419
düşündü.
-
Saat birə on beş dəqiqə işləyir!
- Buna saatın akademik çərəyi deyilir. Yemək istəyirsən? - Alberto
oturub Sofinin gözlərinin içinə baxaraq soruşdu. Sofi çiyinlərini çəkib:
-
Sendviç ola bilər, - dedi.
Alberto sifariş masasına getdi və tezliklə əlində bir fincan qəhvə və
pendirli, kolbasalı iki fransız çörəyilə gəldi.
-
Baha idi?
-
Xırda şeydi, Sofi.
-
Gecikdiyinə görə, bir bəhanə etmək istəmirsən?
- Yox, çünki qəsdən belə etdim. Niyəsini bir azdan izah edəcəyəm.
Sendviçdən bir neçə dişləm alandan sonra:
-
Bu gün öz dövrümüzdən danışacağam, - dedi.
-
Bu dövrdə fəlsəfə sahəsində nəzərəçarpan bir şey olub?
- Çox, özü də çoxtərəfli! Əvvəlcə böyük bir cərəyan olan
Ekzistensializmdən söz açacağıq. Bu termin əsasən insanın mövcudluq
vəziyyətindən danışan bir neçə fəlsəfi cərəyana verilmiş ümumi addı.
Biz ümumiyyətlə XX əsr Ekzistensializm fəlsəfəsindən danışırıq.
Ekzistensialist filosoflar öz fəlsəfələrini təkcə Kyerkeqora deyil,
həmçinin Hegel və Marksa əsasən qurublar.
-
Maraqlıdı.
- XX əsr fəlsəfəsinə böyük təsir göstərmiş başqa bir görkəmli filosof
alman Fridrix Nitşedi. O, 1844-cü ildə doğulmuş, 1900-cü ildə vəfat
etmişdi. O da Hegel fəlsəfəsinə və alman “tarixçiliyi”nə qarşı çıxıb.
Tarixə duyulan ruhsuz marağın və xristian “kölə əxlaqı” adlandırdığı
hadisənin yerinə həyatın özünü qoyub. Nitşe zəiflərin güclülərin həyat
gücünə mane olmasına son qoymaq, “bütün dəyərləri yenidən
dəyərləndirmək” istəyirdi. Nitşeyə görə, Xristianlıq və fəlsəfə
bugünədək real dünyaya arxa çevirmiş, “cənnəfə və “ideyalar aləminə”
tərəf yönəlmişdi. Halbuki, “əsl həqiqət” deyilən bu aləm əslində
psevdoaləm idi. “Dünyaya sadiq qalın və sizə fövqəltəbii ümidlər vəd
edənlərə qulaq asmayın”.
-
Sonra?
downloaded from KitabYurdu.org
420
- Martin Haydegger adlı bir alman filosofu həm Kyerkeqor, həm də
Nitşedən təsirlənmişdi. Lakin biz hamıdan çox 1905-ci ildə doğulub
1980-ci ildə vəfat etmiş fransız ekzistensialist Jan Pol Sartrın üzərində
dayanacağıq. O, ekzistensialistlər və daha çox insan üçün aparıcı işıq
idi.
Onun
ekzistensializmi
xüsusən
qırxıncı
illərdə,
dünya
müharibəsindən sonra populyarlaşdı. Sonralar o, Fransadakı marksist
hərəkata qoşulmuş, lakin heç vaxt heç bir partiyanın üzvü olmamışdı.
-
Buna görə fransız kafesində görüşdük?
- Bəli, bu, təsadüfi deyildi. Sartr da kafelərdə çox vaxt keçirirdi.
Ömrü boyu dostu olan Simona de Bovuar ilə də kafedə tanış olmuşdu.
Bovuar da ekzistensialist filosof idi.
-
Deməli, qadın filosof?
- Bəli.
- İnsanlığın nəhayət sivilləşməsindən məmnunluq duyuram.
- Bəli, amma bu dövrdə də bir çox yeni problemlər əmələ gəlib.
-
Ekzistensializmdən danışacaqdın.
- Sartra
görə,
“ekzistensializm
humanizmdir”.
Bununla
ekzistensializmin insana dair fəlsəfə olduğunu bildirir. Lakin deməliyik
ki, bu humanizmin insanın vəziyyətinə baxışı Renessans
humanizmindən fərqli olaraq, bədbin baxışdı.
-
Niyə belə?
- Kyerkeqor və XX əsrdə yaşamış ekzistensialistlərin bəziləri
xristiandırlar. Sartr isə Ateist Ekzistensializmin nümayəndəsidi. Onun
fəlsəfəsinə “Tanrının öldüyü” bir vaxtda insanların vəziyyətinin analizi
kimi də baxmaq olar. “Tanrı ölüb” ifadəsinin müəllifi Nitşedi.
-
Sonra?
- Kyerkeqor fəlsəfəsindəki kimi, Sartrın da fəlsəfəsindəki əsas söz
“ekzistensiya”, yəni mövcudluqdu. Mövculuq sağ olmaq demək deyil.
Bitki və heyvanlar da sağdırlar, lakin onlar bunun nə demək olduğunu
düşünmək iqtidarında deyillər. Sartr fizikin şeylərin “özündə”, insanın
isə “öz üçün” olduğunu deyir.Yəni insan olmaq şey olmaqla bir deyil.
- Təbii ki.
downloaded from KitabYurdu.org
421
- Sartr insanın mövcudluğunun buna dair hər cür fikirdən əvvəl
gəldiyini deyir. Yəni “mən mövcudam” “mən nəyənY’dən əvvəl gəlir.
“Mövcudluq mahiyyətdən üstündür”.
- Bu, çox mürəkkəb cümlə oldu.
- “Mahiyyət” deyəndə o, hər hansı bir şeyi əmələ gətirən şeyi, onun
təbiətini nəzərdə tutur. Lakin Sartra görə, insanın belə bir anadangəlmə
“təbiəti” yoxdu. Buna görə də insan bu təbiəti özü yaratmalıdı. O öz
təbiətini, yaxud “mahiyyətini” özü yaratmalıdı, ona görə ki, belə bir
təbiət onda əvvəlcədən olmur.
- Deyəsən, başa düşdüm.
- Bütün fəlsəfə tarixi boyunca filosoflar insanın nə olduğu, yaxud
insanın təbiətinin nə olması sualına izah tapmağa
çalışıblar. Lakin Sartr insanların belə mütləq bir “təbiətinin” olmadığını
bildirir. Buna görə də ümumiyyətlə, həyatın mənasını sual etməyin
mənası yoxdu. Biz uydurmağa məhkumuq. Biz nə əvvəlcədən müəyyən
edilmiş rolu, nə əlində ssenarisi, nə də suflyorları olmadan səhnəyə
çıxan aktyorlar kimiyik. Necə yaşayacağımızı özümüz seçməliyik.
- Əslində, bu doğrudu. Adam İncilə, ya da bir fəlsəfə kitabına
baxaraq, necə yaşayacağını oxuya bilsəydi, çox asan, çox praktik
olardı.
- Məsələnin məğzini tutdun. Sartr deyir ki, insan sağ olduğunu, bir
gün öləcəyini və əllə tutula biləcək bir məna olmadığnı başa düşəndə
bu, insanda əndişə yaradır. Ekzistensial vəziyyətdə olan insan haqda
danışarkən Kyerkeqorun da əndişəni tipik xüsusiyyət kimi göstərdiyini
sənə demişəm?
-
Bəli.
- Sartr deyir ki, insan özünü mənasız dünyada özgə kimi hiss edir.
İnsanın “özgələşməsindən” danışarkən Hegel və
Marksın ideyalarından yararlanır. İnsanın özünü dünyada özgə kimi
hiss etməsi onda ümidsizlik, sıxıntı, iyrənmə, cəfəngiyyat duyğuları
yaradır.
- Adamın özünü depressiyada hiss etməsi, hər şeyin cansıxıcı,
mənasız olduğunu düşünməsi bu gün də geniş yayılıb.
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |