Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə55/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   51   52   53   54   55   56   57   58   ...   154

165 

 

bir tərəfinə ağlımız və hislərimizlə çata bilərik. Aristotel həqiqətin bu 



tərəfinə  bitki  və  heyvanlar  aləmini  təsvir  edərkən  toxunur.  Həqiqətin 

başqa  bir  tərəfi  də  var  ki,  buna  yalnız  Tanrının  bizə  İncil  vasitəsilə 

verdiyi inamla çata bilərik. Amma həqiqətin bu iki tərəfi əhəmiyyətli 

nöqtələrdə bir-birini 

tamamlayır. Bir çox məsələlərdə İncil və ağıl bizə tamamilə eyni şey 

deyir. 


Tanrının mövcud olması kimi? 

Bəli.  Aristotelin  fəlsəfəsi  də  Tanrının  -  yaxud  bütün  təbiət 

proseslərinə təkan verən bir formal səbəbin - mövcud olduğunu deyir. 

Lakin o, Tanrının əlavə heç bir təsvirini vermir. Bu məsələdə biz İncilə 

və İsanın təlimlərinə üz tutmalıyıq. 

Tanrının varlığı bu qədər dəqiq, tam mütləq həqiqətdir? 

Bunu  müzakirə  etmək  olar.  Lakin  hətta  indi  də  bir  çox  insanlar 

razılaşırlar  ki,  insan  əqli  Tanrının  varlığını  yalanlamağa  qadir  deyil. 

Akvinalı  bir  qədər  də  uzağa  gedərək,  Tanrının  varlığını  Aristotelin 

fəlsəfəsi əsasında sübut etmək üçün qollarını çırmaladı. 

İşə bir bax. 

O,  bildirirdi  ki,  biz  ağlımızla  ətrafımızdakı  hər  şeyin  bir  “formal 

səbəbi, “ilk təkanl olduğunu deyə bilərik. Tanrı özünü bəşəriyyətə həm 

İncil,  həm  də  əql  vasitəsilə  bəlli  edir.  Ona  görə  də  həm  “inam 

ilahiyyatı”, həm də “təbii ilahiyyat” var. Eyni şey əxlaqa da aiddir. İncil 

bizə necə yaşamalı olduğumuz haqda 

Tanrının istəklərini öyrədir. Lakin Tanrı bizə həm də doğru və yanlışı 

“təbii” əsasda ayırd etməyimiz üçün vicdan verib. Mənəvi həyatın da 

“iki  yol”u  var.  İncilin  “başqasının  sizə  necə  davranmasını 

istəyirsinizsə,  özünüz  də  onlara  o  cür  davranın”  sözlərini  oxumasaq 

belə,  insanlara  ziyan  verməyin  düzgün  olmadığını  bilirik.  Amma 

burada ən yaxşı bələdçi İncilin əmrləridir. 

Aydın oldu. İldırım çaxdığını həm şimşəyin işığını görməklə, həm 

də göy gurultusunu eşitməklə anladığımız kimi. 

Doğrudur! Kor olsaq, göy gurultusunu eşidər, kar olsaq, şimşəyin 

işığını görə bilərik. Əlbəttə, yaxşı olardı ki, həm görək, həm də eşidək. 

downloaded from KitabYurdu.org



166 

 

Lakin gördüyümüzlə eşitdiyimiz arasında ziddiyyət yoxdur. Əksinə, bu 



iki təəssürat bir-birini tamamlayır, gücləndirir. 

Aydındır. 

Qoy bir misal da gətirim. Tutalım, sən roman oxuyursan. Məsələn, 

Knut Hamsunun “Viktoriya” romanını... 

Əslində onu oxumuşam. 

Səndə elə bir hiss varmı ki, kitabı oxumaqla sən onun müəllifi haqda 

nəsə bildin. 

Bilirəm ki, onu yazan bir insan var. 

Elə bu? 

Sevgi məsələsində çox romantik olduğunu deyə bilərəm. 

Sən  kitabı  oxuyandan  müəllifinin  təbiəti  haqda  da  nə  isə  bilməyə 

başlayırsan. Amma əsəri oxuyanda sən müəllif haqqında hər hansı şəxsi 

məlumatı bilə bilmirsən. ‘‘Viktoriya”nı oxumaqla müəllifin onu neçə 

yaşı  olanda  yazdığını,  harada  yaşadığını,  necə  uşağı  olduğunu  deyə 

bilərsən? 

Əlbəttə ki yox. 

Lakin  sən  bu  məlumatları  Knut  Hamsunun  tərcümeyi-  halına  həsr 

olunmuş mənbələrdə tapa bilərsən. Yalnız tərcümeyi-halını oxuyanda 

müəllifi şəxsən daha yaxşı tanımış olursan. 

Doğrudur. 

Tanrının yaratdıqları və İncil arasında da belə bir əlaqə var. Biz bu 

dünyada sadəcə gəzməklə Tanrının olduğunu bilə bilərik. Görə bilərik 

ki, O, çiçəkləri və heyvanları sevir, əks 

təqdirdə  onları  yaratmazdı.  Lakin  Tanrının  şəxsinə  dair  məlumatlara 

yalnız İncildə, yaxud Tanrının tərcümeyi-halında rast gələ bilərik. 

Yaxşı nümunələr gətirirsən. 

Hmm... 

İlk dəfə idi ki, Alberto cavab vermir, sadəcə fikrə gedirdi. 



Bütün  bunların  Hildeyə  aidiyyəti  var?  -  Sofi  soruşmaqdan  özünü 

saxlaya bilmədi. 

Biz Hildenin ümumiyyətlə olub-olmadığına əmin deyilik. 

Amma ona aid dəlillərin orda-burda qaşımıza qoyulduğuna əminik. 

downloaded from KitabYurdu.org



167 

 

Açıqcalar, ipək şarf, yaşıl pulqabı, corab... 



Alberto başını tərpədərək dedi: 

Və elə görünür ki, hələ bundan sonra da nə qədər iz görəcəyimizə 

Hildenin atası qərar verir. İndilik yalnız onu bilirik ki, bizə çoxlu açıqca 

göndərən bir adam  var. Kaş özü haqda da nə isə yazaydı. Nə isə, bu 

mövzuya sonra qayıdarıq. 

Saat on ikidir. Orta əsrlər sona çatmamış evə çatmalıyam! 

Akvinalının Aristotelin fəlsəfəsinin kilsə ilahiyyatına zidd olmayan 

yerlərini  necə  mənimsədiyi  haqda  bir  az  da  danışım,  sonra.  Bura 

Aristotelin məntiqi, bilik nəzəriyyəsi və təbiət fəlsəfəsi haqda baxışları 

daxildir.  Aristotelin  bitkilərdən  heyvanlara,  heyvanlardan  insanlara 

inkişaf edən həyat şkalası yadındadır? 

Sofi başını tərpətdi. 

Aristotelin özü də bu şkalanın ən yuxarı pilləsinin Tanrı olduğunu 

deyirdi. Bu sxemi xristian ilahiyyatı ilə uyğunlaşdırmaq çətin deyildi. 

Akvinalıya  görə,  mövcudatın  bitkidən  heyvana,  heyvandan  insana, 

insandan  mələklərə,  mələklərdən  Tanrıya  qədər  mərtəbələri  var. 

İnsanların heyvanlar kimi bədənləri və hiss üzvləri var, amma insanlar 

hiss üzvlərindən çıxış edərək mühakimə yürüdə də bilirlər, zəkaları var. 

Mələklərin hiss üzvləri, bədənləri yoxdur, spontan zəkaları var. Onların 

insanlar kimi "baş sındırmağa” ehtiyacları yoxdur: nəticələrə gəlmək 

üçün  düşünüb-daşınmalı  deyillər.  Onlar  insanların  bilmək  üçün 

birbəbir 

öyrəndikləri 

şeyləri  əvvəlcədən  bilirlər.  Bədənləri 

olmadığından ölmürlər. Tanrı kimi 

mütləq, əbədiyaşar deyillər, çünki onları Tanrı yaradıb. Lakin onların 

sonda tərk etməli olduqları bədənləri olmadığından, heç vaxt ölmürlər. 

Nə gözəl! 

Mələklərdən yuxarıda Tanrı dayanır və hər şeyi idarə edir, Sofi. O, 

bir baxışıyla hər şeyə görür və bilir. 

Yəni o indi bizi görə bilir. 

Bəli, bəlkə də. Amma “indi” deyil. Çünki Tanrının zamanı bizimki 

ilə bir deyil. Bizim “indi”miz Tanrının “indi”si deyil. Bizim bir neçə 

həftəmiz Tanrı üçün eyni mənanı verməyə bilər. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   51   52   53   54   55   56   57   58   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə