Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə43/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   39   40   41   42   43   44   45   46   ...   154

128 

 

- Heç nə görmürəm, - Coanna dedi. 



Amma  Sofi  artıq  bunun  çarəsini  düşünmüşdü.  Cibindən  kibrit 

qutusu çıxardı və birini yandırdı. Kibrit sönməzdən əvvəl yalnız evin 

kimsəsiz  olduğunu  görə  bildi.  Yenə  bir  kibrit  çəkdi,  bu  dəfə  sobanın 

üstündə döymə  dəmir şamdanda  əriyib bir hissəsi qalmış şam  gördü. 

Üçüncü kibritlə şamı alışdırdı və budur, otaq onlar üçün işıqlandı, ətraf 

göründü. 

Bir  balaca  şamın  belə  böyük  qaranlığı  işıqlandırması  sənə  qəribə 

gəlmir? - Sofi dilləndi. 

Dostu başıyla təsdiqlədi. 

Amma  haradasa  qaranlığın  içində  işıq  öləziyib  yox  olur.  Əslində 

qaranlıq öz-özlüyündə mövcud deyil. O, sadəcə işığın olmamasıdır, - 

deyə davam etdi. 

Coanna titrədi. 

Adamın  tükü  ürpəşir!  Nə  qəribə  şeylər  danışırsan.  Bəsdir,  gəl 

çıxaq... 

Güzgüyə  baxaq,  sonra,  -  Sofi  dolabın  üstündə  asılmış  bürünc 

çərçivəli güzgünü göstərdi. 

Nə qəşəngdir, - Coanna dedi. 

Amma sehrli güzgüdür. 

“Ayna-ayna, söylə məndən gözəli varmı?” 

Zarafat eləmirəm, Coanna. Sən ona baxıb o biri tərəfdə nə isə görə 

bilərsən. 

Dedin,  əvvəllər  burda  olmamısan,  hə?  Bəs  eləysə  niyə  məni 

qorxudursan bayaqdan? 

Sofi bu suala cavab tapa bilmədi: 

Bağışla. 

Qəfildən, özü də bu dəfə Coanna, döşəmənin küncündə nə isə gördü. 

Kiçik bir qutu idi. Coanna əyilib onu götürdü: 

Açıqcalardır. 

Sofi nəfəsini içinə çəkdi. 

Əl vurma! Eşidirsən, əl vurmağı ağlına da gətirmə! 

Coanna geri sıçradı. Qutunu yerə elə tulladı, sanki əlini yandırmışdı. 

downloaded from KitabYurdu.org



129 

 

Açıqcalar yerə səpildi. Coannanı gülmək tutdu. 



Elə qorxutdun, mən də dedim, görəsən nədi, adi açıqcalar! 

Coanna sallağı oturub onları bir-bir yığmağa başladı. Bir azdan Sofi 

onun yanında çöməldi. 

Livan... Livan... Livan... Hamısı Livanda markalanıb. 

Bilirəm, - Sofi dedi. 

Coanna dikəlib düz onun gözlərinin içinə baxdı: 

Deməli, burda olmusan! 

Hə, deyəsən olmuşam. 

Çünki birdən ona elə gəldi ki, əvvəllər burda olduğunu təsdiqləsə, 

bütün bunları daha asan keçirər. Bir də axı son günlər yaşadığı mistik 

hadisələri öz dostuyla bölüşməsinin nə ziyanı ola bilərdi ki. 

Bura gəlməzdən əvvəl özüm sənə demək istəmədim. 

Coanna açıqcaları oxumağa başlamışdı: 

Hamısı Hilde Moller Knaq adlı adama yazılıb. 

Sofi hələ də açıqcalara əl vurmaqdan özünü saxlayırdı. 

Ünvan nədi? 

Coanna  oxudu:  “Hilde  Moller  Knaq,  Alberto  Knoks,  Lillesand, 

Norveç”. 

Sofinin  üstündən  sanki  yük  götürüldü,  dərindən  ah  çəkdi. 

Qorxmuşdu ki, birdən orda "Sofi Amundsen vasitəsilə” yazılmış olar. 

Onlara daha yaxından baxmağa başladı. 

28  aprel...  4  may...  6  may...  9  may...  cəmi  bir  neçə  gün  əvvəl 

möhürlənmişdilər. 

Amma  bütün  markalar  Norveçindir,  bax,  BMT  batalyonu... 

möhürlər də Norveç möhrüdür! 

Mən bilən, özləri belə edirlər. Tərəfsiz olduqlarını göstərmək üçün 

orada ayrıca bir Norveç poçtu qururlar. 

Yaxşı, bəs məktub bura necə çatır? 

Yəqin hərbi hava qüvvələriylə. 

Sofi  şamdanı  döşəməyə  qoydu  və  rəfiqələr  məktubları  oxumağa 

girişdilər.  Coanna  onları  vaxt  ardıcıllığıyla  düzdü  və  birinci  açıqcanı 

oxudu: 


downloaded from KitabYurdu.org


130 

 

“Əziz Hilde, 



Lillesanda,  evə  gələcəyim  günü  səbirsizliklə  gözləyir,  günləri 

sayıram. 24 iyunda axşamüstü Kjevik hava limanında enəcəyimə ümid 

edirəm. Əlbəttə, heç olmasa, 15-ci ad gününə 

gəlib çatmağı çox istərdim, amma bilirsən ki, hərbi intizama tabeyəm. 

Bunun  bir  az  da  olsa,  əvəzini  çıxmaq  üçün  sənə  böyük  bir  ad  günü 

hədiyyəsilə sevgimi göndərirəm. 

Qızının gələcəyini düşünən bir atadan sevgilə. 

Qeyd:  Bu  məktubun  surətini  ortaq  bir  dostumuza  göndərirəm.  Az 

qalıb,  başa  düşəcəksən,  mənim  Hildem.  İndi  üstüörtülü  danışıram, 

amma sənə dediyim kimi, az qalıb, başa düşəcəksən”. 

Sofi bunu qoyub ayrı bir məktub götürdü: 

“Əziz Hilde, 

Burada  günün  bitməsini  gözləyərək  yaşayırıq.  Gələcəkdə  Livanda 

keçirdiyim  bu  ayları  xatırlayanda  yadıma  yalnız  gözləmək  düşəcək. 

Amma  əlimdən  gələni  edirəm  ki,  15  yaşını  ən  gözəl  şəkildə  qeyd 

edəsən. Sənə edəcəyim hədiyyə haqda indi bir şey yazmıram. Sənə bu 

barədə əvvəlcədən deməmək üçün özümü güclə saxlayıram, özümə sərt 

senzura tətbiq edirəm. 

Səni sevən atan”. 

İki dost nəfəs-nəfəsə həyəcanla oturmuşdular. Heç biri danışmırdı, 

yalnız açıqcalarda yazılanları oxuyurdular. 

“Əziz balam, 

Kaş indi bir ağ göyərçinlə sənə fikirlərimi göndərə biləydim. Amma 

Livanda  həyat  ağ  göyərçinlərdən  çox  uzaqdır.  Müharibə  cəngində 

inləyən bu ölkənin yalnız ağ göyərçinlərə ehtiyacı var. Dua edirəm, kaş 

ki, bir gün BMT dünyada sülhü bərqərar edə biləydi. 

Qeyd.  Bəlkə  ad  günü  hədiyyəni  başqalarıyla  da  bölüşəsən?  Bu 

barədə  mən evə çatanda danışarıq. Amma hələ də nədən danışdığımı 

bilmirsən, hə? İkimizi də düşünməyə çoxlu vaxtı olan atan”. 

Onlar altı açıqca oxuduqdan sonra yalnız biri qaldı. O açıqcada isə 

belə yazılmışdı: 

“Əziz Hilde, 

downloaded from KitabYurdu.org



131 

 

Ad gününlə bağlı sirlərlə elə dolmuşam ki, özümü gündə bir neçə 



dəfə evə zəng etməkdən və bütün sirləri açıb sənə danışmaqdan zorla 

saxlayıram. Bu hiss böyüdükcə böyüyür. 

Bildiyin  kimi,  bir  şey  böyüdükcə  böyüyürsə,  insanın  onu  özündə 

saxlaması çətinləşir. 

Səni sevən atan. 

Qeyd:  Bir  gün  sən  Sofi  adlı  bir  qızla  tanış  olacaqsan.  İkiniz  də 

görüşməzdən  əvvəl  bir-birinizi  tanıyasınız  deyə,  sənə  göndərdiyim 

açıqcaların bir surətini ona göndərirəm. Tezliklə onun bu məsələnin nə 

olduğunu tutacağını güman edirəm, Hilde. Hələlik o, sənin haqqında 

sən onun haqqında bildiyindən çox bilmir. Onun Coanna adlı rəfiqəsi 

var. Bəlkə o, kömək edə bilər...” 

Sonuncu açıqcanı oxuyan kimi Coanna və Sofi gözlərini geniş açıb 

bir-birlərinin  üzünə  baxa-baxa  oturdular.  Coanna  Sofinin  biləyindən 

möhkəm yapışmışdı. 

Qorxuram, - o dedi. 

Mən də. 


Axırıncı açıqca nə vaxt möhürlənib? 

Sofi açıqcaya baxdı. 

16 may. Bu gün! 

Ola bilməz, - Coanna bağırdı. 

Açıqcaya bir də baxdılar. Tarix açıq-aşkar yazılmışdı: 05.16.90. 

Ola  bilməz,  -  Coanna  israr  edirdi,-  bunu  kim  yazıb  görəsən. 

Kimdirsə  bizi  tanıyan  adamdır.  Bəs  hardan  biliblər  ki,  bu  gün  bura 

gələcəyik? 

Coanna daha çox qorxurdu. Axı Hilde və onun atası Sofi üçün çox 

da böyük yenilik deyildi. 

Məncə, burada bürünc güzgünün rolu var. 

Coanna yenidən sıçradı. 

Livanda markalanan məktubların həmin an güzgüdən bura atıldıqları 

gəlmir ağlına hər halda. 

Daha yaxşı izahın var? 

Yox. 


downloaded from KitabYurdu.org


Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   39   40   41   42   43   44   45   46   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə