Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə51/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   47   48   49   50   51   52   53   54   ...   154

153 

 

keçmişdi. 



Saat dörd ərəfəsində, bəli. Sonra beş, altı, yeddi olub. Amma sanki 

vaxt  bir  yerdə  dayanıb.  Saat  səkkiz,  doqquz,  on  olacaq.  Amma  orta 

əsrlər davam edib. “Artıq yeni günə başlamaq vaxtı deyil?” - düşünə 

bilərsən.  Hə,  nə  demək  istədiyini  bilirəm.  Amma  bu,  uzun  bir  bazar 

günü idi. Və ya bir- birinin ardınca sonsuz bazar günləri. Saat on bir, 

on iki, on üç olacaq... Buna Yetkin Orta əsrlər deyilir. Avropanın böyük 

kilsə kompleksləri bu dövrdə tikildi, ona həm də Ali qotik dövr deyilir. 

Yalnız  saat  on  dörddə,  günorta  saat  ikidə  xoruz  banlaya  bildi...  Və 

yalnız  o  an  nəhayətsiz  Orta  əsrlər  dövrü  tükənib  aradan  çıxmağa 

başladı. 

Onda Orta Əsrlər on əsr davam edib? - Sofi dedi 

Alberto başını keşiş cübbəsinin başlığından çıxararaq on dörd yaşlı 

qızdan ibarət camaatına baxdı. 

Əgər bir saatı yüz il saysaq, bəli. İsa tam gecəyarı - 12-də doğulub. 

Pavel saat ikinin yarısı olmamış missioner səfərlərinə başlayıb, sonra 

Romada ölüb. Saat 3-ə qədər kilsənin fəaliyyəti qadağan olub, amma 

313-cü ildə imperator Konstantinin dövründə Roma İmperiyasında bu 

din qəbul olunub. Lakin müqəddəs imperatorun özünü bir neçə il sonra 

ölüm  yatağında  xaç  suyuna  çəkiblər.  380-ci  ildən  xristianlıq  Roma 

İmperiyasında rəsmi din olub. 

Həmin vaxtlar Roma İmperiyası dağılır, hə? 

Bəli,  bu  dövrdə  imperatorluq  çökməyə  başlamışdı.  Qarşımızda 

mədəniyyət  tarixinin  ən  böyük  çevrilişlərindən  biri  dayanıb.  300-cü 

illərdə  Roma  həm  şimaldan  barbarların,  həm  də  daxili  parçalanma 

təhlükəsinin məngənəsində idi. 330-cu 

ildə Konstantin imperiyanın paytaxtını Romadan bir vaxt Qara Dənizə 

səfəri  zamanı  əsasını  qoyduğu  Konstantinopola  köçürür.  Bir  çoxları 

yeni şəhəri ikinci Roma sayırdı. 396-ci ildə Roma İmperiyası mərkəzi 

Roma  olan  Qərbi  və  mərkəzi  Konstantinopol  olan  Şərqi  Roma 

İmperiyasına  bölünür.  410-cu  ildə  barbarlar  Romanı  talan  edirlər  və 

476-cı  ildə  Qərbi  Roma  İmperiyası  tamamilə  dağılır.  Şərqi  Roma 

İmperiyası  isə  1453-  cü  ildə  türklər  Konstantinopolu  fəth  edənədək 

downloaded from KitabYurdu.org



154 

 

yaşayır. 



Və adını dəyişib İstanbul qoyurlar, hə? 

Elədir!  Bilməli  olduğumuz  başqa  bir  tarix  529-cu  ildir.  Həmin  il 

kilsə Afinadakı Platon Akademiyasını bağlatdırır. Həmin il ilk böyük 

keşiş təriqəti olan Benedikt təriqətinin əsası qoyulur. Buna görə də 529-

cu  il  xristian  kilsəsinin  yunan  fəlsəfəsinin  üzərinə  böyük  bir  örtük 

çəkdiyi  il  kimi  tarixə  düşür.  Bu  tarixdən  etibarən  monastırlar  təhsil, 

düşüncə  və  meditasiya  sahəsində  monopoliyaya  sahib  olurlar.  Yeri 

gəlmişkən, saatın əqrəbi altının yarısına çatmaq üzrədir. 

Sofi artıq Albertonun bu saat bənzətməsilə nə demək istədiyini başa 

düşmüşdü. Gecə yarı - 0-cı ilə, saat bir - 

İsadan yüz il sonraya, saat altı İsadan altı yüz il sonraya, saat 14 İsadan 

1400 il sonraya müvafiq idi. 

Alberto davam etdi: 

“Orta əsrlər” termini iki fərqli dövr arasında qalmış zamanı bildirir. 

Bu ifadə Renessans dövründə əmələ gəlib. Orta əsrləri Qaranlıq Əsrlər 

də adlandırırlar. Çünki o, bütün Avropada antik dövrlə İntibah dövrü 

arasında hökm sürmüş min illik uzun bir gecə kimi idi. Orta əsrlər sözü 

bu gün də çox avtoritar və inadcıl bir şey haqda, neqativ mənada işlənir. 

Amma  Orta  əsrlərin  min  illik  inkişaf  dövrü  olduğunu  düşünənlər  də 

var.  Çünki,  məsələn,  məktəb  sistemi  Orta  əsrlərdə  inkişaf  etməyə 

başlayıb.  İlk  monastır  məktəbləri  erkən  Orta  əsrlərdə,  böyük  kilsə 

məktəbləri  isə  XII  əsrdə  yaranıb.  1200-cü  illərdə  ilk  universitetlərin 

əsası qoyulub, orada öyrədilən fənlər isə bugünkü kimi fakültədən asılı 

olaraq, dəyişirdi. 

Min il doğrudan da çox uzun müddətdir. 

Bəli.  Xristianlığın  kütlələr  arasında  yayılması  çox  vaxt  apardı. 

Üstəlik, şəhərləri və qalaları ilə, xalq musiqiləri və xalq nağılları ilə bir 

çox milli dövlətlər Orta əsrlərdə ortaya çıxdı. 

Orta  əsrlərsiz  xalq  mahnıları  və  nağılları  olardımı?!  Avropanın  özü 

necə  olardı?  Yəqin  ki,  orta  əsrlərsiz  Avropa  Roma  əyaləti  olaraq 

qalardı. Hər halda İngiltərə, Fransa, yaxud Almaniya sözləri Orta əsrlər 

adlı əngin dənizdən gəlir. Gözlə görünməsə də, bu dərin dənizdə çoxlu 

downloaded from KitabYurdu.org



155 

 

balıqlar üzür. Məsələn, Snorre orta əsrlərdə yaşayıb. Müqəddəs Olaf və 



Şarleman  da.  Hələ  Romeo  və  Cülyettanı,  Benedikt  və  Arolilyanı 

demirəm.  Olav  Astensonu,  “Heddal  ormanının  cinləri”ni  demirəm. 

Janna d’Ark, İvanho, bir çox böyük şahzadələr, qüdrətli krallar, cəsur 

cəngavərlər,  gözəl  xanımlar,  adları  bilinməyən  rəngli  şüşə  ustaları, 

orqan düzəldənlər... Keşişlər, səlibləri, cadugərlər... 

Hələ rahiblər... 

Elədir.  Yeri  gəlmişkən,  XI  əsrə  qədər  xristianlıq  Norveçə  ayaq 

açmayıb.  Skandinav  ölkələrinin  xristianlığı  dərhal  qəbul  etdiklərini 

söyləmək  düzgün  olmazdı.  Qədim  bütpərəst  inanclar  Xristianlıq 

görüntüsü altında yaşayırdı, sonra da Xristianlığa qədərki  elementlər 

bu dinlə birləşmiş şəkildə qaldı. Məsələn, bu gün də Norveçdə Mövlud 

bayramını xristianlıq və qədim skandinav adətlərini birləşdirərək qeyd 

edirlər. Bir atalar 

sözündə  deyildiyi  kimi,  ər-arvad  illər  keçdikcə  bir-birinə  bənzəyir. 

Betlehemdə Norveçin Mövlud şirniyyatı, donuzu, pivəsi, adət-ənənəsi 

Şərqin  üç  müdrikindən  birinin  dini  ilə  birləşib.  Amma  şübhəsiz, 

Xristianlıq tədricən Norveçdə və bütün Avropada hakim həyat tərzinə 

çevrilirdi. Buna görə də Orta əsrlər deyəndə birləşdirici bir mədəniyyət 

qismində xristianlıq yada düşür. 

Deməli, Orta əsrlər yalnız qaranlıq və darıxdırıcı bir dövr olmayıb? 

400-cü ildən sonrakı ilk əsrlər doğrudan da mədəni tənəzzül dövrü 

idi.  Çünki  ondan  əvvəl  kanalizasiyası,  memarlıq  abidələri,  ictimai 

hamamları,  kitabxanaları  olan  böyük  şəhərlərilə  Romanın  ali 

mədəniyyəti  var  idi.  Bütün  bu  mədəniyyət  erkən  orta  əsrlərdə  məhv 

olmağa başladı. Bu, ticarət və iqtisadiyyata da aiddir. Bu zaman pulun 

yerini  mal  şəklində  ödəmə  və  mübadilə  tutdu.  İndi  iqtisadiyyatı 

feodalizm  səciyyələndirirdi.  Bu  isə  o  deməkdir  ki,  torpaqlar  bir  neçə 

əsilzadəyə, bəyə məxsus idi, kasıb təbəələr yaşamaq üçün o torpaqları 

əkib-becərməliydilər. Erkən orta əsrlərdə Avropanın 

əhalisi  də  kəskin  azaldı.  Antik  dövrdə  Romanın  bir  milyondan  artıq 

əhalisi vardı. 600-cü ildə isə qədim Romanın paytaxtında əhalinin sayı 

40  min  nəfərə  enmişdi!  Şəhərin  əzəmətli  vaxtlarından  qalma 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə