Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə65/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   61   62   63   64   65   66   67   68   ...   154

195 

 

Çılpaqer  Fiçino  və  ya  Leonardo  da  Vinçi  kimi  humanist  deyildi. 



Erazmus  Rotterdamlı  kimi  humanistlər  onu  insana  yaxşı  dəyər 

verməməkdə  ittiham  edirdilər.  Çünki  Çılpaqer  insanın  “cənnətdən 

qovulma”  hadisəsindən  sonrakı  suçluluğuna  görə  məhvə  məhkum 

olduğu  fikrini  müdafiə  edirdi.  İnsan  yalnız  Tanrının  əfvi  sayəsində 

“bəraət” ala bilər. 

Çox sıxıcı səslənir. 

Alberto  Knoks  masanın  üstündəki  yaşıl  və  qara  balaca  topları 

götürüb cibinə qoydu. 

Saat 5-ə işləyir! - Sofi dəhşətlə qışqırdı. 

Bəşəriyyət tarixində bundan sonrakı böyük dövr Barokko dövrüdü. 

Lakin bunu başqa günə saxlayaq, əziz Hilde. 

Nəə? - Sofi oturduğu kreslodan güllə kimi atıldı, - sən mənə Hilde 

dedin? 

Dilim çaşdı, fikir vermə. 



Amma dil öz-özünə çaşa bilməz! 

Bəlkə də haqlısan. Görürsənmi, artıq Hildenin atası bizim ağzımıza 

sözlər qoymağa başlayıb. Məncə, o bizim yorulmağımızdan sui-istifadə 

edir. Çünki onda özümüzü müdafiə etməyimiz çətinləşir. 

Bir dəfə demişdin ki, sən Hildenin atası deyilsən. İndi bir də de, sən 

onun atasısan? 

Alberto başını “yox, deyiləm” mənasında tərpətdi. 

Bəs mən Hildeyəm? 

İndi çox yorğunam, Sofi. Məni başa düş. İki saatdan çoxdu burada 

oturmuşuq,  bu  müddətin  çoxunu  mən  danışmışam.  Bayaq  axşam 

yeməyi üçün evə getmək istəyirdin. 

Sofi sanki Albertonun onu başından elədiyini hiss etdi. Dəhlizə tərəf 

gedə-gedə Albertonun dilinin niyə çaşdığını düşünürdü. Alberto onun 

dalınca  gəlirdi.  Hermes  teatr  paltarları  asılmış  dolabın  alt  gözündə 

uzanıb yatmışdı. Alberto başıyla iti göstərib dedi: 

Yenə gəlib səni gətirəcək. 

Dərsimə görə çox sağ ol, - Sofi dedi və barmaqlarının ucunda qalxıb 

Albertonu qucaqladı. 

downloaded from KitabYurdu.org



196 

 

Sən tanıdığım ən yaxşı və savadlı fəlsəfə müəllimisən, - dedi. 



Qapını açıb nərdivana çıxdı. Qapını  örtdüyü an  Albertonun səsini 

eşitdi: 


Tezliklə yenə görüşərik, Hilde. 

Sofi bu sözlər qulağında, oranı tərk etdi. 

Alberto  yenə  bu  adı  dilindən  qaçırmışdı.  Pisin  biri,  pis!  Sofi  yenə 

qapını döymək istədi, amma onu nə isə saxladı. 

Küçədə  yadına  düşdü  ki,  evdən  çıxanda  özüylə  pul  götürməyib. 

Heyif,  indi  bu  uzun  yolu  piyada  getməli  olacaq!  Saat  6-ya  qədər 

çatmasa, anası həm hirslənəcək, həm də narahat olacaqdı. 

Bir neçə metr getməmişdi ki, birdən önündəki səkidə qəpik gördü. 

On kron idi. Avtobus biletinin qiyməti qədər! 

Sofi avtobus dayanacağını tapdı və baş meydana gedən bir avtobusa 

mindi. Oradan da həmin biletə daha bir avtobusa minə və lap qapılarına 

qədər gedə bilərdi. 

Yalnız baş meydana çatıb ikinci avtobusu gözləyəndə ağlına gəldi 

ki, qəribədi, görəsən, niyə pula ehtiyacı olan vaxt pul tapdı? 

Pulu  yola  Hildenin  atası  atmış  ola  bilərdimi?  İndiyə  qədər  ən 

gözlənilməz  şeyləri  ən  gözlənilməz  yerlərə  ata  bilmişdi  axı!  Amma 

Livandadırsa, bunu necə edə bilərdi? 

Bəs Albertonun dilindən səhvən çıxan söz? Özü də bir dəfə yox, iki 

dəfə! 

Sofi çiyinlərindən bədəninə dalğavari üşütmə keçdiyini hiss etdi. 



Barokko 

... yuxuların düzəldildiyi maddədən... 

Albertodan bir neçə gün xəbər-ətər gəlmədi. Sofi Hermesi görmək 

ümidilə  tez-tez  bağa  baxırdı.  Anasına  itin  özünün  evlərinin  yolunu 

tapdığını və itin yiyəsinin keçmiş fizika müəllimi çıxdığını, onu evinə 

dəvət etdiyini, Sofiyə Günəş sistemindən və XVI əsrdə ortaya çıxmış 

yeni elmdən danışdığını demişdi. 

Coannaya isə bundan daha çox, Albertonun evinə getməsindən, poçt 

qutusunda  gördüyü  açıqcadan  və  evə  qayıdanda  yerdən  tapdığı  on 

krondan  danışmışdı.  Hildeni  yuxuda  görməsindən  və  qızıl  kulonlu 

downloaded from KitabYurdu.org



197 

 

boyunbağıdan isə heç kəsə bir söz deməmişdi. 



Mayın 29-da, çərşənbə axşamı günü Sofi mətbəxdə qabları yuyarkən 

anası qonaq otağında televiziya xəbərlərini 

izləyirdi.  Xəbərlər  verilişinin  giriş  musiqisinin  ardınca  Norveç  BMT 

batalyonunun bir mayorunun bombardmanda həlak olması haqda xəbər 

gəldi. 

Sofi qab dəsmalını masanın üstünə tullayıb qonaq otağına yüyürdü. 



Çatdırıb  bir  neçə  saniyəlik  BMT  səlahiyyətlisinin  sifətinin  fotosunu 

görə bildi. 

Uy daa, yox! - qışqırdı. Anası ona tərəf döndü: 

Hə, müharibə dəhşətli şeydi! 

Bunun ardınca Sofi hönkürməyə başladı. Göz yaşları yanaqlarından 

üzüaşağı süzülürdü. 

Pahoo! 

Mayorun adını dedilər? 



Hə, amma yadımda qalmadı. Qrimstaddan idi, deyəsən. 

Ora həm də Lillesand deyil? 

Yox. 

Amma adam Qrimstanddan gəlib Lillesandda məktəbə gedə bilər. 



Artıq ağlamağını kəsmişdi, indi növbə anasındaydı. O, yerindən cəld 

qalxıb televizoru söndürdü. 

Nə baş verir, Sofi? 

Heç nə. 


Yox,  baş  verir.  Sənin  sevgilin  var,  özü  də  səndən  çox  böyükdü, 

deyəsən. Cavab ver mənə: Livanda tanış adamın var? 

Yox, yox... 

Livanda işləyən bir adamın oğluyla tanış olmusan? 

Yox! Heç qızıyla da tanış olmamışam. 

Kimin qızı? 

Sənə qalmayıb. 

Görürəm, mənə qalıb. 

Bəlkə sənin əvəzinə mən suallar verməyə başlayım? Məsələn, niyə 

atam  heç vaxt evdə olmur? Niyə ağciyərsiz, boşana bilmirsiz? Bəlkə 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   61   62   63   64   65   66   67   68   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə