Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə60/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   56   57   58   59   60   61   62   63   ...   154

180 

 

O qədər qədimdi, bəli. Və bu üç kəşf - kompas, odlu silah və mətbəə 



çapı - Renessans adlandırdığımız bu yeni dövrün əsas zəminləridi. 

Bir az da açıqlaya bilərsən? 

Kompasın  ixtira  olunması  gəmi  səyahətlərini  asanlaşdırdı.  Başqa 

sözlə,  bu,  böyük  kəşfiyyat  dəniz  səyahətlərinin  əsasını  qoydu.  Odlu 

silahlar  da  beləcə.  Yeni  tüfənglər  Avropa  hərbçilərinə  Amerika  və 

Asiya mədəniyyətləri üzərində üstünlük verirdi. Avropanın özündə də 

tüfəng  vacib  idi.  Kitab  çapı  Renessans  humanistlərinin  ideyalarının 

yayılmasında  vacib  rol  oynayırdı.  Mətbəə  kilsəni  əvvəlki  -  bilik 

üzərində  inhisarçısı  rolundan  çəkilməyə  vadar  edən  amillərdən  idi. 

Yeni  ixtiralar  və  alətlər  getdikcə  çoxalırdı.  İxtira  edilən  əsas 

cihazlardan biri astronomiya üçün tamamilə yeni qapılar açan teleskop 

idi. 


Və bu, gətirib raketlərə və kosmik peyklərə çıxardı. 

Sən çox sürətlə gedirsən. Amma deyə bilərsən ki, Renessans zamanı 

insanları  Aya  aparıb  çıxaran  proses  başladı.  Bu  prosesin  bir  ucu 

Xerosima və Naqasaki faciəsinə də gedib çıxdı. Hər halda bütün bunlar 

əvvəlcə mədəni və iqtisadi cəbhədə başlanmışdı. Orta əsrlərin sonlarına 

doğru mübadilə iqtisadiyyatından pul iqtisadiyyatına keçilmişdi, yeni 

malların,  əl  sənətlərinin  effektiv  canlı  ticarəti,  pul  iqtisadiyyatı  və 

banklara əsaslanan şəhərlər inkişaf etdi. Həyatın başlıca şərtlərinə dair 

müəyyən  azadlığı  olan  orta  sinif  meydana  gəldi.  Zərurətlər  pul 

qarşılığında alınabilən oldu. İnsanların çalışqanlığını, təxəyyülünü və 

yaradıcılığını qiymətləndirən vəziyyət yarandı. Beləcə, insandan yeni 

şeylər gözləməyə başladılar. 

Adamın ağlına iki min il əvvəl meydana gələn yunan şəhərləri gəlir. 

Doğrudur.  Sənə  yunan  fəlsəfəsinin  özünü  kəndli  mədəniyyətində 

yaşayan mifik dünyagörüşdən necə ayırdığını danışmışdım. Renessans 

dövründə  də  orta  sinif  özünü  bənzər  şəkildə  feodal  ağalarından  və 

kilsənin hökmranlığından ayıra 

bildi. Bu, İspaniyada ərəblərlə və şərqdə Bizans mədəniyyəti ilə daha 

yaxın ünsiyyət vasitəsilə yunan mədəniyyətinin yenidən kəşf edilməsi 

dövrüdü. 

downloaded from KitabYurdu.org



181 

 

Antik dövrdən gələn üç ayrı axın yenidən birləşərək böyük bir çaya 



çevrildi. 

Diqqətli  şagirdsən.  Renessansın  arxa  planı  haqda  bu  qədər  bəsdi. 

İndi sənə yeni ideyalar haqda danışacağam. 

Çox yaxşı. Tez danış ki, evə gedib axşam yeməyinə çatım. 

Alberto yenidən divana oturdu. Sofiyə baxdı. 

Renessans  hər  şeydən  əvvəl,  insana  yeni  bir  baxış  ortaya  qoydu. 

Renessans humanistləri elə hey insanın günahkar təbiətindən danışan 

orta əsrlərin əksinə, insana və insanın dəyərinə yeni inam gətirdi. İndi 

insan  son  dərəcə  qüdrətli  və  dəyərli  hesab  edilirdi.  Renessansın  əsas 

simalarından biri “Ey insan cildində müqəddəs varlıq, özünü dərk et!” 

deyən  Marsilio  Fiçino  idi.  Digər  bir  humanist  sima  Piko  della 

Mirandola “İnsan ləyaqəti haqda çıxış” əsərini yazdı. Bu əsəri yazmaq 

Orta əsrlərdə ağla da gətirilə bilməzdi. Bütün orta əsrlərdə çıxış 

nöqtəsi  Tanrı  olmuşdu.  Renessans  humanistləri  üçünsə  çıxış  nöqtəsi 

insan idi. 

Amma bunu yunan filosofları da ediblər. 

Elə ona görə də antik humanizmin yenidən doğulmasından danışırıq. 

Renessans  humanizmi  fərdiyyətçiliyə  antik  dövrün  humanizmindən 

daha  çox  əhəmiyyət  verirdi.  Biz  təkcə  insan  deyilik,  biz  unikal 

fərdlərik.  Bu  düşüncə  insan  dühasına  sonsuz  pərəstişə  yol  açırdı. 

Renessans  insanı  adlandırdığımız  insan  həyatın,  incəsənətin,  elmin 

bütün sahələrindən başı çıxan universal  dühalı ideal insan idi. İnsana 

yeni baxış insanın anatomiyasına da maraq göstərirdi. Antik dövrdəki 

kimi,  yenə  də  ölüləri  kəsib  doğrayırdılar  ki,  insan  bədəninin  necə 

qurulduğunu bilsinlər. Bu, həm  tibb, həm də  incəsənət üçün  mühüm 

idi. Çılpaq insan təsviri incəsənət əsərlərində yenidən yayğınlaşdı. Min 

illik hədsiz iffət, utancaqlıq dəbindən sonra insan yenidən özü olmağa 

cürətlənmişdi. Daha utanmalı bir şey yox idi. 

Elə bil xoşbəxtlikdən sərxoş olublar, - Sofi özüylə filosof arasındakı 

kiçik masaya qollarını dayayıb dedi. 

Yox deyə bilmərəm. İnsana yeni baxış yepyeni dünyagörüşü gətirdi. 

Artıq insanlar yalnız Tanrının xatirinə mövcud deyildilər. İnsan artıq 

downloaded from KitabYurdu.org



182 

 

həyatdan zövq ala bilərdi. İnkişaf imkanları sonsuz idi. Məqsəd bütün 



sərhədləri aşmaqdı. Bu, antik yunan humanistləri baxımından yenilik 

idi;  çünki  antik  dövrün  humanistləri  sakitlik,  mülayimlik,  üzüyolalıq 

kimi dəyərlərin vacibliyini vurğulayırdılar. 

Renessans humanistləri isə bu dəyərləri atmışdılar? 

Ən  azından,  üzüyola  olduqlarını  demək  olmaz.  Onlar  elə 

davranırdılar, sanki dünya yenidən oyanıb. Dövrlərini son dərəcə ayıq 

izləyirdilər  ki,  bu  da  antik  dövrlə  onların  öz  dövrü  arasındakı  əsrləri 

bildirmək  üçün  “orta  əsrlər”  terminini  yaratmalarına  gətirdi.  Həyatın 

bütün  sahələrində  tayı-bərabəri  olmayan  inkişaf  vardı.  İncəsənət, 

arxitektura,  ədəbiyyat,  musiqi,  fəlsəfə  və  elm  əvvəllər  olmadığı  kimi 

çiçəklənirdi.  Konkret  bir  nümunə  gətirəcəyəm.  Biz  “şəhərlər  şəhəri”, 

“kainatın göbəyi” kimi adlarla öyülən Antik Romadan danışmışıq. Orta 

əsrlərdə bu şəhər çox zəifləmişdi və 1417-ci ildə qədim paytaxtın cəmi 

17 min nəfər sakini vardı. 

Hildenin yaşadığı Lillesanddan çox deyilmiş. 

Renessans  humanistləri  Romanı  bərpa  etməyi  özləri  üçün  mədəni 

öhdəlik  saydılar.  Əvvəlcə  həvari  Pyotrun  məzarı  üstündə  böyük 

Müqəddəs  Pyotr  kilsəsinin  inşaatına  başladılar.  Müqəddəs  Pyotr 

kilsəsindən danışanda təvazökarlıqdan söz açmaq olmaz. Renessansın 

bir  çox  nəhəng  sənətkarları  dünyanın  ən  iri  binası  olan  bu  binanın 

layihəsində iştirak ediblər. 1506-cı ildə başlanan tikinti işləri yüz iyirmi 

il  davam  edib,  növbəti  əlli  ildə  isə  kilsənin  qarşısındakı  nəhəng 

Müqəddəs Pyotr Meydanı tamamlanıb. 

Yəqin çox nəhəng kilsədir! 

Eni  200  metrdən,  hündürlüyü  130  metrdən  artıqdır  və  16  min 

kvadrat  metrdən  çox  ərazini  əhatə  edir.  Renessans  dövrü  insanının 

cəsarəti haqda hələlik bu qədər bəsdir. Renessansın yeni təbiət baxışı 

gətirməsi də əhəmiyyətli oldu. İnsanın dünyada özünü  evindəki kimi 

hiss etməsi və həyatı təkcə axirətə hazırlıq kimi görməməsi fiziki aləmə 

tamamilə  yeni  bir  yanaşma  yaratdı.  İndi  təbiətə  pozitiv  bir  şey  kimi 

hörmət edilirdi. Çoxları Tanrının öz yaratdıqlarında da təmsil 

olunmasına inanırdı. O, sonsuzdursa, deməli, hər yerdə olmalıydı. Bu 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   56   57   58   59   60   61   62   63   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə