Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə53/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   49   50   51   52   53   54   55   56   ...   154

159 

 

Yəni Avqustinin yeniplatonçu yepiskop olduğunu demək olar? 



Hə,  belə  demək  olar.  İlk  növbədə  xristian  olan  Avqustinin 

xristianlığı  Platonun  düşüncə  tərzindən  təsirlənmişdi.  Və  buna  görə, 

Sofi, məhz buna görə də sən yunan fəlsəfəsilə indicə daxil olduğumuz 

xristian  orta  əsrləri  arasında  kəskin  uçurum  olmadığını  bilməlisən. 

Yunan fəlsəfəsinin böyük hissəsi Avqustin kimi kilsə ataları vasitəsilə 

bu yeni dövrə gətirilmişdi. 

Demək istəyirsən ki, Avqustin yarı xristian, yarı yeniplatonçu idi? 

Avqustin yüz faiz xristian olduğuna, xristianlıq və Platonun fəlsəfəsi 

arasında əsaslı ziddiyyət olmadığına inanırdı. Onun fikrincə, Platonla 

xristian  doktrinası  arasında  elə  bariz  bənzərlik  var  ki,  ola  bilməz 

Platonun  Əhdi-Ətiq  haqda  məlumatı  olmayıb.  Bu  isə  əlbəttə, 

ağlasığmazdır.  Yaxşısı  budur,  belə  deyək:  Avqustin  Platonu 

“xristianlaşdırmışdı”. 

Deməli,  xristianlığa  inanmağa 

başlayanda  fəlsəfəyə  arxa 

çevirməyib. 

Elədir, amma yenə də dini məsələlərdə əqlin hər bir suala cavab verə 

bilməyəcəyini deyirdi. Onun fikrincə, Xristianlıq yalnız inam vasitəsilə 

qavraya  biləcəyimiz  ilahi  hikmətdir.  Ancaq  biz  xristianlığa  inansaq, 

Tanrı ruhumuzu nurlandıracaq ki, ilahi haqda bir növ fövqəltəbii bilik 

alaq.  Avqustin  öz  daxilində  fəlsəfəyə  məhdudiyyət  olduğunu  hiss 

etmişdi.  Yalnız  xristian  olandan  sonra  ruhu  rahatlıq  tapmışdı. 

“Qəlbimiz Ona söykənmədən sakitlik tapmır”, - yazırdı. 

Başa  düşmürəm,  Platonun  ideyaları  xristianlıqla  necə  yola  gedə 

bilərdi? Bəs mütləq əbədi ideyalar? - Sofi etiraz etdi. 

Deməli,  belə.  Avqustin  Tanrının  dünyanı  yoxdan  var  etdiyinə  və 

bunun  İncil  ideyası  olduğuna  inanırdı.  Yunanlarsa  düşünürdülər  ki, 

dünya həmişə mövcud olub. Lakin Avqustin inanırdı ki, Tanrı dünyanı 

yaratmasından  əvvəl  Platonun  dediyi  “ideyalar”  onun  zehnində 

mövcud  olub.  Deməli,  o,  Platon  ideyalarını  Tanrıda  yerləşdirir  və 

beləcə Platonun mütləq ideyalara dair baxışlarını saxlayır. 

Yaxşı tikirdi! 

Bu onu göstərir ki, təkcə Müqəddəs Avqustin deyil, bir çox başqa 

downloaded from KitabYurdu.org




160 

 

Kilsə  Ataları  da  yunan  və  yəhudi  düşüncəsini  uzlaşdırmağa  meylli 



olublar. Müəyyən mənada, onların iki mədəniyyəti vardı. Avqustin şər 

haqda baxışlarında Yeniplatonçuluğa meyl edir. Plotin kimi o da şərin 

“Tanrının yoxluğu”ndan başqa bir şey olmadığına inanır. Şərin özünün 

müstəqil  mövcudluğu  yoxdur.  Çünki  Tanrı  yalnız  xeyir  olanları 

yaradıb. Avqustin inanırdı ki, şər bəşəriyyətin Tanrıya itaətsizliyindən 

irəli gəlir. Yaxud onun öz sözlərilə desək, “Xeyir Tanrının işidir. Şər 

Tanrının işindən geri düşməkdir”. 

O, insan ruhunun ilahi olduğunu da deyirdi? 

Həm hə, həm də yox. Müqəddəs Avqustinin fikrincə, Tanrı və insan 

arasında aşılmaz bir maneə var. Bu məsələdə İncilə inanır, Plotinin hər 

şeyin  bir  olması  haqda  doktrinasını  inkar  edirdi.  Lakin  buna 

baxmayaraq,  o,  insanın  ruhi  varlıq  olduğunu  vurğulayırdı.  İnsanın 

“güvə  və  paslanmanın  korladığı”  fiziki  aləmə  məxsus  olan  maddi 

bədəni, həmçinin Tanrını dərk edə bilən ruhu var. 

Biz öləndə ruh necə olur? 

Müqəddəs Avqustinə görə, Adəmin alma oğurluğu, yəni ilk günah 

yer  üzünə  ölüm  gətirib.  Amma  Tanrı  o  ölən  insanların  arasından 

bəzilərini seçir və xilas edir. 

Tanrı belə etməkdənsə, hamını seçsə və xilas etsə, yaxşı olardı. 

Bu  məsələdə  Müqəddəs  Avqustin  Pavelin  romalılara  məktubuna 

istinad  edərək  insanın  Tanrını  tənqid  etmək  haqqının  olmadığını 

bildirir: “Ey insan, sən kimsən ki, Tanrıya qarşı çıxırsan? Yaranan şey 

yaratdığına “sən məni niyə belə yaratmısan” deyə bilərmi? Məgər gil 

qablar  düzəldən  ustanın  düzəltdiyi  qablardan  birini  belə,  birini  elə 

düzəltmək ixtiyarı yoxdur?” 

Deməli, Tanrı öz aləmində oturub insanlarla istədiyi kimi oynayır və 

hansından xoşu gəlməsə, onu tullayır? 

Müqəddəs  Avqustinin  mövqeyi  belə  idi  ki,  heç  bir  insan  Tanrının 

onu xilas etməsinə layiq deyil.  Tanrı öz xilas edəcəyi insanları seçir. 

Kimin qurtarılacağı, kimin lənətə gələcəyi 

əvvəlcədən  bəllidir,  bu,  Tanrıya  sirr  deyil.  Bu,  əvvəlcədən  müəyyən 

olunub. Biz tamamilə onun mərhəmətindən asılıyıq. 

downloaded from KitabYurdu.org



161 

 

Deməli, o, müəyyən mənada qədim tale inancına qayıtmışdı. 



Bəlkə  də.  Lakin  Müqəddəs  Avqustin  insanın  öz  həyatı  üçün 

məsuliyyət  daşıdığını  rədd  etmirdi.  Biz  insanlara  seçilmişlərdən 

olduğumuzu  düşünərək  yaşamağımızı  tövsiyə  edirdi.  Bizim  azad 

iradəmizin  olmasını  inkar  etmirdi.  Lakin  Tanrı  bizim  necə 

yaşayacağımızı “qabaqcadan görüb”. 

Bu bir az ədalətsiz deyil? - Sofi soruşdu, - Sokrat bütün insanların 

eyni  imkanlara  malik  olduğunu,  çünki  hamımızın  eyni  sağlam 

mühakimə qabiliyyətinə malik olduğumuzu deyirdi. Amma Müqəddəs 

Avqustin insanları ikiyə bölür. Bir qrupun xilas olacağını, o biri qrupun 

məhv olacağını deyir. 

Sən  haqlısan  ki,  Müqəddəs  Avqustinin  ilahiyyatı  Afinadakı 

humanizmdən əsaslı şəkildə aralanmışdı. Amma insanlığı bu şəkildə iki 

qrupa bölən Müqəddəs Avqustin deyildi. O, sadəcə İncilin qurtuluş və 

lənət doktrinasını şərh edirdi. O, bu mövzunu “Tanrı dövləti” əsərində 

xırdalayır. 

Danış, danış! 

“Tanrı  ölkəsi”  və  ya  “Tanrı  krallığı”  ifadəsi  İncildən  və  İsanın 

təlimlərindən  gəlir.  Müqəddəs  Avqustin  inanırdı  ki,  bütün  insanlıq 

tarixi “Tanrı Krallığı” ilə “Dünya Krallığı” arasında mübarizədir. Onlar 

hər  bir  insanın  içində  bir-birilə  çarpışır,  hər  biri  üstünlüyü  ələ 

keçirməyə çalışır. Buna baxmayaraq, Tanrı Krallığını kilsənin, Dünya 

Krallığını  isə  dövlətin,  məsələn,  Avqustinin  zamanında  zəif  düşmüş 

Roma  İmperiyasının  simasında  görmək  olar.  Kilsə  və  Dövlət  Orta 

Əsrlər boyu bir- birilə hakimiyyət üstündə savaşdıqca bu konsepsiya 

daha  da  yayıldı.  “Kilsədən  kənarda  qurtuluş  yoxdur”,  -  deyildi. 

Nəticədə Müqəddəs Avqustinin “Tanrı dövləti” yerini bərkitmiş kilsə 

ilə eyniləşdirilməyə başladı. İnsanların yalnız Kilsə vasitəsilə qurtuluş 

əldə  edə  biləcəkləri  fikri  bir  də  yalnız  XVI  əsrdəki  Reformasiya 

dövründə  tənqid  olunmağa  başladı.  O  zamana  qədər  gözədəyən  bir 

etiraz yoxdu. 

Əsl vaxtı idi! 

Yeri  gəlmişkən,  Avqustin  ilk  filosofdur  ki,  tarixi  fəlsəfəyə  cəlb 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   49   50   51   52   53   54   55   56   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə