32
görəndə də inanmırdı. O, hesab edirdi ki, hisslərimiz bizə dünyanın
yanlış mənzərəsini verir, o mənzərə bizim ağlımızın süzgəcindən
keçmir, əqli məlumatlara uyğun gəlmir. Hər cür duyğu, qavrayış
yanılmalarını ortaya çıxarmağı bir filosof kimi öz vəzifəsi hesab edirdi.
İnsan ağlına belə möhkəm inam rasionalizm adlanır. Rasionalist elə
bir adamdır ki, dünya haqda biliyimizin başlıca mənbəyinin insan ağlı
olduğuna inanır.
Hər şey hərəkətdədir
Heraklit (e.ə. 540-480) Parmenidin çağdaşı idi. O, Kiçik Asiyadakı
Efesdə dünyaya gəlmişdi. Hesab edirdi ki, daimi dəyişiklik, yaxud
hərəkət, axın əslində təbiətin ən əsas xüsusiyyətidir. Bu yerdə biz deyə
bilərik ki, Parmeniddən fərqli olaraq, Heraklit duyduqlarına daha çox
inanırdı.
Heraklit deyirdi: “Hər şey hərəkətdədir”. Hər şey daimi axındadır,
heç nə yerində durmur. Buna görə də “biz axar suya iki dəfə girə
bilmərik”. Mən çaya ayağımı ikinci dəfə salanda nə mən, nə də çay
həminki deyil.
Heraklit dünyanı əksini göstərmək yoluyla tanıdırdı. Əgər heç vaxt
xəstələnməsək, sağlam olmağın ləzzətini biləmmərik. Ac qalmasaq,
toxluğun zövqü olmaz. Heç vaxt heç bir müharibə olmasaydı, sülhü
qiymətləndirə bilməzdik. Və əgər qış olmasaydı, heç vaxt baharı
görəzdik.
Heraklit inanırdı ki, həm pisin, həm də yaxşının dünyadakı nizamda
mühüm yeri var. Əksliklərin bu daimi yerdəyişməsi
olmasaydı, dünyanın mövcudluğuna son qoyulardı.
O, deyirdi: “Tanrı gündüz və gecə, qış və yay, müharibə və sülh,
aclıq və toxluqdur”. O, “tanrı” sözünü işlətsə də, bunu sözün
mifologiyadakı mənasında demirdi. Heraklitə görə, Tanrı - elə bir
şeydir ki, bütün dünya onun ağuşundadır. Əslində, Tanrı təbiətin daimi
çevrilmələri, dəyişiklikləri və təzadlarında daha aydın şəkildə görünür.
“Tanrı” termininin yerinə Heraktlit daha çox yunan sözü olan və
səbəb mənasını verən “Loqos”dan istifadə edirdi. Heraklitə görə, biz
insanlar heç də həmişə bənzər düşünməsək, yaxud zəka dərəcələrimiz
downloaded from KitabYurdu.org
33
üst-üstə düşməsə də, təbiətdə bütün baş verənləri idarə edən bir növ
“universal zəka” olmalıdır. Bu “universal zəka”, yaxud “universal
qanun” bizim hamımız üçün ümumi olan bir şeydir, hamımızı o idarə
edir. Amma hər halda bir çox insanlar öz fərdi zəkalarıyla yaşayırlar.
Ümumilikdə, o, insanların rolunu kiçik sayırdı. “Bir çoxlarının
mövqeyi uşaq oyuncağı kimidir”, - deyirdi.
Beləliklə, Heraklit təbiətdəki daimi hərəkətin və əksliklərin
mərkəzində vahid varlıq görürdü. Hər şeyin əsası olan bu
mənbəni o, Tanrı və ya Loqos adlandırırdı.
Dörd ünsür
Bir tərəfdən baxanda, Parmenid və Heraklit bir-birlərinə tam
müxalif olublar. Parmenidin ağlı ona deyirdi ki, heç nə dəyişə bilməz.
Heraklitin duyğu üzvləri ona eyni dərəcədə deyirdilər ki, təbiət daimi
dəyişiklik vəziyyətindədir. Hansı haqlı idi? Biz ağlımıza, ya
duyğularımıza güvənməliyik?
Parmenid və Heraklit bir məsələ haqda fərqli cür düşünürdülər:
Parmenid deyirdi: heç nə dəyişə bilməz və
buradan çıxır ki, bizim hiss üzvlərimizə etibar etmək olmaz.
Heraklit isə deyirdi:
hər şey dəyişir (“hər şey axır”) və
bizim hiss üzvlərimiz etibarlıdır.
Bir-birilə qətiyyən razı olmayan iki filosof! Görəsən, kim haqlıdır?
Filosofların özlərini saldığı bu çıxmazdan çıxış yolu göstərmək
Siciliyadan olan Empedoklun (e.490-e.ə.430) üzərinə düşdü. Onun
fikrincə, Heraklit və Parmenid hər ikisi öz mühakimələrinin birində
haqlıdırlar, o birində yanılırlar.
Empedokl bildirdi ki, onların fikir ayrılığının əsas səbəbi odur ki,
hər iki filosof yalnız bir elementin varlığını fərz edib. Əgər belə
olsaydı, ağlımızın bizə dediyi ilə “gözümüzlə gördüyümüz” arasında
körpüsüz uçurum olardı.
Aydındır ki, su balığa və ya kəpənəyə çevrilə bilməz. Əslində su
dəyişilə bilməz. Saf su elə su olaraq da qalır. Ona görə də Parmenid
“heç nə dəyişmir” mühakiməsində haqlı idi.
downloaded from KitabYurdu.org
34
Lakin eyni zamanda Empedokl Heraklitlə razı idi ki, biz
hisslərimizin şahidliyinə inanmalıyıq. Biz gördüyümüzə inanmalıyıq,
gördüyümüzsə odur ki, təbiət dəyişəndir.
Empedokl bunları yekunlaşdıraraq deyirdi ki, rədd edilməli olan,
vahid ilkin substansiya ideyasıdır. Ayrılıqda nə su, nə də hava qızılgül
koluna və ya kəpənəyə çevrilə bilməz. Təbiətin əsası bir ünsür ola
bilməz.
Empedokl təbiətin bütünlüklə dörd ünsürdən ibarət olduğuna
inanırdı və o ünsürləri “köklər” adlandırırdı.
Bütün təbii proseslər bu dörd ünsürün birləşməsi və ayrılması
nəticəsində əmələ gəlir. Bütün şeylər torpağın, havanın, odun və suyun
müxtəlif nisbətlərdə birləşməsidir. Hər hansı bir çiçək solub quruyanda,
yaxud heyvan öləndə dörd ünsür yenidən ayrılır. Biz adi gözlə də bu
dəyişikliyi görə bilərik. Lakin torpaq, hava, od və su hissəsi olduqları,
birləşib əmələ gətirdikləri tərkiblər tərəfindən korlanmadan əbədi
qalırlar. Ona görə də “hər şey dəyişir” demək düzgün deyil. Əslində,
heç nə dəyişmir, sadəcə dörd ünsür birləşir və yalnız yenidən birləşmək
üçün ayrılır.
Bunu rəsm çəkməklə müqayisə etmək olar. Əgər rəssamın yalnız bir
- qırmızı rəngi olsa, o, məsələn, yaşıl ağacları çəkə bilməz. Amma onun
sarı, qırmızı, mavi və qara rəngləri olsa, onları müxtəlif nisbətlərdə
qarışdırmaqla yüzlərlə cürbəcür rəng yarada bilər.
Eyni şeyi mətbəxdə də görə bilərik. Yalnız unum varsa, sehrbaz
olmalıyam ki, şirinçörək bişirə bilim. Amma yumurta,
un, süd və şəkər tozu varımdırsa, onda cürbəcür peçenyelər, çörəklər,
tortlar bişirə bilərəm.
Empedoklun məhz torpaq, hava, od və suyu təbiətin “kökləri”
qismində seçməsi təsadüfi deyil. Ona qədər başqa filosoflar göstərməyə
çalışıblar ki, ilkin substansiya ya sudur, ya havadır, ya da oddur. Fales
və Anaksimen fiziki dünyanın əsası kimi suyu və havanı
vurğulayırdılar. Yunanlar odun da əhəmiyyətli olduğuna inanırdılar.
Onlar məsələn, Günəşin bütün canlı aləm üçün vacib olduğunu
müşahidə etmişdilər, onlar bilirdilər ki, heyvanların da, insanların da
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |