insanlarla həmfikirsən. Barokko 

dövrü  siyasi  mənada  da  konfliktlər  dövrü  idi.  Avropada  müharibələr 

tüğyan edirdi. Ən dəhşətlisi Otuz illik müharibə idi ki, 1618-ci ildən 

1648-ci ilədək davam etmişdi. Əslində, bu, müharibələr zənciri idi və 

ən çox Almaniyaya təsir göstərmişdi. Otuz illik müharibənin də təsirilə 

Fransa tədricən Avropada hökmran rol əldə etdi. 

Bu müharibələr nəyə görə idi? 

Müharibələr  əsasən  protestantlarla  katoliklər  arasında  gedirdi. 

Amma bir əsas səbəbi də siyasi hakimiyyət uğrunda çəkişmə idi. 

Təxminən Livandakı kimi. 

Müharibələrdən başqa, XVII əsr böyük sinfi dəyişikliklər dövrü idi. 

Əminəm, sən fransız aristokratiyası və Versal sarayı haqda eşitmisən. 

Bilmirəm,  fransız  xalqının  da  yoxsulluğunun  o  vaxt  hansı  həddə 

çatdığını eşitmisənmi? Hər cür möhtəşəmlik hakimiyyət nümayişinin 

görsənişidi.  Tez-tez  deyirlər  ki,  Barokko  dövründə  siyasi  vəziyyət 

incəsənət  və  arxitekturada  əks  olunub.  Barokko  binaları  çoxlu 

dekorativ girinti-çıxıntılarla 

doludu.  Barokko  dövrünün  siyasi  həyatı  da  eynilə,  hiylələr,  sui- 

qəsdlər, intriqalarla xarakterizə olunur. 

Bir İsveç kralı da teatrda öldürülmüşdü, hə? 

Sən III Qustavı nəzərdə tutursan, məncə, çox gözəl misal çəkdin. O, 

Barokko  dövründən  sonra,  1792-ci  ildə  öldürüldü,  lakin  onun 

öldürülməsi  üsulu  xalis  barokkosayağı  idi.  O,  böyük  bir  bal-

maskaradda öldürülmüşdü. 

Elə bilirdim, bu, teatrda olub. 

Dediyim  bal  Opera  binasında  keçirilirdi.  Demək  olar  ki,  İsveçdə 

barokko dövrü III Qustavın sui-qəsdi ilə sona çatdı. Qustavın dövründə 

ondan  yüz  il  əvvəlki  XIV  Luisin  dövründə  olduğu  kimi,  “maarifçi 

despotizm” prinsipi hökm sürürdü. III Qustav da çox qürrəli adam idi, 

fransız mərasimlərini, nəcabətlilərin məclislərini sevirdi. Teatra da çox 

vurğundu... 

...və elə orada da öldürüldü. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   64   65   66   67   68   69   70   71   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə