Downloaded from KitabYurdu org



Yüklə 3,61 Mb.
Pdf görüntüsü
səhifə35/154
tarix15.07.2018
ölçüsü3,61 Mb.
#56096
növüYazı
1   ...   31   32   33   34   35   36   37   38   ...   154

104 

 

forması  zövq  və  ləzzət  həyatıdır.  İkincisi,  azad  və  məsuliyyətli 



vətəndaşın həyatıdır. Üçüncüsü isə mütəfəkkir və filosofun həyatıdır. 

Aristotel  vurğulayırdı  ki,  hər  üç  meyar  eyni  zamanda  mövcud 

olmalıdır ki, insan xoşbəxtliyə və məmnunluğa çatsın. O, natarazlığın 

bütün  formalarını  rədd  edirdi.  Bu  gün  yaşasaydı,  yalnız  bədənini 

inkişaf etdirən adamlar haqda deyərdi ki, bu həyat yalnız başını işlədən 

adamın həyatı kimi natarazdır. Hər ikisi yolundan azmış həyat tərzidir. 

Eyni  şey  insan  münasibətlərinə  də  aiddir.  Bu  məsələdə  Aristotel 

“qızıl  orta”nı  müdafiə  edirdi.  Biz  nə  çəkinməli,  nə  də  tələsməliyik, 

ürəkli olmalıyıq, lakin bir az çox ürəkli olmaq tələsməyə, bir qədər az 

ürəkli  olmaqsa  çəkinməyə  gətirir,  nə  xəsis,  nə  də  çox  səxavətli 

olmamalıyıq,  comərd  olmalıyıq  (lakin  bir  az  çox  comərd  olsaq,  bu, 

bədxərclik,  bir  qədər  az  comərd  olsaq,  bu,  xəsislikdir).  Eyni  şey 

yeməyə  də  aiddir.  Az  yemək  də,  çox  yemək  də  təhlükəlidir.  Həm 

Platonun, həm də Aristotelin etikalarında yunan təbabətinin əks-sədası 

var:  insan  yalnız  tarazlığa  və  ölçüyə  riayət  etməklə  xoşbəxt  və  ya 

“harmonik” həyata nail ola bilər. 

Siyasət 

Radikallığa  meyl  Aristotelin  cəmiyyətə  dair  baxışlarında 

arzuolunmaz  sayılır.  O  deyir  ki,  insan  təbiəti  etibarilə,  “siyasi 

heyvandır”. Ətrafımızdakı insanlar olmadan biz əsl insan deyilik. Ailə 

və kənd bizim ilkin qida, istilik, nikah, uşaq yetişdirmək ehtiyaclarımızı 

təmin edir. Lakin insan yoldaşlığının ən yüksək forması dövlətdir. 

Bu,  Aristoteli  dövlətin  necə  qurulması  sualına  aparıb  çıxarır. 

(Platonun  “fəlsəfi  dövlətini  xatırlayırsanmı?)  Aristotel  dövlət 

quruculuğunun üç yaxşı formasını sadalayır. 

Birincisi monarxiya, yaxud krallıqdır, bu, dövlətin bir başçısı olması 

deməkdir. Lakin bu növ quruluş tiraniyaya, bir hökmdarın dövləti öz 

nəfinə  idarə  etməsinə  çevrilməməlidir.  Digər  bir  quruluş  növü 

aristokratiyadır; aristokratiyada kiçik və ya böyük bir qrup idarəçi olur. 

Bu  quruluş  forması  özünü  oliqarxiyaya  çevrilməkdən  qorumalıdır. 

Xunta bu quruluşun bir nümunəsidir. Aristotelin “politi” adlandırdığı 

növbəti yaxşı quruluş forması demokratiyadır. Lakin bu quruluşun da 

downloaded from KitabYurdu.org



105 

 

mənfi tərəfləri var. Demokratiya sürətlə oxlokratiyaya çevrilə bilər. 



(Hətta tiran Hitler Almaniyada dövlət başçısı olmasaydı, aşağı nasistlər 

qorxulu bir oxlokratiya formalaşdıracaqlardı.) 

Qadınlara dair baxışları 

Sonda gəl Aristotelin qadınlar haqda baxışlarını nəzərdən keçirək. 

Bu  baxışlar  təəssüf  ki,  Platonun  baxışları  qədər  sevindirici  deyildi. 

Aristotel  qadının  müəyyən  dərəcədə  natamam  olduğuna  inanmağa 

meylli idi. Qadın “baş tutmamış kişidir”. Qadın passiv və qəbuledici 

olduğu halda, kişi aktiv və yaradıcıdır, Aristotel bəyan edirdi ki, uşaq 

yalnız kişi xüsusiyyətlərini əxz etməlidir. İnanırdı ki, uşağın xasiyyəti 

kişi nütfəsində olur. Qadın torpaqdır, o toxumu qəbul edib yetişdirir, 

kişi  isə  “əkinçidir”.  Yaxud  Aristotelin  dililə  desək,  kişi  “forma”nı, 

qadınsa “maddə”ni təmin edir. 

Əlbəttə, həm heyrət, həm də təəssüf doğurur ki, belə intellektual bir 

insan cinslərin münasibəti məsələsində bu cür yanıla bilib. Lakin bu, 

iki şeyi nümayiş  etdirir: birincisi,  Aristotelin qadın və uşaq həyatına 

dair təcrübəsi çox ola da 

bilməzdi  və  ikincisi,  bu  onu  göstərir  ki,  kişilər  fəlsəfədə  və  elmdə 

hökmran üstünlüyə malik olanda necə yanlış işlər baş verə bilir. 

Aristotelin cinslərə dair bu xətalı baxışı ikiqat ziyanlı idi, çünki orta 

əsrlərdə onun baxışları Platondan daha çox hökm sürdü. Kilsə qadına 

dair  İncildə  qətiyyən  əsası  olmayan  (İsa  Məsih  əlbəttə  ki,  qadın 

düşməni deyildi!) bir baxışı əxz etdi. 

Bu qədər bəsdir. Amma yenə yazacağam. 

Sofi Aristotel fəslini bir dəfə tam və bir dəfə yarıyacan oxuyandan 

sonra onu qəhvəyi zərfə qoydu və başını qaldırıb səmaya baxdı, eləcə 

bir  müddət  oturub  qaldı.  Qəfildən  ətrafındakı  qarmaqarışıqlıqdan 

xəbərdar  olmuşdu.  Kitablar  və  bloknotlar  döşəməyə  düşüb  qalmışdı. 

Corablar,  sviterlər,  cinslər  dolabdan  səliqəsiz  asılmış,  yarısı  bayıra 

çıxmışdı.  Yazı  masasıyla  üzbəüz  stulun  üstündə  çoxlu  çirkli  paltar 

vardı. 


Onları  səliqəyə  salmaq  üçün  həvəsləndi.  Əvvəlcə  bütün  paltarları 

dolabdan çıxarıb döşəməyə tökdü. Başlamaq üçün bu, vacib idi. Sonra 

downloaded from KitabYurdu.org



106 

 

şeylərini səliqəylə qatlayıb ayrı-ayrı çəkməcələrə yığdı. Dolabın yeddi 



çəkməcəsi vardı. Biri alt 

paltarları  üçün,  biri  corablar,  biri  cinslər  üçün  idi.  O,  yavaş-  yavaş 

bütün  rəfləri  doldurdu.  Nəyi  hansına  qoymaq  haqda  sual  yaranmadı. 

Çirkli  paltarlar  aşağı  gözdəki  plastik  torbaya  getdi.  Yalnız  və  yalnız 

uzun bir ağ corabı vardı ki, onu neynəyəcəyini bilmirdi. Məsələ onda 

idi ki, corabın o biri tayı ortada yox idi. Üstəlik, o, Sofinin deyildi. 

Onu diqqətlə gözdən keçirdi. Yiyəsinin kim olduğunu deməyə heç 

bir  ipucu  olmasa  da,  Sofinin  bir  ciddi  şübhəsi  vardı.  Onu  yuxarı  - 

leqoların, qırmızı ipək şarfın, videokassetin yanına atdı. 

Gözü  döşəməyə  sataşdı.  Kitabları,  bloknotları,  jurnalları,  rəsmləri 

eynilə 

fəlsəfə 


müəlliminin 

Aristotel 

fəslində 

dediyi 


kimi, 

qruplaşdırmışdı.  Bundan  sonra  çarpayısını  yığdı  və  yazı  masasının 

arxasına keçdi. 

Aristotel  haqda  bütün  vərəqləri  sancaqladı.  Deşikaçanı  götürüb 

vərəqlərdə dəliklər açdı, onları tikdi. Bu da yuxarı dolaba getdi. Sonra 

gün ərzində şirniyyatqabını xəlvəti guşəsindən bura gətirə bilərdi. 

Artıq  şeylər  səliqəli  olmaliydı.  Təkcə  otağında  yox.  Aristoteli 

oxuyandan sonra onun üçün fikirlərini də sahmanda saxlamaq otağını 

səliqəli saxlamaq kimi vacib olmuşdu. 

Dolabın  ən  yuxarı  gözünü  məxsusi  olaraq  belə  şeylər  üçün 

saxlayacaqdı. Bu, otağındakı yeganə yer idi ki, onun üzərində hələlik 

tam nəzarəti yox idi. 

İki saatdan çox anasından heç bir səs-soraq gəlmədi. Sofi pilləkənlə 

aşağı  endi.  Qərara  gəldi  ki,  anasını  oyatmazdan  əvvəl  heyvanlarını 

yedirtsin. 

Akvariumun üzərinə əyildi. Balıqların biri qara, biri narıncı, o biri 

isə  ağ-qırmızı  idi.  Buna  görə  də  onların  adlarını  Qara  Cek,  Altun, 

Qırmızı Sona qoymuşdu. Balıq yemini suyun üzünə səpə-səpə dedi: 

“Siz təbiətin canlı varlıqlarına aidsiniz, siz qidalana, böyüyə, çoxala 

bilirsiniz. Bir qədər xüsusiləşdirsəm, heyvanlar krallığına aidsiniz. Ona 

görə  də  hərəkət  eləyə,  dünyaya  baxa  bilirsiniz.  Bir  az  da 

dəqiqləşdirsəm, balıqsınız, qəlsəmələrlə nəfəs alır və həyatın sularında 

downloaded from KitabYurdu.org



Yüklə 3,61 Mb.

Dostları ilə paylaş:
1   ...   31   32   33   34   35   36   37   38   ...   154




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə