Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə64/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   60   61   62   63   64   65   66   67   ...   154

192 

 

ya hərəkət etməyə davam edir”. O biri qanunu isə Qaliley maili müstəvi 



üzərində nümayiş etdirmişdi: “Bir cismə iki qüvvə eyni zamanda təsir 

edəndə cisim ellipsvari hərəkət edir”. 

Nyuton  bütün  planetlərin  niyə  Günəş  ətrafında  orbit  üzrə  hərəkət 

etdiyini belə izah edirdi? 

Bəli. Planetlər Günəş ətrafında ellipsvari orbitlər üzrə iki cür hərəkət 

edirlər: Günəş sistemi formalaşanda əldə etdikləri düzxətli hərəkət və 

cazibə səbəbindən Günəşə tərəf dartınma hərəkəti. 

Çox ağıllıdı. 

Çox.  Nyuton  cisimlərin  hərəkətinə  dair  qanunların  kainatın  hər 

tərəfinə  şamil  olunduğunu deyirdi.  Bununla  da  səmada  bir,  yerdə  isə 

başqa qanunların olması haqda orta əsrlər inancını 

ortadan qaldırdı. Heliosentrik dünyagörüşü beləliklə, son təsdiqini və 

izahını tapmış oldu. 

Alberto qalxıb maili lövhəni yerinə, çəkməcəyə qoydu. Sonra əyilib 

kürəni  yerdən  götürdü,  yerinə  deyil,  masanın  üstünə  onların  arasına 

qoymaqla kifayətləndi. 

Sofi bir parça əyri taxtadan və kürəcikdən nə qədər bilik əldə etdiyini 

düşünürdü.  Mürəkkəbə  batmış  kürəciyə  baxanda  gözünün  qarşısına 

Yer kürəsi gəldi. Birdən dilləndi: 

Və  insanlar  böyük  kainatda  hansısa  təsadüfi  bir  planetdə 

yaşadıqlarını qəbul etməli oldular? 

Bəli,  yeni  baxışlar  insanların  dünyagörüşündə  böyük  dəyişikliklər 

etdi.  Eynilə  Darvinin  insanın  heyvandan  əmələ  gəlməsini  sübut 

etməsindən  sonra  yaranmış  vəziyyət  kimi.  Hər  iki  halda  insanlıq 

yaradılışdakı  xüsusi  statusunun  bir  hissəsini  itirmiş  oldu.  Və  hər  iki 

halda Kilsə kəskinliklə bu yeni yanaşmalara qarşı çıxdı. 

Gözlənilən  reaksiyadı.  Axı  bütün  bu  işlərdə  Tanrı  yoxa  çıxmışdı. 

Yer mərkəzdə, Tanrı və planetlər yuxarıda olanda 

vəziyyət daha sadəydi. 

Amma  ən  böyük  məsələ  bu  deyil.  Nyuton  təbiət  qanunlarının 

kainatdakı hər şeyə  tətbiq olunduğunu sübut edəndə  adamlar düşünə 

bilərdi ki, bununla o, insanların Tanrının gücünə inamını qırır. Lakin 

downloaded from KitabYurdu.org



193 

 

Nyutonun  Tanrıya  öz  inamı  heç  vaxt  sarsılmamışdı.  O,  təbiət 



qanunlarına böyük və hər şeyə qadir Tanrının mövcudluğunun sübutu 

kimi yanaşırdı. İnsanın özünü qavramasına gəlincə, vəziyyət bir qədər 

mürəkkəbləşdi. 

Necə ki? 

Renessansdan  başlayaraq,  insanlar  özlərini  ucsuz-  bucaqsız 

qalaktikada  təsadüfi  bir  planetdə  yaşadıqları  fikrinə  alışdırmağa 

başladılar. Hərçənd, buna tam alışdığımıza əmin deyiləm. Amma hətta 

Renessans  dövründə  elələri  vardı  ki,  biz  insanların  əvvəlkindən  daha 

mərkəzi mövqeyə sahib olduğumuzu deyirdi. 

Başa düşmədim. 

Əvvəllər  Yer  dünyanın  mərkəzi  idi.  Amma  astronomlar  kainatın 

mütləq mərkəzinin olmadığını deyəndən sonra belə bir 

fikir ortaya çıxdı ki, nə qədər insan varsa, o qədər də mərkəz var. Hər 

bir insan kainatın mərkəzi ola bilər. 

İndi başa düşdüm. 

Renessans yeni bir dini baxışa da yol açdı. Fəlsəfə və elm ilahiyyatla 

əlaqəni  kəsdiyindən,  yeni  xristian  möminliyi  inkişaf  etdi.  Onda 

Renessansla  birlikdə  ortalığa  insana  yeni  bir  baxış  çıxdı.  Bu,  dini 

həyata da öz təsirini göstərdi. İnsanın Tanrıyla şəxsi əlaqəsi indi onun 

kilsəylə bir təşkilat kimi əlaqəsindən daha vacib sayılmağa başladı. 

Məsələn, gecə yatmazdan əvvəl dua etmək kimi şeylər. 

Bəli,  onun  kimi.  Orta  əsrlər  katolik  kilsəsində  latınca  ayinlər  və 

dualar Tanrıya ibadətin bel sütununu təşkil edirdi. Latınca olduğundan, 

yalnız  keşişlər  və  rahiblər  İncil  oxuya  bilirdilər.  Lakin  Renessans 

dövründə  İncil  ibrani  və  yunan  dillərindən  müxtəlif  xalqların  öz 

dillərinə  tərcümə  olundu.  Bu,  Reformasiya  adlandırdığımız  hadisə 

üçün son dərəcə vacib addım idi. 

Martin Çılpaqer... 

Bəli,  Martin  Çılpaqer  vacib  şəxsiyyətdi,  lakin  yeganə  reformator 

deyildi. Roma Katolik kilsəsində qalmaqla Reformasiyanı seçən kilsə 

islahatçıları da vardı. Onlardan biri Erazmus Rotterdamlı idi. 

Çılpaqer Katolik kilsəsindən ona görə ayrıldı ki, kilsədən pulla əfv 

downloaded from KitabYurdu.org



194 

 

satın almaq istəmədi, hə? 



Bu, səbəblərdən biri idi. Amma daha vacib səbəb vardı. Çılpaqerə 

görə,  insanların  Tanrının  əfvi  üçün  kilsənin  və  ya  onun  keşişlərinin 

vasitəçiliyinə  ehtiyacı  yoxdu.  Günahların  bağışlanması  üçün  kilsəyə 

pul ödəmək bunun yanında nə idi ki! Zatən katoliklikdə pulla əfv almaq 

XVI əsrin ikinci yarısından ləğv olundu. 

Yəqin Tanrı buna çox sevinib. 

Ümumiyyətlə, Çılpaqer Orta əsrlərdə kilsədə kök salmış bir çox dini 

adətlər və ehkamları rədd edirdi. O, Əhdi-Cədiddəki ilkin xristianlığa 

qayıtmaq  istəyirdi.  “Yalnız  müqəddəs  kitab”  deyirdi.  Renessans 

humanistləri  antik  incəsənət  və  mədəniyyət  mənbələrinə  dönmək 

istədikləri  kimi,  Çılpaqer  də  bu  şüarla  Xristianlığın  “mənbəyinə” 

dönmək istəyirdi. Çılpaqer İncili 

alman  dilinə  çevirmişdi,  bununla  da  alman  yazılı  dilinin  əsasını 

qoymuşdu. Beləliklə, hər bir insan İncili oxuya biləcək və hərə özünün 

keşişi olacaqdı. 

Öz-özünün keşişi? Bir az ağ etmirdi? 

Onu nəzərdə tuturdu ki, rahiblər, keşişlər Tanrının nəzərində başqa 

insanlardan 

heç 

bir 


üstünlüyə 

malik 


deyillər. 

Çılpaqerin 

protestantlığında da dini mərasimlərin keçirilməsi, rahiblərin gündəlik 

tapşırıqları  kimi  praktik  məsələlərə  görə,  keşişlər  olurdu.  Amma 

Çılpaqer  kiminsə  Tanrıdan  əfv  və  qurtuluş  alması  üçün  kilsə 

mərasimlərinə ehtiyac olmadığını düşünürdü. Deyirdi ki, insan yalnız 

iman vasitəsilə Tanrıdan bağışlanmağı və qurtuluşu “havayı” ala bilər. 

O bu nəticəyə İncili oxuyaraq gəlmişdi. 

Onda Çılpaqer əsl Renessans insanı olub. 

Həm hə, hə də yox. Ona xas olan səciyyəvi Renessans xüsusiyyəti 

insana  və  insanın  Tanrı  ilə  şəxsi  əlaqəsinə  əhəmiyyət  verməsi  idi. 

Bundan  başqa,  o,  otuz  beş  yaşında  yunan  dili  öyrənməyə  və  İncili 

yunan  versiyasından  alman  dilinə  çevirmək  kimi  ağır  işlərin  altına 

girmişdi ki, bu da 

Renessans  insanının  səciyyəvi  cəhəti  idi.  Latın  dilinə  yox,  öz  dilinə 

üstünlük  verməsi  Renessansın  belə  cəhətlərindən  biridir.  Lakin 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə