Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə61/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   57   58   59   60   61   62   63   64   ...   154

183 

 

ideyaya  panteizm  deyilir.  Orta  əsrlərin  filosofları  Tanrı  və  onun 



yaratdığı aləm arasında aşılmaz sərhəd olmasında israr edirdilər. İndi 

isə “təbiətin ilahi bir şey olduğu”, hətta təbiətin “Tanrının çiçəkləməsi” 

olduğunu demək olardı. 

Bu  növ  ideyalara  kilsə  həmişə  isti  yanaşmırdı.  Cordano  Brunonun 

taleyi buna dramatik nümunədir. O, təkcə Tanrının təbiətdə olduğunu 

bəyan etmir, həmçinin kainatın sonsuz olduğuna inanırdı. Buna görə də 

çox sərt cəzalandırıldı. 

Necə? 


O, 1600-cü ildə Romanın Gül bazarında çatılmış tonqalda yandırıldı. 

Səfehlər! Nə qorxuncdur! Budur, humanizm dediyin? 

Yox,  əsla.  Humanist  Bruno  idi,  onun  cəlladları  yox.  Renessans 

zamanı  antihumanizm  də  qol-qanad  açmışdı.  Bununla  dövlətin  və 

kilsənin  avtoritar  gücünü  nəzərdə  tuturam.  Renessans  zamanı 

cadugərləri,  bidətçiləri,  sehrbaz  və  mövhumatçıları  yandırmaq,  qanlı 

dini  müharibələr  və  birdə  Amerikanın  qəddarlıqla  fəth  edilməsi  kimi 

vəhşətlər baş verib. 

Axı humanizmin həmişə qaranlıq tərəfi də olub. Tarixin heç bir dövrü 

xalis yaxşı və ya xalis pis deyil. Xeyir və şər qoşa relslər kimi bütün 

bəşər  tarixindən  keçir.  Bəzənsə  onlar  bir-birinə  dolaşır.  Bu,  indi 

danışacağımız, Renessans dövründə meydana gəlmiş yeni elmi metoda 

da aiddi. 

Fabriklər tikilən vaxt? 

Yox, hələ yox. Renessansdan sonra gələn texniki inkişafın təməlini 

yeni  elmi  metod  təşkil  edir.  Bununla  mən  elmin  nə  olmasına  dair 

tamamilə  yeni  bir  anlayışın  ortaya  çıxdığını  bildirmək  istəyirəm.  Bu 

metod vaxt keçdikcə texniki bəhrələrini verməyə başladı. 

Nə idi bu yeni metod? 

Bu  metod  ilk  növbədə  təbiətin  duyğularımız  vasitəsilə  tədqiq 

edilməsini  nəzərdə  tutur.  Hələ  on  dördüncü  yüzildən  başlayaraq,  bir 

çox mütəfəkkirlər istər dini doktrina olsun, istərsə də Aristotelin təbiət 

fəlsəfəsi  -  köhnə  hökmlərə  kor-  koranə  etiqada  qarşı  çıxırdılar. 

Problemlərin  yalnız  düşünməklə  həll  edilə  biləcəyinə  qarşı  etirazlar 

downloaded from KitabYurdu.org



184 

 

yüksəlirdi.  Məntiqin  gücünə  şişirdilmiş  inam  bütün  Orta  əsrlərdə 



yayğın dünyagörüşü idi. 

İndi isə deyirdilər ki, təbiət fenomenlərinin hər bir tədqiqi müşahidəyə, 

təcrübəyə və eksperimentə əsaslanmalıdır. Bu metoda empirik metod 

deyilir. 

Yəni? 

Yəni  şeylər  haqda  tozlu  perqamentlər  və  dəfələrlə  düşünülmüş 



düşüncələrdən  deyil,  öz  təcrübəmizdən  çıxış  edərək,  bilik  qazana 

bilərik.  Empirik  bilik  -  məsələn,  Aristotelin  təbiətə  dair  bir  çox 

baxışları,  antik  dövrdə  də  məlum  idi.  Lakin  sistemli  eksperimentlər 

Renessans dövründə ortaya çıxdı. 

İndiki kimi inkişaf etmiş texniki cihazlar yox idi o vaxt, məncə, hə? 

Əlbəttə, onların əlində nə kalkulyator, nə də elektron xəritələri vardı. 

Amma onların riyaziyyatı və cədvəlləri yox deyildi. Elmi müşahidələri 

dəqiq riyazi terminlərlə ifadə etmək məcburi idi. “Ölçülməsi mümkün 

olanı ölç, ölçülməsi mümkün olmayanı ölçülən et” XVII əsrin ən böyük 

alimlərindən olan italyan Qalileo Qaliley belə deyirdi. Deyirdi ki, təbiət 

kitabı riyazi dildə yazılıb. 

Və bütün bu eksperimentlər, ölçülər yeni ixtiraları mümkün 

etdi. 

İlk addım yeni elmi metod idi. Bu, texniki inqilaba, texniki inqilabsa 



yeni  ixtiralara  yol  açdı.  İnsan  təbiətin  ona  qoyduğu  şərtlərlə 

hesablaşmaqdan  qurtulurdu.  Təbiət  artıq  insanın  sadəcə  bir  hissəsi 

olduğu deyil, eyni zamanda faydalana biləcəyi şey idi. İngilis filosofu 

Frensis  Bekon  “Bilik  gücdür”  -  deyirdi.  Bekon,  beləliklə,  biliyin 

praktiki faydası olduğunu bəyan edirdi ki, bu da insanlıq üçün yenilik 

idi. İnsan ciddi şəkildə təbiətə müdaxilə etməyə və onu nəzarət altına 

almağa başlamışdı. 

Amma bunun nəticəsi təkcə xeyir olmadı, yox? 

Elədir,  ziyanları  da  oldu.  Bayaq  dediyim  kimi,  insanın  etdiyi  hər 

şeydə xeyir və şər, yaxşılıq və ziyan bir-birinə qarışmış olur. Renessans 

dövründə  başlayan  texniki  inqilab  Cenni  cəhrəsilə  yanaşı  işsizliyə, 

dərmanlarla  yanaşı,  yeni  xəstəliklərə,  kənd  təsərrüfatının  yüksələn 

downloaded from KitabYurdu.org



185 

 

məhsuldarlığıyla  yanaşı,  ətraf  mühitin  korlanmasına,  paltaryuyan 



maşın,  soyuducu  kimi  cihazlarla  yanaşı  çirklənməyə,  sənaye 

tullantılarına gətirib 

çıxardı.  Bu  gün  üzləşdiyimiz  ciddi  ətraf  mühit  təhlükəsinə  görə,  bir 

çoxları  texniki  inqilabı,  təbii  şərtlərdən  təhlükəli  uzaqlaşmanı  səbəb 

göstərir.  Onların  fikrincə,  insanlıq  daha  heç  vaxt  nəzarət  altına  ala 

bilməyəcəyimiz  bir  mərhələyə  girib.  Optimistlər  isə  düşünür  ki,  biz 

hələ texnologiyanın uşaqlıq dövrünü yaşayırıq, insanlıq tədricən təbiəti 

və deməli, özümüzü təhlükəyə atmadan idarə etməyi öyrənəcək. 

Sən hansının tərəfindəsən? 

Məncə,  hər  iki  baxışda  həqiqət  var.  Bəzi  sahələrdə  insan  təbiətə 

müdaxiləni  dayandırmalıdır,  bəzi  sahələrdə  isə  təbiətə  müdaxilə  o 

qədər də təhlükəli deyil. Bir şey dəqiqdir: Orta əsrlərə dönüş yoxdur. 

Renessansdan  başlayaraq,  insan  varlığın  yalnız  bir  hissəsi  olmaqla 

kifayətlənməyib, təbiətə müdaxilə edib və onu istədiyi şəklə salıb. Bu 

da bizə insanın necə müdhiş bir varlıq olduğunu göstərir. 

Biz  artıq  Ayda  da  olmuşuq.  Orta  əsrlərdə  insan  bunun 

mümkünlüyünə inanardı?! 

Yox, şübhəsiz. Bu bizə yeni dünyagörüşü bəxş etdi. Orta əsrlərdə 

insanlar göyün altında durub Günəşə, Aya, ulduzlara, 

planetlərə baxırdılar. Amma heç kəs Yerin kainatın mərkəzi olmasına 

şübhə  etmirdi.  Heç  bir  müşahidə  Yerin  dayanması,  “səma 

cisimləri”ninsə  onun  ətrafında  səyahət  etməsi  fikrinə  şübhə  toxumu 

əkmirdi.  Buna  geosentrik  dünya  mənzərəsi  deyilir,  başqa  sözlə,  hər 

şeyin Yerin ətrafında fırlanmasına inam. Xristian inancı da bu dünya 

mənzərəsini  dəstəkləyirdi.  Tanrı  yuxarıdadır,  oradan  bütün  göy 

cisimlərini idarə edir. 

Kaş hər şey bu qədər sadə olaydı! 

Amma 1543-cü ildə “Göy cisimlərinin hərəkəti haqqında” adlı kiçik 

bir  kitab  nəşr  olundu.  Kitabın  müəllifi,  kitab  çıxan  gün  vəfat  edən 

polyak  astronomu  Nikolay  Kopernik  idi.  Kopernik  Günəşin  Yerin 

ətrafında  deyil,  Yerin  Günəş  ətrafında  fırlandığını  deyirdi.  O, 

düşünürdü ki, bunu sadəcə səma cisimlərini müşahidə etməklə bilmək 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   57   58   59   60   61   62   63   64   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə