Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə59/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   55   56   57   58   59   60   61   62   ...   154

177 

 

asılmışdı,  bəziləri  yaxın  onillərdən  idi,  amma  əksəriyyəti  qədim  idi. 



Divarlarda qədimi xəritələr və diaqramlar da vardı, onlarda Norveçin 

ərazisi bugünkündən çox fərqli idi. 

Sofi bir neçə dəqiqə heç nə demədən durub ətrafa göz gəzdirdi. 

Nə çox şey-şüy toplamısan? 

Sən  də  söz  tapdın.  Gör  bu  otaqda  neçə-neçə  yüzilləri  yığıb 

saxlamışam. Bu tarixə “şey-şüy” deməzdim. 

Antik dükan işlədirsən? 

Albertonun sifətini kədərli ifadə tutdu. 

Biz özümüzə tarixin axınında yuyulub getməyə izin verməməliyik, 

Sofi!  Bəzilərimiz  dayanıb,  çayın  sahilində  düşüb  qalmış  şeyləri 

toplamalıdır. 

Qəribə sözlərdir. 

Qəribədir, amma düz deyirəm. İnsan yalnız öz zamanında yaşamır. 

Özümüzlə tariximizi də daşıyırıq. Unutma ki, bu 

otaqda gördüyün hər şey nə vaxtsa yepyeni olub. XVI əsrdən qalan bu 

taxta gəlincik bəlkə də beş yaşlı bir qızın ad gününə hədiyyə düzəldilib. 

Kim  bilir,  bəlkə  də  düzəldən  babası  olub.  Sonra  bu  qız  böyüyüb,  on 

yaşı olub. Sonra cavan olub və ərə gedib, qızı olub. Bu gəlinciyi qızına 

verib.  Sonra  qocalıb  və  günlərin  birində  vəfat  edib.  Uzun  bir  ömür 

yaşasa da, axırda ölüb gedib. Heç vaxt geri dönməyəcək. Əslində o, bu 

dünyada qısa səfərdə olub. Gəlinciyi isə, budur, burada rəfdədir. 

Sən belə danışanda hər şey elə kədərli və möhtəşəm olur ki! 

Həyatın özü həm kədərli, həm də möhtəşəmdir, ona görə. Möhtəşəm 

bir  dünyaya  gəlirik,  burada  bir-birimizlə  qaynayıb-  qarışırıq,  yeni 

insanlarla  tanış  olur,  bir  müddət  bərabər  yol  gedirik.  Sonra  dünyaya 

qəfildən  gəldiyimiz  kimi  də  yox  oluruq,  bir-birimizi  itiririk,  səbəbini 

bilmirik. 

Olar bir şey soruşum? 

Olar, daha gizlən-qaç oyunumuz qurtarıb. 

Sən niyə mayorun evinə köçmüşdün? 

Elədə yalnız məktubla yazışan vaxtlarımızda bir- birimizdən çox da 

uzaq olmazdıq. O köhnə evin də boş olduğunu bilirdim. 

downloaded from KitabYurdu.org



178 

 

Sadəcə köçdün ora? 



Hə, sadəcə köçdüm ora. 

Onda  bəlkə  bunu  da  izah  edə  biləsən,  Hildenin  atası  sənin  orada 

olduğunu haradan bilmişdi? 

Əgər yanılmıramsa, o, demək olar ki, hər şeyi bilir. 

Amma  mən  hələ  də  heç  nə  anlamıram,  poçtalyon  meşənin 

dərinliyinə necə məktub aparırmış. 

Alberto bic-bic gülümsədi. 

Hətta belə şeylər də Hildenin atası üçün asan məsələdir. Adi fokus-

mokus. Dünyanın ən çox nəzarət olunan insanları bəlkə də sənlə mənik. 

Sofini isti basdı, hiss etdi ki, əsəbiləşir. 

Əlimə keçsə, o adamın gözlərini oyacam! 

Alberto  aralandı,  gedib  divanda  əyləşdi.  Sofi  onun  dalınca  gedib 

yumşaq kresloda özünə yer elədi. 

Yalnız  fəlsəfə  bizi  Hildenin  atasına  yaxınlaşdıra  bilər,  -  deyə, 

nəhayət,  Alberto  dilləndi,  -  bu  gün  sənə  Renessans  haqqında 

danışacağam. 

Başlayaq! 

Foma Akvinalıdan çox keçməmiş birləşmiş xristian mədəniyyətində 

parçalanma baş verdi. Fəlsəfə və elm kilsə ilahiyyatından getdikcə daha 

çox  aralandı,  beləcə,  dini  həyata  əqli  mühakimə  ilə  daha  sərbəst 

münasibətlər  qurmağa  imkan  yarandı.  İndi  çox  adam  rasionalizm 

vasitəsilə  Tanrıya  çata  bilməyəcəyimizə,  çünki  Tanrının  hər  mənada 

dərkedilməz olduğuna inanmağa başlamışdı. İnsan üçün ilahi hikməti 

anlamaq deyil, Tanrının iradəsinə uymaq əsasdır. Din və elm bir-birilə 

daha azad münasibətlər qura bildiyindən, həm elmi metodlar, həm də 

dini ehtiraslar üçün yol açıldı. Beləcə, on beş və on altıncı əsrlərdə iki 

böyük çevriliş, yəni Renessans və Reformasiya üçün zəmin yarandı. 

Gəl bu hərəkatlara ayrı-ayrılıqda baxaq. 

Renessans  deyəndə  biz  XIV  əsrin  sonlarında  başlamış  zəngin 

mədəni inkişafı nəzərdə tuturuq. Şimali İtaliyada 

başlayan bu hərəkat on beş, on altıncı əsrlərdə sürətlə şimala yayıldı. 

Bəs deməmişdin ki, “renessans” sözü yenidən doğulmaq deməkdir? 

downloaded from KitabYurdu.org



179 

 

Demişdim.  Bu  söz  antik  dövrdəki  mədəniyyət  və  incəsənətin 



yenidən  doğulması  deməkdir.  Biz  həm  də  İntibah  humanizmi  haqda 

danışırıq. Həyatı ilahi işıq altında görən uzun qaranlıq əsrlərin əksinə, 

indi yenə hər şey insanın ətrafında cərəyan etməyə başladı. “Mənbəyə 

get”,  antik  dövrün  humanizminə  dönmək  əsas  şüar  oldu.  Antik 

heykəlləri və əlyazmaları tapıb üzə çıxarmaq ən populyar məşğuliyyət, 

yunan  dilini  öyrənmək  dəb  oldu.  Yunan  humanizminin  öyrənilməsi 

həm də pedaqoji məqsəd daşıyırdı. Humanist fənləri öyrənmək insana 

“klassik  təhsil”  verir,  “insani  qabiliyyətlər”  qazandırırdı.  “Atlar 

doğulur, insan isə doğulmur, formalaşır” - deyirdilər. 

Yəni insan olmağı öyrənmək lazımdı, hə? 

Elədir,  əsas  fikir  bu  idi.  Amma  hələlik  Renessans  humanizminin 

ideyalarına daha yaxından nəzər salmazdan 

əvvəl  Renessansın  siyasi  və  mədəni  zəmini  haqda  bir  neçə  söz 

deməliyəm. 

Alberto  divandan  qalxdı  və  otaqda  var-gəl  etməyə  başladı.  Bir 

qədərdən sonra gəzişməyə ara verdi və barmağını rəflərdən birindəki 

köhnə bir alətə doğru uzatdı. 

Bu nədir? - soruşdu. 

Qədimi kompasa oxşayır. 

Tamamilə doğrudur. 

Sonra divanın üstündə divardan asılmış antik odlu silahı göstərdi. 

Bəs bu? 


Qədimi tüfəng. 

Düzdü. Bəs bu? 

Alberto kitab rəflərinin birindən qalın bir kitab siyirdi. 

Bu, qədimi kitabdı. 

Daha dəqiq desək, inkunabulum. 

İnkunabulum? Nə deməkdi? 

Əslində, bunun mənası “beşik”di. Bu söz mətbəənin ilk günlərində 

çap olunmuş kitabları bildirir. Yəni 1500-cü ildən 

əvvəl. 

Doğrudan bu qədər qədimidi? 



downloaded from KitabYurdu.org


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   55   56   57   58   59   60   61   62   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə