Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə36/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   32   33   34   35   36   37   38   39   ...   154

107 

 

üzə bilirsiniz”. 



Sofi balıq yemi qutusunun qapağını örtdü. Balıqları təbiət şkalasında 

öz  yerlərinə  qoyduğuna,  xüsusən  “həyatın  suları”  ifadəsinə  görə, 

özündən razı qaldı. 

İndi isə tutuquşuların növbəsidi. Sofi yem qabına bir az dən töküb 

dedi: 

“Əziz  Smit  və  Smul,  siz  iki  balaca  tutuquşu  olubsuz,  çünki  iki 



qəşəng  tutuquşu  yumurtasından  çıxıbsız,  ona  görə  ki,  bu  yumurtalar 

tutuquşu formasına malik olublar, xoşbəxtlikdən zəhlətökən tutuquşu 

olmamısınız”. 

Sonra  hamama,  tənbəl  tısbağanın  uzandığı  böyük  qutunun  yanına 

getdi. Anası duş qəbul edəndə qışqırırdı ki, bir gün bu tısbağanı vurub 

öldürəcək.  Bu  heç  də  quru  təhdid  deyildi.  Balondan  kahı  yarpağı 

götürüb qutuya qoydu və dedi: 

“Əziz  Qovinda,  sən  sürətli  heyvanlardan  deyilsən,  amma  içində 

yaşadığımız böyük gözəl dünyanın kiçik bir hissəsini hiss edə bilirsən. 

Özünə  onunla  təsəlli  verməlisən  ki,  sən  öz  əngəllərini  aşa  bilməyən 

yeganə varlıq deyilsən”. 

Şerekan  yəqin  ki,  bayırda  siçan  tutur,  bu,  pişiyin  təbiətindədiraxı. 

Sofi qonaq otağından keçib anasının yataq 

otağına yaxınlaşdı. Qəhvə masasında güldan və içində nərgizlər vardı. 

Sanki çiçəklər Sofiyə hörmətlə baş əyirdilər. Sofi bir anlıq ayaq saxladı, 

barmaqlarıyla  onları  oxşadı.  “Siz  də  canlı  təbiətə  aidsiniz”,  -  dedi. 

“Əslində sizin içində olduğunuz güldandan üstünlüyünüz var. Amma 

heyif ki, bunu qiymətləndirmək iqtidarında deyilsiniz”. 

Sofi ayaq barmaqlarının ucunda anasının yataq otağına keçdi. Anası 

dərin yuxuda idi. Sofi bir əlini anasının alnına qoydu: 

“Sən  bəxti  gətirənlərdənsən,  çünki  çöldəki  zanbaqlar  kimi  sadəcə 

canlı deyilsən, Şerekan, yaxud Qovinda kimi də deyilsən, sən insansan 

və nadir bir qabiliyyətin - düşünmək yetənəyin var”. 

Sən nə sayıqlayırsan, Sofi? 

Anası həmişəkindən cəld oyandı. 

Deyirdim ki, tənbəl tısbağa kimisən. Həm də deyirdim ki, otağımı 

downloaded from KitabYurdu.org



108 

 

yığışdırmışam, özü də fəlsəfi dəqiqliklə. 



Anası başını qaldırdı: 

Gəlirəm indi. İstəyirsən, qəhvə hazırla. 

Sofi  deyiləni  etdi,  tezliklə  onlar  mətbəxdə  qəhvə,  meyvə  suyu  və 

şokoladlı süfrənin arxasında əyləşmişdilər. 

Qəfildən Sofi dedi: 

Heç fikirləşmisən ki, biz niyə canlıyıq? 

Oh, yox, yenə başlama. 

Başlayacam,  çünki  artıq  cavabı  bilirəm.  İnsanlar  bu  planetdə  ona 

görə yaşayırlar ki, kimsə gəzib hər şeyə ad versin. 

Doğrudan? Heç ağlıma gəlməmişdi. 

Onda  sənin  böyük  problemin  var,  çünki  insan  düşünən  heyvandır. 

Əgər düşünmürsənsə, sən əslində insan deyilsən. 

Sofi! 

Təsəvvür elə ki, yalnız meyvə-tərəvəz və heyvanlar var. Onda itlə 



pişiyin,  zanbaqla  nərgizin  fərqini  deyən  kimsə  olmazdı.  Bitkilər  və 

heyvanlar  da  yaşayır,  amma  biz  yeganə  varlığıq  ki,  təbiəti  müxtəlif 

qruplara və siniflərə bölə bilirik. 

Doğrudan da, sən mənim həyatda gördüyüm ən qəribə qızsan. 

Elə də olmalıdır. Bütün insanlar özünəməxsus, az və ya çox dərəcədə 

qəribədir.  Mən  də  insanam,  deməli,  mən  də  az  və  ya  çox  dərəcədə 

qəribəyəm. Sənin yalnız bir qızın var, deməli, mən ən qəribə qızam. 

Demək istədiyim odur ki, sən bu təzə-təzə söhbətlərinlə məni günün 

günorta çağı qorxudursan. 

Səni qorxutmaq asandır, deməli. 

Həmin gün axşamüstü Sofi xəlvəti guşəsinə getdi. Şirniy- yatqabını 

gizlicə götürüb anasına görünmədən otağına çıxardı. 

Əvvəlcə bütün səhifələri sırayla düzdü. Sonra onlarda dəliklər açdı 

və onları dəmirli qovluğa Aristotel fəslindən əvvələ yığdı. Axırda hər 

bir səhifəni yuxarı sağ küncdən nömrələdi. 

Əlli  səhifəydi.  Sofi  öz  fəlsəfə  kitabını  toplamaqda  idi.  Bu  kitabı  o 

yazmasa da, özəlliklə onun üçün yazılmışdı. 

Bazar  ertəsi  üçün  ev  tapşırığını  hazırlamağa  vaxtı  olmadı.  Çox 

downloaded from KitabYurdu.org



109 

 

güman ki, dinşünaslıqdan imtahan verəcəklər. Amma müəllim həmişə 



deyir ki, o, şagirdlərin öz şəxsi dəyərləndirmələrini, öz mühakimələrini 

qiymətləndirir. Sofi hiss 

edirdi ki, hər ikisindən müəyyən bazası formalaşmağa başlayıb. 

ELLİNİZM 

...oddan qığılcım... 

Fəlsəfə  müəllimi  məktublarını  birbaşa  köhnə  çəpərliyə,  ağacların, 

kolların  içindəki  xəlvəti  guşəyə  göndərsə  də,  Sofi  poçt  qutusuna 

baxmağa artıq vərdiş etmişdi. Elə bazar ertəsi günü də bu səbəbdən poçt 

qutusuna boylandı. 

Təəccüblü deyil, boş idi. “Böyük mülklər” küçəsilə enməyə başladı. 

Birdən səkidə bir foto gördü. Şəkildə ağ bir maşın və maşının üstünndə 

“BMT” hərfləri yazılmış mavi bayraq var idi. Bu, Birləşmiş Millətlər 

Təşkilatının bayrağı deyil? 

Sofi şəklin arxasını çevirdi, adi açıqca idi: “Hilde Moller Knaq, daha 

dəqiqi:  Sofi  Amundsenə”.  Üzərində  Norveç  möhrü  və  “BMT 

batalyonu” markası vardı. Cümə günü, 15 iyun. 

15 iyun! Bu ki, Sofinin ad günüdü! 

Açıqcada yazılmışdı: 

“Əziz Hilde, 

Məncə,  sən  15  yaşını  qeyd  edirsən.  Ya  bir  gün  keçib?  Hər  halda 

bunun sənin hədiyyənə bir aidiyyəti yoxdur. Onsuz da bu hədiyyə ömür 

boyu davam edəcək. Sənin ad gününü bir daha təbrik etmək istəyirəm. 

Bəlkə indi açıqcanı niyə Sofiyə göndərdiyimi anlayarsan. Əminəm, o, 

təbriklərimi sənə ötürəcək. 

Qeyd: Anan dedi ki, pulqabını itirmisən. Sənə buna görə 150 kron 

verəcəyəm. Ümid edirəm, məktəb yay tətilinə çıxmamış çatdırıb daha 

bir şagird vəsiqəsi alarsan. 

Səni sevən atan”. 

Sofi yerə mıxlanıb qaldı. Əvvəlki məktub nə vaxt gəlmişdi? Yadına 

saldı  ki,  deyəsən,  bir  ay  əvvəl  gəlsə  də,  çimərlik  açıqcası  da  iyunda 

imzalanmışdı. Bəlkə də sadəcə diqqətlə baxmayıb. 

Sofi saatına baxdı və evə yüyürdü. Az qalmışdı ki, məktəbə geciksin. 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   32   33   34   35   36   37   38   39   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə