Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə49/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   45   46   47   48   49   50   51   52   ...   154

147 

 

ehtiva edən ilk Kredo ortaya çıxdı. 



Əsas prinsiplərdən biri İsanın həm Tanrı, həm də insan olması idi. 

Əməllərinə baxanda ona “Tanrının oğlu” deyilə bilməz, O, elə Tanrının 

özü  idi.  Lakin  o,  həm  də  insanlığın  faciələrini  yaşamış  və  işgəncəyə 

dözərək çarmıxa çəkilmiş “əsl insan” idi. 

Ziddiyyətli səslənə bilər. Lakin kilsənin mesajı elə bu cür idi: Tanrı 

insan olub. İsa yarı-insan, yarı-Tanrı deyildi. Belə yarımtanrılara, ilahi 

qəhrəmanlara  inam  Yunan  və  Ellin  əyalətlərindəki  dinlərdə  geniş 

yayılmışdı.  Kilsə  isə  İsanın  “kamil  Tanrı,  kamil  insan”  olduğunu 

öyrədirdi. 

Əlavə: İcazə ver bütün bunların birlikdə necə yola getdiyi haqda bir 

neçə  söz  deməyə  çalışım,  əziz  Sofi.  Xristianlığın  Yunan-Roma 

dünyasına  daxil  olması  yalnız  dramatik  bir  şəkildə  görüşməsi  deyil, 

eyni zamanda arixin ən böyük mədəni inqilablarından biridir. 

Beləliklə,  Antik  dövr  geridə  qalır.  Bu  nöqtədə  ilk  yunan 

filosoflarından demək olar ki, min il keçib. Qarşınızda dayanan xristian 

Orta Əsrləri də təxminən min il çəkib. 

Alman şairi Göte deyib ki, üç min illik keçmişindən baş çıxarmayan 

insan birgünlük yaşayan insandır. Mən də, sən belə insan olmayasan, 

tarixi köklərinlə tanış olasan deyə, əlimdən gələni edəcəyəm. Bu, insan 

olmağın  yeganə  yoludur.  İnsan  yalnız  bu  yolla  çılpaq  meymun 

olmaqdan qurtula bilər. İnsan yalnız bu yolla boşluqda veyllənməkdən 

xilas ola bilər”. 

*** 

“Bu,  insan  olmağın  yeganə  yoludur.  İnsan  yalnız  bu  yolla  çılpaq 



meymun olmaqdan qurtula bilər...” 

Sofi  bir  müddət  yerində  qalıb  yarpaqların  arasından  bağa  tamaşa 

etdi. Yavaş-yavaş insanın öz tarixi köklərini bilməsinin niyə bu qədər 

vacib olduğunu anlamağa başlayırdı. İsrail övladları üçün də bunun son 

dərəcə böyük mənası vardı. 

O özü adi bir adamdır. Amma tarixini bilən bir insan adilikdən bir 

az yüksəyə qalxa bilər. 

O bu planetdə cəmi bir neçə il idi ki, yaşayırdı. Amma insanlığının 

downloaded from KitabYurdu.org



148 

 

tarixinin həm də onun öz tarixi olduğu nəzərə alınsa, əslində minlərlə 



yaşı vardı. 

Kağızlarını  yığıb  çəpərlikdəki  keçiddən  çıxdı,  sevincək  tullana-

tullana bağçadan keçib otağına qalxdı. 

Orta əsrlər 

...yolun  yalnız  bir  hissəsini  qət  etmiş  olmaq  səhv  yoldan  getmək 

deyil... 

Bir  həftə  idi  ki,  Sofi  Alberto  Knoksdan  məktub  almırdı.  Heç 

Livandan da xəbər yox idi. Bu müddətdə Coanna ilə mayorun evində 

tapdıqları  açıqcalar  haqda  çox  danışmışdılar.  Ara  sakitləşdiyindən 

olanlara  görə  möhkəm  qorxuya  düşmüş  Coanna  da  sakitləşmişdi,  ev 

tapşırıqları ilə, badmintonla məşğul olurdu. 

Sofi  Hilde  sirrini  açmaq  üçün  ip  ucu  axtararaq  Albertonun 

məktublarını dönə-dönə oxumuş, buna görə də antik fəlsəfəni yaxşıca 

öyrənərək həzm etmişdi. Daha Demokritlə Sokratı, Platonla Aristoteli 

bir-birindən ayırd etməkdə çətinlik çəkmirdi. 

Cümə  günü,  mayın  25-də  anası  evə  gəlməzdən  əvvəl  Sofi  xörək 

bişirirdi. Anasıyla razılaşması belə idi, cümə günləri nahar hazırlamaq 

Sofinin  vəzifəsi  idi.  Bu  gün  o,  balıq  küftəsi  və  kök  şorbası  bişirirdi. 

Yəni sadə və asan bir yemək. 

Bayırda  güclü  külək  qalxmışdı.  Sofi  şorbanı  qarışdıranda 

pəncərədən bayıra baxdı. Külək ağcaqayınları buğda zəmisi 

kimi dalğalandırırdı. 

Birdən  nə  isə  şappıltıyla  pəncərənin  şüşəsinə  dəydi.  Sofi  boylanıb 

gördü  ki,  bu,  açıqcadır.  Elə  şüşədən  baxaraq  bu  sözləri  oxuya  bildi: 

“Sofi Amundsen vasitəsilə Hilde Moller Knaq”. 

Əcəbdir!  Pəncərəni  açdı  və  açıqcanı  götürdü.  Olmaya,  açıqca 

Livandan bura uça-uça gəlmişdi?! 

Bu  açıqcanın  da  tarixi  15  iyun,  cümə  idi.  Sofi  qazanı  sobanın 

üstündən götürüb masaya qoydu və oturub açıqcanı oxumağa başladı: 

“Əziz Hilde, 

Bilmirəm, bu sətirləri oxuduğun gün hələ də sənin ad günündür, ya 

yox. Deyilsə də, ümid edirəm, üstündən çox keçməyib. Sofinin bir-iki 

downloaded from KitabYurdu.org



149 

 

həftəsi bizim üçün də bir-iki həftə olmaya bilər. Mənsə iyunun 24-də 



qayıdacam.  Qayıdanda  birlikdə  yelləncəkdə  oturub  saatlarla  dənizə 

baxarıq, mənim Hildem. Bizim danışmağa o qədər sözümüz var ki! 

Atan  yəhudilər,  xristianlar  və  müsəlmanlar  arasındakı  min  illik 

münaqişələrə görə tez-tez depressiyaya düşür. Daim 

özümə  hər  üç  dinin  köklərinin  İbrahimdən  törədiyini  xatırlatmalı 

oluram.  Ona  görə  də  məncə,  onların  hamısı  eyni  Tanrıya  inanır. 

Buralarda isə Habil ilə Qabil hələ də bir-birlərinin qanını tökürlər. 

Qeyd:  Çılpaqfən  məndən  Sofiyə  salam  de.  Yazıq  qız,  o,  hələ  də 

bütün bunları başa düşmür. Bəs sən, sən başa düşmüsənmi?” 

Sofi özünü çox yorğun hiss etdi, başını masanın üzərinə qoydu. Bir 

şey dəqiq idi - o, bütün bunları başa düşmürdü. Bəs Hilde, görəsən, o 

başa düşmüşdümü?! 

Əgər Hildenin atası ondan Sofiyə salam göndərirsə, bu o deməkdir 

ki, Hilde Sofi haqda Sofinin Hilde barədə bildiyindən çox bilir. Hər şey 

elə  dolaşıq  idi  ki,  Sofi  hər  şeyi  yaddan  çıxarmağa  çalışıb  bişirdiyi 

yeməyin üstünə qayıtdı. 

Uça-uça  gəlib  mətbəx  pəncərəsinə  yapışan  bu  məktub  sözün  hərfi 

mənasında hava poçtuyla gəlmişdi. 

Qazanı yenidən sobanın üstünə qoymuşdu ki, telefon çaldı. Kaş atam 

olaydı bu, - Sofi fikirləşdi, - kaş atam evə 

gələydi, son həftələrdə baş verən hər şeyi ona danışaydım. Amma yəqin 

ki, zəng edən ya anası, ya da Coannadı. Sofi dəstəyi qaldırıb qulağına 

qoydu: 

Sofi Amundsen. 



Mənəm, - dedi telefondakı səs. 

Sofi üç şeyə əmin idi: bir, bu danışan atası deyil, iki, kişi səsidir, üç, 

bu səs tanışdır. 

Kimdir danışan? 

Mənəm, Alberto. 

Nəə?!! 


Sofi  nə  deyəcəyini  bilmirdi.  Bu  səs  onun  Akropol  videosundan 

tanıdığı səs idi. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   45   46   47   48   49   50   51   52   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə