Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə56/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   52   53   54   55   56   57   58   59   ...   154

168 

 

Adamın tükü ürpəşir! - Sofinin dilindən nida qopdu. Əliylə ağzını 



örtdü. Alberto gözucu ona baxdı və Sofi davam etdi: 

Dünən Hildenin atasından bir açıqca da gəldi. Sofinin bir- iki həftəsi 

bizim üçün həmin müddət olmaya bilər, - yazır. Bu, sənin Tanrı haqda 

dediyinə necə də oxşayır! 

Sofi  qəhvəyi  başlığının  altında  Albertonun  sifətinin  qəfildən 

tutulduğunu gördü. 

O, utanmalıdır! 

Sofi  onun  nəyi  nəzərdə  tutduğunu  başa  düşmədi.  Alberto  davam 

etdi: 

Təəssüf  ki,  Akvinalı  Aristotelin  qadınlar  haqda  baxışlarını  da 



mənimsəmişdi. Yəqin Aristotelin qadının baş tutmamış, yarımçıq kişi 

olması haqda fikri yadındadır. O, həmçinin fikirləşirdi ki, uşaqlar irsən 

yalnız  atanın  xasiyyətini  alırlar,  çünki  qadın  passiv  və  alıcı,  kişi  isə 

aktiv  və  yaradıcıdır.  Akvinalıya  görə,  bu  sözlər  İncilin  sözlərinə 

tamamilə  uyğun  gəlir.  İncil  də  qadının  Adəmin  qabırğasından 

yarandığını bəyan edirdi. 

Cəfəngiyyata bax! 

Maraqlıdır ki, məməlilərdə dişi yumurtanın varlığı ilk dəfə 1827-ci 

ildə  kəşf  edilmişdi.  Ona  görə  də  həmin  ilədək  camaatın  çoxalmada 

kişilərin yaradıcı, həyatverici qüvvə olduğunu güman etməsi bəlkə də 

başadüşüləndir.  Bundan  başqa  qeyd  edə  bilərik  ki,  Akvinalıya  görə, 

qadınlar yalnız təbii varlıq kimi kişilərdən aşağıdır. Ruha gəlincə isə, 

kişi  ruhu  ilə  qadın  ruhu  bərabərdir.  Cənnətdə  cinslər  tamamilə 

bərabərdir, çünki onda bütün fiziki fərqlər orada ortadan qalxır. 

Boş təsəllidir. Orta əsrlərdə hər hansı bir qadın filosof olmayıb? 

Orta  əsrlərdə  kilsənin  həyatına  kişilər  söz  sahibi  idi.  Amma  bu  o 

demək  deyil  ki,  qadın  mütəfəkkir  olmayıb.  Onlardan  biri  Bincenli 

Hildeqard idi... 

Sofinin gözləri bərəldi: 

Onun bizim Hildeylə bir əlaqəsi var? 

Yaxşı  görək,  bu  nə  sualdır.  Hildegard  1098-ci  ildən  1179-  cu  ilə 

qədər Reyn vadisində yaşamış rahibədir. Qadın olsa da, vaizlik eləyib. 

downloaded from KitabYurdu.org



169 

 

Həm  də  yazıçı,  həkim,  botanika  və  təbiət  mütəxəssisi  idi.  O,  sanki 



qadınların, hətta Orta əsrlərdə də, ən bacarıqlı, elmli olmaları faktına 

bir nümunədir. 

Hildenin onun adıyla bir əlaqəsi olub-olmadığını soruşmuşdum. 

Qədim xristian və yəhudi inancına görə, Tanrı təkcə kişi deyil, Onun 

qadın tərəfi və ya “ana təbiəti” də var. Çünki qadınlar da Tanrıyabənzər 

yaradılıblar. Yunan dilində Tanrının bu qadın tərəfinə Sofiya deyilir. 

“Sofiya” və ya “Sofi” müdriklik deməkdir. 

Sofi başını tərpətdi. Niyə əvvəllər ona bunu deyən olmamışdı?! Bəs 

özü niyə heç vaxt soruşmamışdı?! Alberto davam etdi: 

Sofiya,  yaxud  Tanrının  analıq  təbiətinə  inam  Orta  əsrlərdə  həm 

yəhudilər  arasında,  həm  də  Yunan  Ortodoks  Kilsəsində  əhəmiyyətə 

malik  idi.  Qərbdə  isə  Tanrının  bu  tərəfi  unudulmuşdu.  Amma  sonra 

Hildeqard  irəli  çıxır,  bəzək-düzəkli  Sofiyanın  onun  gözünə 

göründüyünü bəyan edir. 

Sofi ayağa qalxdı: 

Bəlkə mən də Hildenin gözünə görünürəm. 

Yenidən oturdu. Alberto üçüncü dəfə əlini onun çiyninə qoydu. 

Bəli, bu məsələylə ciddi məşğul olmalıyıq. Amma indi saat 1-ə az 

qalıb.  Sən  evə  getməlisən,  dövrsə  dəyişməlidir.  Renessans  haqda 

danışmaq üçün Hermes gəlib səni yanıma gətirər. 

Qəribə  keşiş  bunu  deyib  ayağa  qalxdı  və  kilsəyə  tərəf  addımladı. 

Sofi olduğu yerdə Hildeqard və Sofiya, Hilde və Sofi 

haqda fikirlərilə qaldı. Qəfildən ağlına bir şey gəldi, dik atıldı və keşiş 

geyimli filosofa tərəf yüyürdü: 

Orta əsrlərdə Alberto adlı adam da olub? 

Alberto addımlarını yavaşıtdı, başını Sofiyə çevirib dedi: 

Akvinalı  Fomanın  məşhur  bir  fəlsəfə  müəllimi  vardı,  adı  Böyük 

Alberto idi... 

Bunu  deyib  başını  aşağı  əydi  və  Müqəddəs  Mariya  Kilsəsinin 

qapısından içəri girib görünməz oldu. 

Onun  cavabı  Sofini  qane  etmədiyindən  arxasınca  kilsəyə  girdi. 

Amma kilsə bomboş idi. Alberto yerəmi girmişdi, göyəmi çıxmışdı?! 

downloaded from KitabYurdu.org



170 

 

Kilsədən  çıxhaçıxda  gözünə  Məryəmin  böyük  bir  rəsmi  sataşdı. 



Yaxınlaşıb  rəsmə  baxmağa  başladı.  Qəfildən  Məryəmin  bir  gözünün 

altında yaş damlası gördü. Bu göz yaşı idimi, Məryəm ağlayırdımı?! 

Sofi özünü kilsədən bayıra atdı və Coannagilə qaçmağa başladı. 

Renessans 

... Ey insan cildindəki müqəddəs varlıq... 

Sofi  qaça-qaça  təngnəfəs  Coannagilin  darvazasına  çatanda  saat  2-

nin yarısı idi. Coanna sarı kirəmitli evlərinin darvazasında dayanıb yola 

baxırdı. 

Beş saatdı getmisən! - Coanna özündən çıxdı. 

Sofi başını tərpətdi: 

Yox, min ildən çoxdur ki, getmişəm. 

Hara getmişdin sən axı? Dəli olmusan. Anan saat yarım əvvəl zəng 

vurmuşdu. 

Nə dedin ona? 

Dedim  ki,  aptekə  getmisən.  Dedi,  qayıdanda  mənə  zəng  etsin. 

Amma  sən  mənim  atamla  anamı  görəydin,  səhər  saat  onda  əllərində 

kakao və bulka ilə otağıma gəlmişdilər.. Sənin yerin boş idi. 

Onlara nə dedin? 

Çox utandım, amma dava etdiyimizi, sənin də çıxıb getdiyini dedim. 

Onda  yaxşısı  budur,  tələsib  yenidən  dost  olaq.  Amma  sənin 

anangillə mənim anamı bir neçə gün bir-birlərindən aralı saxlamalıyıq, 

oldumu? 


Coanna  çiyinlərini  çəkdi.  Elə  həmin  vaxt  atası  üçtəkərli  zibil 

arabasını sürə-sürə yanlarından keçdi. Əynində önlük vardı. Keçən ilki 

yarpaqları, budaqları təmizləyirdi. 

Aha, görürəm, yenə dostlaşdınız. Çox yaxşı. Görüm pilləkəndə bir 

dənə yarpaq tapa bilərsiz? 

Doğrudan da, bir dənə də yarpaq yoxdur yerdə, - Sofi dedi, - Onda 

kakaomuzu çarpayı əvəzinə pilləkəndə oturub içərik. 

Elə  bil  Coannanın  başından  qaynar  su  tökdülər,  Coannanın  atası 

əsəbiliklə güldü. Necə olmasa, maliyyə müvəkkili cənab İncebriqsten 

və onun xanımının zəngin ailəsində danışılan dil Sofigildəkindən çox 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   52   53   54   55   56   57   58   59   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə